Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-740/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), X4 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi X1, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X2, Üçüncü şəxs üçüncü şəxs1 vəkili və nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsi, X7 və Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Hökməli bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarının və həmin qərar əsasında X7 adına verilmiş ************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli ##.##.2008-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinə həvalə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 və Abşeron rayonu Hökməli bələdiyyəsinin cavabdehlər sırasından çıxarılması və cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinin saxlanılmasının məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 adi, Abşeron rayonu Hökməli bələdiyyəsi isə zəruri cəlbetmə qaydasında üçüncü şəxs) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kolegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)***/**** saylı qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)****/**** nömrəli qərardadı ləğv edilərək, inzibati iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı qismən ləğv edilmiş, Abşeron rayonu Hökməli bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi, həyətyanı sahə və sair təyinat üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN***A saylı kod 308000036, ##.##.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpağın planı, ölçüsü və koordinatları göstərilmişdir. ##.##.2012-ci il tarixdə X3 vəfat etmişdir. Bundan sonra, vərəsəlik qaydasında sözügedən torpaq sahəsi mərhumun həyat yoldaşı Əmirov Vəkil Ziyəddin oğlunun adına rəsmiləşdirilmişdir. Əmirov Vəkil Ziyəddin oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş, torpaq sahəsi bundan sonra vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilərək Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən paylar iddiaçının adına keçmiş və ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Iddiaçı həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir, lakin buna dair iddiaçıya imtina verilmiş və cavabda onun mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi ilə çıxarışın koordinatları arasında fərq olmasını, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yerinin dəyişdirildiyi, faktiki torpaq sahəsinin başqa şəxsin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Yenidən iddiaçı cavabdeh orqana X5 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi ilə müraciət etmişdir. Sözügedən idarənin ##.##.2024-cü il tarixli cavab məktubunda daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X7 ayrılmış torpaq sahəsi bələdiyyə torpağı olmamışdır. Həmin torpaq sahəsi Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə ayrılsa da, sonradan isə həmin torpaq sahəsi Abşeron rayon Hökməli bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə bələdiyyə tərəfindən X7 verilmişdir. Həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığı halda X7 ayrılması tam qanunsuzdur. X7 aldığı çıxarış da qanunsuzdur. Ona görə də, çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, 2008-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi Idarəsinə ## ####### 2024-cü il tarixli müraciəti olmuşdur. Iddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Nəzərinizə çatdırırıq ki, ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş ************ reyestr nömrəli çıxarış ##.##.2007-ci il tarixli Hökməli bələdiyyəsinin ** nömrəli qərarına əsasən verilmişdir. Sözügedən daşınmaz əmlak hal-hazırda üçüncü şəxs1 istifadəsindədir və daşınmaz əmlak üzərində X8 istifadə hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir, lakin ona plan və ölçü sənədi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında iş üzrə mövcud sübutları formal sadalamaqla kifayətlənmiş, lakin onların məzmununu qarşılıqlı əlaqədə və hüquqi nəticə doğuracaq şəkildə qiymətləndirməmişdir. Belə ki, iş materiallarında mövcud olan ##.##.2008-ci il tarixli, ************ reyestr nömrəli çıxarış açıq şəkildə təsdiq edir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X7 adına qanuni əsaslarla dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışın verilməsinə əsas olan ##.##.2007-ci il tarixli, ** nömrəli bələdiyyə qərarı iş materiallarında mövcuddur və məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir. Bununla yanaşı, iş üzrə təqdim edilmiş AA №***** saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi də mövcuddur ki, bu sənəd konkret olaraq X7 məxsus torpaq sahəsinin planının tərtib olunduğunu təsdiq edir. Bu fakt birbaşa sübut edir ki, iddiaçı tərəfindən irəli sürülən “plan-ölçü sənədinin olmaması” və ya hüququn qeyri-müəyyənliyi barədə iddialar əsassızdır. Eyni zamanda, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli rəsmi məktubda açıq şəkildə göstərilir ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi məhz X7 adına olan ************ reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, faktiki istifadə edilən torpaq sahəsi X7 məxsusdur, onun mülkiyyətində, sahibliyində və istifadəsindədir, iddiaçının iddia etdiyi torpaq sahəsi isə faktiki olaraq onun mülkiyyətində deyil. Məhkəmə bu mühüm sübutu nəzərə almadan nəticəyə gəlmiş, bu da qərarın əsassızlığını göstərir. Verilən iddiadan belə çıxır ki, iddiaçı özünə məxsus olan torpaq sahəsinin bir digər şəxs tərəfindən zəbt edildiyini görüb dərhal üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə yiyələnməyə çalışmışdır. Lakin çıxarışın ləğvi mülkiyyət hüquqlarının kobud pozuntusu olduğu üçün iddiaçı da iddianın plan və ölçünün dəyişdirilməsi ilə bağlı vermiş, bu yolla üçüncü şəxslə özünün faktiki vəziyyətini dəyişməyə cəhd etmişdir. Bu hal bir daha təsdiq edir ki, mübahisə hüququn qanunsuz əldə olunması ilə deyil, yalnız kadastr uyğunsuzluğu ilə bağlıdır. Məhkəmə iş üzrə əsas hüquqi məsələni düzgün müəyyən etməmişdir. Işin mahiyyəti iki fərqli hüququn toqquşması deyil, torpaq sahələrinin koordinatlarının və faktiki yerləşməsinin uyğunsuzluğu ilə bağlıdı. Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanına uyğun olaraq belə uyğunsuzluqlar inzibati və texniki qaydada — yerquruluşu və kadastr düzəlişləri vasitəsilə aradan qaldırılmalıdır. Lakin məhkəmə bu mexanizmləri nəzərə almamış, texniki problemi hüquqi mübahisə kimi qiymətləndirmiş və nətic ədə yanlış hüquqi nəticəyə gəlmişdir.Nəticədə çıxarılan məhkəmə qərarı üçüncü şəxsin rəsmi reyestrdə qeydə alınan mülkiyyət hüquqlarına ciddi risk təşkil etmişdir. Iddianın bu cür təmin olunması gələcəkdə üçüncü şəxsin mülkiyyətinin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülki Məcəllənin 152 və 178-ci maddələrinə əsasən isə dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ hüquqi qüvvəyə malikdir və müdafiə olunur. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi X7 mülkiyyət hüququ qanuni əsaslarla əldə olunmuş, dövlət qeydiyyatına alınmış və uzun müddət ərzində mübahisəsiz istifadə edilmişdir. Bu hüququn dolayısı şəkildə məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipini pozur. Məhz bu səbəbdən də o qənaətdəyik ki, Sumqayıt Inzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxs üçüncü şəxs1 vəkili və nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırki iddia tələbi və iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsidir. TƏTBIQ EDILƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmasından ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi, həyətyanı sahə və sair təyinat üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN***A saylı kod 308000036, ##.##.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpağın planı, ölçüsü və koordinatları göstərilmişdir. ##.##.2012-ci il tarixdə X3 vəfat etmişdir. Bundan sonra, vərəsəlik qaydasında sözügedən torpaq sahəsi mərhumun həyat yoldaşı Əmirov Vəkil Ziyəddin oğlunun adına rəsmiləşdirilmişdir. Əmirov Vəkil Ziyəddin oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş, torpaq sahəsi bundan sonra vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilərək, Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən paylar iddiaçının adına keçmiş və ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Iddiaçı həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir, lakin torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi hazırki işin predmeti yalnız iddiaçının adına qüvvədə olan reyestr çıxarışına əsasən ona torpaq sahəsinə dair plan-ölçü sənədinin verilibverilməməsi ilə bağlıdır. Iddiaçı artıq dövlət reyestrində tanınmış mülkiyyət hüququ üzrə həmin torpaq sahəsini fərdiləşdirən texniki sənədin verilməsini tələb edir. Ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əsasən üçüncü şəxsin adına verilmiş ##.##.2008-ci il tarixli çıxarışın ##.##.2007-ci il tarixli bələdiyyə qərarına əsasən verildiyini, qeydiyyat zamanı hər hansı yanlışlığa yol verilmədiyini və iddiaçı tərəfindən həmin çıxarışın qanunsuzluğu barədə mötəbər sübut təqdim edilmədiyini bildirmişdir. Lakin cavabdehin həmin dəlilləri hazırkı iddia tələbinin sonradan dəqiqləşdirilmiş məzmunu və reyestrdə iddiaçının adına olan çıxarışın qüvvədə olması baxımından birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Belə ki, hazırkı iddia tələbi iddiaçının adına qüvvədə olan ************ reyestr nömrəli çıxarış əsasında ona məxsus 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Cavabdeh dövlət reyestrində iddiaçının mülkiyyət hüququnu tanıdığı halda, həmin hüququ fərdiləşdirən plan-ölçü sənədinin verilməsindən yalnız koordinat uyğunsuzluğu, sahələrin naturada fərqli yerləşməsi və ya başqa şəxsin sənədi üzrə sahə ilə üst-üstə düşmə ehtimalına istinadla imtina edə bilməz. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işləriniaparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “xxxxnin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Qeyd edilən vahid sənəd prinsipinə görə, reyestr orqanı çıxarış verməklə kifayətlənə bilməz. Çıxarışın ayrılmaz tərkib hissəsi olan plan-ölçü sənədinin hazırlanmasını da təmin etməlidir. Cavabdehin istinad etdiyi kordinat uyğunsuzluğu, sahələrin naturada fərqli yerləşməsi və ya üst-üstə düşmə ehtimalı iddiaçıya plan-ölçü sənədinin verilməsindən imtina üçün müstəqil əsas sayıla bilməz. Bu cür uyğunsuzluqlar cavabdehin öz səlahiyyətləri daxilində kadastr məlumatlarının dəqiqləşdirilməsi, yerquruluşu materiallarının araşdırılması və zəruri olduqda aidiyyəti şəxslərdən, bələdiyyədən və digər orqanlardan müvafiq sənədlərin tələb olunması yolu ilə aradan qaldırılmalıdır. Buna görə cavabdehin apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs əsasən onun adına olan ##.##.2008-ci il tarixli çıxarışın, ##.##.2007-ci il tarixli bələdiyyə qərarının və AA №***** saylı plan-ölçü sənədinin mövcudluğuna, habelə plan-ölçü sənədinin verilməsinin onun mülkiyyət hüququna risk yaradacağına istinad etmişdir. Bu dəlillər hazırkı icraatın predmeti və iddia tələbinin sonradan dəqiqləşdirilmiş məzmunu nəzərə alınmaqla əsaslı sayıla bilməz. Kollegiya qeyd edir ki, iddiaçı əvvəlcə Abşeron rayon Hökməli bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarının və həmin qərar əsasında üçüncü şəxsin adına verilmiş çıxarışın ləğvi ilə bağlı tələb irəli sürmüşdür. Lakin sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və tələbini yalnız Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə məhdudlaşdırmışdır. Əsas məsələ məhz həmin dəqiqləşdirmənin verilməsidir. Bu dəqiqləşdirilmiş tələbə görə iddiaçı artıq üçüncü şəxsin adına olan çıxarışın ləğvini, dəyişdirilməsini və ya həmin çıxarış üzrə hüququn məhdudlaşdırılmasını tələb etmir. Yalnız öz adına verilmiş çıxarış əsasında ona ayrılmış hissəyə dair plan-ölçü sənədinin verilməsini istəyir. Buna görə də plan-ölçü sənədinin verilməsi üçüncü şəxsin adına olan çıxarışın qüvvəsini və həmin çıxarış əsasında yaranmış hüquqi vəziyyəti aradan qaldırmır. Üçüncü şəxsin torpaq sahələrinin faktiki yerləşməsi və üst-üstə düşməsi barədə dəlilləri isə plan-ölçü sənədinin verilməsindən imtina üçün deyil, zərurət yaranarsa kadastr məlumatlarının dəqiqləşdirilməsi üçün əhəmiyyət kəsb edə bilər. Bu səbəbdən həmin dəlillər hazırkı iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazının və apellyasiya şikayətinin, həmçinin üçüncü şəxsin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-740/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-740/2026
04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver