Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-747/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” ## ######## 2022-ci il tarixli, *********** nömrəli qərarına əsasən İddiaçı ## #### 2022-ci il tarixdə 240 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək əmək pensiyasının 60 yaşı tamam olduğu ## ###### 2020-ci il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ####### 2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən 21 aylıq pensiyanın verilməməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçıya çatmalı olan 21 aylıq pensiya məbləğinin tam şəkildə ödənilməsini, gecikdirilmiş dövr üçün hesablanmış faiz və ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni Sumqayıt İnzibati Məhkəməsinə təqdim edərək, iddiaçıya 60 yaşı tamam olduğu ## ###### 2020ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında baxılarkən iddiaçı iddia tələbinə bir daha dəqiqləşmə təqdim edərək ona 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin müraciətdən əvvəlki son 3 il üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin apellyasiya baxışında cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin təmin edilməsinin nəzərə alınmaqa iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## ###### 2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərara əsasən iddiaçı İddiaçı ## ###### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği yenidən hesablanmışdır. Bu səbəbdən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tələbinin təmin olunmasını nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. . Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin təqdim etdiyi ərizəni araşdıraraq müəyyən edir ki, apellyasiya baxışı davam etdiyi müddətdə cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## ###### 2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya ## ###### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği yenidən hesablanmışdır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya baxışı zamanı dəqiqləşdirilmiş tələbi ona 57 yaşı tamam olduğu ## ###### 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı olmuşdur. Cavabdehin sonradan qəbul etdiyi qərarla pensiyanın ## ###### 2017-ci il tarixindən təyin edilməsi və pensiya məbləğinin yenidən hesablanması nəzərə alındıqda, iddiaçının hazırkı iş üzrə irəli sürdüyü tələb təmin edilmişdir. İddiaçı da məhkəmə iclasında tələbinin təmin olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda işin mahiyyəti üzrə həll edilməli mübahisə qalmadığından İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsində nəzərdə tutulan prosessual əsas mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və bununla da işin mahiyyəti üzrə mübahisə aradan qalxdığından, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin müraciətdən əvvəlki son 3 il üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiaçının tələbinin cavabdeh tərəfindən təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-747/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-747/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver