Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-754/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı və onun vəkili/nümayəndəsi Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının keçmiş (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ## ######## 2005-cı il tarixində 800 nömrəsi ilə qeydiyyata alınmış (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf-JN: JN- 996 (kod 30301004), Quba rayonu ünvanında yerləşən 0,65 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş atası X10 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu ərazisində iddiaçının atası X9 adında (mülkiyyətində) sənədlə 0,65 ha ölçüdə olan torpaq sahəsi vardır. Torpaq sahəsi keçmiş/ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ## ######## 2005-cı il tarixində 800 nömrəsi ilə qeydiyyata alınmış, iddiaçının atasına “Torpağa mülkiyyətə hüququna dair Şəhadətnamə” (JN: 996, Kod 30301004) verilmişdir. Iddiaçının atası ##.##.2021-ci il tarixində vəfat etmişdir. 2022-ci ilin yanvar ayında * saylı ASAN xidmət mərkəzindəki notariat ofisində vərəsəlik işi açılmışdır və iddiaçı tək vərəsə kimi qeydiyyata alınmışdır. Torpaq sahəsi vərəsəliyə uyğun olaraq iddiaçının mülkiyyətinə (sahiblik və istifadəsinə) keçmişdir. Artıq iyirmi ildir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində və faktiki istifadəsindədir. Hasarı da vardır. 2022-ci il tarixində notariat orqanının məktubu əsasında * saylı Xaşrnaz Ərazi Idarəsinə müraciət edərkən iddiaçıya ##.##.2022-ci il tarixli yazılı məktubla bildirilib ki, malik olduqları Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Həmin məktubun dəlili əsas tutulmaqla qeydiyyat üçün sənədləri qəbul olunmur və hüquqlarının qeydiyyatından imtina olunur. Sənədlərin qəbul olunmamasını və adına təkrar qeydiyyat aparılmasından imtina olunmasını qanunvericiliyə zidd hesab edərək bu ilin iyun ayından yenidən cavabdeh orqana müraciət edib, keçmiş/ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ## ######## 2005-cı il tarixində 800 nömrəsi ilə qeydiyyata alınmış, atası X10 tərtib olunmuş JN-996 (kod ********) nömrəli “Torpağa mülkiyyətə hüququna dair Şəhadətnamə” ilə xüsusi mülkiyyətində olan, Quba rayonu ünvanında yerləşən 0,65 ha ölçüdə torpaq sahəsi ilə bağlı təkrar qeydiyyat aparmaqla həmin əmlakın atasına məxsus olmasına dair iddiaçıya arayış (Forma 37 arayışı) verilməsinə, yaxud vərəsə olmağını əsas tutulmaqla birbaşa iddiaçının adına elektron çıxarışın və “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təkrar ərizəni bununla əsaslandırmışdır ki, mərhum atasının adına 2005ci ildə sözügedən torpaq sahəsi ilə bağlı aidiyyəti orqanda qeydiyyata alınmış mülkiyyət hüququ dövlət tərəfindən tanınma aktıdır və bu akt, eləcə də verilmiş şəhadətnamə indiyə kimi də öz hüquqi qüvvəsini saxlamaqdadır. Indiyə qədər bu hüquq hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş, bununla bağlı daşınmaz əmlakın ərazi dövlət reyestri orqanına və ya yerli bələdiyyə orqanına.yaxud da həmin orqanlardan sair qurumlardan ünvanına hər hansı etiraz, iddia, tələb daxil olmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ının qeydiyyatı barədə məlumatın verilməsi ilə bağlı sorğusuna ##.##.2022-ci il tarixdə Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində baxılmışdır. Müraciətə cavab olaraq ##.##.2022-ci il tarixli ************ nömrəli məktubuna əsasən, məlum olmuşdur ki, mərhum X10 adına olan JN-*** nömrəli KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş X14 Komitəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Bundan əlavə, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə ##.##.2025-ci il tarixdə “xxxx MMC-ə müraciət etmişdir. “xxxx” MMCi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-**/Ə-B-****-**/**** nömrəli məktubla bildirilmişdir ki, mərkəzin arxivində X10 adına JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Yuxarıda göründüyü kimi, iddiaçının * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət ərizəsinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlı və Ərazi Idarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatın aparılmasından imtina olunması barədə deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-0996 KOD 3000301004 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun ## ### 2005-ci il tarixli, *-ə-*** saylı alqısatqı müqaviləsinə qərarına əsasən, Quba şəhəri ərazisindən 0,65 ha torpaq sahəsi X10 ayrılmışdır. AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****/**** saylı məktubda qeyd olunur ki,” * saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində rəsmiləşdirilmiş 2V-714, 2V-715 və 2V-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2021 -ci il tarixdə vəfat etmiş X10 vərəsəsi kimi oğlanları İddiaçı və X4 müəyyən edilmiş və miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, miras əmlak üzərində (Quba şəhər ərazisində yerləşən 0.65 ha torpaq sahəsi) miras qoyan X10 (təvəllüd: ##.##.1948, Fin: 21NQYG5) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.”. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilməmişdir. Arxiv məlumatlarında vətəndaşın adına JN-*** nömrəli dövlət aktı aşkar edilmişdir. Dövlət aktının surəti təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, Mərkəzin arxivində X10 adına verilmiş JN-996 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri naturadan götürülmüşdür. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal baş verməmişdir və həmin torpaq sahəsi iddiaçının faktiki olaraq öz istifadəsindədir.Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində 0.7264 ha torpaq sahəsi mövcuddur. Iddiaçı tərəfindən iddia olunan 0.65 ha torpaq sahəsi TEKUIS (X21 X15) məlumatlarına əsasən kənd təsərrüfatı torpaqlar kateqoriyalı olub, uqodiyası çoxillik əkmə olaraq, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin şimal sərhəddi daxilindən və cənub-şərq sərhəddi daxilindən 10 kvt-luq hava elektrik xəttləri keçir. JN-996 KOD ******** nömrəli dövlət aktına əsasən iddiaçının iddia etdiyi 0.65 ha torpaq sahəsi hər hansı fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsi hal-hazırda meyvə bağı kimi istifadə olunur. Torpaq sahəsinin sağ qonşuluğunda yerləşən torpaq sahələrinin üzərində ************ reyestr nömrəli çıxarışa əsasən X11, ************ reyestr nömrəli çıxarışa əsasən, X3, 303013138587 reyestrnömrəli çıxarışa əsasən, X13, ************ reyestr nömrəli çıxarışa əsasən, X2, ************ reyestr nömrəli çıxarışa əsasən, X5, ************ reyestr nömrəli çıxarışa əsasən X12, ************ reyestr nömrəli və ************ reyestr nömrəli çıxarışlara əsasən X6 mülkiyyət hüquqları tanınmışdır. Tərəfimizdən mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, atası X10 adına 2005-ci ildə verilmiş JN-996 (kod 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi baxımından hüquqmüəyyənedici sənəd sayılmalıdır. Iddiaçı həmçinin dövlət aktının qanunla müəyyən edilmiş qaydada etibarsız sayılmadığını, onun saxtalığına dair hər hansı mötəbər sübutun təqdim edilmədiyini, aktın tərtib edilməsinə əsas olmuş sənədlərin arxivdə aşkar edilməməsinin isə həmin aktın hüquqi qüvvəsini özlüyündə aradan qaldırmadığını bildirmişdir. Eyni zamanda torpaq sahəsinin uzun müddətdir faktiki istifadəsində olduğunu, sahə üzrə mübahisənin və digər şəxslərin mülkiyyət hüquqları ilə üstüstə düşmənin müəyyən olunmadığını qeyd etmiş, birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsinin arxivdə aşkar edilməməsini həlledici əsas kimi qəbul etməsini düzgün hesab etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili/nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Quba rayonu ərazisində yerləşən 0,65 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması məqsədilə mülkiyyət hüququnun ölmüş atası X10 məxsus olması barədə arayışın verilməsini tələb edir. Iddiaçı hüquqmüəyyənedici sənəd qismində JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na istinad edir. Cavabdeh inzibati orqan müraciəti təmin etməyərək bildirmişdir ki, JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydə alınmamışdır. Həmçinin həmin aktın tərtib edilməsinə əsas olmuş ilkin sənədlər Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində X10 adına verilmiş JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində 0,7264 ha torpaq sahəsi vardır. Iddia edilən 0,65 ha torpaq sahəsi TEKUIS məlumatlarına əsasən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid edilmiş, uqodiyası çoxillik əkmə, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Həmin aktda, eləcə də iş üzrə alınmış rəydə torpaq sahəsinin faktiki olaraq meyvə bağı kimi istifadə edildiyi, sahənin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, habelə onun kadastr göstəriciləri baxımından kənd təsərrüfatı təyinatlı torpaq kimi xarakterizə olunduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün torpaq sahəsinin bonitet balının, uqodiyasının, kənd təsərrüfatı məqsədləri üçün yararlılığının və digər kadastr göstəricilərinin əlavə qaydada araşdırılmasına zərurət yoxdur. Çünki iş üzrə həlledici məsələ torpaq sahəsinin həmin göstəriciləri deyil, iddiaçının həmin sahəyə hüququnun qanuni əsasla yaranmasını təsdiq edən sənədlərin mövcudluğudur. Iş materiallarında iddiaçının istinad etdiyi JN-*** nömrəli dövlət aktının surəti, həmin aktın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi, səlahiyyətli orqanın qərarı və ya hüququn yaranmasını təsdiq edən digər hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə olan halda, torpaq sahəsinin bonitet balı, uqodiyası və digər göstəriciləri barədə əlavə məlumatların alınması işin nəticəsini dəyişdirmir və iddiaçının tələb etdiyi hüquqi nəticənin yaranmasına əsas vermir. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən hallar təqdim edilən sənədin hüquqi əsası və etibarlılığı ilə bağlı olan şübhələri daha da dərinləşdirir, onun saxtalaşdırma əlamətləri daşıdığını istisna etmir və nəticə etibarilə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən dövlət aktının hüquqi etibarlılığına və qanuniliyinə ciddi xələl gətirir. Belə şəraitdə isə bu cür qeyri-müəyyən, hüquqi etibarlılığı təsdiqlənməmiş və qanunvericiliklə nəzərdə tutulmuş formada qeydə alınmamış sənədə əsasən hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3-cü maddəsində təsbit olunmuş hüquqi münasibətlərin sabitliyi və şəffaflığı, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi prinsiplərini də pozmuş olar və bu baxımdan qeydiyyat orqanının çıxarış verməkdən imtina etməsi hüquqi baxımdan tam əsaslı və qanunauyğundur. Bütün bu halları nəzərə alan kollegiya bir daha vurğulayır ki, hüququ təsdiq edən sənədin yalnız kağız daşıyıcısında təqdim edilməsi və ya sadəcə surətinin mövcudluğu kifayət etmir. Belə sənədin qanunvericiliyə uyğun qaydada qeydiyyat orqanında rəsmiləşdirilməsi, müvafiq informasiya sistemində qeydiyyatının aparılması və aidiyyəti qurumlar tərəfindən tanınması zəruridir. Əks təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması prosesi öz funksional mahiyyətini itirərək, hüquqi qeyri-müəyyənlik və risklər doğura bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada aparılmış araşdırma nəticəsində JN-*** nömrəli dövlət aktının dövlət aktlarının verilməsi kitabında qeydiyyata alınmaması və onun verilməsinə əsas olan ilkin sənədlərin arxivdə aşkar edilməməsi müəyyən edilmişdir. Eyni zamanda, arxiv məlumatlarında JN-*** nömrəli dövlət aktının surətinin aşkar olunması həmin aktın tərtib edilməsinə ilkin hüquqi əsasların mövcudluğunu və etibarlılığını özlüyündə təsdiq edən hal kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2026-cı il tarixli məktubunda 2005-ci ildə təsdiq olunmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirildiyi, İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi, arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin isə digər şəxslər barəsində rəsmiləşdirildiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Notariat Arxivinin məktubunda İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi göstərilsə də, hazırkı işin hallarına əsasən iddiaçının istinad etdiyi dövlət aktı onun öz adına deyil, mərhum atasının adına olmuşdur. Lakin bu hal belə işin nəticəsini dəyişmir. Çünki həmin məktuba əlavə edilmiş müqavilənin surətindən görünür ki, 4Ə-*** reyestr nömrəli müqavilənin tərəfləri tamamilə başqa şəxslər: satıcı X22, alıcı isə X7r. Həmin müqavilənin predmeti də mübahisəli torpaq sahəsi deyil, Quba şəhəri, 29-cu məhəllədə 80 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikili olmuşdur (i.v. 86). Beləliklə, JN-*** nömrəli dövlət aktının verilməsinə hüquqi əsas təşkil etdiyi iddia olunan 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin nə iddiaçıya, nə də onun mərhum atasına aid olduğu müəyyən edilmişdir. Əksinə, iş materiallarında olan arxiv məlumatı və müqavilə surəti həmin reyestr nömrəsi üzrə rəsmiləşdirilmiş müqavilənin mübahisəli torpaq sahəsi və iddiaçının mərhum atası ilə bağlı olmadığını göstərir. Həmçinin iddiaçı məhkəməyə torpaq sahəsinin alqı-satqısına dair müqaviləni və ya onun surətini təqdim etməmiş, torpaq sahəsinin kimdən alındığı, əvvəlki mülkiyyətçinin kim olduğu və həmin hüququn hansı hüquqi əsasla yarandığı barədə də konkret məlumat verə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar iddiaçının istinad etdiyi JN-*** nömrəli dövlət aktının hüquqi mənbəyinin və həmin sənəd əsasında mülkiyyət hüququnun qanuni qaydada yaranmasının sübuta yetirilmədiyini göstərir. Eyni zamanda * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələri tərəfindən verilmiş dövlət aktlarının, şəhadətnamələrin və torpaq sahəsinin planı-ölçüsünün verilməsinə əsas olmuş sənədlərin Ərazi Idarəsinə təhvil verilmədiyi bildirilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxiv cavabı da nəzərə alındıqda, JN-*** nömrəli dövlət aktının verilməsinə əsas olmuş ilkin sənədlərin mövcudluğu və bununlada aktın mötəbərliyi iş materialları ilə təsdiq olunmur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin ilkin ayrılmasına və həmin sahə üzərində mülkiyyət hüququnun yaranmasına dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından isə həmin sahənin TEKUIS məlumatlarında bələdiyyə mülkiyyətində olan torpaq kimi göstərildiyi müəyyən olunur. Beləliklə, həmin torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun nə əvvəllər, nə də sonradan qanuni əsaslarla yarandığı və dövlət qeydiyyatına alındığı təsdiq edilmədiyindən, onun alqı-satqı müqaviləsinin predmeti olması da hüquqi baxımdan mümkün hesab edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutlar iddiaçının istinad etdiyi dövlət aktının hansı hüquqi əsasla verildiyini, həmin akt əsasında hüququn kimdən və hansı qaydada əldə edildiyini müəyyən etməyə imkan vermir. Bu səbəbdən, JN-*** nömrəli dövlət aktı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli və etibarlı hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun mərhum X10 məxsusluğunu təsdiqləyən arayışın verilməsi üçün zəruri hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxıanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-754/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-754/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver