Məhkəmə qərarları › İş №2-1(3-8)-744/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-744/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-744/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi-hakim), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Iddiaçı X3 ##.##.2008-ci ildə aparılmış qiymətləndirmə nəticəsində müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. ##.##.2024-cü ildə aparılmış qiymətləndirmə nəticəsində “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-**/**** saylı qərarı ilə Diaqnoz əlillik təyin etməməsi barədə barədə qərar qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı ##.##.2026-cı il tarixdə iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ** №-li Zona tibbi-sosial ekspert komissiayısının **** saylı, ##.##.2008-ci il tarixli təkrar müayinə aktına əsasən III qrup təyin olunmuş müddətsiz əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli qərarın ləğv edilərək iddiaçıya həmin tarixdən üçüncü dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron alt sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildən II qrup əlillik dərəcəsi ilə təqaüdə çıxmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ** №-li Zona tibbi-sosial ekspert komissiyasının **** saylı, ##.##.2008-ci il tarixli təkrar müayinə aktına əsasən, iddiaçıya “sağ çiyinin və döş qəfəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Xr. bronxit, üçlü sinirin nevriti. Sağ tərəfdən III-IV qabırğaların düzgün bitişməmiş sınığı.” diaqnozu əsasında müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə dövlət qayğısı çərçivəsində ev və avtomobillə təmin olunmuşdur. Lakin naməlum səbəblərdən iddiaçıya təyin olunmuş əlillik dəcəsinə görə pensiya təminatı 2024-cü ilin dekabr ayından dayandırılmışdır. Əlillik dərəcəsinə görə iddiaçıya təyin olunmuş pensiya naməlum səbəblərə görə kəsildiyindən aidiyyəti təşkilatlara müraciətləri olmuşdur. Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməyi tövsiyə edilmişdir. Həmin müəsiisədən iddiaçıya bildirilmişdir ki, iddiaçı ilə bağlı onlara şikayət ərizəsi daxil olmuşdur və buna görə də, təkrar müayinə olunmalıdır. Həmin gün formal müayinədən keçdikdən sonra iddiaçıya bildirilmişdir ki, müayinənin nəticəsi barədə elektron arayış təqdim olunacaqdır. Nəticədə elektron hökümət portalında yaradılmış şəxsi kabinetdə müxtəlif vaxtlarda “müayinə” edilməyi ilə bağlı, “əlillik əlaməti təyin etmir”, “diaqnozun təsdiqini tapmamsı” barədə məlumatlar yerləşdirilmişdir. Sonuncu məlumat 2025- ci ilin dekabr ayının “müayinəsi” ilə bağlıdır ki, bu məlumat da qeyrimüəyyənlik yaradır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hər hansı əsaslandırılmış qərarı iddiaçıya təqdim edilməmişdir. Bildirir ki, DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi formal mülahizələrə əsaslanan qeyri-qanuni hərəkətləri ilə tamamilə razı deyil. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı otağa dirsəkaltı ağac ilə daxil olmuş, boynunda korset olması müşahidə edilmişdir. Hərəkət məhdudluğundan, ağrılardan, ətraflarında keyimə hissindən, təngnəfəslikdən şikayətlənmişdir. Medikamentoz preparatlardan “Cardiomagnil”, “Phenzepin”, “Salbutamol” istifadə etdiyini söyləmiş, nümayişkar olaraq boyun və bel korseti geyinmişdir. Dövlət tərəfindən ev və avtomobillə təmin edildiyini söyləmişdir. Terapevtik müayinə (Həsənov Zaur) - Müayinə zamanı vətəndaşın boyu 175 sm, çəkisi 110 kq, saturasiyası SpO2 98%, nəbzi 110 vurğu müəyyənləşdirilmiş, ağciyərlər üzərində yayılmış quru xırıltılar eşidilmişdir. DTSERA-da Spirometriya müayinəsinə yönləndirilmiş, xroniki tənəffüs pountusu əlamətləri aşkarlanmamışdır. Nevroloji müayinə: (Abbasova Sahilə)- Müayinə zamanı ətraflarda əzələ gücü və tonusu normal olmuşdur. Refleksləri norma daxilində çağrılmış, parez və atrofiya izlənilməmişdir. Sağ çiyin nahiyəsi və paravertebral nöqtələrdə ağrılardan şikayətlənmişdir. Cərrahi müayinə: (Ibrahimov Zahid) - Baxış zamanı sol çiynində və kürəkaralığında çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. DTSERA-da aparılmış laborator və Instrumental müayinələr: Spirometriya müayinəsi. Qərarın əsaslandırılması: Aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilərək iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən üçüncü dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi “Diaqnozun təsdiqini tapmaması” göstərilmişdir. 26. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2008-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə cəlb etmədən 2024-cü ildə əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti ##.##.2008-ci ildə qiymətləndirilmiş və ona üçüncü dərəcə əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh 2008-ci il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə, həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Işin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisə predmeti olan qərar düzgün seçilməmiş və işə əlilliyin bərpası formasında baxılmışdır. Halbuki iddiaçı əlilliyin dayandırılmasına əsas olmuş ##.##.2024-cü il tarixli qərarı mübahisələndirməmiş və barəsində ##.##.2025-ci il tarixli göndəriş rəsmiləşdirməklə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciət etmişdir. Müvafiq göndəriş əsasında vətəndaş barəsində ##.##.2025-ci il tarixli Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı həmin qərarı mübahisələndirməli idi. Iddiaçı barəsində məhkəməyədək f-** nömrəli göndəriş əsasında qəbul edilmiş qərar ##.##.2025-ci il tarixli Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərardır. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı əlilliyin dayandırılmasına əsas olmuş ##.##.2024-cü il tarixli qərarı mübahisələndirməmiş və barəsində ##.##.2025-ci il tarixli göndəriş rəsmiləşdirməklə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciət etmişdir. Müvafiq göndəriş əsasında vətəndaş barəsində ##.##.2025-ci il tarixli Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı həmin qərarı mübahisələndirməli idi. Iddiaçı barəsində məhkəməyədək f-** nömrəli göndəriş əsasında qəbul edilmiş qərar ##.##.2025-ci il tarixli Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərardır. Apellyasiya şikayətinin dəlillərində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hansı əsaslarla ##.##.2024-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etməsini göstərməmişdir. Bununla bağlı bildirmək istəyirik ki, son zamanlar məhkəmə mübahisəsinin predmeti olmuş mübahisələrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, əvvəlki illərdə müddətsiz əlillik dərəcəsi təyin olunmuş şəxslərlə bağlı vəzifə səlahiyyətlərini aşmaqla qərarlar qəbul edilməsi müşahidə olunur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ** saylı Zona Tibbi Sosial Ekspert Komissiyası 1320 №li ##.##.2008-ci il tarixli müayinə aktına əsasən müddətsiz III əlillik dərəcəsi təyin etmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən də müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən naməlum şəxs tərəfindən tərtib olunmuş anonim ərizə əsasında ##.##.2024-cü ildə aparılmış formal “qiymətləndirmə” nəticəsində “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslılığına hüquqi qiymət verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş üzrə iddia müddəti ötürüldüyünə görə iddia mümkün sayılmamalıdır. Belə ki, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli ** saylı qərarının 1.1-1.4cü bəndlərində qeyd edilir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Iddiaçının hazırkı iddia tələbi cavabdeh inzibati orqan tərəfindən müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi barədədir. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Işdən görünür ki, iddiaçıya ##.##.2008-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Iddiaçı iddia ərizəsində 2024-cü ilin dekabr ayında ona təyin olunmuş əlillik dərəcəsinə görə pensiya təminatının dayandırılması barədə məlumatlı olduğunu qeyd etmişdir. Pensiya ödənişlərinin dayandırıldığı 2024-cü ilin dekabr ayı iddia müddətinin başlanğıcı kimi qəbul edilərsə, iddiaçı tərəfindən məhkəməyə yalnız ##.##.2026-cı il tarixdə müraciət edilmişdir ki, bu da qanunla müəyyən edilmiş prosessual müddətin əhəmiyyətli dərəcədə ötürülməsini göstərir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ##.##.2025-ci il tarixdə Forma-88 əsasında əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi və həmin müraciət üzrə ##.##.2025-ci il tarixdə yeni imtina qərarının qəbul edilməsi ##.##.2024-cü il tarixli inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımını dayandıran və ya yenidən hesablanmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Həmin müraciətlər müstəqil inzibati icraat predmeti olmaqla, əvvəl qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi üçün müəyyən edilmiş iddia müddətinə təsir göstərmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2024-cü il tarixli qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti üzrlü səbəb olmadan buraxılmışdır. Iddia müddətinə riayət olunması iddianın mümkünlüyünün zəruri şərtlərindən biri olduğundan, həmin müddətin ötürülməsi hazırkı iddianın mahiyyəti üzrə araşdırılmasını istisna edən prosessual maneə kimi qiymətləndirilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Digər tərəfdən, Inzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq vaxt keçdiyindən kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etməyə də zərurət qalmamışdır. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyü ilə bağlı işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarının ləğv edilərək, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən üçüncü dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar