Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-746/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi idarəsinə iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli qərarı ilə fədi yaşayış evinin tikintisi üçün ayrlan 0.08 ha torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış, Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin faktiki yerləşmə və istifadə vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Nümayəndə publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Nümayəndə publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Nümayəndə publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Nümayəndə publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu,Qobu qəsəbəsində yerləşən iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı # #### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə cavabdeh baxaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim olunmuşdur. Imtina əsası olaraq araşdırılma zamanı Qobu bələdiyyəsi tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsinin ## ###### 2007-ci il tarixdə ** nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının ## ### 2011-ci il tarixdə verilməklə qanunamüvafıq qaydada tərtib olunmadığı müəyyən edilmiəsi qeyd olunmuşdur. Cavabdehə torpağın daşınmaz əmlak üzərində qeydiyyata alınmasına dair cavab məktublarından göründüyü kimi, daşınmaz əmlaka dair çıxarış vermir və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Qobu bələdiyyəsi tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsinin ## ###### 2007-ci il tarixində, ** nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktının ## ### 2011-ci il tarixində verilməklə qanunamüvafiq qaydada (sənədin tərtib edilmə tarixinin göstərilmədiyi və alıcı tərəfin imzası ilə təsdiqlənmədiyi) tərtib edilmədiyi, iddiaçı tərəfindən Idarəyə hüquqmüəyyənedici sənəd qismində ## ######## 2007-ci il tarixli, ** nömrəli və ## ###### 2007-ci il tarixli, ** nömrəli olmaqla iki ayrı bələdiyyə qərarının təqdim edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron Rayonu Qobu Bələdiyyəsinin verqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Abşeron rayonu Qobu bələdiyyəsi hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu Qobu bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** nömrəli qərarından görünür ki, Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı satqı predmeti torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi məqsədi İddiaçı 0,08 ha torpaq satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmışdır. Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarından görünür ki, İddiaçı Qobu bələdiyyəsinin perspektiv inkişaf fondundan 0,08 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Qobu bələdiyyəsinin 0,08 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış (miqyas 1:10.000). # ###### 2008-ci il tarixli, ** nömrəli qəbzdən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin hesabına 1.200 manat məbləğində ödəniş köçürmüşdür. ## ### 2011-ci il tarixdə tərtib edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndəsi və torpaq alan İddiaçı iştirakları ilə 0,08 ha torpaq sahəsinə dair tərtib edilmiş ***/** nömrəli “Torpaqların alqı-satqısına dair Akt”. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin ## ### 2011-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 0.08 ha olmaqla fərdi ev tikmək məqsədi ilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTKX-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron Rayon Dövlət Arxivinin ## #### 2022-ci il tarixli, H*** nömrəli məktubundan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı adma torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın və ona daxil edilmiş sənədlərin kserosurəti göndərilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin ## ######## 2022-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, bələdiyyənin torpaqayırma və digər sənədləri qanunverciliyin tələblərinə uyğun olaraq xüsusi mühafizə olunması məqsədilə Abşeron rayon Arxiv Idarəsinə təhvil verilmişdir. Ona görə də sorğuda adı qeyd olunan vətəndaş X1 torpaq sahəsinin ayrılıbayrılmaması ilə bağlı bələdiyyədə heç bir məlumat yoxdur. Bununla bağlı olaraq Abşeron rayon Dövlət Arxivinə müraciət edilməsi xahiş edilir. Abşeron Rayon Icra Hakimiyyətinin # ###### 2022-ci il tarixli, */**** nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin yerquruluşu planından çıxarışının işlənilməsi torpaq sahəsinin mülkiyyətçisi kimi müvafiq bələdiyyənin sifarişi əsasında aidiyyəti qurum tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinin # ###### 2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin ## ###### 2007-ci il tarixdə, ** nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının ## ### 2011-ci il tarixdə verilməklə qanunamüvafiq qaydada tərtib olunmadığı (sənədin tərtib edilmə tarixinin göstərilmədiyi, alıcı tərəfin imzası ilə təsdiqlənmədiyi) müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin # ####### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaq sahəsinin ayrılmasına dair qərarları və digər sənədləri qorunması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv Idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinin ## ####### 2023-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: # #### 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,08 ha olaraq göstərilmişdir. torpaq sahəsinin ortofoto görüntüsü və koordinatları. Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2024-cü il tarixli *** nömrəli məktubu ilə Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarının surəti qoşma şəklində göndərilmişdir. “xxxx” ASC-nin ## ####### 2024-cü il tarixli, **-*/*-****/**/** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin yerləşdiyi ərazidən keçən 6 kV-luq elektrik verilişi xətti “xxxx” ASC-yə məxsus deyildir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələri (KPI) təyinatlı torpaqlara aid olduğu, həmçinin torpaq sahəsinin TEKUIS (X6 X5) məlumatlarında dövlət mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin nə sənəd üzrə, nə də faktiki istifadə vəziyyətində başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamış, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti,torpaq sahəsinin planl,torpaq sahəsinin ortofoto görüntüsü və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqi qeydə alınmış torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər: ## ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, ərizəçi ilə əlaqə saxlanılmış, əlaqə nömrəsinə zəng çatmadığından torpaq sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli, **-**/*-*/**-***/**** nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış, Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin faktiki yerləşmə və istifadə vəziyyətinə uyğun olaraq üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilsin. (hakim Könül Həbibova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti cavabdehin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən imtinasıdır. Bu səbəbdən işin hüquqi mahiyyəti iddiaçı tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi baxımından qeydiyyat üçün əsas olub-olmamasının və cavabdehin imtinasının həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya Qobu bələdiyyəsinin perspektiv inkişaf fondundan 0,08 ha torpaq sahəsi ayrılmış, həmin qərardan əvvəl Qobu bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** saylı qərarı ilə torpaq sahəsinin alqı-satqı qaydasında fərdi mənzil tikintisi məqsədilə İddiaçı satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, # ###### 2008-ci il tarixli qəbzlə torpağın dəyəri kimi 1.200 manat bələdiyyənin hesabına ödənilmiş, ## ### 2011-ci il tarixdə ***/** nömrəli “Torpaqların alqı-satqısına dair Akt” tərtib edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin ## ### 2011-ci il tarixli, **** nömrəli rəyi ilə həmin torpaq sahəsinin satılmasının qanunamüvafiq olduğu və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin sənədlərin mövcudluğu və torpaq sahəsinin iddiaçıya ayrılması faktı Abşeron Rayon Dövlət Arxivinin ## #### 2022-ci il tarixli, H*** nömrəli və ## ####### 2024-cü il tarixli, *** nömrəli məktubları ilə də təsdiq edilmiş, Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaq ayrılması barədə qərarlarının və digər sənədlərinin arxivə təhvil verildiyi iş materialları ilə müəyyən olunmuşdur. Cavabdehin imtina məktubu, iddia ərizəsinə yazılı etirazı və apellyasiya şikayətinin dəlilləri mahiyyət etibarilə dörd istiqamətdən ibarətdir: 1) alqı-satqı aktının bələdiyyə qərarından sonra tərtib edilməsi və aktda formal çatışmazlıqların olması; 2) iddiaçı tərəfindən ## ######## 2007ci il tarixli, ** nömrəli və ## ###### 2007-ci il tarixli, ** nömrəli iki bələdiyyə qərarının təqdim edilməsi; 3) yerquruluşu planından çıxarışın müvafiq qaydada təsdiq edilməməsi və döngə nöqtələrinin koordinatlarının göstərilməməsi; 4) torpaq sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi. Birinci dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı hazırkı işdə torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən əsas hüquqmüəyyənedici sənəddir. Həmin qərarın qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə iş materiallarında hər hansı sübut yoxdur. Alqı-satqı aktının bələdiyyə qərarından sonra tərtib edilməsi və ya cavabdehin istinad etdiyi imza, tarix və forma xarakterli çatışmazlıqlar iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Belə sənədləşdirmə bələdiyyə və aidiyyəti dövlət orqanlarının səlahiyyət dairəsinə aid olmuş, iddiaçı isə ona təqdim edilmiş rəsmi sənədlərə etimad göstərərək torpağın dəyərini ödəmiş və torpaq sahəsinin qeydiyyata alınması üçün müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, yalnız formal xarakterli çatışmazlıqlara istinad edilməklə şəxsin daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi “Inzibati icraat haqqında” Qanunun 15.1-15.3-cü maddələrinin məzmununa uyğun hesab oluna bilməz. Həmin normaların mahiyyətinə görə, qanunda məcburi şərt kimi nəzərdə tutulmayan formal tələblər şəxsin hüququnun rəsmiləşdirilməsinə maneə yaratmamalıdır. Ikinci dəlilə münasibətdə kollegiya qeyd edir ki, eyni torpaq sahəsi üzrə iki müstəqil hüquqyaradıcı inzibati aktın mövcudluğu hüquqi müəyyənlik baxımından şübhə doğura bilər. Lakin hazırkı işdə iddiaçının tələb etdiyi hüququn qeydiyyata alınması üçün əsas kimi məhz Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı çıxış edir. ## ######## 2007-ci il tarixli, ** saylı qərarın mövcudluğu ## ###### 2007-ci il tarixli, ** saylı qərarın hüquqi qüvvəsini aradan qaldırmır. Həmin qərar iş materiallarında torpaq sahəsinin ayrılması ilə bağlı sonrakı hüquqyaradıcı qərarın qəbuluna qədər aparılmış sənədləşmə prosesini əks etdirən sənəd kimi qiymətləndirilməlidir. Bu səbəbdən, iki sənədin təqdim edilməsi özü-özlüyündə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün yetərli əsas hesab oluna bilməz. Cavabdeh inzibati orqan ## ###### 2007-ci il tarixli, ** saylı qərarın ləğv edildiyini, dəyişdirildiyini, etibarsız hesab olunduğunu və ya həmin qərarın saxta olduğunu sübut etməmişdir. Belə olan halda, qüvvədə olan əsas hüquqmüəyyənedici sənəd kimi ** saylı qərar nəzərə alınmalı və cavabdehin bu dəlili imtina üçün həlledici hüquqi əsas kimi qəbul edilməməlidir. Üçüncü dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yerquruluşu planından çıxarışın tərtibində cavabdehin göstərdiyi formal çatışmazlıqlar da iddiaçının hüququnun qeydiyyata alınmasından imtina üçün kifayət etmir. Yerquruluşu planından çıxarış torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən texniki sənəd olmaqla, onun hazırlanması və təsdiqi iddiaçının deyil, bələdiyyə və aidiyyəti inzibati orqanların fəaliyyət sferasına aiddir. Kollegiya onu da nəzərə alır ki, cavabdehin özünün iş üzrə təqdim etdiyi sənədlər torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün 0,08 ha olduğunu göstərir. Belə ki, # #### 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,08 ha kimi qeyd olunmuşdur. Bundan əlavə, cavabdehin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin nə sənəd üzrə, nə də faktiki istifadə vəziyyətində başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Bu hal iddiaçının təqdim etdiyi sənədlərin torpaq sahəsinin fərdiləşdirilməsi üçün yetərli olduğunu təsdiq edən mühüm faktiki haldır. Kollegiya qeyd edir ki, döngə nöqtələrinin koordinatlarının və ya kadastr məlumatlarının əlavə dəqiqləşdirilməsinə zərurət yarandığı təqdirdə, həmin məsələnin həlli cavabdehin öz kadastr-reyestr səlahiyyətləri çərçivəsində həyata keçirilməli olan texniki məsələdir. Bu cür texniki dəqiqləşdirmə zərurəti bələdiyyə qərarı və digər hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda qeydiyyatdan imtina üçün əsas kimi qiymətləndirilə bilməz. Dördüncü dəlilə, yəni torpaq sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, bu hal da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsasları sırasında göstərilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, torpaq sahəsinin müəyyən hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və müvafiq qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Hazırkı işdə də “xxxx” ASC-nin ## ####### 2024-cü il tarixli məktubunda torpaq sahəsinin yerləşdiyi ərazidən keçən 6 kV-luq elektrik verilişi xəttinin “xxxx” ASC-yə məxsus olmadığı göstərilmiş, “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli məktubunda isə torpaq sahəsinin 10 kVluq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. Lakin bu hal mülkiyyət hüququnun reyestrdə qeydiyyatına mane olan hüquqi hal kimi deyil, yalnız torpaq sahəsindən istifadə zamanı müvafiq təhlükəsizlik və mühafizə rejiminə riayət edilməsi zərurəti kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin TEKUIS məlumatlarında torpaq sahəsinin dövlət mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşməsi barədə qeydin mövcudluğuna istinad etməsi də hazırkı halda imtina üçün əsas yarada bilməz. Cavabdeh bələdiyyənin mübahisəli torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətinin olmamasını və ya bələdiyyə qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmasını sübut etməmişdir. Əksinə, iş materiallarında olan sənədlər torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələri torpaqlarına aid olduğunu, torpaq sahəsinin faktiki olaraq 0,08 ha təşkil etdiyini, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyini və iddiaçının təqdim etdiyi sənədlərin arxiv materialları ilə təsdiq olunduğunu göstərir. Kollegiya hesab edir ki, eyni ərazidə yerləşən və eyni hüquqi rejimə malik qonşu torpaq sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hazırkı iddiaçıya münasibətdə isə eyni xarakterli sənədlər əsasında qeydiyyatdan imtina edilməsi inzibati orqanın bərabər yanaşma və ardıcıl inzibati praktika tələbləri baxımından da əsaslandırılmış hesab oluna bilməz. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də nəzərə alınmalıdır. Iddiaçı səlahiyyətli bələdiyyə orqanının qərarına, dövlət torpaq orqanının rəyinə, arxiv sənədlərinə və digər rəsmi sənədlərə əsaslanaraq hüququnun qeydiyyata alınacağına dair qanuni gözləntiyə malik olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını və qəbul etdiyi aktı qanunauyğun hesab etmək, onun məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və həmin halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla qeydiyyata maneə yaratdığını göstərməlidir. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, torpaq sahəsinin ayrılması üzrə icraat zamanı razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati akt qüvvədə olduğu müddətdə həmin aktın hüquqi qüvvəsinə təsir etmir. Alqısatqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir və bu cür forma pozuntuları şəxsin ziyanına təfsir olunaraq ona münasibətdə neqativ nəticələr doğura bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir, həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmiş, bələdiyyə qərarı etibarsız sayılmamış, torpaq sahəsinin başqa şəxslərin hüquqları ilə üst-üstə düşməsi müəyyən olunmamış və cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğu sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar əsaslı olmamış, birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət vermiş və iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-746/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-746/2026
09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver