Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-756/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “2021-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixədək müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialıns qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “2021-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixədək müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə iddiaçıya 2-ci qrup əlillik təyin edilmiş, 2021-ci ilin sentyabr ayında əlillik təyinatından imtina edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə sonqiymətləndirildiyi tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh AR ƏƏSMN yanında “xxxx” X2 üzərinə qoyulması qərara alınmış, Sumqayıt Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı və AR Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və nəticədə ##.##.2023-cü il tarixdə iddiaçıya 3cü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, 2021-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixədək müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin *-**-*/*-**-******/**** saylı, ##.##.2025-ci il tarixli məktubla iddiaçıya imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı İddiaçı əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi ##.##.2021-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildirir ki, X4 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının ##.##.2023-cü il tarixindən əlilliyi bərpa edilmiş və müvafiq olaraq ##.##.2023-cü il tarixindən əlilliyə görə əmək pensiyasının ödənişi 342.61 manat olmaqla bərpa edilmişdir. Ali Məhkəmənin analoji işlə bağlı ## ##### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının 29 və 30-cu bəndlərində qeyd olunub: Cavabdehin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin ##.##.2020-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd etdiyimiz Ali Məhkəmənin müvafiq qərarına əsasən, İddiaçı əlillik statusunu ##.##.2023-cü il tarixdə yenidən qazandığından həmin tarixdən etibarən ona əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin əlilliyin bitdiyi - ##.##.2021-ci il tarixdən 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” ##.##.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlililiyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEKin qərarının qəbul edildiyi tarixdən hesablanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandıği zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gəiəcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusunu ##.##.2023-cü il tarixdə “qazanmışdır”, iddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin edilir. Ali Məhkəmənin "Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı" icmal məktubu Bənd 56. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxslər isə bu zaman özlərinin pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıdırlar. Belə iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr 14 aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. Mülki Prosessual Məcəllə: Maddə 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı 2021-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixədək dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi barədə müraciəti üzrə ##.##.2021-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina olunmuş, sonradan isə ##.##.2023-cü il tarixli qərarla ona həmin tarixdən üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Əlillik altsistemində iddiaçının əlilliyi olan şəxs statusu ##.##.2023-cü il tarixdən qeydə alınmış, əlilliyə görə əmək pensiyasının ödənilməsi də həmin tarixdən etibarən bərpa edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsində isə istisna hal nəzərdə tutulmuşdur. Belə ki, əlillik müddəti başa çatdıqdan sonra 6 ay ərzində aparılmış təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edilərsə, əlillik statusunun olmadığı dövr də əlillik müddətinə daxil edilir. Hazırkı iş üzrə isə iddiaçıya əlillik əvvəlki əlillik müddətinin başa çatmasından 6 aydan xeyli sonra, ##.##.2023-cü il tarixdə təyin edildiyindən, qeyd olunan istisna normanın tətbiqi üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Kollegiya qeyd edir ki, bu hal iddiaçının həmin dövrdə sağlamlıq vəziyyətinin əlillik meyarlarına cavab vermədiyi və ya funksional məhdudiyyətlərinin olmadığı anlamına gəlmir. Lakin əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi üçün zəruri hüquqi əsas əlilliyi olan şəxs statusunun qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsidir. Hazırkı işdə həmin status yalnız ##.##.2023-cü il tarixli inzibati aktla müəyyən olunduğundan, 2021-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixədək olan dövr əlilliyə görə əmək pensiyasının ödənilməsi baxımından hüquqi əsas yaradan dövr hesab edilə bilməz. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixi nəzərə alınmaqla müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı” Icmal Məktubunun 56-cı bəndində ifadə olunmuş hüquqi mövqedən irəli gəlir ki, əlillik 6 aydan artıq müddət keçdikdən sonra müəyyən edildiyi halda, pensiya təyin edən və ödəyən orqanın vəzifəsi ödənişi məhz əlilliyin təyin edildiyi tarixdən hesablamaqdan ibarətdir. Həmin tarix dəyişdirilmədən əvvəlki dövr üzrə pensiya ödənişinin tələb edilməsi isə hüquqi əsas yaratmır. Belə ödəniş yalnız əlilliyin təyinat tarixini müəyyən edən inzibati akt qanunla müəyyən edilmiş qaydada mübahisələndirilərək dəyişdirildikdən sonra mümkün ola bilər. Hazırkı iddiada isə iddiaçı ##.##.2023-cü il tarixli əlillik təyinatının tarixinin dəyişdirilməsi barədə tələb irəli sürməmiş, yalnız həmin tarixdən əvvəlki dövr üzrə əmək pensiyası məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, göstərilən dövr üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün zəruri hüquqi əsas mövcud olmadığından, həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının *-*(***)-***/**** nömrəli inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarına istinad etməsi ilə bağlı dəlillərini qiymətləndirərək qeyd edir ki, həmin qərarın nəticə hissəsində işlədilmiş "son qiymətləndirildiyi tarixdən" ifadəsinin hansı konkret tarixə aid olmasının müəyyən edilməsi hazırkı inzibati mübahisənin predmeti deyildir. Kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nəticə hissəsində istifadə olunmuş ifadələrin məzmununun, habelə həmin qərarın icra qaydasının və həddinin aydınlaşdırılması yalnız həmin qərarı qəbul etmiş məhkəmənin səlahiyyətlərinə aiddir. Başqa məhkəmə eyni hüquqi münasibətlə bağlı qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktını şərh etmək, onun nəticə hissəsinə yeni məzmun vermək və ya həmin aktın icra edilməli olduğu qaydanı müəyyən etmək səlahiyyətinə malik deyildir. Bu baxımdan, əgər iddiaçı hesab edirsə ki, *-*(***)-***/**** nömrəli qərarın nəticə hissəsində göstərilən "son qiymətləndirildiyi tarixdən" ifadəsi icra zamanı müxtəlif cür başa düşülür və ya onun tətbiqi ilə bağlı qeyri-müəyyənlik yaranmışdır, belə qeyrimüəyyənliyin aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin qərarı qəbul etmiş məhkəməyə qərarın izah olunması barədə müraciət edilməsi yolu ilə mümkündür. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə qərarının izahı institutu qəbul edilmiş məhkəmə aktının icrasını təmin etmək məqsədi daşıyır və qərarın nəticə hissəsində istifadə edilmiş ifadələrin məzmununun dəqiqləşdirilməsinə xidmət edir. Bununla yanaşı, qərarın izahı zamanı məhkəmə qəbul etdiyi aktın hüquqi nəticələrini dəyişdirə, yeni hüquq və vəzifələr müəyyən edə, habelə qərarın mahiyyətini və ya nəticə hissəsini dəyişdirə bilməz. Izah yalnız qərarın icrasına mane olan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş prosessual vasitədir. Odur ki, hazırkı iş üzrə məhkəmə kollegiyası əvvəlki məhkəmə aktının nəticə hissəsində göstərilmiş ifadənin hansı tarixə aid olduğunu müəyyən etməklə həmin qərarı faktiki olaraq şərh edə və ya onun icra qaydasını müəyyən edə bilməz. Belə məsələlərin həlli yalnız həmin məhkəmə aktını qəbul etmiş məhkəmənin prosessual səlahiyyətləri çərçivəsində mümkündür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.