Məhkəmə qərarları › İş №2-1(3-8)-749/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-749/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-749/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8rşı “qərarın ləğv edilməsi, işsizlikdən sığorta ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları: Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdən 7 günlük ev şəraitində müalicə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X13 Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdən ilkin təyinat məblği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Iddiaçı fevral üzrə X9 icrasına dair hesabatı təqdim etmədiyi üçün onatəyin edilmiş işsizlikdən sığorta ödənişi ##.##.2025-ci il tarixdən “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respubliasının Qanununun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bildirilir ki, xəstəlik barədə təqdim edilən ambulator kitabçadan çıxarış sənədinə əsasən İddiaçı ev şəraitində müalicə aldığı məlum olmuşdur. Bu hal iddiaçının X9 icrasına dair hesabatı təqdim etmədiyinizdə üzrlü hal kimi qəbul edilmədiyindən təyin edilmiş sığorta ödənişinin davam etdirilməsi qanunamüvafiq hesab edilməmişdir. Iddiaçıya məxsus IT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının əmək müqabviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq xxxx X1 * nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026- cı il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə * nömrəli Ailə Sağlamlıq Mərkəzinə evə çağırış edib, ailə həkimi - terapevt tərəfindən xidmət göstərilib və müalicə təyin edilmişdir. ##.##.2025 və ##.##.2025-ci il tarixlərində isə ambulator müraciət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubuna iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri əlavə olunmuşdur. X8 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının ## #### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən iddiaçı İddiaçı da daxil olmaqla 927 nəfər şəxsə işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X13 filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025ci ilin fevral ayından başlayaraq işsizlikdən sığorta ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 ilə əvəz edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X8 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının ## #### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və işsizlikdən sığorta ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərsu” Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal) Törəmə Səhmdar Cəmiyyətində (hazırkı adı “xxxx” X1) ##.##.1997-ci ildən ##.##.2024-cü il tarixinə qədər işləmişdir. O, xxxx X1 ##.##.2024-cü il tarixli, ***K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Işdən azad edildikdən sonra X8 X13 Filialına işsizlikdən sığorta ödənişi alınması üçün müraciət etmişdir. Iddiaçıya ##.##.2024-cü il tarixindən ilkin təyinat məbləği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Iddiaçı 2025-ci ilin fevral ayı üzrə X9 icrasına dair hesabatı təqdim etmədiyi üçün ona təyin edilmiş işsizlikdən sığorta ödənişi ##.##.2025-ci ildən “Işsizlikdən sığorta haqqında” AR-sı Qanunun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə *-*- *-*/*-M-*****/**** saylı məktubla məlumat verilmişdir. Iddiaçı işsizlikdən sığorta ödənişinin dayandırılması barədə cavabdehin iddialarını əsassız hesab edir. Bildirir ki, ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə qədər xəsləliklə əlaqədar olaraq ev şəraitində müalicə almışdır. Bunu xxxx X1 * nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən təsdiq edilmiş ambulator kitabçasından çıxarış təsdiq edir. Iddiaçı həmin tarixdə işləmədiyi üçün * nömrəli Ailə Sağlamlıq Mərkəzi xəstəlik bülleteni açmamışdır. Xəstə olmağı səbəbindən iddiaçı fevral ayı üzrə X9 icrasına dair hesabat təqdim edə bilməmişdir. Iddiaçı qeyd edir ki, hesabatın təqdim edilməməsi xəstəliyi ilə əlaqədar olmuşdur. Iddiaçı cavabdehə bu barədə məlumat verməyinə baxmayaraq ev şəraitində müalicə almağını nəzərə almayaraq bu ilin fevral ayı üçün (2025) təyin edilmiş 345 manat sığorta ödənişi ödənilməmişdir. Həmçinin iddiaçının oğlu Vətən müharibəsi qazisidir. Yeganə qazanc mənbəyi oğlunun müharibə veteranı kimi aldığı 80 manat müavinətdir. Iddiaçı hesab edir ki, xəstə olmağı nəzərə alınaraq 2025-ci ilin fevral ayından başlayaraq işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə Agentliyin X13 filialına ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edildiyi üçün Qanununa müvafiq qaydada ona işsizlikdən sığorta ödənişinin təyin olunmasını xahiş etmişdir. Bu məqsədlə X14 və Təyinat filialının (bundan sonra - Filial) ## ###### 2024-cü il tarixli *-**-*/*-*-**/**** nömrəli qərarı ilə iddiaçıya # ###### 2024-cü il tarixindən ilkin təyinatı 345,00 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Iddiaçı Qanunun 17.7-ci maddəsinin tələbinə uyğun olaraq ayda bir dəfə X9 icrası barədə hesabatı elektron formada təqdim etmiş və Filial isə öz nöbəsində 2024cü ilin noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üçün iddiaçıya işsizlikdən sığorta ödənişini həyata keçirmişdir. Lakin 2025-ci ilin fevral ayı üçün X9 icrası üzrə iddiaçı tərəfindən Qanunun 17.7-ci maddəsinin tələbi pozulmuşdur. Belə olan halda Qanunun 18.0.4-cü maddəsinə tələbinə uyğun olaraq Filialın ## ###### 2025-ci il *-**-*/*-*-**/**** nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin fevral, mart və aprel ayları üçün işsizlikdən sığorta ödənişini verilməsi dayandırılmışdır. Qanunun müvafiq maddələrindən də açıq şəkildə görünür ki, Filial tərəfindən iddiaçıya işsizlikdən sığorta ödənişininin verilməsinin dayandırılması haqqında qərar qanunamüvafiq qaydada qəbul edilmiş və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında ## #### 2025-ci il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərarının iddiaçı İddiaçı aid hissədə ləğv edilmiş və iddiaçı İddiaçı işsizlikdən sığorta ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddiaçının ## ###### 2025-ci il tarixdə * nömrəli Ailə Sağlamlıq Mərkəzinə evə çağırış etdiyini və ona ## ###### 2025-ci il tarixdən 7 günlük ev şəraitində müalicə təyin edildiyini və xəstəliyi ilə əlaqədar iddiaçının X9 icrasına dair hesabatı fevral ayının sonuncu iş günü bitənədək cavabdeh inzibati orqana təqdim edə bilmədiyini qeyd etməkdədir. Belə ki, iddiaçı ## ##### 2025-ci il tarixində Agentliyin X13 filialına ərizə ilə müraciət edərək xəstə olduğu üçün (24-## ###### 2025-ci il) Filiala gələrək imza edə bilmədiyini və xəstə olması ilə bağlı arayış təqdim edildiyini bildirmişdir. Həmin arayış “xxxx” X1 * nömrəli Ailə Sağlamlıq Mərkəzinin ambulator kitabçasından çıxarışdır. Bu çıxarışda iddiaçıya ## ###### 2025-ci il tarixində evdə müalicə təyin edildiyi və halının kafi olduğu qeyd edilmişdir. Lakin məhkəmənin qərarda əsaslandığı bu ambulator kitabçadan çıxarışda 7 günlük müalicə təyin edilməsi faktı öz təsdiqini tapmamaqdadır. Göründüyü kimi məhkəmə təqdim olunan faktlara deyil, öz mülahizəsinə görə evdə müalicəni 7 günlük müalicə olaraq görmüşdür. Ambulator kitabçadan çıxarışda iddiaçının hərəkət və fəaliyyətində hər hansı bir məhdudiyyətin olması ilə bağlı qeyd müəyyən edilməməkdədir. Yəni iddiaçının xəstəliyi ilə əlaqədar X9 icrasına dair hesabatı fevral ayının sonuncu iş günü bitənədək Filiala təqdim edə bilməsi üçün hər hansı bir əngəl və ya maneə olmamışdır. Bu isə öz növbəsində qəbul olunan qərarın ləğv edilməsi üçün əsas olmalıdır. Iddiaçıya stasionar müalicənin təyin edilməməsi, qanunvericilikdə X9 icrası barədə hesabatın elektron qaydada təsdiq edilməsi imkanı müəyyən edilsə də, işə baxan məhkəmə ambulator müalicə şəraitində iddiaçının xəstəliyinin X9 icrası barədə hesabatı təqdim və təsdiq etməsini müəyyən etmək üçün heç bir araşdırma aparmamış, tibb müəssisəsinə bununla bağlı hər hansı bir sorğu ünvanlamamış, bununla da Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsində müəyyən edilmiş işin hallarının müəyyən edilməsi prinsipinin pozuntusuna yol vermişdir. Işə baxan məhkəmə iş üzrə sübutları tam tədqiq etməmiş, iş materiallarına əlavə edilmiş sübutlar arasındakı ziddiyyətli halları və sübutların mötəbərliyini araşdırmamış, mötəbərliyi şübhə doğuran və bir-birini təkzib edən sübutlar əsasında qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş * nömrəli Ailə Sağlamlıq Mərkəzinin “Ambulator kitabçadan çıxarış” sənədi tam şəkildə doldurulmamış (VESKS kodu, ambulator kitabçanın nömrəsinə dair məlumatlar daxil edilməmişdir), daxilolma və çıxış tarixləri, habelə diaqnozun müəyyən edilmə tarixi ##.##.2025-ci il deyil, 2027-ci il olaraq qeyd edilmişdir. Bu hallar çıxarışda qeyd edilən xəstəliyə dair əlavə edilmiş məlumatların da mötəbərliyinə əsaslı şübhələr yaradır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 17.1-ci maddəsinə əsasən bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. 17.7-ci maddəsinə əsasən sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına X9 icrası barədə hesabatı elektron formada təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər. 18.0-cı maddəsinə əsasən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə X9 icrası barədə hesabat təqdim etmədikdə. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.3-cü maddəsinə əsasən fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəddir. 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada. 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. 27.1-ci maddəsinə əsasən işsiz, bu Qanunun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Bu maddədə nəzərdə tutulmuş işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində fərdi məşğulluq proqramını təsdiq etməlidir. 27.2-ci maddəsinə əsasən işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında nəzərdə tutulmuş tədbirlərdə iştirakını müəyyənləşdirən X9 icrası barədə elektron qaydada hesabat təqdim edir. 27.3-cü maddəsinə əsasən X9 icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb - saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, xxxx X1 ##.##.2024-cü il tarixli saylı əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Iddiaçıya X8 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının ##.##.2024-cü il tarixli qərarına əsasən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə * nömrəli Ailə Sağlamlıq Mərkəzinə evə çağırış etmiş və ona ## ###### 2025-ci il tarixdən 7 günlük ev şəraitində müalicə təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar iddiaçı X9 icrasına dair hesabatı fevral ayının sonuncu iş günü bitənədək cavabdeh inzibati orqana təqdim edə bilməmişdir. Iş üzrə müəyyən edilmişdir ki, iddiaçıya işsizlikdən sığorta ödənişi qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş, lakin “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsinə əsasən X9 icrası barədə hesabatın təqdim edilməməsi səbəbindən ödəniş 18.0.4-cü maddəsinə istinad edilməklə iddiaçının özünün xəstə olması nəzərə alınmadan əsassız olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X13 Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdən ilkin təyinat məbləği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Iddiaçı fevral üzrə X9 icrasına dair hesabatı təqdim etmədiyi üçün onatəyin edilmiş işsizlikdən sığorta ödənişi ##.##.2025-ci il tarixdən “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respubliasının Qanununun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bildirilir ki, xəstəlik barədə təqdim edilən ambulator kitabçadan çıxarış sənədinə əsasən İddiaçı ev şəraitində müalicə aldığı məlum olmuşdur. Bu hal iddiaçının X9 icrasına dair hesabatı təqdim etmədiyinizdə üzrlü hal kimi qəbul edilmədiyindən təyin edilmiş sığorta ödənişinin davam etdirilməsi qanunamüvafiq hesab edilməmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə xəstəliklə əlaqədar olaraq ev şəraitində müalicə almış, bu hal isə səlahiyyətli tibb müəssisəsinin sənədi ilə təsdiq olunmuşdur. Qanunun 18.0.4-cü maddəsinin məzmununa görə, şəxsin öz xəstəliyi üzrlü səbəb kimi nəzərdə tutulur və bu halda X9 icrası barədə hesabatın təqdim edilməməsi sığorta ödənişinin dayandırılması üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə “xəstəlik” anlayışı yalnız stasionar və ya rəsmi xəstəxana müalicəsi ilə məhdudlaşdırılmamış, şəxsin əmək qabiliyyətini müvəqqəti məhdudlaşdıran hər hansı tibbi halı əhatə edir. Buna görə də iddiaçının ev şəraitində müalicə alması onun üzrlü səbəbini istisna etmir. Eyni zamanda, inzibati orqan tərəfindən qəbul edilən inzibati aktın əsaslandırılması və faktiki halların hərtərəfli araşdırılması “Inzibati icraat haqqında” Qanunun 24.1 və 61-ci maddələrinin tələblərinə uyğun aparılmalıdır. Hazırkı işdə isə cavabdeh orqan iddiaçının xəstəlik halını üzrlü səbəb kimi qiymətləndirməyərək qərar qəbul etmiş, bu isə maddi hüquq normalarının səhv tətbiqinə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi ##.##.2025-ci il tarixli inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmamış, iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən belə hallarda inzibati aktın ləğvi və pozulmuş hüququn bərpası məhkəmə tərəfindən təmin edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar