Məhkəmə qərarları › İş №2-1(3-8)-759/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-759/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-759/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona “Azərbaycan Respublikasının X3 və idman xadimi adı”nın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “X3 və idman xadimi fəxri adı”nın verilməsi barədə rəsmi qaydada cavabdeh Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinə müraciət edərək, “Azərbaycan Həmkarlar Ittifaqları X4”nın “Məhsul” kənd könüllü həmkarlar kooperativ idman cəmiyyətinin Respublika Şurasının, “Azərbaycan Güləş Federasiyası”nın (AGF) və Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin Quba rayon gənclər və idman idarəsinin birgə göndərdikləri “Azərbaycan Respublikasının X3 və idman xadimi adının verilməsi üçün” Təqdimatı və digər sənədləri cavabdehə təqdim etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Lakin cavabdehin həmin cavabı, ona təqdim edilmiş sənədlərlə təkzib edildiyindən hüququnun müdafiəsi üçün cavabdehə qarşı ona “Azərbaycan Respublikasının X3 və idman xadimi adı”nın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmin iddia ərizəsi ilə əlaqəli olan, Sumqayıt Inzibati Məhkəməsinin icraatında olmuş **(***)-****/**** saylı inzibati iş üzrə hazırlıq iclası zamanı cavabdeh təşkilat iddiaçıya müraciət edərək iddianın məhkəmədən kənar təmin ediləcəyinə vəd verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri məhkəmədən götürməyi iddiaçıdan xahiş etmişdir. Iddiaçı həmin vədə inanaraq ##.##.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin vaxtdan sonrakı dövrdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı ötürərək iddiaçıya “Azərbaycan Respublikasının X3 və idman xadimi adı”nın verilməsindən yayınmışdır. Cavabdehə sonuncu müraciətinə də cavabdehin ## ######## 2025-ci il tarixli məktubla aldadıcı cavab verilmişdir. Cavabdehin iddia ərizəsinə etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Iddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI : a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya onunla əsaslandırmışdır ki, 1984-cü il tarixdən “Məhsul” X1 Cəmiyyətinin (“Məhsul” KKIC) Quba rayon Şurasında yunan-roma güləşi üzrə məşqçi müəllim fəaliyyətinə başlamışdır. Məşqçi müəllim fəaliyyəti göstərdiyi həmin tarixdən əsl məşqçi olduğunu nümayiş etdirmişdir. Onun yetirmələri dəfələrlə Azərbaycan Respublikasının, həmçinin Dünya və Avropa çempionları və mükafatçıları olub. Həmin faktlar iddia ərizəsinəə əlavə edilmiş “Fəxri adın verilməsi üçün əsaslar” cədvəlində göstərilən hallarla da təsdiq olunur. Həmin cədvəldəki idmançıların hamısı onun yetirmələridir. Lakin cavabdeh, nailiyyətlərimi özündə əks etdirən həmin cədvəli təsdiq etməkdən yayınmışdır. Cədvəl üzrə siyahıda olan onun yetirmələrinə aid həmin məlumatlara dair protokollar cavabdeh Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyində saxlanılır. Quba rayonunda və Azərbaycan Respublikasının digər rayonlarında keçirilən dövlət və ictimai-siyasi tədbirlərdə daima fəal iştirak etmişdir. Dəfələrlə Rayon Icra Hakimiyyətinin, Gənclər və Idman Idarəsinin fəxri fərmanlarına və mükafatlarına layiq görülmüşəm. Yeganə şəxsdirki, 41 (qırx bir) il müddətində fasiləsiz olaraq Quba rayonunda məşqçi fəaliyyətini həyata keçirən yeganə idman məşqçisidir. Digər tərəfdən, 1992ci ildən Hacıbaba Əliyev adına Quba şəhər * saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Iddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Həmkarlar Ittifaqları X4”nın “MƏHSUL” kənd könüllü həmkarlar kooperativ idman cəmiyyətinin Respublika Şurasının, “Azərbaycan Güləş Federasiyası”nın (AGF) və Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin Quba rayon Gənclər və Idman Idarəsinin birgə möhür və vəzifəli şəxslərin imzaları ilə təsdiq etdikləri “Azərbaycan Respublikasının X3 və idman xadimi adının verilməsi üçün” ##.##.2024 – ##.##.2024 dövr üzrə tərtib edilmiş təqdimatın əslində, “təqdim olunan ictimai-idman fəaliyyəti haqqında məlumatında göstərilir”: “Məhsul KKIC-də işlədiyi illər ərzində özünü nümunəvi işçi və məşqçi-müəllim kimi göstərmiş, yetirmələri dəfələrlə respublika çempionu və mükafatçılar sırasında olmuşdur. Ona görə X3 və idman xadimi adının verilməsi üçün vəsatət qaldırılır.” Həmin təqdimatda Azərbaycan Güləş Federasiyasının rəyində göstərilir: “AGF-si İddiaçı X3 və idman xadimi fəxri adının verilməsi üçün vəsatət qaldırır.” Həmin təqdimatda Gənclər və Idman (Baş) Idarəsinin rəyində göstərilir: “Fəaliyyət göstərdiyi illər ərzində özünü nümunəvi məşqçi-müəllim kimi göstərmiş, rayonun ictimai-siyasi həyatında və təşkil edilən ümumrayon tədbirlərində fəallığı ilə seçilmişdir. Fəaliyyəti dövründə ona tərəfimizdən heç bir irad tutulmamışdır. Dəfələrlə Rayon Icra Hakimiyyətinin, Gənclər və Idman Idarəsinin fəxri fərmanlarına və mükafatlarına layiq görülmüşdür. Ona X3 və idman xadimi adının verilməsi üçün vəsatət qaldırır.” Cavabdeh rəsmi cavab göndərməkdən yayındığından özüm, ## ##### 2025-ci il tarixdə cavabdeh təşkilata gedərək vəziyyəti soruşduqda cavabdeh mənə ## #### 2025-ci il tarixli, *- **/*-M-***-**-***/**** saylı məktubu təqdim etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin icraatında olmuş *-*(***)-****/**** saylı inzibati iş materiallarında olan cavabdehin ## #### 2025-ci il tarixli məktubunun əslinə əsasən, “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının verilməsi məsələsinə yalnız ildə 1 dəfə olmaqla ilin sonunda baxılır və sənədləriniz nazirlikdə fəaliyyət göstərən “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmişdir. Mübahisə ilə əlaqəli hallardan göründüyü kimi, müraciətinə ilin sonunda baxılacağına dair cavabdeh tərəfindən ona verilən vədlərin sonu beş dəfə təkrarlanmışdır. Iş materiallarından göründüyü kimi, X3 və idman xadimi fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmişdir. Işin hallarından göründüyü kimi, cavabdeh öz diskresion səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Prezidentinin ## ### 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin 1 və 4-cü bəndlərinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ### 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, “X3 və idman xadimi” fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. b) Cavabdeh apellyasiya şikayətinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri”nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında idman adları aşağıdakılardır: Azərbaycan Respublikasının X3 və Idman Xadimi; Azərbaycan Respublikasının Əməkdar Məşqçisi; Azərbaycan Respublikasının Əməkdar Idman Ustası; Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və Idman Işçisi. Ilk ad Cavabdeh təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, sonrakı üç ad isə respublika miqyaslı bədən tərbiyəsi və idman təşkilatlarının, idman növləri üzrə respublika federasiyalarının təqdimatları əsasında Nazirliyin Kollegiyasının qərarı ilə verilir. Normanın məzmunundan aydın olur ki, iddiaçının tələb etdiyi X3 və Idman Xadimi adı Nazirliyin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Azərbaycan Respublikasının fəxri adları digər ölkələrin vətəndaşlarına da verilə bilər. “X3 və idman xadimi” fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı İddiaçı Nazirliyin Kollegiyasının ##.##.2012-ci il tarixli qərarı ilə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, ##.##.2015-ci il tarixli qərarı ilə isə “Əməkdar məşqçi” adları verilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iddiaçı M.Xubyara cavabdeh tərəfindən ünvanlanmış hər iki məktubda qeyd edilir ki, ona “X3 və idman xadimi” fəxri adının verilməsi üçün sənədlər müvafiq komissiyaya təqdim edilmişdir. Növbəti müraciəti zamanı isə iddiaçının müraciətlərinə növbəlilik qaydasında növbəti illərdə münasibət bildiriləcəyi qeyd edilmişdir. Göründüyü kimi, mahiyyət etibarilə iddiaçıya inzibati orqan tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyin edildiyi müəyyən olunmur. Yəni cavabdeh tərəfindən iddiaçı barəsində hər hansı əlverişsiz inzibati akt qəbul edilməmişdir. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş inzibati icraatın anlayışına görə, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Başqa sözlə, iddiaçı onun barəsində “X3 və idman xadimi” fəxri adının verilməsindən imtina barədə inzibati aktı mübahisələndirə bilər və bu halda məhkəmə icraatı çərçivəsində iddiaçıya X3 və idman xadimi fəxri adının verilməsinin hüquqi əsaslarına qiymət veriləcəkdir. Lakin hazırkı halda cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə mövzusu olacaq hər hansı əlverişsiz inzibati akt qəbul edilməmişdir. Bununla yanaşı qeyd etmək istərdik ki, səlahiyyətverici əsasların yoxlanılması zamanı inzibati orqanlar tərəfindən məcburi olaraq və diskresion səlahiyyət əsasında qəbul edilmiş inzibati aktlar bir-birindən fərqləndirilməlidir. Inzibati orqanın istifadə etdiyi səlahiyyətlər sərbəstlik dərəcəsinə görə bağlı səlahiyyət və mülahizə səlahiyyətinə ayrılır. Mülahizə səlahiyyətinin nisbətən sərbəstlik daşıması ilə yanaşı, qapalı səlahiyyətdə verilən qərarın məzmunu əvvəlcədən bəlli olduğuna görə, səlahiyyət olmaqdan çıxıb vəzifəyə çevrilir. Müəyyən səbəblərlə bağlı yazılı normativ tənzimləmə idarəetmə orqanlarının hansı qərarı qəbul etməsini xüsusi göstəribsə, bu halda qapalı səlahiyyətdən danışmaq olar. Əgər qanun inzibati orqana hər hansı bir hərəkəti etməyi məcbur etmirsə, demək burada söhbət diskresion səlahiyyətlərdən gedəcəkdir. Başqa sözlə, diskresion səlahiyyətlər hüquqi nizamasalmanın inzibati orqana verdiyi sərbəstlikdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər orqanın şəxsin öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləridir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallardan başqa, inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul ediləcəkdir. Başqa sözlə, müəyyən səbəblərdən hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınıb. X2 Nazirlər Komitəsinin 1980-ci il tarixli “Inzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında” R(**) saylı tövsiyəsinə görə, mülahizə səlahiyyəti inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyətdir. Nəzərə almaq lazımdır ki, qanunvericinin inzibati fəaliyyətin ən incə detallarını hüquqi nizamasalmaya tabe tutması yekunda işin səmərəli həllinin çətinləşməsinə gətirib çıxara bilər. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində, yəni qanunla ona verilmiş səlahiyyətlər daxilində həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. IPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Inzibati Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qeyd edilənlərə əsasən qanunvericiliyin əlaqəli təhlili onu göstərir ki, “X3 və idman xadimi” fəxri adının verilməsi cavabdehin diskresion səlahiyyətlərinə daxildir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından hesab edirik ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə cavabdeh orqan tərəfindən “X3 və idman xadimi” fəxri adının verilməsi ilə bağlı mahiyyəti etibarilə imtina cavabı verilməmiş, eyni zamanda diskresion səlahiyyətləri çərçivəsində müraciətlə əlaqədar hər hansı inzibati akt qəbul edilməmişdir. Odur ki, apellyasiya şkayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Kollegiya hazırkı iddia tələbinə münasibətdə, ilk növbədə qeyd edir ki, iddiaçının tələb etdiyi “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının verilməsi məsələsi inzibati orqanın qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda mütləq həyata keçirməli olduğu səlahiyyətlər sırasına aid deyildir. Bu məsələ şəxsin bədən tərbiyəsi və idman sahəsində göstərdiyi xidmətlərin, peşə fəaliyyətinin və əldə etdiyi nailiyyətlərin dövlət tərəfindən xüsusi qaydada qiymətləndirilməsi ilə bağlı olmaqla, qanunvericilikdə ayrıca səlahiyyət və prosedur qaydaları müəyyən edilmiş fəxri ad verilməsi institutuna aiddir. Buna görə də həmin fəxri adın verilməsi şəxsin məhkəmə qaydasında tələb edə biləcəyi subyektiv hüquq kimi deyil, qanunvericiliklə müəyyən olunmuş prosedurlar çərçivəsində aidiyyəti dövlət orqanlarının qiymətləndirməsinə əsaslanan xüsusi səlahiyyətin həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2009-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri”nin 1-ci bəndinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının X3 və Idman Xadimi adı Cavabdeh təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. Göründüyü kimi iddiaçının iddia etdiyi həmin fəxri adın verilməsi ilə bağlı yekun hüquqi nəticə yaradan qərarın qəbul edilməsi səlahiyyəti Nazirliyə deyil, birbaşa Azərbaycan Respublikasının Prezidentinə aiddir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının fəxri adlarının verilməsi də dövlət başçısının konstitusion-hüquqi statusundan irəli gələn, onun müstəsna dövlət səlahiyyətləri sisteminə aid edilən məsələdir. Bu səlahiyyətin həyata keçirilməsi Prezidentin fərdi qiymətləndirməsi və dövlətin ali mülahizəsi ilə bağlı olduğundan, məhkəmə həmin səlahiyyəti öz qərarı ilə əvəz edə, yaxud başqa inzibati orqanın üzərinə həmin nəticəni doğuran məcburi öhdəlik qoya bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hakimiyyət bölgüsü prinsipi baxımından məhkəmə nə şəxsin fəxri ada layiq görülüb-görülməməsini özü müəyyən edə, nə də Nazirliyin üzərinə Prezidentin səlahiyyət dairəsinə aid yekun nəticəni təmin etmək vəzifəsi qoya bilər. Məhkəmə nəzarətinin həddi yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin yoxlanılması ilə məhdudlaşır. Fəxri adın verilməsi ilə bağlı yekun qərarın məzmunu isə məhkəmə aktı ilə formalaşdırıla bilməz. Bu baxımdan Nazirliyin hazırkı hüquq münasibətlərində funksiyası fəxri adın verilməsi barədə yekun qərar qəbul etməkdən ibarət deyil. Nazirlik yalnız daxil olmuş müraciət və sənədləri qanunvericilikdə müəyyən edilmiş qaydada araşdırmaq, onları aidiyyəti komissiyanın müzakirəsinə təqdim etmək və zəruri hesab edildiyi halda müvafiq təqdimatla çıxış etmək səlahiyyətinə malikdir. Lakin Nazirlik tərəfindən belə təqdimatın verilməsi də iddiaçı üçün fəxri adın mütləq qaydada verilməsi nəticəsini doğurmur. Təqdimat yalnız sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq konstitusion səlahiyyətin həyata keçirilməsi üçün prosedur xarakterli əsas kimi çıxış edə bilər. Iş materiallarından görünür ki, iddiaçının müraciətləri cavabdeh tərəfindən baxılmamış saxlanılmamış, əksinə, təqdim edilmiş sənədlərin Nazirlikdə fəaliyyət göstərən “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edildiyi bildirilmiş, sonrakı cavabda isə müraciətə növbəti illərdə yenidən baxılacağı qeyd olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubları onun hüquqi vəziyyətini ağırlaşdıran, fəxri adın verilməsindən qəti imtina nəticəsi yaradan və ya qanunla qorunan subyektiv hüququna bilavasitə müdaxilə edən əlverişsiz inzibati akt kimi qiymətləndirilə bilməz. Kollegiya, həmçinin, subyektiv hüququn müəyyən edilməsi zamanı “qanunun qoruyuculuq məqsədi” yanaşmasının nəzərə alınmalı olduğunu qeyd edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, şəxsin inzibati məhkəmə qaydasında konkret tələb irəli sürə bilməsi üçün istinad etdiyi maddi hüquq norması yalnız dövlət orqanının səlahiyyətini və həmin səlahiyyətin həyata keçirilməsi qaydasını müəyyən etməməli, eyni zamanda həmin şəxsə fərdi qaydada qorunan hüquqi mövqe tanımalıdır. Başqa sözlə, normanın məqsədi konkret şəxsə hüquq vermək və onun fərdi maraqlarının qorunmasına xidmət etməkdirsə, həmin şəxs həmin normaya istinad etməklə subyektiv hüququnun müdafiəsini tələb edə bilər. Əgər norma yalnız dövlət orqanının hansı səlahiyyətə malik olduğunu və həmin səlahiyyətin hansı qaydada həyata keçirildiyini müəyyən edirsə, bu normadan şəxsin xeyrinə məhkəmə qaydasında tələb edilə bilən ayrıca subyektiv hüquq yaranmır. Hazırkı iş üzrə tətbiq edilən normaların məzmunundan görünür ki, “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının verilməsinə dair hüquqi tənzimləmə şəxsin həmin adı tələb etmək hüququnu deyil, fəxri adın verilməsi üzrə səlahiyyətli subyektləri, təqdimat qaydasını və yekun qərarın qəbul edilməsi mexanizmini müəyyən edir. Bu baxımdan həmin normalar iddiaçıya məhkəmə qaydasında fəxri adın verilməsini tələb etmək imkanı yaradan subyektiv hüquq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uzun müddət məşqçi və müəllim kimi fəaliyyət göstərməsi, yetirmələrinin nailiyyətləri, ictimai tədbirlərdə iştirakı, habelə müxtəlif qurumlar tərəfindən onun barəsində təqdimatların verilməsi bədən tərbiyəsi və idman sahəsində fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıya bilər. Lakin həmin hallar özlüyündə iddiaçıya “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının məhkəmə qərarı ilə verilməsini, yaxud həmin nəticəni təmin edəcək məcburi öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ vermir. Beləliklə, hazırkı tələb üzrə iddiaçının müdafiəyə yararlı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Çünki iddiaçının nail olmaq istədiyi nəticə, yəni fəxri adın verilməsi, onun birbaşa tələb edə biləcəyi hüquq kimi qanunvericilikdə təsbit olunmamışdır. Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya və müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyəti çərçivəsində həll edilir. Nazirlik isə həmin səlahiyyətin yekun daşıyıcısı olmadığından, ona qarşı bu məzmunda məcburetmə tələbinin irəli sürülməsi iddianın mümkünlük şərtlərinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi cavabdeh inzibati orqanın qanunsuz imtinasının aradan qaldırılmasına deyil, qanunvericiliklə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət dairəsinə aid edilmiş nəticənin məhkəmə aktı vasitəsilə təmin edilməsinə yönəlmişdir. Belə tələb inzibati məhkəmə icraatında subyektiv hüququn müdafiəsi predmeti kimi qəbul edilə bilməz. Buna görə də iddia tələbinin mahiyyəti üzrə araşdırılmasına keçilmədən onun mümkünlük şərtləri baxımından qiymətləndirilməsi zəruridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan iddia tələbi üzrə iddianın mümkünlük şərtləri mövcud deyildir. Birinci instansiya məhkəməsi həmin tələbi mahiyyəti üzrə rədd etsə də, onun mümkünlüyünü ayrıca qiymətləndirməmişdir. IPM-in 35.1 və 35.3-cü maddələrinin, eləcə də Ali Məhkəmə Plenumunun iddianın mümkünlüyünə dair hüquqi mövqeyinin tələblərinə görə belə hallarda iddia mahiyyəti üzrə rədd edilməli deyil, mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasının X3 və idman xadimi” fəxri adının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar