Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-745/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “əmrin ləğvi, xidməti vəzifəyə bərpa edilmə” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı # ### 2019-cu il tarixdə bağlaşma əsasında 5 il müddətinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə R kimi həqiqi hərbi xidmətə qəbul edilmişdir. Həmin bağlaşma üzrə xidmət müddəti başa çatdıqdan sonra, 2024-cü ildə iddiaçı ilə yeni bağlaşma bağlanılmış və xidmət müddəti bir il müddətinə, # ### 2025-ci il tarixədək uzadılmışdır.
2. Xidmət müddətinin başa çatması ilə əlaqədar iddiaçı ilə ## #### 2025-ci il və ## ### 2025-ci il tarixlərində söhbət aparılmış, o, hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyini bildirmişdir.
3. Həmçinin iddiaçı ## ### 2025-ci il tarixli raportla N nömrəli hərbi hissənin komandirinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə uyğun olaraq xidmət müddətinin başa çatması ilə əlaqədar ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.
4. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin # #### 2025-ci il tarixli, ****/ş nömrəli əmri ilə iddiaçı xidmət müddətinin başa çatması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
5. Daha sonra iddiaçı FHN-nin # #### 2025-ci il tarixli, ****/ş nömrəli əmrinin ləğv edilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət etmişdir.
6. Cavabdeh orqan # ###### 2025-ci il tarixli, *-**-**/*-A-**-**/**** nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən iddiaçı ilə xidmət müddəti bitməzdən əvvəl, ## #### 2025-ci il tarixdə söhbət aparılmış və iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyini bildirmişdir. Daha sonra ## ### 2025-ci il tarixdə iddiaçı ilə ikinci söhbət aparılmış və o, ehtiyata buraxılmaqla bağlı fikrinin qəti olduğunu bildirmişdir. Əlavə olaraq, iddiaçı raportla hərbi hissə komandirinə hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmiş, bununla bağlı yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Cavabdeh qeyd edilən məsələlər üzrə hər hansı qanun pozuntusunun aşkar edilmədiyini bildirmişdir.
7. Daha sonra iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, barəsində çıxarılmış # #### 2025-ci il tarixli, ****/ş nömrəli əmrin ləğv edilməsini və xidməti vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, hərbi qulluqçular xidmət müddəti başa çatdıqda ehtiyata buraxılırlar. Lakin, iddiaçı hesab edir ki, onun # ### 2019-cu il tarixli, ****/ş nömrəli əmrlə müəyyən edilmiş 5 illik xidmət müddəti faktiki xidmətə başlama tarixi, habelə xidmətdə yaranmış fasilələr və digər hüquqi əhəmiyyətli hallar nəzərə alınmaqla hesablanmalı idi. Bu hesablamalar aparılmadan və əsaslandırılmadan ehtiyata buraxılması barədə əmr verilmişdir. Bundan başqa, ****/ş nömrəli əmrdə yalnız qanun normasına istinad edilmiş, lakin iddiaçının xidmət müddətinin hansı əsaslarla başa çatdığı və ehtiyata buraxılmasını şərtləndirən faktiki hallar göstərilməmişdir. Halbuki, belə qərar qəbul edilərkən şəxsi iş üzrə zəruri araşdırma aparılmalı, xidmətə qəbul, xidmət keçməsi və digər aidiyyəti sənədlər nəzərə alınmalı idi. Iddiaçı bildirir ki, ## ### 2025-ci il tarixli raportunda göstərdiyi kimi, müqavilənin müddətinin uzadılması ilə bağlı söhbət ## ### 2025-ci ildə, yəni müqavilənin bitməsindən (# ### 2025-ci il) sonra aparılmışdır. Həmçinin, iddiaçı # #### 2025-ci il tarixli, ****/ş nömrəli əmrin surətinin təqdim edilməsi üçün dəfələrlə yazılı müraciət etsə də, cavabdeh həmin əmrin surətini ona təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova).
10. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr # #### 2025-ci il tarixdə qəbul edildiyi halda, iddiaçı hazırkı iddia tələbi ilə # ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Iddiaçı həmin əmrdən çıxarışla ## #### 2025-ci il tarixdə tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmrin verilməsi zamanı iddiaçıya münasibətdə inzibati icraat aparılmış, iddiaçı bu barədə məlumatlı olmuş və əmrlə həmin vaxt tanış edilmişdir.
11. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət ərzində əmrin surətini əldə edə bilməmiş, bununla bağlı cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmış və nəticə etibarilə əmrin mahiyyəti, hüquqi əsasları və onun hüquqlarına təsiri barədə real məlumatı yalnız gecikmiş şəkildə əldə etmişdir. Bu hal iddia müddətinin hesablanmasına birbaşa təsir edən mühüm fakt olsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı, iddiaçının ailə vəziyyəti son dərəcə ağır olmuş və bu hal davam etməkdədir. Belə ki, iddiaçının anası ciddi xəstəlikdən əziyyət çəkmiş və hal-hazırda da xəstə olaraq daimi qayğıya ehtiyac duyan şəxsdir. Bu baxımdan, iddiaçı faktiki olaraq anasının yanında olmuş, onun müalicəsi və gündəlik baxımı ilə məşğul olmuş, bu səbəbdən hüquqlarının müdafiəsi üçün zəruri hüquqi addımları vaxtında və operativ şəkildə atmaq imkanından məhrum olmuşdur. Bu hallar iddiaçının iradəsindən asılı olmayan obyektiv səbəblər olmaqla, onun məhkəməyə müraciət etməsinə real maneə yaratmışdır. Hazırkı işdə iddiaçıya şifahi qaydada işdən çıxarıldığı bildirilmişdir, lakin əmrin surəti ona təqdim edilməmiş, qərarın hüquqi və faktiki əsasları izah olunmamış, iddiaçının hüquqlarına hansı formada təsir etdiyi barədə məlumat verilməmişdir. Bu səbəbdən, iddiaçı inzibati aktın mahiyyəti və hüquqi nəticələri barədə real və dolğun məlumatı yalnız ##.##.2025-ci il tarixində əldə etmişdir. Iddiaçı tərəfindən əmrin surətinin təqdim edilməsi məqsədilə cavabdeh quruma dəfələrlə müraciətlər edilsə də, cavabdeh həmin müraciətləri təmin etməmiş və inzibati aktın təqdim olunmasından faktiki olaraq yayınmışdır. Bu isə iddiaçının məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsinə birbaşa maneə yaratmışdır. Belə olan halda, iddia müddətinin başlanğıcı kimi ## #### 2025-ci il tarixinin qəbul edilməsi hüquqi baxımdan əsassızdır. Həmin tarix yalnız formal tanışlıq faktını əks etdirir və inzibati aktın real mənimsənilməsi və hüquqi nəticələrinin dərk edilməsi ilə eyniləşdirilə bilməz. Iddiaçı əmrin mahiyyəti ilə faktiki olaraq ##.##.2025-ci il tarixində tanış olmuş və bundan dərhal sonra ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət çərçivəsindədir və iddia müddətinin buraxılmadığını açıq şəkildə göstərir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən yalnız əmrin nömrəsi bildirilsə də, əmrin məzmunu və əsaslandırılması iddiaçıya açıqlanmamışdır. Şifahi söhbətlər zamanı isə iddiaçıya ehtiyata buraxıldığı bildirilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər edilmiş, nəticədə yalnız ##.##.2025 və ##.##.2025-ci il tarixlərində müvafiq əmrin surəti əldə olunmuşdur. Iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
17. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı # ### 2019-cu il tarixdə 5 il müddətinə bağlaşma əsasında FHN-ə həqiqi hərbi xidmətə qəbul edilmiş, sonradan bağlaşmanın müddəti # ### 2025-ci il tarixədək bir il uzadılmışdır. Daha sonra cavabdehin # #### 2025-ci il tarixli, ****/ş nömrəli əmri ilə xidmət müddətinin başa çatmasına görə iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
21. Hazırkı iddia tələbi iddiaçının ehtiyata buraxılmasına dair cavabdehin # #### 2025ci il tarixli, ****/ş nömrəli əmrinin ləğv edilməsi və iddiaçının xidməti vəzifəsinə bərpa edilməsi barədədir.
22. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
24. Iddiaçı tərəfindən irəli sürülən tələb hər hansı yeni hüququn tanınmasına və ya mövcud hüququn müdafiəsinə yönəlməmiş, əksinə, konkret əlverişsiz inzibati aktın – # #### 2025-ci il tarixli əmrin ləğv edilməsinə, yəni hüquqi qüvvəsinin aradan qaldırılmasına xidmət edir. Bu isə hüquqi təbiətinə görə inzibati aktın mübahisələndirilməsi kimi qiymətləndirilməlidir.
25. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına və ya dəyişdirilməsinə dair iddialar mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilir.
26. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
27. Mübahisələndirmə haqqında iddia hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi tələbi ilə qaldırılır. Bu iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Həmin xüsusi şərtlərə iddia qaldırmaq səlahiyyəti və qanunla müəyyən edilmiş iddia müddətinə riayət olunması daxildir.
28. IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
29. Beləliklə, publik hüquq sahəsinə aid məsələ üzrə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün hüquqi nəticə yaradan inzibati aktın ləğvi və ya dəyişdirilməsi tələbi, bir qayda olaraq, həmin aktın təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə irəli sürülməlidir.
30. Iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində mübahisələndirilən əmrin ona çoxsaylı müraciətlərindən sonra rəsmi olaraq yalnız ##.##.2025-ci il tarixində təqdim edildiyini, bundan sonra qanunla müəyyən edilmiş 30 gün müddətində hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini bildirsə də, iş materiallarından iddiaçının həmin əmrdən daha əvvəl məlumatlı olduğu müəyyən edilir.
31. Belə ki, iş materiallarında olan mübahisələndirilən əmrdən görünür ki, iddiaçı həmin əmrlə ##.##.2025-ci il tarixdə tanış olmuş, bunu “əmr ilə tanış oldum, R Nadirova” qeydini yazmaqla imzası ilə təsdiq etmişdir.
32. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı ##.##.2025-ci il tarixdə mübahisələndirilən əmrin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizədə iddiaçı qeyd etmişdir ki, “həmin əmrlə tanış olduqdan sonra müəyyən edilmişdir ki, əmrin qəbul edilməsi zamanı bir sıra qanunvericiliyə və prosedura zidd hallara yol verilmişdir”.
33. Ərizənin məzmunundan görünür ki, iddiaçı ##.##.2025-ci il tarixə qədər artıq cavabdehin # #### 2025-ci il tarixli əmrinin mövcudluğu, həmin əmrin onun hüquqi vəziyyətinə təsiri və onu mübahisələndirmək niyyəti barədə məlumatlı olmuşdur. Bu hal iddiaçının əmrin məzmunundan yalnız ##.##.2025-ci il tarixində xəbər tutması barədə dəlilini təkzib edir. Kollegiya hesab edir ki, hazırkı işdə iddia müddətinin başlanğıcı kimi ##.##.2025-ci il tarixi deyil, iddiaçının mübahisələndirilən əmrlə tanış olduğunu imzası ilə təsdiq etdiyi ##.##.2025ci il tarixi qəbul edilməlidir.
34. Iddiaçı mübahisələndirilən əmrlə ##.##.2025-ci il tarixdə tanış edilmiş olduğu halda, məhkəməyə yalnız ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Bu isə IPM-in 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia üçün müəyyən edilmiş 30 günlük müddətin ötürüldüyünü göstərir.
35. Iddiaçının sonradan, yəni iddia müddəti artıq keçdikdən sonra cavabdehə müraciət etməsi və cavabdehin # ###### 2025-ci il tarixli cavab məktubu məhkəməyə müraciət üçün qanunla müəyyən edilmiş müddəti yenidən başlatmır. Belə müraciət vaxtında verilmiş inzibati şikayət kimi qiymətləndirilə bilmədiyindən, IPM-in 38.3-cü maddəsində nəzərdə tutulan qaydanın tətbiqi üçün əsas yaranmır.
36. Digər tərəfdən, IPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, həmin şəxsin ərizəsi əsasında məhkəmə tərəfindən bərpa oluna bilər. Lakin belə ərizənin verilməsi, habelə müddətin üzrlü səbəbdən buraxıldığını əsaslandırmaq vəzifəsi müddəti buraxmış proses iştirakçısının üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ## ###### 2026-cı il tarixli məhkəmə bildirişi göndərilərək buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermək hüququ izah edilmiş, lakin iddiaçı tərəfindən məhkəməyə bu məzmunda ərizə təqdim edilməmişdir.
37. Beləliklə, iddiaçının mübahisələndirilən əmrlə ##.##.2025-ci il tarixdə tanış olması, həmin əmrin ləğvi ilə bağlı inzibati orqana yalnız ##.##.2025-ci il tarixdə müraciət etməsi, məhkəməyə isə ##.##.2025-ci il tarixdə iddia ərizəsi verməsi nəzərə alındıqda, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyü müəyyən edilir. Iddiaçı tərəfindən buraxılmış müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin iddianı müddətin ötürülməsi əsası ilə mümkün saymaması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verilə bilər.