Məhkəmə qərarları › İş №2-1(3-8)-763/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-763/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-763/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur Ikram oğlu (sədrlik edən və məruzəçi), X4 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının nümayəndəsi (bələdiyyənin sədri) X1, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nümayəndəsi X2, üçüncü şəxs üçüncü şəxs4 iştirakı ilə, Iddiaçı Sumqayıt şəhəri Corat bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Sumqayıt şəhəri Corat bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Corat qəsəbəsi ərazisində yerləşən və uzun müddətdir X5 faktiki istifadəsində olaraq sənədləşdirilməsi nəzərdə tutulmuş sahəsi 220 kvadrat metr torpaq sahəsi ilə bağlı texniki sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması və həmin torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Corat Bələdiyyəsinin mülkiyyətində olan sənədləşdirilməsi nəzərdə tutulmuş Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması, 220 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs1, üçüncü şəxs3, üçüncü şəxs2 və üçüncü şəxs4 üçüncü şəxslər qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsi əsl cavabdeh cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia onunla əsaslandırılmışdır ki, Xanəliyeva X3 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, faktiki istifadə etdiyi sahəsi 220 kvadrat metr olan torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. Həmin ərizə əsasında iddiaçı tərəfindən * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edilmiş və sözügedən torpaq sahəsinin qanunamüvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş cavabda sənədləşdirilməsi xahiş edilmiş 220 kvadrat metr torpaq sahəsinin başqa torpaq mülkiyyətçilərinin torpaqları ilə üst-üstə düşdüyü, həmin torpaq mülkiyyətçilərinin idarəyə müraciət edəcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra sözügedən 220 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınması məsələsinə baxılacağı bildirilmişdir. Lakin sənədləşdirilməsi xahiş olunan torpaq sahəsində üçüncü şəxs X5 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin torpaq sahəsi adı çəkilən şəxsin faktiki istifadəsindədir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin faktiki və mübahisəsiz qaydada istifadəsindədir ki, bu da həmin torpaq sahəsi ilə qonşu torpaq sahələrinin fərqli koordinatlarda yerləşdiyini və naturada üst-üst düşə bilmək ehtimalının olmadığını sübuta yetirir. Cavabdeh tərəfindən qonşu torpaq sahələrinə dair tərtib edilmiş texniki sənədlərdə koordinatlar səhv çəkildiyindən, həmin koordinatlar mübahisələndirilən torpaq sahəsi istiqamətində sürüşdürülmüşdür. Bununla bağlı iddiaçı tərəf * saylı Sumqayıt Ərazi idarəsinə müraciət edərək torpaq sahələrinin koordinatlarında yol verilmiş uyğunsuzluqların düzəldilməsi xahiş edilsə də, müraciətdən formal əsaslarla imtina edilmişdir. Mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir və cavabdehin sənədləşmə işlərində yol verdiyi texniki səhvlər bələdiyyənin öz mülkiyyəti üzərində sərəncam hüququnu məhdudlaşdırmaqdadır. Bütün bunları nəzərə alaraq iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən 309013011189, ************, 309013008259, ************ reyestr nömrəli torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən idarəyə müraciət ediləcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra sözügedən 220.0 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Corat bələdiyyəsi tərəfindən Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə göndərilmiş ## #### 2023-cü il tarixli, ** nömrəli məktubdan görünür ki, Corat Bələdiyyəsinin ərazisindən (Corat qəsəbəsi, 1 məhəllə, ev 7D/1) fərdi evin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 220 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə dair ## ######## 2012ci il tarixli, 309013011189, ************, 309013008259, ************ nömrəli çıxarışları üstüstə düşdüyünə görə həmin uyğunsuzluqların aradan qaldırılması, həmin 220 kv.m torpaq sahəsinin sənədləşdirilməsi qanuna müvafiq olaraq davam olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən Sumqayıt şəhəri Corat bələdiyyəsinə göndərilmiş ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən 309013011189, ************, 309013008259, ************ reyestr nömrəli torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən idarəyə müraciət ediləcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra sözügedən 220 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. ## #### 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,022 ha olaraq göstərilmiş, qeyd edilmişdir ki, torpaq sahəsi 309013011189, ************ reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Üst-üstə düşən qonşu torpaq sahələrində faktiki koordinatlar təyin olunmuş və məlum olmuşdur ki, kadastr məlumat bazasında 12,4 metr sürüşmə ilə qeyd olunmuşdur. Torpaq sahələrinin konfiqurasiyası faktiki vəziyyətlə uyğun gəlir. Torpaq sahələri yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinə baxış keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, TEKUIS məlumat bazasına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddia tələbi təmin edilsin. Corat Bələdiyyəsinin mülkiyyətində olan sənədləşdirilməsi nəzərdə tutulmuş Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kv.metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması, 220 kvadrat metr torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın 220 kvadrat metr torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsinin 309013011189, ************, 309013008259, ************ reyestr nömrəli torpaq sahələri ilə üstüstə düşdüyündən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydi olunan torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən idarəyə müraciət ediləcəyi təqdirdə və dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra sözügedən 220.0 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının 220 kvadrat metr torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması hissəsində təmin olunması qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Hesab edirik ki, müvafiq daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim olunmadan onun dövlət reyestrində qeydiyyata alınması əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il, *** nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

“Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının hüquqi marağı Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması, 220 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan qərardan apellyasiya şikayəti verərək, qərarın 220 kvadrat metr torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Inzibati orqanın dəlili ondan ibarət olmuşdur ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (bələdiyyənin sədri) izahatında bildirmişdir ki, vəkil tərəfindən 220 kvadrat metr torpaq sahəsi ilə bağlı texniki sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması və çıxarışın verilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi birbaşa çıxarış verə bilmədiyi üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyi lazımdır. Həmin prosedurları keçdikdən sonra, yəni müvafiq icra hakimiyyəti orqanları rəyi verildikdən sonra çıxarış üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edəcəklər. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ilk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, IPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi nəticəsində cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsasını təşkil edən dəlil faktiki və hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, artıq iddia tələbi dövlət qeydiyyatının həyata keçirilməsi üçün zəruri ilkin texniki və hüquqi maneələrin aradan qaldırılmasına yönəlmişdir. Kollegiya Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə iddianı əsaslı hesab etməklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət torpaq kadastrı və daşınmaz əmlak reyestrinin düzgünlüyü, obyektivliyi və faktiki vəziyyəti əks etdirməsi inzibati orqanın qanunla müəyyən edilmiş vəzifələrindən biridir. Bu səbəbdən faktiki istifadə vəziyyətinə uyğun olmayan kadastr məlumatlarının düzəldilməsi inzibati orqanın diskresion səlahiyyəti deyil, qanundan irəli gələn vəzifəsidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”-nin müvafiq bəndlərinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq, daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”-nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş orto-foto görüntüdən də aydın olur ki, istinad olunan torpaq sahələrinin bəzi hissələri sənəd üzrə yerləşmə vəziyyətinə əsasən üst-üstə düşür (iş materialları, səhifə 125). Eləcə də məhkəmə kollegiyasının iclasında verilən izahatlardan göründüyü kimi torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi torpaq sahəsinin yerləşdiyi yer üzrə faktiki üst-üstə düşmə halının olmadığını, yalnız sənəd üst-üstə düşmə halının mövcudluğunu, koordinatlar elektron bazaya əlavə edilərkən torpaq sahələrinin yerində ölçülmədiyini, bunun da öz növbəsində sistemə əlavə edilən koordinatların yalnış qeyd olunmasına səbəb olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi izahatında mübahisə predmeti olan torpaq sahəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşdüyünü, elektron baza məlumatlarında yalnışlığa rast gəlindiyini, buna səbəbin isə keçmiş dövrdə texniki ləvazimatların səmərəsiz olması olduğunu bildirmişdir (iş materialları, səhifə 172). Üçüncü şəxs üçüncü şəxs1 izahatında ona məxsus torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsinin olduğu ərazidə yerləşdiyini, indiyədək hər hansı problem yaşanmadığını, torpaq sahəsindən faktiki olaraq istifadə etdiyini, faktiki torpaq sahəsinəheç kimin müdaxilə etmədiyini bildirmişdir. Digər üçüncü şəxs üçüncü şəxs4 isə izahatında torpaq sahəsinin öz yerində olduğunu bildirmişdir (iş materialları, səhifə 211). Həmçinin apellyasiya instansiyasında icraat zamanı da tərəflərin izahatı alınmış, iddiaçının nümayəndəsi TEKUIS-də olan problemin aradan qaldırılmasını istədiyini, faktiki olaraq hər bir şəxsin torpağının həmin ərazidə öz yerində yerləşdiyini, üçüncü şəxs üçüncü şəxs4 isə ona məxsus 0,015 ha torpaq sahəsinin yerində olduğunu bildirmişdir. Göründüyü kimi hazırki mübahisənin predmetini sözügedən torpaq sahələrinə dair elektron bazaya daxil edilmiş məlumatlarda uyğunsuzluğa yol verilməsi təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, sözügedən uyğunsuzluqlar cavabdeh inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il, *** nömrəli Fərmanının 2.3-cü bəndi: torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2 torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; Göründüyü kimi torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq aşkar olunduğu təqdirdə həmin uyğunsuzluğun aradan qaldırılması ilk növbədə cavabdeh inzibati orqanın vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilərək Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Corat qəsəbəsi ərazisində yerləşən (X5 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı 309013011189, ************, 309013008259 və ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar