Məhkəmə qərarları › İş №2-1(3-8)-757/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-757/2026

08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-757/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi-hakim), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “X3 adına verilmiş RX ****** saylı ##.##.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: JN 5030A KOD ******** saylı şəhadətnamədən görünür ki, Dəvəçi şəhəri ərazisində 0.07 ha torpaq sahəsi iddiaçının mərhum X2na və X8 rayonu Aqrar islahat Komissiyasının ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə ayrılmışdır. “Ölüm haqqında” şəhadətnamələrə əsasən iddiaçının X2 ##.##.1992-ci ildə, anası X10 isə ##.##.2003-cü il tarixdə vəfat etmişdir. ##.##.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ##.##.2003cü ildə vəfat etmiş X10 vərəsəsi ünvan 5 ünvanda qeydiyyatda olan qızı - İddiaçı miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbayca Respublikası DTXK-nin Şabran rayon torpaq şöbəsinin verdiyi ##.##.2005-ci il tarixli, JN-5030A, KOD 30401004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli 01/231 mömrəli “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışa əsasən Şabran şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsinin mərhum X10 düşən hissəsinin 1/7 hissəsindən ibarətdir. Digər vərəsələrə çatan miras əmlakın 6/7 hissəsi açıq saxlanılmalıdır. Iddiaçı İddiaçı ##.##.2021-ci ildə ərizə ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Ərazi Idarəsinə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdi. Həmin orqan ##.##.2021-ci il tarixli ************ nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 4 ünvanda yerləşən X3 adına fərdi yaşayış evinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “X3 adına verilmiş RX ****** saylı ##.##.2013-cü il tarixli çıxarışın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı mülk iddiaçının X2nun adına olmuşdur. Hazırda həmin evi vərəsə kimi qəbul edib idarə edir. Orada iddiaçının tərəfindən hündürlüyü 8 metr olan ev tikilmişdir. JN-5030A KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin evin yerləşdiyi 700 kv.m olan torpaq sahəsi Şabran (keçmiş Dəvəçi) rayonu X14 ##.##.2000-ci il tarixli, ** saylı qərarı əsasında atası Əli Məmmədova ev tikmək üçün verilmişdir. X2 ##.##.1992-ci ildə, anası X10 isə ##.##.2003-cü il tarixdə vəfat etmişdir. Qonşuluğunda yerləşən * saylı ev Yaşar Ibrahimovun adına olmuş, o Ramin Vahabov adlı şəxsə verilmiş və alqı-satqı zamanı çıxarışlarda həyətin ölçüləri qəsdən dəyişdirilərək iddiaçıya vərəsəlik üzrə çatmış torpaq sahəsinə keçirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən müxtəlif instansiyalara müraciətlər olunmuş və ## #### 2021-ci il tarixdə Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizia Mərkəzi tərəfindən verilmiş **/*** saylı ekspert rəyindən də görünür ki, X4 adına verilmiş MA ******* saylı ##.##.2011-ci il tarixli və X3 adına verilmiş RX ****** saylı, ##.##.2013-cü il tarixli çıxarışdakı ölçülərdə (koordinatlar) uyğunsuzluqlar mövcuddur. Ona görə də iddiaçı cavabdehə rəsmi müraciət edərək, vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh ##.##.2021-ci il tarixli ************ saylı məktubla iddiaçıya imtina verərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(***)- **/**** nömrəli qərardadı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı JN5030 KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mərhum atasına ayrılmış torpaq sahəsi ilə RX seriyalı, ****** saylı, ##.##.2013-cü il qeydiyyat tarixli çıxarışla X3 məxsus torpaq sahəsinin üst-üstə düşdüyünü, bu səbəblə də digər şəxsə məxsus olan həmin çıxarışın üst-üstə düşən hissədə ləğv edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı həmin torpaq sahələrinin üst-üstə düşməsinə dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular vermişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “X4 MA seriyalı ******* nömrəli ##.##.2011-ci il tarixli çıxarış əsasında X3 torpaq sahəsinin (RX seriyalı ****** nömrəli ##.##.2013-cü il tarixli çıxarış) koordinatları sənəd üzrə eynidir. Baza məlumatlarına əsasən JN-5030A kod ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (X1 məxsus olmuş hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi) ilə RX seriyalı ****** nömrəli ##.##.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X3 məxsus torpaq sahəsinin koordinatları təqdim edilmiş sənədlərdəki göstəricilərə əsasən üst -üstə düşmür.” Məhkəmə qeyd edilən halın yenidən araşdırılması üçün ##.##.2022-ci il tarixli e-*-*(***)-***/**** saylı qərardadına əsasən məhkəmə tikinti-texniki eskpertizasının keçirilməsi qərara alınmışdır. Qeyd edilən məhkəmə qərardadına əsasən təqdim edilmiş *-**-**/*-**/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin texnik inventarlaşdırıcı Mircavad Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, baza məlumatlarına əsasən JN-5030A kod ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (X1 məxsus olmuş hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi) ilə RX seriyalı ****** nömrəli ##.##.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X3 məxsus torpaq sahəsinin koordinatları təqdim edilmiş sənədlərdəki göstəricilərə əsasən üst-üstə düşmür”. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarında olan və iddiaçının üst-üstə düşmə halına istinad etdiyi - Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qərardadına əsasən aparılmış məhkəmətikinti texniki ekspertizası zamanı tərtib edilmiş **/*** saylı, ##.##.2021-ci il tarixli ekspert rəyində də aşağıdakılar qeyd edilmişdir. “Iş materiallarına əlavə edilmiş (1-ci cild səh 170.) JN-****A saylı, 30401004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin sxem hissəsində göstərilmiş ölçülər və iş materiallarının 48-ci vərəqində (1-ci cild) olan xəritədən göstərilmiş ölçülər miqyas əsasında müəyyən olunduqda məlum olur ki, həmin ölçülər ilə X4 adına verilmiş MA ******* saylı, ##.##.2011-ci il tarixli və X3 adına verilmiş RX ****** saylı, ##.##.2013-cü il tarixli reyestrdən çıxarışlardakı ölçülər (koordinatlar) uyğunsuzluqlar mövcuddur. Belə ki, sözügedən torpaq sahəsinin yol ilə sərhəd olan hissədə eni şəhadətnamədə 17,4 metr, texniki pasport sənədində 18,25 metr göstərilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin JN-5031A şəhadətnaməyə əsasən 7613BB və JN-****A saylı şəhadətnamə ilə sərhəd hissədə uzunluğu 56,6 metr (42,4 m+14,1 m) olsa da, texniki pasport sənədində 57,65 metr (54 m+3,55 m) göstərilmişdir. Şəhadətnamədə torpaq sahəsinin digər tərəfdən uzunluğu 56,7 metr göstərilsə də, texniki pasport sənədində 61,8 metr göstərilmişdir. Əmlak Ekspert Mərkəzinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Ərazi Idarəsi tərəfindən verilmiş, Seriya RX, 0292693-saylı çıxarışa əsasən 48,6 kv.metr, sahəsi (7,0 kv.metr ev, 41,6 kv.metr torpaq sahəsi) X1 (Məmmdəova Sədaqət) məxsusluğu bildirilən Dəvəçi rayonu Aqrar islahat Komissiyası tərəfindən verilmiş JN -5030A KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və Şabran Bələdiyyəsi tərəfindən verilmiş Plana əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərinə düşür. Eyni zamanda həmin mütəxəssis rəyindən görünür ki, X3 faktiki istifadəsində olan 0.0992 ha, İddiaçı faktiki olaraq istifadəsində 0.1016 ha torpaq sahəsi vardır. Iş materiallarının 48-ci vərəqində (1-ci cild) olan xəritədən də görünür ki, JN-****A saylı, 30401004 kodlu və JN-****A saylı, 30401004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr bitişik olmaqla yerləşir və kəsişmirlər. Eyni zamanda həmin xəritədən görünür ki, JN-****A saylı şəhadətnamənin sahəsi 0.07 ha, 7613BB-nin sahəsi 0.3 ha vəJN-5031A şəhadətnamənin sahəsi 0.10 ha təşkil edir. Yuxarıda qeyd edilən sənədlərə və məhkəmə araşdırması nəticəsində əldə edilən sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddiaçının üstüstə düşmə halına istinad etdiyi ekspert rəyində - iddiaçının sənəd üzrə torpaq sahəsi 0.07 ha müəyyən edilsə də, faktiki torpaq sahəsinin 0.1016 ha olduğu qeyd edilir. Beləliklə, məlum olur ki, iddiaçı sənəd üzrə müəyyən edilmiş torpaq sahəsindən artıq ölçüdə torpaq sahəsindən istifadə edir. Mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi isə sənəd üzrə 0.10ha olduğu halda, faktiki olaraq 0.0992 ha torpaq sahəsi istifadəsindədir. Beləliklə, həmin ekspert rəyində torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun olduğu qeyd edilmiş və iddiaçının faktiki istifadəsində olan (sənəd üzrə deyil) torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda da, iddiaçının faktiki istifadəsində olan artıq torpaq sahəsi ilə üst-üstə düşən digər şəxsə məxsus sənədləri mübahsiələndirməkdə subyektiv hüququ müəyyən edilmir. Lakin, hazır ki, icraat zamanı əldə edilmiş mütəxəssis rəyi və ekspert rəyindən müəyyən edilir ki, mübahisəli torpaq sahələrinin koordinatları arasında üst-üstə düşmə halı yoxdur. Iddiaçı apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanındakı mülk X2nun adına olmuşdur. Hazırda həmin evi vərəsə kimi qəbul edib idarə edir. Orada tərəfindən hündürlüyü 8 metr olan ev tikilmişdir. JN-5030A KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin evin yerləşdiyi 700 kv.m olan torpaq sahəsi Şabran (keçmiş Dəvəçi) rayonu X11 ##.##.2000-ci il tarixli, ** saylı qərarı əsasında atası Əli Məmmədov ev tikmək üçün verilmişdir. X2 ##.##.1992-ci il, anası X10 isə ##.##.2003-cü il tarixdə vəfat etmişdir. Qonşuluğunda yerləşən * saylı ev Yaşar Ibrahimovun adına olmuş və o Ramin Vahabov adlı şəxsə verilmiş və alqı-satqı zamanı çıxarışları zamanı həyətin ölçüləri qəsdən dəyişdirilərək ona vərəsəlik üzrə çatmış torpaq sahəsinə keçirilmişdir. Bununla əlaqədar olaraq tərəfindən müxtəlif instansiyalar müraciətlər olunmuş və ## #### 2021-ci il tarixdə Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş **/*** saylı ekspert rəyində də görünür ki, X4 adına verilmiş MA ******* saylı ##.##.2011-ci il tarixli və X3 adına verilmiş RX ****** saylı ##.##.2013-cü il tarixli çıxarışdakı ölçülər (koordinatlar) uyğunsuzluqlar mövcuddur. Ona görə də tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə rəsmi müraciət edərək vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən Dövlət reyesterindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh ona imtina verərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Sumqayıt Inzibati Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, **/*** saylı ekspert rəyini əlavə edərək 2021-ci ilin noyabr ayında rəsmi iddia ərizəsi ilə müraciət etmişdir. 4 il 4 ay müddətində Sumqayıt Inzibati Məhkəməsi tərəfindən dəfələrlə qaldırdığı iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mübahisəli məsələ ilə əlaqədar rəy verilməsi tələb olunsa da, Sumqayıt Inzibati Məhkəməsinin bu barədə qərardadı icra olunmayaraq cavabdeh tərəfindən mütəxəssislər işə cəlb olunmuş və bu onlar tərəfindən haqlı olaraq etirazla qarşılanmışdır. Ona görə ki, onlar cavabdehin hərəkətlərindən narazı qaldıqlarına görə reyestr xidmətinin Xaçmaz ərazi idarəsinin mütəxəssislərinin qərəzsiz olmalarından şübhələndiyindən haqlı olaraq buna etirazlar bildirmişlər. Hətta, Sumqayıt Inzibati Məhkəməsi də bu barədə vəsatətlərini təmin etmişdir. Sonda isə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-**/**** saylı qərarı ilə əsassız olaraq iddia tələbi rədd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Iddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə Informasiya Sistemində” elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizə ilə müraciət edərək hazırkı iclasda iştirakının üzrlü səbəbdən mümkün olmamasını bildirmiş və iclasın başqa günə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi RX ****** nömrəli, ##.##.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müstəqil inzibati akt olmaqla yanaşı, onun əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun digər şəxs tərəfindən əldə edilməsini rəsmiləşdirən mülki-hüquqi əsas – notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi dayanır. Çıxarış həmin müqavilədən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasının nəticəsi olaraq verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Deməli, dövlət reyestrindən çıxarışın verilməsi dövlət qeydiyyatının hüquqi nəticəsi olmaqla, onun əsasında duran mülkihüquqi əqddən ayrılıqda qiymətləndirilə bilməz. Hazırkı halda iddiaçı yalnız X3 adına verilmiş çıxarışın ləğv edilməsini tələb etmiş, lakin həmin çıxarışın əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, yaxud ondan irəli gələn hüquqi nəticələrin aradan qaldırılması barədə tələb irəli sürməmişdir. Halbuki, çıxarışın ləğvi tələbinin təmin edilməsi birbaşa olaraq həmin mülki-hüquqi əqd əsasında əldə edilmiş mülkiyyət hüququnun mövcudluğuna təsir göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 146-cı maddələrinin, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının mənasına görə daşınmaz əmlak üzərində qeydə alınmış hüququn etibarlılığı həmin hüququ yaradan hüquqi əsasın etibarlılığı ilə şərtlənir. Bu səbəbdən dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın qanuniliyinin qiymətləndirilməsi üçün ilk növbədə onun əsasını təşkil edən mülki-hüquqi əqdin hüquqi qüvvəsi məsələsinə aydınlıq gətirilməlidir. Beləliklə, mübahisənin mahiyyəti inzibati orqanın fəaliyyətinin yoxlanılmasından deyil, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə əsas olmuş mülki-hüquqi münasibətin və həmin münasibətdən irəli gələn hüquqların mövcudluğunun müəyyən edilməsindən ibarətdir. Bu isə tərəflər arasında mülki hüquq münasibətlərindən irəli gələn hüquq mübahisəsinin mövcud olduğunu göstərir. Odur ki, iddiaçının irəli sürdüyü tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisə hesab edilə bilməz və bu səbəbdən iddia mümkün sayılmamalıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqla, hazırkı iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə qərardad qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “X3 adına verilmiş RX ****** saylı ##.##.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar