Məhkəmə qərarları › İş №2-1(3-8)-755/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-755/2026

08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-755/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum-23, Trest-2-də sürücü qismində Slavutiç şəhərində Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə ## #### 1988-ci il tarixdən- ## #### 1988-ci il tarixədək (on üç gün) olan dövrdə və ## ###### 1988-ci il tarixdən - ## ###### 1988-ci il tarixədək (on üç gün) olmaqla, ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmağı nəzərə alınmaqla ödənilmiş pul vəsaitləri 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə ##.##.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI “xxxx” SC-nin * №-li müəssisəsinin **/** nömrəli, ##.##.2025-ci il tarixli arayışına əsasən Çernonil AES-də 12-## #### 1988-ci il, 18-## ###### 1988-ci il tarixlərdə qəzanın aradan qaldırılmasında iştirak etdiyi üçün birdəfətlik mükafat və həmin dövrdəki orta əməkhaqqı məbləğinin 4 qatı hesablanıb ödənilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*-V-******/**** nömrəli məktubuna əsasən ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 80-ci maddələrinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə ənək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının ödənişi 393,34 manat məbləğində olmaqla davam etdirilir. İddiaçı pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernonil AES-də qəzanın ləğvi ilə əlaqədar ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixinədək, ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixədək hesablanmış əməkhaqqısının 4 qatı və 1992-1993-cü illər üzrə əmək haqqısı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. Müraciətlə əlaqədar bildirilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək haqqısı 4 qat miqdarda nəzərə alınmışdır. Iddiaçıya aid pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müaciət edərək, Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum-23, Trest -2-də sürücü qismində Slavutiç şəhərində Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə ## #### 1988-ci il tarixdən ## #### 1988-ci il tarixədək (on üç gün) olan dövrdə və ## ###### 1988-ci il tarixdən ## ###### 1988-ci il tarixədək (on üç gün) olmaqla, ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmağı nəzərə alınmaqla ödənilmiş pul vəsaitləri 4 qatının 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə ##.##.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuş, ##.##.1985-ci ildən əmək fəaliyyətinə başlamışdır. Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum-23, Trest -2-də sürücü işləmişəm. Işlədiyi müddət ərzində istehsal ehtiyaclarına görə KAMAZ-5410 yük maşını ilə Slavutiç şəhərində Çernobıl AES - də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə ## #### 1988-ci il tarixdən ## #### 1988-ci il tarixədək(on üç gün) olan dövrdə və ## ###### 1988-ci il tarixdən ## ###### 1988-ci il tarixədək (on üç gün) olan dövrdə iştirak etmişdir. ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmuşdur. Lakin həmin müddət və göstərdiyi fəaliyyətə görə ödənilmiş pul vəsaitləri 4 qatının 25.4ə vurulmaqla Çernobıl AES – də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə ##.##.2008-ci ci ildən əmək pensiyası məbləği yenidən hesablanmalı və yaranmış fərq birdəfəlik ona ödənilməlidir. ##.##.2025-ci il tarixdə iddiaçı cavabdeh DSMF-na ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmiş, lakin cavabdeh təşkilat ##.##.2025-ci il tarixli cavabı ilə onun müraciətini təmin etməmişdir. Imtina məktubunda qeyd edilmişdir ki, onun barəsində ##.##.2006-cı il tarixdə qüvvəyə minmiş Əmək pensiyaları haqqında Qanunun 12.1.-ci maddəsi tətbiq olunmuş və pensiyanın ödənişi 393.34 manat müəyyən edilmişdir. Halbuki onun barəsində ##.##.2006-cı ildə qüvvəyə minmiş Qanun deyil, qeyd edilən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanun tətbiq edilməli idi. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh DSMF-nin imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır....Qanunvericiliyin göstərişlərinə əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən ## ###### 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” ##.##.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. “Əmək pensiyaları haqqında” Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Vətəndaşların pensiya təminatı haqqında Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Əmək pensiyaları haqqındaQanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinə əsasən, pensiya almaq hüququ olan şəxslər: iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin #####in ##-dən 1990-cı ilin ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Həmin Qanunun 3–cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Çernobıl qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunda Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlara verilən pul kompensasiyalarının növləri, miqdarı və güzəştlər müəyyən edilir. Bu Qanunda nəzərdə tutulmayan pul və digər kompensasiyaların miqdarı və güzəştlər, əgər başqa qayda nəzərdə tutulmayıbsa, respublika hökuməti tərəfindən müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən 1987-ci il #####in ##-dən 1990-cı il ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslərə vətəndaşlara şamil olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən tərmin edilməməlidir. ##.##.1993-cü il tarixdən ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobil AES-nin istismarında və digər işlərdə iştirak etmiş şəxslərin pensiya almaq hüququ vardır. Həmin Qanunun ##.##.1995-ci il, tarixinədək qüvvədə olan 83.2-ci maddəsinə əsasən 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobil AESdə və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən pensiya hesablana bilər. Bildirilir ki, İddiaçı ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Çernobil AESdə qəzanın ləğvi ilə əlaqədar olaraq ##.##.1993-cü il tarixindən əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının ödənişi 393,34 manat məbləğində olmaqla davam etdirilir. İddiaçı pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar ##.##.1988-ci il tarixdən ##.##.1988ci il tarixədək, ##.##.1988-ci il tarixdən ##.##.1988-ci it tarixədək hesablanmış əməkhaqqısının 4 qatı və 1992-1993-cü illər üzrə əmək haqqısı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (393,34 manat) dəyişiklik olmamışdır. Iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək haqqısı 4 qat miqdarda nəzərə alınmışdır. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2001-ci il tarixli *** nömrəli Fərmanının 1-ci maddəsinə (##.##.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən Çernobil qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə 30000 manat aylıq müavinət müəyyən edilmişdir. “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ### 1996-cı il tarixli *** nömrəli Sərəncamının ##.##.2006-cı il tarixədək qüvvədə olmuş 5-ci bəndinə əsasən işləməyən pensiyaçılara müavinət 11000 manat müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı ##.##.2025-ci il tarixli müraciəti əsasında onun əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və Mərkəzi Filialın ##.##.2025-ci il tarixli qərarı ilə pensiyasının məbləğində (393,34 manat) dəyişiklik olmamışdır. İddiaçı tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli *-**-DA-**F/* nömrəli arayışda qeyd olunan 1988-ci ilin iyul, noyabr aylarında qazandığı gəlir (607,67 manat) müasirləşdirilərək 61,38 manat təşkil etmişdir; (607,67 : 25 (Çernobil AES qəzanın ləğvi ilə əlaqədar işlədiyi dövr) x 25,4 = 617,39: 617,39 x 0,68 (rublun konvertasiyası) = 419,82 AZM : 419,82 x 730,9 (orta aylıq əmək haqqının müasirləşdirilməsi əmsalı) = 306846,44 AZM). “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən 2006-cı il ######ın #dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. 306846,44 : 5000 = 61,38 manat. İddiaçı əmək pensiyasının sığorta hissəsi ##.##.2006-cı il tarixinə 24 manat təşkil etmişdir: (51 x 80%) + 11000 AZM (işləməyən əmək pensiyaçılarına verilən müavinət) + 30000 AZM (əlillik müavinəti) = 40,8 +8,2 (41000 AZM : 5000) = 49 manat. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş 26.1-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 49 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 24 manat əmək pensiyasının sığorta hissəsi hesab edilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır; ##.##.2008 - 25 (baza hissə) + 24 = 49 : ##.##.2007 -40 (baza hissə) + (24 x 8,3%) = 65,99 : ##.##.2007 - 50 (baza hissə) + 25,99 = 75,99 : ##.##.2008 - 60 (baza hissə) + (25,99 x 16,7%) = 90,33 : ##.##.2009 -75 (baza hissə) + ((30,33 +8,30) x 20,8%) = 121,36 : ##.##.2010 – 85 (bazahissə) +(46,66 x 1,5%) = 132,05 : 01,01.2011 - 85 (baza hissə) + (47,36 x 5,7%) =134,73 : ##.##.2012 - 85 (baza hissə) + (50,05 x 7,9%) = 138,67 : ##.##.2013 - 85 (baza hissə) + (54 x 1,1%) = 139,26: ##.##.2014- 100 (baza hissə) +(54,60x2,4%)=155,56 : 0101.2015 - 100 (baza hissə) +(55,90 x 1,4%) = 156,34:##.##.2016 100(baza hissə) + (56,69 x 4,0%) =158,5901.01.2017 -110 (baza hissə)+58,96 x 12,4%)= 176,27: ##.##.2018 - 176,27 x 5,7% = 186,32 : ##.##.2019 - 186,32 x 3% = 191,90 : 0110.2019 – ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləğindən az olduğu üçün 01,10,2019-cu il tarixindən 200 manata çatdırılmışdır. 0101.2020 -200 x 16.6% = 233,20: 0101.2021 - 233,20 x 11,4% = 259,79 : 0101.2022 - 259,79 + 259,79 x 3,4% = 268,62: Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26,4-cü maddəyə əsasən 2022-cI il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd oıunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 285,28 manat müəyyən edilmişdir: ##.##.2023 - 285,28 x 14,7%) = 327,22 manat ##.##.2024 - 327,22 x 11,2%) = 363,87 manat: 01,01.2025 - 378,45 x 8,1%) = 393,34 manat.Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair” ##.##.2020ci il tarixil **/**** nömrəli Qərardadına müvafiq olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin 1 -ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki avların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Əlavə olaraq bildiririk ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Analoji iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilərək iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi fllilalına qarşı “iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmış və həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasıya şikayəti təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli, *** nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla (əvvəlki 12 ayın əmək haqqından) əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi: 1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən 2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından 3. minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi, iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı olmuş, lakin o bu hüquqdan istifadə etməmişdir. Iddiaçıya pensiya təyini aparılan zaman hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilmir. Lakin məhkəmə bu kateqoriya işlərdə məhkəmə təcrübəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin əsaslı olub-olması yoxlanılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Işin hallarına nəzər saldıqda görünür ki, iddiaçının istinad etdiyi həmin dövrdəki mükafatın və orta əmək haqqı məbləğinin dördqatı məbləğinin hesablanıb ödənilməsini əks etdirən arayış ##.##.2025-ci il tarixli olmaqla məhkəməyə təqdim olunmuş və iddiaçıya məxsus pensiya işində öz əksini tapmamışdır. Bu səbəbdən də həmin arayış məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Bununla da iddiaçının istinad etdiyi hallar sübuta yetirilməmiş olur. Iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericiliyə uyğun şəkildə iddiaçıya pensiya təyinatı aparılmış və onun pensiyası qanunamüvafiq olaraq yenidən hesablanmışdır. