Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-738/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinə qarşı “plan-ölçünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: JN-1219A kod ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Abşeron rayonu Aqrar Islahat Komissiyasının ## #### 2005-ci il tarixli ** nömrəli qərarına əsasən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçının mülkiyyətinə verilmişdir. ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin başqa şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilir ki, elektron baza məlumatlarına əsasən JN****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə JN- ****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür. JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür, lakin JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi tam olaraq ************ reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və ************ reyestr nömrəli çıxarışla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirir ki, ************ və ************ reyestr nömrəli çıxarışlarla vətəndaşların sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsi ************ reyestr nömrəli çıxarışla X3 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,03 ha torpaq sahəsi JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni faktiki vəziyyətə uyğunlaşdırdıqda həmin sənədin daxilində yerləşir. Həmçinin bildirilir ki, ************ reyestr nömrəli torpaq sahəsi ************ reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,10 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Vətəndaş tərəfindən naturada tanıdılan torpaq sahəsi başqalarının istifadəsindədir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi Idarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində ## ####### 2024-cü il tarixli, reyestr ************, qeydiyyat ********** nömrəli olan çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbə ərazisində yerləşən 0,10 ha yaşayış məntəqələrinə dair torpaq sahəsinin mülkiyət hüququ ilə iddiaçıya məxsus olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx“ Publik Hüquqi Şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aqrar Islahat Komissiyasının ## #### 2005-ci il tarixli ** nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçının mülkiyyətinə verilmişdir. Müvafiq sənədlər əsasında ## #### 2006-cı il tarixdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN - 1219A, KOD 30800076 ) dövlət qeydiyyat kitabında 1121 nömrə ilə qeydiyyata alınaraq iddiaçıya verilmişdir. Iddiaçı torpaq sahəsinə dair dövlət reyestrindən elektron çıxarış almaq üçün müraciət etmişdir, lakin * saylı Abşeron Ərazi idarəsi bəzi iradlar səbəbindən imtina etmişdir. Həmin iradları aradan qaldırdıqdan sonra iddiaçının müraciətinə təkrar baxılmış və Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə * saylı Abşeron Ərazi idarəsi tərəfindən qeydiyyata alınmış və iddiaçıya elektron çıxarış verilmişdir. Lakin Qobu qəsəbə ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi verilməmişdir. Buna görə də iddiaçı torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etmək üçün həmin 0,10 ha həyətyanı torpaq sahəsinə dair elektron çıxarışla müraciət etmişdir. Lakin * saylı Abşeron Ərazi Idarəsi şifahi olaraq imtina etmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin plan ölçüsün almaq üçün məcbur olub poçt vasitəsi ilə rəsmi müraciət etmişdir. Lakin * saylı Abşeron Ərazi idarəsi ##.##.2024-cü il tarixli məktubla imtina etmişdir. Əlavə olaraq iddiaçı onu da bildirir ki, keçən müddət ərzində ona məxsus torpaq sahəsi tanımadığı şəxslər tərəfindən zəbt olunmuş və ərazidə yaşayış evləri inşa edilmişdir. Digər tərəfdən cavabdeh orqan iddiaçıya məxsus torpaq sahəsinə dair plan-ölçü vermədiyindən, iddiaçı mülkiyyət hüquqlarını müdafiə edə bilmir. Yəni plan ölçü əldə etdikdən sonra yerli məhkəməyə müraciət edib özbaşına tikililərin sökülərək ərazini boşaltdıra bilər. Belə ki, iddiaçı torpaq sahəsinin planı və ölçüsü sənədini əldə edə bilmədiyi üçün həmin hüququndan da istifadə edə bilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin başqa şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və yerində baxış zamanı torpaq sahəsinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olduğu bildirilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən JN- ****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məxsus) ilə JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi (İddiaçı məxsus) üst-üstə düşmür. JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçıya verilmiş ilkin hüquq müəyyənedici sənəddə (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) qeyd olunan torpaq sahəsi həm üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi, həm də digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin başqalarının faktiki istifadəsində olması iddiaçının mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iddiaçıya məxsus olan sənəd üzrə torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə dair sənəd üzrə plan-ölçü sənədinin verilməsini istəyir. TƏTBIQ EDILƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi ##.##.2024cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair cavabdeh inzibati orqan tərəfindən müvafiq plan və ölçü sənədinin tərtib edilərək, ona verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlili sözügedən torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasından ibarətdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edərək bildirir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı xüsusi mülkiyyət hüququ cavabdeh inzibati orqanın özü tərəfindən verilmiş ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtina etsə də, imtinanın qanuni əsaslarının mövcudluğunu sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olması və ya həmin sahə ilə bağlı sonradan yaranmış mübahisələr mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış şəxsə plan-ölçü sənədinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını həyata keçirmək imkanlarını əsassız olaraq məhdudlaşdıra bilər. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məxsus) ilə JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi (İddiaçı məxsus) üst-üstə düşmür. JN-****A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə müəyyən olunur ki, iddiaçıya verilmiş ilkin hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Cavabdeh tərəfindən irəli sürülən etirazlar isə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına baxmayaraq plan-ölçü sənədinin (texniki sənədin) verilməsindən imtinanın hüquqi əsaslarını təsdiq etmir. Iddiaçıya məxsus olan daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “xxxxnin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 2-ci bəndinin 2.0.2-ci hissəsinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *- *(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-738/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-738/2026
22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver