Məhkəmə qərarları › İş №2-1(3-8)-741/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-741/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-741/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “ünvan 1 ünvanda yerləşən 600.9 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi idarəsinə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 600.9 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qəraradı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X2 ilə ##.##.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahdan 2 (iki) qız övladı dünyaya gəlmişdir. Həyal yoldaşı X2 ##.##.2018-ci il tarixdə vəfat etmiş və Bakı şəhər * saylı notariat ofisində ***/**** saylı vərəsəlik işi açılmışdır.Həyat yoldaşına sağlığında Abşeron rayon Görədi Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən torpaq sahəsinə dair ************** nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həyat yoldaşı X2 ##.##.2018-d il tarixdə vəfat etmişdir. Bakı şəhər * saylı notariat ofisi tərəfindən * saylı Abşeron Ərazi İdarəsinə müraciət olunaraq Abşeron rayon Görədil Bələdiyyəsinin ##.##.2007-ci il tarixdə verdiyi ** nömrəli qərarından çıxarışa əsasan ünvan 3 ünvanda yerləşən 600.9 kv..m torpaq sahəsinə X2 adına hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsi xahiş edilmiş, lakin adı gedən İdarə tərəfindən verilmiş imtina məktublarında sözügedən plan ölçüdə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu müəyyən edildiyi göstərilmişdir.Ancaq maraqlı odur ki, mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Əliyev Cavid Hicran oğlunun Abşeron rayonu Görədil kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli müraciətinə cavabdeh tərəfindən imtina məktubu verilərək torpaq sahəsinin başqa şəxsin adına (yəni mərhum həyat yoldaşının adına) ləğv edilmiş DT və XK tərəfindən ************** nömrəli plan və ölçü tərtib edildiyinin müəyyən eddiyi göstərilmişdir. Yəni həmin, torpaq sahəsinin mərhum həyat yoldaşı X2 ayrılmış torpaq sahəsinin olduğunun müəyyən edildiyi göstərilmişdir.Yuxarıda qeyd, olunanlara əsasən tərəfindən cavabdeh inzibati orqana ##.##.2023cü il tarixli məktubla müraciət edilərək, mərhum həyat yoldaşı X2 ünvan 2 ünvanda yerləşən 600.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasım xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*-****-*/**** nömrəli cavab məktubu ilə imtina edilmişdir. Məhz bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı Göradil Bələdiyyəsi tərəfindən X2 0.06 ha torpaq sahəsinin ## ######## 2007-ci il tarixində, ** nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının ## #### 2009-cu il tarixində verildiyi, mübahisə olduğundan daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ## #### 2023-cü il tarixli son müraciətinə imtina ##.##.2023-cü il tarixində verilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 600.9 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə olunmuşdur. (hakim Rahim Həsənov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mərhuma ayrılmış 0,0609 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında hər hansı maneə mövcud deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Göradil Bələdiyyəsi tərəfindən X2 0.06 ha torpaq sahəsinin ## ######## 2007-ci il tarixində, ** nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının ## #### 2009-cu il tarixində verildiyi, mübahisə olduğundan daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı, təkrar araşdırma zamanı (mütəxəssis rəyinə əsasən) plan və ölçü sənədində göstərilən torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə və (*-**-*-**/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktuba əsasən) başqa şəxsin müraciəti ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, aparılmış araşdırma zamanı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olan, habelə başqa şəxsin müraciət predmeti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilsə də, həmin üst-üstə düşmə hüquqmüəyyənedici və ya digər sənədlər üzrə yaranmamışdır. Bu hal yalnız həmin torpaq sahəsinin digər şəxslər tərəfindən faktiki olaraq zəbt edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, üst-üstə düşmə sənədlər üzrə deyil, faktiki zəbt nəticəsində yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini ünvan 1 ünvanında yerləşən 600,9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi təşkil edir. Kollegiya qeyd edir ki, iddia tələbi torpaq sahəsinə yeni hüququn yaradılması və ya torpaq sahəsinin naturada ayrılması barədə deyil, mövcud sənədlər əsasında mərhum şəxsə məxsus olmuş hüququn vərəsəlik hüququ nəticəsində rəsmiləşdirilməsi üçün təsdiq edilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçı İddiaçı mərhum X2 həyat yoldaşıdır. X2 ## ###### 2018-ci il tarixdə vəfat etmiş, onun ölümü ilə əlaqədar Bakı şəhər * saylı notariat ofisində ***/**** saylı vərəsəlik işi açılmışdır. Mərhumun adına Abşeron rayonu, Göradil Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** nömrəli qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün 600,9 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin dəyəri ödənilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ************** nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının hazırkı tələb üzrə subyektiv hüququ onun mərhum ərindən qalmış əmlakla bağlı vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi zərurətindən irəli gəlir. Cavabdeh publik hüquqi şəxs isə həmin ərazi üzrə daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının aparılması, habelə hüquqların dövlət qeydiyyatı və bu hüquqlarla bağlı arayışların verilməsi sahəsində səlahiyyətli inzibati orqan olduğundan hazırkı iddiaya cavab verməli subyektdir. Kollegiya qeyd edir ki, cvabdehin İPM-in 38-ci maddəsinə istinad etməsi əsaslı sayıla bilməz. Hazırkı tələb inzibati aktın ləğvi və ya inzibati aktın qəbuluna məcburetmə barədə deyil, inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətin, yəni hüququn mərhum şəxsə məxsus olması barədə arayışın verilməsinin tələb edilməsinə yönəlmişdir. Belə tələb İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinin mənasına görə öhdəliyin icrası haqqında iddiadır. Buna görə İPM-in 38-ci maddəsində nəzərdə tutulan müddət hazırkı iddianın mümkünlüyünü istisna edən əsas kimi tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mahiyyətcə 1.torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı ilə alqı-satqı aktının tarixləri arasında fərqin olmasına, 2.torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğunluğunu müəyyən etmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamasına, 3.iddiaçının məhkəməyə müraciət edərkən prosessual müddətə riayət etməməsinə, 4.habelə təkrar araşdırma zamanı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olan və başqa şəxsin müraciət predmeti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsinə əsaslanır. Birinci dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi, geri çağırılmadığı və ya etibarsız hesab olunmadığı müddətdə hüquqi qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin məzmununa görə inzibati akt qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, cavabdeh inzibati orqan qüvvədə olan bələdiyyə qərarını öz mülahizəsi ilə hüquqi qüvvədən düşmüş və ya tətbiq edilə bilməyən akt kimi qiymətləndirə bilməz. Cavabdeh həmin qərarın saxta olmasını, ləğv edilməsini, geri çağırılmasını və ya məhkəmə qaydasında etibarsız hesab olunmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən isə inzibati icraat zamanı təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Alqı-satqı aktının bələdiyyə qərarından sonra tərtib edilməsi də arayışın verilməsindən imtina üçün müstəqil hüquqi əsas yaratmır. Göradil Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** nömrəli qərarı torpaq sahəsinin mərhum X2 ayrılması barədə bələdiyyənin iradə ifadəsini əks etdirir. Sonradan alqı-satqı sənədinin tərtib edilməsi həmin hüquqi münasibətin rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi də öz qərarında haqlı olaraq vurğulamışdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Göradil bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə görə daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və bu qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Hazırkı işdə bələdiyyə qərarı, torpağın dəyərinin ödənilməsini təsdiq edən sənəd və ************** nömrəli plan və ölçü sənədi birlikdə mərhumun həmin torpaq sahəsinə dair hüququnun mövcudluğunu təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, bələdiyyə torpaqlarının ayrılması zamanı aidiyyəti orqanların rəylərinin alınması, sənədlərin razılaşdırılması və texniki sənədləşmənin tərtibi inzibati orqanların səlahiyyət dairəsinə aid olan icraat məsələləridir. Əgər həmin mərhələdə hər hansı formal çatışmazlıq olmuşdursa belə, bu hal yekun bələdiyyə qərarı qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi müddətdə iddiaçının və mərhum hüquq sahibinin ziyanına tətbiq oluna bilməz. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinin məzmunu da yalnız formal tələblərə istinadla şəxsin hüququnun həyata keçirilməsinə maneə yaradılmasını istisna edir. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə də uyğundur. Həmin qərarın məzmununa görə torpaq sahəsinin ayrılması ilə bağlı rəylər və razılaşdırmalar yekun inzibati aktın qəbuluna xidmət edən iştirak xarakterli sənədlərdir. Belə sənədlərin olmaması və ya razılaşdırmaların aparılmaması yekun inzibati akt qanunla müəyyən edilmiş qaydada ləğv edilənədək onun hüquqi qüvvəsini birbaşa aradan qaldırmır. Cavbadehin ikinci və dördüncü dəlillərə münasibətdə kollegiya qeyd edir ki, müayinə baxışının keçirilməsinə dair mübahisə, torpaq sahəsinin faktiki istifadədə başqa şəxslərdə olması və ya başqa şəxsin müraciəti ilə müəyyən üst-üstə düşmə ehtimalı hazırkı tələbin mahiyyətini dəyişmir. Hazırkı iddia torpaq sahəsinin üçüncü şəxslərin faktiki istifadəsindən çıxarılması, sərhədlərin müəyyən edilməsi və ya torpaq sahəsinin naturada boşaldılması barədə deyil, mərhumun adına yaranmış hüququn vərəsəlik rəsmiləşdirilməsi üçün arayışla təsdiq edilməsi barədədir. Kollegiya qeyd edir ki, cavabdehin ## ###### 2025-ci il tarixli məktuba istinad etməsi də imtinanın qanuniliyini təsdiq etmir. Başqa şəxsin eyni torpaq sahəsi ilə bağlı müraciət etməsi X2 adına tərtib edilmiş ************** nömrəli plan və ölçü sənədinin mövcudluğunu və hüquqi əhəmiyyətini istisna edən hal deyildir. Əksinə, iş materiallarında olan Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan Əliyev Cavid Hicran oğlunun müraciətinə verdiyi cavabda həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına ************** nömrəli plan və ölçü sənədinin tərtib edildiyini özü göstərmişdir. Bu hal cavabdehin hazırkı mübahisə üzrə istinad etdiyi dəlilin imtina üçün yetərli hüquqi əsas olmadığını göstərir. Kollegiya qeyd edir ki, torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı üçüncü şəxslərlə yarana biləcək mübahisələr mülki-hüquqi və ya ayrıca inzibati mübahisənin predmeti ola bilər. Lakin belə ehtimal mövcud olduğu halda belə, cavabdeh qanunda nəzərdə tutulmayan imtina əsası yaratmaqla vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün zəruri olan arayışın verilməsindən imtina edə bilməz. Cavabdeh tərəfindən torpaq sahəsinin başqa şəxsin dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ ilə üst-üstə düşdüyünü təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı göstərilən hal da arayışın verilməsindən imtina üçün qanuni əsas hesab edilə bilməz. Belə məhdudiyyətlər torpaq sahəsindən istifadənin rejimi və mümkün yüklülüklərlə bağlı məsələlər yarada bilər, lakin qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında yaranmış hüququn mövcudluğunun arayışla təsdiq edilməsini istisna etmir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğunu sübuta yetirməmişdir. Müraciət olunan hüququn dövlət qeydiyyatına alınmalı olmayan hüquq olması, sənədlərin forma və məzmun baxımından qanunvericiliyə uyğun olmaması, müraciətin səlahiyyətsiz şəxs tərəfindən verilməsi, hüququn yaranmasına dair bələdiyyə aktının etibarsız hesab olunması və ya təsdiqləyici sənəd vermiş şəxsin səlahiyyətsiz olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin məzmununa görə mülkiyyət toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və hər kəsin mülkiyyət hüququ vardır. İddiaçının tələbi mahiyyətcə mərhumun əmlakına dair vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün zəruri olan məlumatın əldə edilməsinə yönəldiyindən, cavabdehin formal və sübuta yetirilməmiş əsaslarla arayış verməkdən imtina etməsi iddiaçının mülkiyyət və vərəsəlik hüquqlarının həyata keçirilməsini əsassız şəkildə çətinləşdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətində istinad etdiyi hallar birinci instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət vermiş, iddia tələbini təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədlərin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar