Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-737/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025-ci il tarixli sərəncamına əsasən təyin edilmiş 200 manat pul məbləğində birdəfəlik sosial yardım məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025-ci il tarixli sərəncamına əsasən təyin edilmiş 200 manat pul məbləğində birdəfəlik sosial yardım məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı sosial yardımın təyin olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ## ###### 2024-cü il tarixində elektron qaydada müraciət etmişdir. Müraciətinə ## ###### 2025-ci il tarixində baxılaraq ailəyə 474,53 manat pul məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Təyin olunmuş sosial yardımın 2025-ci ilin yanvar, fevral və mart aylarının ödənişini aldıqdan sonra ## ##### 2025-ci il tarixində ünvanlı dövlət sosial yardımın verilməsi heç bir əsası olmadan dayandırılmışdır. Dayandırılmış sosial yardımın bərpası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə etdiyi müraciətdən sonra yol verdikləri nöqsana düzəliş edərək ## ###### 2025-ci il tarixində ailəyə ünvanlı sosial yardımın verilməsini bərpa edərək 2025-ci ilin may, iyun, iyul və avqust aylarının ödənişinin verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət məbləğində birdəfəlik yardımın verilməsi barədə ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birində 200 manat pul məbləğində birdəfəlik yardım olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025ci il tarixli Sərəncamına əsasən təyin olunmuş 200 manat məbləğində birdəfəlik sosial yardım məbləği iddiaçıya verilməmişdir. Həmin məbləğin verilməsi barədə Cavabdeh dəfələrlə etdiyi müraciətində heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı birdəfəlik maddi yardımın ödənilməsi üçün cavabdehə müraciət etməmiş və bununla bağlı cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi olmamışdır. Bundan başqa qeyd edilən maddi yardım yalnız ##.##.2025-ci il tarixinə Sosial Yardım alan aztəminatlı ailələrə şamil edilmişdir. Iddiaçı isə həmin tarixdə artıq Sosial Yardım alan olmadığından qeyd olunan pul məbləğinin ona ödənilməsi ilə bağlı subyektiv hüququ da mövcud deyildir. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Rahim Həsənov). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq da qeyd etmişdir ki, əlavə olaraq iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul olunarkən məhkəmənin gəldiyi nəticələrdən biridə ailəsinə sosial yardımın 9 aylıq müddətinə təyin olunması və təyin olunmuş sosial yardımın müddətinin ##.##.2025-ci il tarixinə qədər olan müddətdə olduğu və Sərəncamın şamil edildiyi ##.##.2025-ci il tarixinə qədər olan müddəti əhatə etməməsidir. Məhkəmənin gəldiyi həmin nəticədə tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsinin digər məhkəmənin icraatında olan iş üzrə təqdim etdiyi etiraz ərizəsində ailəmizə ##.##.2025-##.##.2026-cı il tarixilərinə 1 illik müddətinə 474,53 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunduğu bildirilmişdir. Bundan əlavə olaraq "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan RespublikasıQanununun 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin tələbindən də görünür ki, ünvanlı sosial yardım 9 aylıq müddətinə deyil 1 illik müddətinə təyin olunur. Bundan əlavə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ## ######## 2025-ci il tarixli etiraz ərizəsində olan etirafından da görünür ki, ailəmizə ##.##.2025-##.##.2026-cı il tarixinə 1 illik müddətinə 474,53 manat pul məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ərizəçi Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən 200 manat məbləğində birdəfəlik sosial yardımın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etdiyini təsdiq edən ərizəni apellyasiya şikayətinə əlavə etsə də, həmin ərizənin kimə təqdim edilməsi, eləcə də ərizəni qəbul edib imzalamış şəxsin kimliyi cavabdeh orqana məlum deyildir. Həmçinin bildirmişdir ki, bu qəbildən olan ərizələr DOST Mərkəzinə təqdim edilir və həmin Mərkəz tərəfindən müraciətlər elektron qaydada qəbul olunur. Halbuki apellyasiya şikayətinə əlavə edilmiş ərizənin əl ilə imzalandığı və onu “Ibrahimov” adlı şəxsin qəbul etdiyi görünür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” ## ###### 2025-ci il tarixli Sərəncamı:
1. 2025-ci il ## ###### tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etsin. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən 200 manat məbləğində birdəfəlik maddi yardımın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bu tələb inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətin edilməsinə yönəldiyindən, mahiyyətcə IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddia növünə aiddir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və hesab edir ki, hazırkı işdə iddianın mümkünlüyü üçün tələb olunan həm xüsusi mümkünlük şərti - iddiaçının əvvəlcə müvafiq tələblə inzibati orqana müraciət etməsi, həmçinin subyektiv hüququ mövcud olmamışdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 2.1 və 2.2-ci bəndlərinə əsasən, iddianın mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bu barədə bildirişindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdikləri sübutlar və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Plenum qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının müvafiq iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli şəxs olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının mövcudluğunu, IPM-də müəyyən edilmiş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, habelə tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun olaraq yoxlamalıdırlar. Plenum qərarının 9-cu bəndində isə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, IPM-də nəzərdə tutulmuş ümumi mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan xüsusi mümkünlük şərtləri də araşdırılmalıdır. Bu baxımdan, xüsusilə məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının əvvəlcə müvafiq ərizə ilə səlahiyyətli inzibati orqana müraciət etməsi, həmin müraciət üzrə imtina və ya hərəkətsizliyin yaranması, eləcə də iddianın verilməsi müddətinə əməl olunması kimi şərtlərin mövcudluğu yoxlanılmalıdır. Bu hüquqi mövqelərdən çıxış etdikdə, inzibati məhkəməyə müraciət inzibati orqanın əvəzinə ilkin qərar qəbul edilməsi vasitəsi kimi deyil, artıq inzibati orqan qarşısında qaldırılmış tələbin təmin edilməməsi və ya həmin tələb üzrə hərəkətsizliyə yol verilməsi nəticəsində yaranmış hüquqi mübahisənin həlli vasitəsi kimi çıxış edir. Buna görə də öhdəliyin icrası haqqında iddia üzrə iddiaçının müvafiq ödənişin verilməsi barədə əvvəlcə səlahiyyətli inzibati orqana müraciət etməsi, həmin müraciət üzrə inzibati orqanın imtinasının və ya hərəkətsizliyinin mövcud olması iddianın mümkünlüyü baxımından mühüm şərtdir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtlərinə və prosessual məhdudiyyətlərə tabedir. Iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə müəyyən edilmiş həm ümumi, həm də xüsusi mümkünlük şərtləri ödənilməlidir. Bu şərtlərdən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu olunan inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri və ya hərəkətsizliyi təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağından danışmaq mümkündür. Şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkətindən və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Başqa sözlə, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və həmin fəaliyyət ən azı onun hüquqlarını pozma potensialına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilir: şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarı, başqa şəxslərdən müvafiq davranışı tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzi hallarda yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edildikdə yaranır. Həmin qaydaya riayət olunmadıqda başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bununla yanaşı, tələbin əsaslandırılması həm predmet, həm də subyekt baxımından təmin olunmalıdır. Başqa sözlə, iddiaçı yalnız irəli sürdüyü tələbin inzibati məhkəmə icraatında baxılmalı olduğunu deyil, həm də həmin tələbin cavab verməli olan müvafiq inzibati orqana qarşı yönəldiyini əsaslandırmalıdır. Bu hüquqi mövqelərdən çıxış etdikdə, məhkəməyə müraciət həmin mərhələdə inzibati orqanın əvəzinə ilkin qərar qəbul edilməsi vasitəsi kimi deyil, artıq inzibati orqan qarşısında qaldırılmış tələbin təmin edilməməsi, yaxud həmin tələb üzrə hərəkətsizliyə yol verilməsi nəticəsində yaranmış hüquqi mübahisənin həlli vasitəsi kimi çıxış edir. Ona görə də öhdəliyin icrası haqqında iddia üzrə iddiaçının müvafiq ödənişin verilməsi barədə əvvəlcə səlahiyyətli inzibati orqana müraciət etməsi və həmin müraciət üzrə imtina və ya hərəkətsizliyin yaranması iddianın mümkünlüyü baxımından mühüm şərtdir. Hazırkı işdə isə iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən 200 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi barədə cavabdeh inzibati orqana müraciət edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi, dayandırılması və ya bərpası ilə bağlı əvvəlki müraciətləri hazırkı tələbi əvəz etmir. Çünki hazırkı tələb ayrıca hüquqi əsasdan, yəni ## ###### 2025-ci il tarixli Sərəncamdan irəli gələn birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, ərizəçi Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən 200 manat məbləğində birdəfəlik sosial yardımın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etdiyini təsdiq edən ərizəni apellyasiya şikayətinə əlavə etsə də, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, həmin ərizənin kimə təqdim edilməsi, eləcə də ərizəni qəbul edib imzalamış şəxsin kimliyi cavabdeh orqana məlum deyildir. Nümayəndə məhkəmə iclasında, həmçinin bildirmişdir ki, bu qəbildən olan ərizələr DOST Mərkəzinə təqdim edilir və həmin Mərkəz tərəfindən müraciətlər elektron qaydada qəbul olunur. Halbuki apellyasiya şikayətinə əlavə edilmiş ərizənin əl ilə imzalandığı və onu “Ibrahimov” adlı şəxsin qəbul etdiyi görünür. Kollegiya yuxarıda göstərilənləri və cavabdeh orqanın nümayəndəsinin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinə əlavə edilmiş ərizənin cavabdeh orqana və ya müvafiq səlahiyyətli quruma təqdim edilməsi faktı iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən həmin ərizənin müraciət faktını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya eyni zamanda onuda qeyd edir ki, həmin ərizə iddiaçı tərəfindən daha öncə nə iddia ərizəsinə əlavə edilməmiş, nədə işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim edilməmiş, yalnız sonradan apellyasiya şikayətinə əlavə edilmişdir. Bu hal istinad olunan ərizənin öncədən mövcud olmasına dair məhkəmədə sübhə yaratmışdır. Belə ki, ərizədə cavabdeh inzibatı orqan tərəfindən müraciətlə bağlı ərizin qəbul olunmasına dair rəsmi möhür də vurulmamışdır. Beləliklə, iddiaçı tərəfindən əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdehin bu tələb üzrə imtinası və ya hərəkətsizliyi də formalaşmamışdır. Inzibati orqanın imtinası və ya hərəkətsizliyi mövcud olmadığı halda isə məhkəmənin həmin orqanın üzərinə ödəniş aparmaq öhdəliyi qoyması inzibati məhkəmə icraatının məqsəd və funksiyasına uyğun olmazdı. Bu hal iddianın xüsusi mümkünlük şərtinin yerinə yetirilmədiyini göstərir. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüququnun mövcudluğu məsələsinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi inzibati məhkəmə icraatında iddianın mümkün sayılması üçün yalnız müəyyən tələbin irəli sürülməsi kifayət deyildir. Iddiaçı həm də həmin tələbin təmin olunmasını cavabdeh inzibati orqandan tələb etmək hüququna malik olduğunu, başqa sözlə, mübahisələndirilən məsələ üzrə onun qanunla qorunan subyektiv hüququnun mövcud olduğunu əsaslandırmalıdır. Subyektiv hüquq o halda mövcud sayılır ki, tətbiq edilməli olan maddi hüquq norması konkret şəxsə müəyyən hüquq verir və həmin şəxs həmin hüququn həyata keçirilməsini inzibati orqandan tələb etmək imkanına malik olur. Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” ## ###### 2025-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, 200 manat məbləğində birdəfəlik maddi yardım bütün sosial ödəniş alan şəxslərə deyil, yalnız 2025-ci il ## ###### tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə verilməli idi. Sərəncamın 2.2-ci bəndində də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhz həmin Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənişin təmin edilməsi tapşırılmışdır. Bu baxımdan 200 manat məbləğində birdəfəlik maddi yardımın hüquqi təbiəti pensiya, müavinət, təqaüd və ya ümumi xarakterli sosial ödəniş kimi qiymətləndirilə bilməz. Həmin ödəniş xüsusi təyinatlı, birdəfəlik və yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə münasibətdə müəyyən edilmiş əlavə maddi dəstək tədbiridir. Buna görə də iddiaçının həmin ödənişin ona verilməsini cavabdeh orqandan tələb edə bilməsi üçün onun ailəsinin məhz ##.##.2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailə statusuna malik olması zəruri idi. Iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ##.##.2025-ci il tarixindən ünvanlı dövlət sosial yardımı təyin edilmiş, lakin həmin yardımın verilməsi ##.##.2025-ci il tarixindən dayandırılmışdır. Sonradan əldə edilmiş məlumatlara əsasən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən 6 ay müddətinə aylıq 440 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilərək ödənilmiş və həmin ödəniş ##.##.2025-ci il tarixindən dayandırılmış, eyni zamanda ##.##.2025-ci il tarixindən 3 ay müddətinə aylıq 400 manat məbləğində yenidən sığorta ödənişi təyin edilmişdir. Cavabdehin etirazında da göstərildiyi kimi, sosial yardımın dayandırılma səbəbləri nəzərə alınmaqla iddiaçıya sosial yardımın ödənilməsi ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək bərpa edilmiş, lakin həmin tarixdən sonra iddiaçı ##.##.2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailə statusunda olmamışdır. Iddiaçının apellyasiya şikayətində “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edərək sosial yardımın müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunmasını dəlil kimi göstərməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin norma sosial yardımın ümumi təyin olunma müddətini müəyyən edir. Lakin sosial yardımın təyin olunması onun bütün hallarda qeyd-şərtsiz olaraq həmin müddətin sonunadək ödənilməli olması anlamına gəlmir. Ailənin tərkibi, gəliri və sosial yardım almaq hüququna təsir edən digər hallar dəyişdikdə sosial yardımın dayandırılması, bərpası və ya ona yenidən baxılması mümkündür. Hazırkı mübahisədə isə həlledici meyar sosial yardımın ilkin təyin olunma müddəti deyil, Sərəncamda birbaşa göstərilən ##.##.2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailə statusunun mövcud olub-olmamasıdır. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun rəsmi məlumatında da Sərəncam üzrə 200 manat birdəfəlik maddi yardımın məhz 2025-ci il ## ###### tarixinə ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüldüyü, bundan əvvəl isə dekabr ayı üzrə pensiyaların, müavinətlərin, təqaüdlərin və ünvanlı sosial yardımların ayrıca ödənildiyi göstərilmişdir. Bu hal da bir daha təsdiq edir ki, Sərəncam üzrə 200 manat birdəfəlik yardım pensiya, müavinət və ya digər sosial ödəniş faktına görə deyil, yalnız ## ###### 2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailə statusuna görə verilmişdir. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının 200 manat məbləğində birdəfəlik maddi yardımın ona ödənilməsini tələb etmək üçün zəruri olan subyektiv hüququnun mövcudluğu iş materialları ilə təsdiq edilmir. Belə ki, iddiaçı Sərəncamda nəzərdə tutulmuş əsas hüquqi şərtə, yəni ##.##.2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailə statusuna malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən onun həmin ödənişin verilməsini cavabdeh inzibati orqandan tələb etmək hüququ yaranmamışdır. Bundan əlavə, iddiaçının 200 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi də mötəbər qaydada təsdiqini tapmır. Belə olan halda hazırkı iddia həm cavabdeh inzibati orqana müvafiq müraciətin edilməsi faktının sübuta yetirilməməsi, həm də iddiaçının həmin ödənişi tələb etməyə əsas verən subyektiv hüququnun mövcudluğunun müəyyən edilməməsi səbəbindən mümkün sayıla bilməz. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçının ünvanlı dövlət sosial yardımının dayandırılması, bərpası və ya həmin yardımın müddətinin müəyyən edilməsi ilə bağlı ayrıca hüquqi mübahisəsi varsa, həmin məsələ müvafiq inzibati orqana müraciət edilməklə və həmin müraciətin nəticəsindən asılı olaraq ayrıca hüquqi müdafiə vasitəsi ilə qaldırıla bilər. Hazırkı iddia isə birbaşa 200 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi tələbinə yönəldiyindən bu mübahisə çərçivəsində iddiaçının başqa dövr üzrə ünvanlı dövlət sosial yardımı almaq hüququnun yenidən müəyyən edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar birinci instansiya məhkəməsi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.