Məhkəmə qərarları › İş №2-1(3-8)-761/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-761/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-761/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Abşeron rayon Icra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə nümayəndəsi B.Xalıqov ##.##.1999-cu il tarixli ** nömrəli məktubla Abşeron rayon Icra Hakimiyyəti başçısı A.Nağıyevə müraciət edərək bildirmişdir ki, neçə ildir ki, fərdi həyətyanı sahə üçün torpaq sahəsi ayrılmamışdır. Kənddə yaşayan ayrı-ayrı vətəndaşların torpaq sahəsinə böyük ehtiyacı var. Vətəndaşlar dəfələrlə bu haqda kəndi üzrə nümayəndəliyə müraciət etmişlər. Ona görə də, Kürdəxanı fermasının günbatan hissəsində 10 ailə üçün 1,5 hektar torpaq sahəsi ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Abşeron rayon Icra Hakimiyyəti başçısının “Məmmədli kəndi üzrə nümayəndəsi B.Xalıqov ##.##.1999-cu il tarixli ** nömrəli məktubunun icra nəticəsi haqqında” ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Məmmədli kəndində yaşayan, özünə məxsus evi olmayan, başqasının evində kirayədə qalan 10 ailəyə fərdi yaşayış evi tikintisi üçün Məmmədli kəndi üzrə nümayəndəliyinə 1,0 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. 10 ailənin hər birinə 0,10 hektar torpaq sahəsi ayrılması göstərilmişdir. Məmmədli kəndi üzrə Abşeron rayon Icra Hakimiyyəti başçısının sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarışdan görünür ki, Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Kürdəxanı kəndindən hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, göstərilən torpaq sahəsi növbəlilik əsasında X4 fərdi yaşayış evi tiktisi üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisi ##.##.2025-ci il tarixi *** nömrəli məktubla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 müraciət edərək bildirmişdir ki, ##.##.1939-cu ildə anadan olmuş X4 ##.##.2008-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət daxil olmuş və vərəsələrin ərizəsi əsasında vərəsəlik iş açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən ##.##.1963-cü ildə anadan olmuş İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş etmişdir. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, X4 ayrılmış 0,0973 ha torpaq sahəsinə dair tərtib edilmişdir. ##.##.2021-ci il tarixli ****** nömrəli vəsiqədən müəyyən edilir ki, İddiaçı Şəhid ailəsi üzvüdür. cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsi ##.##.2026-cı il tarixli, 3-21- *-**/*-****/**** nömrəli məktubla məhkəmənin sorğusuna əsasən mübahisə predmenti olan torpaq sahəsinə məxsus müayinə aktı, ortofoto xəritəsindən çıxarış və torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin arxiv sənədlərinin surəti məhkəməyə təqdim etmişdir. ünvan 1 ərazisində yerləşən torpaq sahəsinə dair ##.##.2025-ci il tarixdə tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0973 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Ev tikilisi var. Torpaq sahəsi daş hasar daxilindədir. Yerquruluşu planında göstərilən koordinatlar naturaya uyğundur. Abşeron Rayon Dövlət Arxivi ##.##.2026-cı il tarixli məktubla Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli *** saylı sərəncamının, sərəncamın verilməsinə əsas olan Abşeron rayon Icra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə nümayəndəsi B.Xalıqovun ##.##.1999-cu il tarixli ** nömrəli məktubunun, Məmmədli kəndi üzrə Abşeron rayon Icra Hakimiyyəti başçısının sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarışın təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli F*** №-li arxiv arayışında göstərilir ki, Məhəmmədi kənd inzibati ərazi vahidi * №-li Təsərrüfatbaşına kitabının 66-cı vərəqəsində X1 adına ** №-li şəxsi hesab açılmışdır. Bundan başqa təsərrüfatbaşına kitabında X1 adına 1997-ci ildə bütün cinsdən olan qoyunların cəmi 2, 1198-ci ildə isə 4 qeyd edilmişdir. 2000-ci ildə quşların cəmi 24 qeyd edilmişdir. cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Məmmədli kəndi üzrə Abşeron rayon Icra Hakimiyyəti başçısının sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarışdan görünür ki, Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Kürdəxanı kəndindən hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, göstərilən torpaq sahəsi növbəlilik əsasında X5 fərdi yaşayış evi tiktisi üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında Məmmədli kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinə dair X5 ##.##.2016-cı il tarixdə çıxarış verilmişdir. Iddiaçı ərizə ilə cavabdeh1 müraciət edərək, ünvan 1 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mərhum anası X4 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını və arayış verilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli ******/*-*****/** nömrəli məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən sənəd üzrə 0,10 ha, faktiki isə 0,0973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsi iddiaçının mərhum anası X4 ayrıldığı tarixdən iddiaçının istifadəsindədir. Həmin 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinə 18.11,2025-ci il tarixdə müraciət etsə də, ərizənin icrasından ##.##.2025-ci il tarixli, bildiriş məktubu ilə imtina edilmişdir. Abşeron rayon Icra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə Nümayəndəliyinin Sərəncamına əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi anası X4 adına ayrılmış, istifadə və sahibliyinə verilmişdir. Iddiaçı cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinə Abşeron rayon Icra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə nümayəndəsinin Sərəncamına əsasən anasının adına ayrılmış 0,10 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, bildiriş məktubları ilə ərizənin icrasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından çıxarışda sərəncamın tarixi və nömrəsinin qeyd edilmədiyi, həmçinin sözügedən sərəncamın arxiv arayışının müraciətə əlavə edilmədiyi, təqdim edilmiş arxiv arayışında hüquq sahibinin adının qeyd edilmədiyi, sözügedən torpaq sahəsi sənəd üzrə 0.10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0,0973 ha hissəsinin istifadədə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamına əsasən, ünvan 1 ərazisində yerləşən 0,0973 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında aşağıdakılara istinad etmişdir: 1) müraciət üzrə təqdim edilmiş Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından çıxarışda sərəncamın tarixi və nömrəsinin qeyd edilməməsi, 2) sözügedən sərəncamın arxiv arayışının müraciətə əlavə edilməməsi, 3) təqdim edilmiş arxiv arayışında hüquq sahibinin adının qeyd edilməməsi, 4) sözügedən torpaq sahəsi sənəd üzrə 0,10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0,0973 ha hissəsinin istifadədə olması. Məhkəmə cavabdehin birinci-üçüncü dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Məhkəmə cavabdehin sonuncu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən sənəd üzrə 0 0,0973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Sözügedən torpaq sahəsi sənəd üzrə 0.10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.0973 ha hissəsinin istifadədə olduğu müəyyən edilmişdir hissəsi apellyasiya şikayətinin əsası kimi qeyd edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh2n nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayon Icra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin Sərəncamına əsasən iddiaçının mərhum anası X4 ayrılmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Iş materiallarından görünür ki, Abşeron rayon Icra Hakimiyyəti başçısının ## ###### 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə Kürdəxanı kəndindən hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması nəzərə alınmış, növbəlilik əsasında vətəndaşlara, o cümlədən X4 torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, X4 ## #### 2008-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi qismində İddiaçı müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Notariat orqanının ## ###### 2025-ci il tarixli məktubunda da Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş edilmişdir. Eyni zamanda, Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarış həmin torpaq sahəsinin X4 ayrıldığını təsdiq edir. Cavabdeh inzibati orqan X4 ilə birlikdə Məmmədli kəndi üzrə Abşeron rayon Icra Hakimiyyəti başçısının sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarış və Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı əsasında ayrılmış Məmmədli kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinə dair X5 ##.##.2016-cı il tarixdə çıxarış vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ünvan 1ndə yerləşən 0,10 ha torpaq sahəsi - Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı və Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarış əsasında verilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: 1) Müraciət üzrə təqdim edilmiş Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından çıxarışda sərəncamın tarixi və nömrəsinin qeyd edilməməsi, həmçinin sözügedən sərəncamın arxiv arayışının müraciətə əlavə edilməməsi; 2) Təqdim edilmiş arxiv arayışında hüquq sahibinin adının qeyd edilməməsi. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq şikayətin 1-ci dəlilinə münasibətdə bildirir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin arxiv sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsinə dair mövcud olan sərəncam qonşu torpaq sahəsi ilə bağlı da tətbiq edilmişdir. Belə ki, qonşu torpaq sahəsinin sahibi X5 adına olan arxiv sənədində həmin torpaq sahəsinin ayrılmasına əsas olan sərəncamın ##.##.1999-cu il tarixli ** nömrəli olduğu açıq şəkildə göstərilmişdir. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş sərəncamdan çıxarışda tarix və nömrənin qeyd edilməməsinin həmin sənədin hüquqi əsasının müəyyən edilməsini qeyri-mümkün etmədiyini göstərir. Əksinə, eyni ərazidə yerləşən və qonşu torpaq sahələrinə dair tərtib edilmiş arxiv sənədlərində eyni sərəncamın tarix və nömrəsinin göstərilməsi həmin sənədin hansı sərəncama, yəni Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamına əsaslandığını müəyyən etməyə imkan verir. Bu baxımdan, sənəddə sərəncamın tarix və nömrəsinin texniki olaraq qeyd edilməməsi, xüsusilə də həmin məlumatların digər arxiv sənədləri ilə müəyyən edilməsi mümkün olduğu halda, iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, sərəncamın arxiv arayışının ilkin müraciətə əlavə edilməməsi formal xarakterli olmaqla, mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün müstəqil əsas hesab edilə bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsasları sırasında belə hal nəzərdə tutulmamışdır. Eyni zamanda, “Inzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Iş üzrə təqdim olunmuş sənədlərin mötəbərliyi cavabdeh tərəfindən təkzib edilməmiş, həmin sənədlərin etibarsızlığı və ya bələdiyyə qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv olunması müəyyən edilməmişdir. Əksinə, “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə uyğun olaraq, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də, hazırda qüvvədə olan sərəncama əsaslanan hüququn dövlət qeydiyyatından imtina edilməsi qanunauyğun hesab oluna bilməz. Bu baxımdan, cavabdehin 1-ci dəlili əsassızdır. Şikayətin 2-ci dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, Təqdim edilmiş arxiv arayışında hüquq sahibinin adının qeyd edilməməsi də həmçinin iddiaçının deyil, müvafiq orqanların səlahiyyətlərinə aid məsələ olmuşdur. Iddiaçının bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilməsi yolverilməzdir. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarışa və Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin sərəncamın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının mərhum anasına torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı və Məmmədli kəndi üzrə Icra Hakimiyyətinin sərəncamından ##.##.1999-cu il tarixli ** nömrəli çıxarış qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar