Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-748/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “iddiaçının mərhum atası X1 Məmmədli südçülüktərəvəzçilik aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli ** nömrəli əmrinə əsasən ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum atası X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Abşeron rayon Məmmədi tərəvəzçilik-südçülük aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli ** nömrəli əmri ilə birliyin fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS Icraiyyə Komitəsinin *** nömrəli qərarına, birliyin ##.##.1989-cu il tarixli əmrinə və komissiyanın ##.##.1989-cu il tarixli * nömrəli iclas protokoluna əsasən birliyin fəhlə və qulluqçularına, o cümlədən X1 Abşeron rayonu Məmmədli kəndi ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Məhəmmədi kənd XDS IK-nin ##.##.1990-cı il tarixli **/* nömrəli qərarı ilə X1 ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə ayrılmış həmin 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirməyə icazə verilmişdir. Sonradan həmin torpaq sahəsində 6x12 metr ölçüdə fərdi yaşayış evi inşa edilmiş və istixana quraşdırılmışdır. Aqrar islahat zamanı Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarı əsasında X1 istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş, həmin sahəyə dair A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 3080********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X1 ##.##.2014-cü il tarixdə ərizə ilə müraciət edərək, AIK-in ##.##.1997-ci il tarixli ** nömrəli qərarı əsasında tərtib edilmiş A ****** nömrəli plan və ölçü sənədini təqdim etmiş və həmin 0,12 ha həyətyanı torpaq sahəsinin ilkin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhz bu müraciət üzrə qeydiyyat proseduru çərçivəsində torpaq sahəsi ##.##.2014-cü il tarixdə yerində müayinə edilmiş, müayinə zamanı sahənin həm sənəd üzrə, həm də faktiki ölçüsünün 0,120422 ha olduğu, sahədə 6x12 metr ölçüdə yaşayış evi və istixananın yerləşdiyi, torpaq sahəsinin ümumi hasar daxilində olduğu və üzərindən kommunikasiya xəttinin keçmədiyi müəyyən edilmişdir. Aparılmış ilkin qeydiyyat nəticəsində ##.##.2014-cü il tarixdə ************ reyestr nömrəli, AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, ##.##.2014-cü il tarixdə isə həmin 0,12 ha həyətyanı torpaq sahəsi X1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində, ************ reyestr və 1614026859 qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmışdır. Iş materiallarından görünür ki, həmin torpaq sahəsi sonradan özgəninkiləşdirilmiş və hazırda X1 adına torpaq sahəsi yoxdur. Daha sonra iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə müraciət edərək, mərhum atasına ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə ayrılmış torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədə istinad etməklə, hazırda naturada göstərdiyi Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin mərhum X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasını, onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən, iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, mərhum atası X1 Məmmədli südçülük-tərəvəzçilik aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli ** nömrəli əmrinə əsasən ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qəbul edilmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə müvafiq sənədləri və ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə müraciət edərək, mərhum atası X1 Məmmədli südçülük-tərəvəzçilik aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli ** nömrəli əmri ilə ayrılmış Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin planölçüsü sənədinin verilməsini xahiş etmişdir. Lakin hazırkı vaxta qədər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsi tərəfindən müraciətə cavab verilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın Məmmədli südçülük-tərəvəzçilik aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli, ** nömrəli əmri ilə mərhum atası X1 ayrılmış və Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsini təmin etməməsi qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq arayışın verilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi Idarəsinə ## ###### 2025-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron Rayonu Məmmədli Tərəvəzçilik-Südçülük sovxozunun əmri ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin göl ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mərhum atası X1 Məmmədli südçülüktərəvəzçilik aqrar istehsalat birliyinin ##.##.1989-cu il tarixli ** nömrəli əmrinə əsasən ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron rayon Məmmədli tərəvəzçiliksüdçülük sovxozunun ** nömrəli, ## #### 1989-cu il tarixli əmrinə əsasən birliyin fəhlə və qulluqçularına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS Icraiyyə Komitəsinin *** nömrəli qərarına, birliyin ##.##.1989-cu il tarixli əmrinə, fəhlə və qulluqçuların mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının ## #### 1989-cu il tarixli * nömrəli iclas protokolu ilə mərhum X1 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona ayrılmış həmin sahədə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Göründüyü kimi, Abşeron XDS Icraiyyə Komitəsi yuxarıda qeyd edilən qərarı ilə Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozuna vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətdən istifadə edərək qeyd olunan torpaq sahəsini mərhuma ayırmışdır. Həmçinin, mübahisəli torpaq sahəsinə dair Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış da tərtib olunmuşdur. Qeyd olunan sənədlər məhkəməyə sorğu əsasında aidiyyatı orqanlar tərəfindən də təqdim edilmişdir. Məhkəmə torpaq sahəsinə dair təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın bu dəlilini əsassız hesab edir. Məlum olur ki, mərhuma torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh Idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə işin hallarının hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi göl ərazisində yerləşir; torpaq sahəsinin ölçüsü həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 0.12 ha təşkil edir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi torpaq sahəsinin göl ərazisində yerləşdiyi dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026cı il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, elektron məlumat bazasına əsasən mübahisə predmeti olan torpaq sahəsi göl ərazisində yerləşir. Lakin, yerli baxış zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq göl olan hissədə deyil, tam olaraq quru torpaq sahəsində yerləşir. Həmçinin, elektron məlumat bazasına əsasən, mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Əlavə olaraq qeyd edək ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri 308013130342 və ************ reyestr nömrəli çıxarışlarla daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır”. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, mülkiyyət hüququnun mərhuma aid olmasına dair arayış verilməsi ilə bağlı cavabdeh orqanın etirazında göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”: Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən vətəndaşlar torpaqları öz mülkiyyətinə keçirmək üçün ərizə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) müraciət edirlər. DTXK vətəndaşlara onların mülkiyyətinə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; … Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; … “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Inzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işdə iddiaçının hüquqi marağı mərhum atası X1 Məmmədli südçülük-tərəvəzçilik aqrar istehsalat birliyinin.07.1989-cu il tarixli ** nömrəli əmrinə əsasən ayrılmış Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum atası X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) və torpaq sahəsinin planölçüsü sənədi verilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırır ki, Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun əmri ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmiş, torpaq sahəsinin göl ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Hazırkı mübahisənin həlli üçün müəyyən edilməli əsas məsələ ##.##.1989-cu il tarixli ** nömrəli əmrin mövcudluğu və ya həqiqiliyi deyil. Belə ki, iş materiallarında olan sənədlərlə ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə X1 0,12 ha həyətyanı torpaq sahəsinin ayrıldığı təsdiq edilir. Mübahisə isə həmin əmrin hansı konkret torpaq sahəsinə aid olması və iddiaçının hazırda naturada göstərdiyi faktiki torpaq sahəsinin məhz həmin əmrin predmeti olub-olmaması ilə bağlıdır. Bu fərqləndirmə prinsipial əhəmiyyət daşıyır. Daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı mücərrəd şəkildə şəxsin adına verilmiş sənədə deyil, həmin sənədlə hüquqi və məkan baxımından fərdiləşdirilən konkret daşınmaz əmlaka münasibətdə aparılır. Buna görə də hüquqmüəyyənedici sənədin mövcudluğu öz-özlüyündə sonradan göstərilən istənilən eyni ölçülü torpaq sahəsinin həmin sənədin predmeti hesab edilməsinə əsas vermir. Hazırkı iş üzrə tələb öhdəliyin icrası haqqında iddia olduğundan, məhkəmə cavabdehin imtinasında göstərilən səbəblərin formal yoxlanılması ilə kifayətlənə bilməz. Bu növ iddialarda da məcburetmə haqqında iddialarda olduğu kimi, məhkəmə iddiaçının tələb etdiyi əlverişli hüquqi nəticəyə hüququnun olub-olmadığını işin bütün maddi-hüquqi və faktiki halları əsasında müəyyən etməlidir. Buna görə cavabdehin üzərinə qeydiyyat aparmaq öhdəliyinin qoyulması üçün yalnız 1989-cu il tarixli əmrin mövcudluğu deyil, həmin əmrin məhz iddia predmetini təşkil edən mübahisəli torpaq sahəsinə aid olması da təsdiq edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin məzmunundan görünür ki, bu qaydada özəlləşdirmənin predmeti vətəndaşa yeni torpaq sahəsinin ayrılması deyil, onun həmin vaxt qanuni istifadəsində olan konkret fərdi yaşayış evinin və ya həyətyanı sahənin altında olan torpağın mülkiyyətə verilməsi olmuşdur. Başqa sözlə, aqrar islahat əvvəlki qanuni istifadə hüququnu konkret torpaq sahəsi üzrə mülkiyyət hüququna çevirən hüquqi mexanizm kimi çıxış etmişdir. Doğrudur, Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarının özündə ##.##.1989-cu il tarixli ** nömrəli əmr ayrıca ilkin hüquqmüəyyənedici sənəd kimi göstərilmir. Buna görə həmin iki sənəd arasındakı əlaqə yalnız AIK qərarının mətnindən birbaşa çıxmır. Lakin bu hal onların eyni torpaq sahəsinə aid olması imkanını istisna etmir və həmin məsələ işdə olan digər sübutların məcmusu əsasında müəyyən edilməlidir. Bu baxımdan mühüm olan odur ki, ##.##.1990-cı il tarixli **/* nömrəli qərarla mərhuma məhz ** nömrəli əmrlə Abşeron rayonu Məmmədli kəndi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsində yaşayış evi tikməyə icazə verilmiş, AIK-in ##.##.1997-ci il tarixli ** nömrəli qərarı əsasında rəsmiləşdirilmiş Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi isə 2014-cü ildə ilkin dövlət qeydiyyatı zamanı yerində müayinə edilərkən həmin sahədə 6x12 metr ölçüdə yaşayış evi və istixananın mövcud olduğu müəyyən edilmişdir. Torpaq sahələrinin yerləşdiyi ərazinin və ölçüsünün eyni olması, hüquqi məqsədin həyətyanı sahə və yaşayış evi ilə bağlılığı, habelə faktiki istifadə əlamətlərinin uyğunluğu həmin sənədlərin eyni torpaq sahəsinə aid olduğunu göstərən ardıcıl faktiki əlaqə yaradır. Eyni zamanda iş materiallarında ** nömrəli əmrlə X1 başqa 0,12 ha torpaq sahəsinin də ayrıldığını, həmin ikinci sahənin ona naturada təhvil verildiyini təsdiq edən hər hansı ilkin sənəd mövcud deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları birlikdə qiymətləndirərək belə qənaətə gəlir ki, ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə mərhuma ayrılmış 0,12 ha torpaq sahəsi üzərində istifadə hüququ aqrar islahat zamanı mülkiyyət hüququna çevrilmiş və sonradan həmin sahə üzrə dövlət qeydiyyatı aparılmaqla hüquqi nəticəsini reallaşdırmışdır. AIK qərarında ilkin əmrin ayrıca göstərilməməsi bu nəticəni aradan qaldırmır, çünki 1989-cu il əmri, 1990-cı il tikintiyə icazə qərarı, 1997-ci il aqrar islahat sənədləri və 2014-cü il müayinə və qeydiyyat məlumatları ölçü, hüquqi məqsəd və faktiki istifadə baxımından bir-birini tamamlayır. Buna görə ** nömrəli əmrin ikinci və fərqli 0,12 ha torpaq sahəsi üçün yenidən hüquqyaradıcı əsas kimi qəbul edilməsi yalnız həmin ikinci sahənin də məhz bu əmrlə mərhuma ayrıldığını təsdiq edən ayrıca və mötəbər hüquqifaktiki əsaslar olduqda mümkün ola bilərdi. Belə əsaslar isə iş materiallarında müəyyən edilməmişdir. Hazırda iddiaçının mərhum atasının adına qeydiyyata alınmasını tələb etdiyi 0,12 ha torpaq sahəsinə münasibətdə isə həmin sahəni ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə əlaqələndirən ilkin baş plan, təsdiq edilmiş ayrıc aktı, arxiv planı, həmin dövrə aid koordinat sənədi və ya başqa fərdiləşdirici sənəd mövcud deyildir. Məmmədli bələdiyyəsi tərəfindən sonradan tərtib edilmiş yerquruluşu planından çıxarış torpaq sahəsinin hazırda göstərilən koordinatlarını müəyyənləşdirir, lakin həmin koordinatların 1989-cu ildə mərhuma ayrılmış sahəyə aid olduğunu tarixi baxımdan təsdiq etmir. Birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli torpaq sahəsinin naturada yerinin və faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular göndərilmişdir. Həmin sorğular əsasında məhkəməyə daxil olmuş ##.##.2025-ci il tarixli müayinə aktında mübahisəli torpaq sahəsinin sərhədlərinin şərti olduğu, sahənin elektron məlumatlara görə göl ərazisində yerləşdiyi, ölçüsünün həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 0,12 ha təşkil etdiyi qeyd edilmişdir. Həmin məhkəmə araşdırması çərçivəsində cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-**/*- ****/**** nömrəli məktubunda naturada tanıdılan sahənin 0,12 ha olduğu, elektron məlumat bazasına əsasən digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi, göl ərazisinə aid olduğu, üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin keçməsi barədə məlumatın olmadığı, habelə DWG və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə məlumatın aşkarlanmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna verilmiş ##.##.2026-cı il tarixli məktubda isə yerli baxış zamanı mübahisəli sahənin faktiki olaraq göl olan hissədə deyil, quru torpaq sahəsində yerləşdiyi və qonşu torpaq sahələri üzrə 308013130342 və ************ reyestr nömrəli çıxarışların mövcud olduğu bildirilmişdir. Məhkəmə kollegiyası mübahisəli sahənin elektron kadastr məlumatlarında göl ərazisində yerləşməsi faktını özlüyündə və ayrıca olaraq mülkiyyət hüququnun qeydiyyatını istisna edən həlledici hüquqi əsas kimi qiymətləndirmir. Lakin bu hal digər sübutlarla birlikdə mühüm faktiki əhəmiyyət daşıyır. Işə əlavə olunmuş müqayisəli ortofoto görüntülərinə əsasən, fərdi yaşayış evi tikmək üçün 1989-cu ildə ayrıldığı iddia olunan sahədə uzun müddət yaşayış evi, hasar, istixana və ya başqa istifadə əlamətlərinin görünməməsi, əksinə, aqrar islahat əsasında mərhumun adına rəsmiləşdirilmiş digər 0,12 ha sahədə 2014-cü il müayinəsi zamanı yaşayış evi və istixananın aşkar olunması iddiaçının hazırda göstərdiyi sahənin ** nömrəli əmrin predmeti olması barədə mövqeyini zəiflədir. Birinci instansiya məhkəməsinin həmin sahənin hazırda quru olması və qonşu torpaq sahələrinin dövlət qeydiyyatına alınması barədə məlumatlara istinadı bu nəticəni dəyişmir: sahənin bu gün quru olması onun 1989-cu ildə məhz mərhuma ayrıldığını sübut etmir, qonşu sahələr üzrə aparılmış qeydiyyatlar isə iddiaçının konkret sahə üzrə hüququnu təsdiq edən sənədi əvəz etmir. Belə şəraitdə iddia tələbinin təmin edilməsi ##.##.1989-cu il tarixli ** nömrəli əmrin artıq konkret torpaq sahəsi üzrə reallaşmış hüquqi nəticəsindən ayrılaraq başqa torpaq sahəsinə yenidən tətbiq edilməsi demək olardı. Bu isə eyni hüquqmüəyyənedici sənəd əsasında iki müxtəlif daşınmaz əmlak obyekti üzrə hüququn tanınmasına gətirib çıxara bilərdi. Hüquqmüəyyənedici sənədin hüquqi nəticəsinin konkret obyekt üzrə reallaşması həmin sənədi sonradan başqa obyekt üçün sərbəst və təkrar istifadə edilə bilən hüquqi əsasa çevirmir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, AIK-in ##.##.1997-ci il tarixli ** nömrəli qərarı əsasında tərtib edilmiş plan və ölçü sənədində həmin vaxt rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatları öz əksini tapmışdır və həmin sahə yaşayış məntəqəsi torpaqlarında, fərdi yaşayış evlərinin arasında yerləşir. Iddiaçının hazırda naturada göstərdiyi torpaq sahəsi isə müqayisəli ortofoto görüntülərinə və elektron kadastr məlumatlarına əsasən başqa istiqamətdə, uzun müddət göl ərazisi xarakteri daşımış sahədə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11.1 və 15-ci maddələrinin birlikdə tətbiqindən görünür ki, dövlət qeydiyyatı üçün təqdim olunan sənəd yalnız formal olaraq mövcud olmamalı, məhz qeydiyyatı tələb edilən konkret daşınmaz əmlak üzrə hüququ təsdiq etməlidir. Hazırkı işdə ##.##.1989-cu il tarixli ** nömrəli əmrin həqiqiliyi və həmin əmr əsasında X1 vaxtilə 0,12 ha torpaq sahəsinin ayrılması faktı mübahisə doğurmur. Lakin iş materiallarında olan sübutlar əmrlə yaranmış istifadə hüququnun aqrar islahat və sonrakı dövlət qeydiyyatı vasitəsilə konkret 0,12 ha torpaq sahəsi üzrə artıq reallaşdığını göstərdiyi halda, iddiaçının hazırda göstərdiyi başqa 0,12 ha torpaq sahəsinin həmin əmrin predmeti olduğunu, başqa sözlə, ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə iddia predmetini təşkil edən torpaq sahəsi arasında hüquqi və məkan eyniliyinin mövcudluğunu təsdiq edən kifayət qədər və mötəbər sübut yoxdur. Buna görə də cavabdehin qeydiyyatı aparmaqdan imtinası nəticə etibarilə qanuni olmuş və onun üzərinə iddiaçının tələb etdiyi qeydiyyatı aparmaq öhdəliyinin qoyulması üçün zəruri maddihüquqi və faktiki şərtlər müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ##.##.1989-cu il tarixli ** nömrəli əmrin mövcudluğu ilə hazırda göstərilən torpaq sahəsinin həmin əmrin predmeti olması məsələlərini bir-birindən ayırmamış, sonradan tərtib edilmiş bələdiyyə planını tarixi eyniliyin təsdiqi kimi qəbul etmiş, həmçinin torpaq sahəsinin hazırda quru olması və qonşu sahələr üzrə dövlət qeydiyyatlarının mövcudluğuna həlledici əhəmiyyət vermişdir. Halbuki həmin hallar ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə iddia predmetini təşkil edən konkret torpaq sahəsi arasında hüquqi və məkan eyniliyini təsdiq etmir. Buna görə də birinci instansiya məhkəməsinin cavabdehin imtinasını qanunsuz hesab edərək iddianı təmin etməsi işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmadığından ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.