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, AR Inzibati icraat haqqında Qanunun əsas prinsiplərinə görə inzibati orqan işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Sübutların toplanması yalnız vətəndaşın öhdəliyi deyildir. Sosial təminat münasibətlərində dövlət orqanı aktiv araşdırma aparmalıdır. Belə ki, DSMF iddiaçının müraciəti əsasında müvafiq arxiv idarələrinə sorğu göndərə, arxiv sənədlərini tələb edə, əmək haqqının tərkibi barədə məlumat toplaya bilərdi. Bu vəzifə yerinə yetirilməmişdir. Inzibati orqanın passiv davranışı vətəndaşın hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Dörd qat mükafat əmək haqqının tərkib hissəsidir. Pensiya qanunvericiliyinə görə əmək pensiyasının hesablanması zamanı faktiki əmək haqqı nəzərə alınmalıdır. Əmək haqqına əmək münasibətləri çərçivəsində ödənilən mükafatlar da daxildir. Orta aylıq əmək haqqının 4 qat məbləğində verilmiş ödəniş(mükafat) əmək haqqı xarakterlidir. Bu səbəbdən həmin məbləğin pensiya hesablanmasında nəzərə alınmaması maddi hüququn pozulmasıdır. Məhkəmənin mövqeyinə görə vətəndaş pensiyanın hesablanma qaydasını seçməli və bunu təsdiq edən sübutu təqdim etməli idi. Vətəndaş bu hüquqlarını bilməyibsə inzibati orqan ona yardım göstərməli idi. Lakin seçim hüququnun yazılı və aydın şəkildə izah edilməsi sübuta yetirilməmişdir. Hüquqdan imtina prezumpsiyası tətbiq edilə bilməz. Sosial təminat hüquqları şərh edilərkən vətəndaşın xeyrinə interpretasiya prinsipi tətbiq olunmalıdır. Əgər vətəndaşa real və məlumatlandırılmış seçim təqdim olunmayıbsa, bu hal onun əleyhinə qiymətləndirilə bilməz. Oxşar hüquqi və faktiki vəziyyətdə başqa şəxs iddia təələbi 2019-cu ildə iddia təmin edilmişdir. Eyni kateqoriyalı işlər üzrə fərqli yanaşma hüquqi müəyyənlik prinsipinin, məhkəmə təcrübəsinin vahidliyi prinsipinin və bərabərlik prinsipinin pozulmasına səbəb olur. Seçim hüququ məsələsi qərarda faktiki sübuta əsaslanmır. Belə ki, məhkəmə ##.##.2026-cı il tarixli qərarında qeyd edir ki, üç hesablama üsulu mövcud idi. Amma qərarda iIddiaçıya seçim hüququnun necə izah edildiyi, yazılı bildiriş olub-olmadığı və hansı variantın təklif edildiyi barədə heç bir fakt göstərilmir. Bu barədə sübut da yoxdur. Yəni bu hissə faktiki sübuta əsaslanmır və sadəcə nəzəri normativ istinaddır. Birinci instansiya məhkəməsi tərəfindən arayışın “mötəbər sübut sayılmaması” ciddi hüquqi pozuntudur. Belə ki, həmin arayış Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilib. Arayışda Nazirlər Kabinetinin *** saylı qərarına istinad edilir. Iddiaçıya Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə iştirakı ilə əlaqədar olaraq orta aylıq əmək haqqının 4 qatı miqdarında mükafatın verilməsini təsdiq edir. Məhkəmə arayışı saxta hesab etmir, etibarsız hesab etmir, sadəcə gec təqdim edildiyini əsas gətirməklə sübut kimi qəbul etmir. Iddiaçı tərəfindən eyni əsaslarla eyni tələb üzrə X1 verdiyi iddianın təmin edilməsinə dair Sumqayıt Inzibati Iqtisadi Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərarı, həmin qərardan verilmiş apelyasiya şikayətinin rədd edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)- ***/**** saylı ##.##.2019-cu il tarixli qərarı və həmin qərardan verilmiş kassasiya şikayətinin rədd edilməsinə dair Ali Məhkəmənin ##.##.2020-ci il tarixli qərarını elektron məhkəmə portalına yükləməklə işə əlavə etməsinə baxmayaraq, məhkəmə analoji iş üzrə sabit məhkəmə presedentini nəzərə almayıb və ümumiyyətlə buna münasibət bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 25. Pensiyaların təyin edilməsi şərtləri Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Maddə 80. Pensiya almaq hüququ olan şəxslər Iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. Iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər;mköçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin #####in ##-dən 1990-cı ilin ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83. Pensiya hesablanarkən nəzərə alınan əmək haqqı (Azərbaycan Respublikasının ##.##.1995-ci il tarixli, **** nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə - minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə predmeti cavabdeh tərəfindən iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə ödənilmiş pul vəsaitlərinin 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə ##.##.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsindən imtinası barədədir. Iş materiallarından görünür ki, iddiaçı X3 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyası alan şəxsdir. O, cavabdeh inzibati orqana müraciət edərək Çernobıl AES-də işlədiyi dövrdə əldə etdiyi əməkhaqqının dördqat məbləği və həmin dövr üzrə tətbiq edilməli hesab etdiyi indeksasiya göstəriciləri nəzərə alınmaqla əmək pensiyasının ##.##.2008-ci il tarixdən yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina olunmuşdur. Işin hüquqi halları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (##.##.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə - minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının pensiyası ilkin təyin edilərkən qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmış, onun əmək fəaliyyəti və Çernobıl AES-də iştirakı ilə bağlı məlumatlar pensiya işində mövcud sənədlər əsasında qiymətləndirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işi materialları ilə müəyyən olunur ki, iddiaçının Çernobıl AES-də işlədiyi dövr üzrə əməkhaqqısı göstəriciləri nəzərə alınmış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müasirləşdirmə və indeksləşdirmə aparılmış, nəticədə əmək pensiyasının məbləği hesablanmışdır. Apellyasiya şikayətində iddiaçı həmin dövrdə aldığı əməkhaqqısının dördqat məbləğinin və əlavə ödənişlərin nəzərə alınmadığını göstərsə də, kollegiya qeyd edir ki, bu halı təsdiq edən mötəbər və kifayət qədər sübutlar iş materiallarında mövcud deyildir. Iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli arayış pensiya təyin edilərkən və sonrakı yenidən hesablamalar zamanı pensiya işinin tərkibində olmamış, həmin sənədin əsasında pensiya məbləğinin dəyişdirilməsini zəruri edən hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80 və 83-cü maddələrinin məzmunundan görünür ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər üçün pensiyanın hesablanması bir neçə alternativ üsulla mümkün olmuşdur. Həmin normalar pensiyanın mütləq qaydada yalnız Çernobıl AES-də alınmış əməkhaqqısının dördqat məbləğindən hesablanmasını nəzərdə tutmamış, müraciət edən şəxsə müxtəlif hesablanma variantları təqdim etmişdir. Iş materiallarından isə iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələblərinin pozulduğunu təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Buna görə də iddiaçının hazırda istinad etdiyi hesablanma üsulunun tətbiq edilməməsi özlüyündə pensiya təyinatı zamanı qanun pozuntusuna yol verilməsi kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, əmək pensiyalarının yenidən hesablanması yalnız qanunvericiliklə müəyyən edilmiş əsaslar və mötəbər sübutlar mövcud olduqda mümkündür. Hazırkı halda cavabdeh orqan tərəfindən pensiya işi yenidən araşdırılmış, hesablamalar aparılmış və iddiaçının pensiyasının məbləğinin artırılması üçün əsasların olmadığı müəyyən edilmişdir. Iddiaçı isə cavabdehin hesablamalarının səhv olduğunu və ya pensiya təyin edilərkən hüquq normalarının pozulduğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Iş üzrə təqdim olunmuş pensiya işi materiallarından müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına uyğun təyin edilmiş, sonrakı illərdə əmək pensiyasının məbləği qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq indeksləşdirilmiş və yenidən hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesablamalarla müəyyən olunur ki, iddiaçının müraciəti əsasında onun pensiya işi yenidən araşdırılmış, Çernobıl AES-də işlədiyi dövr üzrə mövcud əməkhaqqı göstəriciləri nəzərə alınmaqla hesablamalar aparılmış, lakin pensiyanın məbləğinin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş materiallarında mövcud sübutları qiymətləndirərək iddiaçının istinad etdiyi halların sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Belə ki, iddiaçının əsas sübut kimi istinad etdiyi və əməkhaqqının fərqli qaydada hesablanmasını əks etdirdiyi bildirilən arayış sonradan əldə edilmiş sənəd olmaqla, pensiya təyin olunarkən və sonrakı yenidən hesablamalar aparılarkən pensiya işinin materiallarında mövcud olmamışdır. Həmin sənədin məzmunu isə özlüyündə cavabdeh tərəfindən aparılmış hesablamaların qanunsuz və ya səhv olduğunu təsdiq etmir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apelyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar