Məhkəmə qərarları › İş №2-1(3-8)-742/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-742/2026

22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-742/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: ##.##.2019-cu il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ndə yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Avçı qızına, oğlu X4 və qızı X7 məxsus olmuşdur. İddiaçı Avçı qızının mülkiyyət payı ½ hissə, oğlu X5 və qızı X8 mülkiyyət payları isə ¼ hissə müəyyən olunmuşdur. Hazırkı iş üzrə üçüncü şəxs Üçüncü şəxs iddiaçının oğludur. Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı Avçı qızı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1.86 ha torpaq sahəsini oğlu Üçüncü şəxs hədiyyə vermişdir. Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1.86 ha torpaq sahəsinin ½ (ikidə bir) hissəsinə dair Üçüncü şəxs adına ##.##.2023-cü il tarixdə ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Iddiaçı İddiaçı Avçı qızı cavabdeh Üçüncü şəxs (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayonu Notariat ofisi) qarşı iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Üçüncü şəxs torpaq sahəsinin bağışlanması barədə ## ###### 2022-ci il tarixli 4Ə**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Avçı qızı ilə cavabdeh Üçüncü şəxs arasında Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Azərpbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh Üçüncü şəxs kassasiya şikayəti rədd edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra Qusar rayonu Notariat ofisinin notariusu Elçin Həsənov ##.##.2025-ci il tarixli X-*** nömrəli məktubla ƏMDX DƏDK və Reyestri PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək bildirmişdir ki, ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı Avçı qızı ünvan 1ndə yerləşən 1.86 ha torpaq sahəsindən özünə məxsus tam hissəni oğlu Üçüncü şəxs bağışlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən bağışlama müqaviləsi ləğv edilmişdir. Bu səbəbdən müvafiq qeydlərin aparılması xahiş edilmişdir. Həmçinin, İddiaçı Avçı qızı ərizə ilə ƏMDX DƏDK və Reyestri PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, ünvan 1ndə yerləşən 1.86 ha torpaq sahəsinə dair Üçüncü şəxs adına verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin ƏMDX DƏDK və Reyestri PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi ##.##.2025-ci il tarixli məktubla İddiaçı Avçı qızının ərizəsini təmin etməkdən imtina etmiş və çıxarış ləğvinə verilmiş göstərişin yalnız məhkəmə qərarı ilə mümkün olacağını bildirmişdir. ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən ünvan 1 ünvanda yerləşən 1.86 ha torpaq sahəsinin ½ hissəsinə dair Üçüncü şəxs mülkiyyət hüququnun qeydiyyata alınmasına və ##.##.2023-cü il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilməsinə əsas olmuş İddiaçı Avçı qızı ilə Üçüncü şəxs arasında Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsə də, cavabdeh aparılmış qeydiyyatı ləğv etməmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun, yəni İddiaçı, oğlu X4 və qızı X7 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKRin struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona, yəni İddiaçı Avçı qızına, oğlu X4 və qızı X7 məxsusdur.Onun mülkiyyət payım A hissə, oğlu Elmarın və qızı Elnarənin mülkiyyət payları isə A hissə müəyyən olunmuşdur. Mülkiyyət hüququ ##.##.2019-cu il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Üçüncü şəxs Üçüncü şəxs da onun oğludur. Onun Xürel kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahə də vardır. Həmin ev əvvəllər ərinə məxsus olmuş, əri vəfat etdikdən sonra isə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. O həmin evdə oğlu Elmar və onun ailəsi ilə birlikdə yaşayır. Digər oğlu cavabdeh Üçüncü şəxs isə Qusar şəhərində yaşayır. 2022-ci ilin dekabr ayında o oğlu Elnura artıq qocaldığını, xəstə olduğunu, evi və torpaq sahələrini qızı Elnarə Əskərovaya vəsiyyət etmək istədiyini bildirmişdir. ## ###### 2022-ci il tarixdə Elnur onu Qusar rayon Notariat ofisinə apardı və orada evini və torpaq sahələrimi qızı Elnarəyə vəsiyyət etmək üçün hansısa sənədlərə imza etməli olduğunu bildirmişdir. Iddiaçı da ona inanaraq həmin sənədlərə imza etmiş, həmin vaxtdan bir müddət keçdikdən sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişməyə başladı və onun bütün əmlaklarının artıq ona məxsus olduğunu bildirmişdir. Bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və ## #### 2023-cü il tarixdə ona məlum oldu ki, oğlu Üçüncü şəxs evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq özünün adına olan vəsiyyətnaməyə və bağışlama müqaviləsinə imza etdirmişdir. ## #### 2023-cü il tarixdə isə o Qusar rayon Notariat ofisinə müraciət edərək vəsiyyətnaməni ləğv etdirmişdir. Lakin, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Elnurun da Notariat ofisinə gəlib imza etməli olduğunu bildirdilər. Bağışlama müqaviləsinin predmetini ünvan 1ndə yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq" sahəsinin ona məxsus A hissəsi təşkil etmişdir. Bu səbəbdən də o Qusar rayon məhkəməsində iddia qaldıraraq onunla cavabdeh Üçüncü şəxs arasında ## ###### 2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Qusar Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Qusar rayon məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iddia tələbim təmin edilmiş, onunla Üçüncü şəxs arasında Qusar rayon Notariat ofisində bağlanmış ## ###### 2022- ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən Üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3 arasında bağlanmış bağışlama müqaviləsi əsasında bağışlanmış torpaq sahəsinin ona aid hissəsinə dair Üçüncü şəxs adına * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ************ reyestr nömrəli, *********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarış verildiyinə görə isə onun, oğlu Elmar Əskərovun və qızı Elnarə Əskərovanın adına verilmiş ##.##.2019-cu il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvəsini itirmişdir. Həmin Çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən etibarsız hesab olunduğundan Üçüncü şəxs adına verilmiş çıxarış ləğv edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən bağışlama müqaviləsinin ləğvinə dair ##.##.2024-cü il tarixli *(***)- ***/**** saylı qətnamə əsasında ## ###### 2024-cü il tarixdə icra vərəqəsi verilsə də, eyni zamanda bağışlama müqaviləsini təsdiq etmiş Qusar rayon notariat ofisi tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və bu səbəbdən də müvafiq qeydlərin aparılması barədə ## ###### 2025-ci il tarixli X-*** saylı məktub verilsə də, * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən həmin çıxarışın ləğvi təmin olunmamış, ümumiyyətlə həmin sənədlərə baxılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Qusar rayonu, Xürel kəndində yerləşən 1.86 ha torpaq sahəsinə dair vətəndaş Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə ərizə ilə * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Xürel kəndində yerləşən 1.86 ha torpaq sahəsinə dair vətəndaş Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkündür. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixdə *-**-*-**/*-Ə-****/**** nömrəli məktubla imtina verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən iddia tələbinin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı və ailə üzvlərinin adına ##.##.2008-ci il qeydiyyat tarixli, ************ reystr nömrəli çıxarışla Qusar rayonu, Xürel kəndi ərazisində 1.86 ha torpaq sahəsi rəsmiləşmişdir. Daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən əmlak üçüncü şəxs Üçüncü şəxs adına ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış işlənilmişdir. Iddiaçı ilə üçüncü şəxs arasında olan uzun məhkəmə çəkişmələri yekunlaşmış və bağışlanma müqaviləsi etibarsız hesab edilmişdir. Iddiaçı sözügedən məhkəmə qərarlarını cavabdehə təqdim etməsinə baxmayaraq, onun müraciət müsbət həll edilməmişdir. Bu səbəbdən də, iddiaçı iddia tələbində Üçüncü şəxs adına ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qanun qüvvəyə minmiş qətnaməsi əsasında Üçüncü şəxs arasında Qusar rayon Notariat ofisində bağlanmış ## ###### 2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə sözügedən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Iddiaçının hüquqi marağı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu tanıtmaqdan ibarətdir. Lakin, ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmədən onun hüquqları bərpa oluna bilinmir. Iddiaçı cavabdeh təşkilata müvafiq ərizə ilə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən ünvan 1 ünvanda yerləşən 1.86 ha torpaq sahəsinə dair Üçüncü şəxs mülkiyyət hüququnun qeydiyyata alınmasına və ##.##.2023-cü il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilməsinə əsas olmuş İddiaçı Avçı qızı ilə Üçüncü şəxs arasında Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, cavabdeh əsassız olaraq aparılmış qeydiyyatı ləğv etməmişdir. Göründüyü kimi, məhkəmə qərarının preyudisiallığı mövcud olduğundan üçüncü şəxsin mülkiyyət hüququna dair verilmiş##.##.2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin qeyd olunan qərarı ilə razılaşmır. Hesab edir ki, həmin qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Işə baxılarkən məhkəmə aidiyyatı qaydalarına əməl olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə isə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. b) Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, birincisi, apellyasiya şikayətinin məzmunu ilə tanış olan zaman açıq-aydın görünür ki, şikayətçi mülkiyyət hüququ, mülkiyyət hüququnun toxunulmazlığı, mülkiyyət hüququnun müdafiəsi və qorunması barədə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrini, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının və hüquqların qeydiyyatının dövlət reyestrində həyata keçirilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrini, torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdə qeydiyyatın aparılması, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin və icarəçilərinin hüquqlarının qorunması barədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndini, 67-ci maddəsinin 1-ci bəndini, 67.3-cü maddəsini, 84-cü maddəsinin 1-ci bəndini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini sadəcə sadalamaqıa kifayətlənir. Şikayətində göstərmir ki, Sumqayıt Inzibati Məhkəməsi işə baxarkən qanunun hansı normasını pozmuşdur? Şikayətçi bunları əsaslandırmamışdır. Sumqayıt Inzibati Məhkəməsinin qərarından görünür ki, şikayətçinin dediklərinin əksinə olaraq, məhz sadalanan qanun normalarının tələblərinə tam əməl və tətbiq etməklə məhkəmə onun iddiasının təmin edilməsi barədə obyektiv və qanuni qərar qəbul etmişdir. Ikincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin qərarında əks olunan hüquqi mövqeyə görə daşınmaz əmlakın dövlət qeydiyyatı yalnız qanuni əsaslarla əldə olunmuş hüquqlar üzrə aparılmalıdır. Üçüncü şəxs adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması barədə qərar qəbul edərək iddia tələbi məhkəmə tərəfindən ona görə təmin edilmişdi ki, həmin çıxarış qanuni əsas olmadan əldə olunmuşdur. Həmin çıxarışın qanunsuz yolla əldə olunması bir də onunla sübut olunur ki, məhkəmə tədqiqatı zamanı təsdiq olunmuşdur ki, ona və ailə üzvlərinə məxsus olan 1,86 ha torpaq sahəsinə Üçüncü şəxs adına ##.##.2023-cü il tarixli ************ reyestr, ******* qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan bağışlama müqaviləsi qanunsuz olduğuna görə etibarsız hesab edilmişdir. Bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü tarixli *(***)-***/**** saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması haqqında AR Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı da mövcuddur. Belə olan halda Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı nəyə görə ləğv olunmalıdır, bu barədə apellyasiya şikayətində qoyulan tələb tam əsassız deyilmi? Üçüncüsü apellyasiya şikayətində göstərilir ki, məhkəmə aiddiyyət qaydalarına əməl etməmişdir. Şikayətçinin bu tələbi də əsassızdır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt Inzibati Məhkəməsi tərəfindən baxılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxs Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər ...

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ... 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; ...

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən edilir ki, ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən ünvan 1 ünvanda yerləşən 1.86 ha torpaq sahəsinin ½ hissəsinə dair Üçüncü şəxs adına verilmiş ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın hüquqi əsası kimi çıxış edən İddiaçı Avçı qızı ilə Üçüncü şəxs arasında Qusar rayonu Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilmişdir. Beləliklə, mübahisəli çıxarışın verilməsi üçün hüquqi əsas təşkil edən əqdin etibarsızlığı məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki qanunvericiliyə əsasən etibarsız əqd onun bağlandığı andan hüquqi nəticələr yaratmır və yalnız etibarsızlıqla bağlı qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olur. Deməli, hüquqi qüvvəsi olmayan əqdə əsaslanaraq dövlət qeydiyyatının qüvvədə saxlanılması hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsinin mahiyyəti ilə uzlaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı həmin hüquqların dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Hüququn qeydiyyatı üçün əsas olmuş hüquqi fakt və ya əqd sonradan etibarsız hesab edildikdə, həmin əqdə əsaslanaraq aparılmış dövlət qeydiyyatının hüquqi əsasları da aradan qalxmış olur. Bu halda dövlət reyestrində mövcud qeydin saxlanılması hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinə zidd nəticə yaradar. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq etmir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi mübahisəli çıxarışın hüquqi əsasının qüvvədən düşməsini aradan qaldırmır. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağışlama müqaviləsinin etibarsızlığı müəyyən edildiyindən, həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv olunması zəruri hüquqi nəticə kimi çıxış edir və buna dair reyestrdə müvafiq qeydiyyatın aparılmasını təmin etmək cavabdeh inzibati orqanın birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar