Məhkəmə qərarları › İş №2-1(3-8)-766/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-766/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-766/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Xaçmaz rayonu, Manafoba kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Manafoba kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.0 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra Bələdiyyə ilə iddiaçı arasında torpağın alqı-satqısına dair akt bağlanmış və ona təqdim edilmişdir. XK-nin Xaçmaz şöbəsi tərəfindən 1.0 ha torpaq sahəsinin alqı-satqı predmeti olması və Ağaşirinoba Bələdiyyəsinin ehtiyat fondunun torpaqlarına aid olmaqla satılmasının qanuna müvafiq olması barədə rəy verilmişdir. Xaçmaz Rayon Ağaşirinoba Bələdiyyəsi tərəfindən Manafoba kəndinin baş planından çıxarışı, kassa mədaxil qəbzi iddiaçıya təqdim edilmişdir. Xaçmaz rayonu Palçıqoba Bələdiyyəsi iddiaçıya ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 1.0 ha torpaq sahəsinn qərarının hal-hazırda qüvvədə olması barədə arayış təqdim etmişdir. Bu torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə ##.##.2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən *-**- *-**/*-****/**** nömrəli cavab məktubu ilə mənə imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. İddiaçı Xaçmaz rayonu, Manafoba kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2025-ci il tarixli ********** nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ##.##.2007cı il tarixli ** nömrəli qərarı ilə Sizə satılmış 1.0 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Həmin məcəllənin 16cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Nəzərinizə çatdırırıq ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Ağaşirinoba bələdiyyə şurasının ** saylı, ##.##.2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 1.00 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz rayonu Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 1,00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından, bu barədə çıxarışın, habelə plan və ölçü sənədinin verilməsindən imtina edilməsi təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində bələdiyyə qərarından irəli gələn hüququnun dövlət tərəfindən tanınmasına və daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını bu meyarlar əsasında qiymətləndirərək müəyyən edir ki, iddiaçının hüququnun yaranmasına əsas kimi Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı, torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi, X2 kəndinin baş planından çıxarış, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsini təsdiq edən kassa mədaxil qəbzi, habelə iş üzrə keçirilmiş müayinə materialları təqdim edilmişdir. Bu sənədlər eyni torpaqayırma münasibətinin ayrı-ayrı mərhələlərini əks etdirir və məcmu halda qiymətləndirilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,00 ha torpaq sahəsinin satılmasına icazə verilmiş, bununla bağlı torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair kassa mədaxil qəbzi verilmişdir. İş materiallarında olan sənədlərin məzmunundan həmin torpaq sahəsinin sözügedən ** nömrəli qərar əsasında iddiaçıya ayrıldığı və torpaqayırma ilə bağlı sənədləşmənin İddiaçı münasibətdə aparıldığı müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdehin əməkdaşı tərəfindən tərtib olunmuş müayinə aktında 1,00 ha torpaq sahəsinin bələdiyyə xəritəsində bir yerdə göstərilməsinə baxmayaraq, faktiki olaraq 0,66 ha və 0,34 ha olmaqla iki hissədən ibarət olduğu, torpaq sahələrinin qonşu torpaq sahələri ilə üst-üstə düşmədiyi və kommunikasiya xətlərinin həmin sahələrdən keçmədiyi göstərilmişdir. Bu texniki məlumatlar mübahisəli torpaq sahəsinin faktiki vəziyyətini və yerləşmə xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Cavabdehin əsas dəlili mübahisəli 1,00 ha torpaq sahəsinin elektron kadastr məlumatlarında kənd təsərrüfatı təyinatlı, uqodiyası isə örüş torpaq sahəsi kimi göstərilməsinə və bu səbəbdən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız icarəyə verilə bilməsinə, habelə örüş sahələrinin xüsusi mülkiyyətə verilə bilməməsinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər işdə olan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsinin ayrıldığı dövrdə verilmiş rəy və sonrakı texniki araşdırmaların nəticələri ilə qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Bu baxımdan iş materiallarında olan Palçıqoba Bələdiyyəsinin arayışı da əhəmiyyət daşıyır. Həmin arayışda Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 1,00 ha torpaq sahəsinə dair qərarın hazırda qüvvədə olduğu göstərilmişdir. Bununla yanaşı, Xaçmaz Rayon Dövlət Arxivinin ## ###### 2025-ci il tarixli arxiv arayışından görünür ki, Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı və torpaq sahəsinin ayrılması ilə bağlı digər sənədlər arxiv materiallarında mövcuddur və məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər sırasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi, Manafoba kəndinin baş planından çıxarış, torpaqların alqı-satqısına dair akt və kassa mədaxil orderinin qəbzi də vardır. (i.v 34-39) Məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlər mübahisəli torpaq sahəsinin ayrılması və satılması ilə bağlı hüquqi münasibətin müxtəlif mərhələlərini ardıcıl şəkildə təsdiq edir. Arxiv arayışında, eyni zamanda, Ağaşirinoba Bələdiyyəsinin 2007-ci il üzrə iclas protokollarının arxivə təhvil verilmədiyi göstərilmişdir ki, bu hal həmin qərarın və onun icrası ilə bağlı digər sənədlərin arxiv materiallarında mövcud olmasını aradan qaldırmır. Kollegiya vurğulayır ki, 2007-ci il üzrə iclas protokollarının dövlət arxivinə təhvil verilməməsi, hüquqmüəyyənedici qərarın və onun icrası ilə bağlı digər rəsmi sənədlərin arxiv materiallarında mövcud olduğu halda, həmin hüququn mahiyyəti üzrə qiymətləndirilməsindən yayınmaq üçün formal əsas kimi istifadə edilə bilməz. Cavabdeh inzibati orqan sənədlərin həqiqiliyinə və ya hüquqi qüvvəsinə dair əsaslı şübhə olduğu halda, həmin şübhəni aradan qaldırmaq məqsədilə işin faktiki hallarını tam və obyektiv araşdırmalı və zəruri sorğuları verməli idi. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyini hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarının qanunla müəyyən edilmiş qaydada geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə hər hansı inzibati və ya məhkəmə aktı iş materiallarında yoxdur. Əksinə, Palçıqoba Bələdiyyəsinin iş materiallarında olan arayışında həmin qərarın qüvvədə olduğu təsdiqlənmiş, eyni zamanda həmin qərarın və onun icrası ilə bağlı torpaqayırma sənədlərinin surətləri Xaçmaz Rayon Dövlət Arxivindən rəsmi qaydada təqdim edilmişdir. Buna görə də cavabdehin torpaq sahəsinin sonrakı elektron uçot məlumatlarında kənd təsərrüfatı təyinatlı və örüş kimi göstərilməsinə dair iradı həmin qərarın hüquqi qüvvəsini faktiki olaraq yox saymağa əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə torpaq sahəsinin ayrılması üzrə icraatın yekununda qəbul edilən qərar şəxsə münasibətdə hüquqi nəticə yaradan konstitutiv və hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Belə qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi baxımından qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin hüquqi mövqedən çıxış etdikdə, ** nömrəli qərar hüquqi qüvvədə olduğu müddətdə cavabdeh qeydiyyatdan imtinanı yalnız konkret qanuni maneə ilə əsaslandıra bilər. Mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması barədə sonrakı elektron məlumatların və digər texniki qeydlərin hüququn yaranmasına hansı formada təsir göstərdiyi və bunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hansı imtina əsasını yaratdığı cavabdeh tərəfindən iş üzrə bütün hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla konkret və inandırıcı şəkildə əsaslandırılmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədə - Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanır. Həmin norma qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdehin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu məsələni yalnız sonrakı elektron baza məlumatları əsasında deyil, torpaq sahəsinin ayrıldığı dövrdə səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəy və iş üzrə aparılmış sonrakı araşdırmaların nəticələri ilə birlikdə qiymətləndirir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında aparılmış müayinə zamanı mübahisəli 1,00 ha torpaq sahəsinin bələdiyyə xəritəsində bir yerdə göstərilməsinə baxmayaraq, faktiki olaraq 0,66 ha və 0,34 ha olmaqla iki hissədən ibarət olduğu müəyyən edilmişdir. Müayinə aktında 0,66 ha hissənin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyasının örüş, 0,34 ha hissənin isə kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyasının çoxillik əkmə olduğu, qonşu torpaq sahələri ilə üst-üstə düşmədiyi və kommunikasiya xətlərinin həmin sahələrdən keçmədiyi göstərilmişdir. Apellyasiya baxışı zamanı “xxxx” MMC tərəfindən verilmiş # #### 2026-cı il tarixli məlumatda Kompleks yerquruluşu layihəsində (DWG) və TEKUİS-də koordinatları təqdim olunmuş 0,66 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına və örüş uqodiyasına, 0,34 ha torpaq sahəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına və əkin uqodiyasına aid olduğu, 0,66 ha hissənin bonitet balının 85, 0,34 ha hissənin bonitet balının 90 olmaqla hər iki hissənin İ keyfiyyət qrupuna aid olduğu bildirilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı əldə edilmiş rəsmi məlumatlar cavabdehin imtina və apellyasiya şikayətində mübahisəli 1,00 ha torpaq sahəsini bütövlükdə örüş kimi qiymətləndirməsi ilə tam üst-üstə düşmür. Sonrakı dəqiqləşdirilmiş məlumatlara görə sahənin 0,66 ha hissəsi örüş, 0,34 ha hissəsi isə əkin kimi uçota alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu şəraitdə torpaq sahəsinin kateqoriyası və uqodiyasına dair məsələ yalnız imtina verilərkən əsas götürülmüş ümumi elektron qeyd əsasında deyil, iş üzrə sonradan əldə edilmiş rəsmi məlumatlar, hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin ayrıldığı dövrdə səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəy ilə birlikdə qiymətləndirilməlidir. Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin iş materiallarında olan rəyi xüsusi əhəmiyyət kəsb edir. Həmin rəydə İddiaçı satılması nəzərdə tutulan 1,00 ha torpaq sahəsinin Ağaşirinoba Bələdiyyəsinin mülkiyyətinə aid olduğu, alqısatqı predmeti olduğu və bələdiyyənin ehtiyat fonduna aid həmin torpaq sahəsinin nəzərdə tutulan məqsəd üçün satılmasının qanuna müvafiq olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin ayrıldığı dövrdə torpaq münasibətləri və yerquruluşu sahəsində səlahiyyətli dövlət orqanının konkret torpaq sahəsinə münasibətdə verdiyi belə rəy cavabdehin hazırkı mərhələdə torpaq sahəsinin ümumiyyətlə alqı-satqı predmeti olmadığı barədə dəlili ilə birbaşa ziddiyyət təşkil edir. Bu ziddiyyət cavabdeh tərəfindən həmin əvvəlki rəyin ləğv edilməsi, etibarsızlığı və ya onun konkret torpaq sahəsinə aid olmaması barədə mötəbər sübutlarla aradan qaldırılmamışdır. Sonrakı dövrdə elektron kadastr məlumatlarında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi, onun ayrı-ayrı hissələrinin isə örüş və əkin uqodiyalarında göstərilməsi torpaq sahəsinin ayrıldığı vaxt verilmiş bələdiyyə qərarını, alqı-satqı aktını və səlahiyyətli dövlət torpaq orqanının müsbət rəyini qanunla müəyyən edilmiş prosedurdan kənar qaydada geriyə qüvvə ilə hüquqi nəticəsiz hesab etməyə əsas vermir. Həmin sənədlərin hüquqi qüvvəsinə xitam verilməsini təsdiq edən hər hansı akt iş materiallarında müəyyən edilmir. Bu xüsusda “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də nəzərə alınmalıdır. İddiaçı bələdiyyənin qərarına, torpaqların alqı-satqısına dair akta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyinə əsasən formalaşmış hüquqi vəziyyətə etimad göstərmişdir. İnzibati orqanın sonrakı struktur və informasiya dəyişiklikləri həmin etimadın hüquqi müdafiəsini, qanunda nəzərdə tutulan əsas olmadan, aradan qaldıra bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli ## ####### 2007-ci il tarixli qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi həmin torpaq sahəsinin iddiaçıya alqı-satqı yolu ilə satılmasının qanunvericiliyə uyğunluğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən qiymətləndirilmiş və müsbət rəy verilmişdir. Nəzərə almaq lazımdır ki, həmin rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı iş üzrə mübahisələndirilən imtinanı vermiş cavabdeh inzibati orqan torpaq münasibətləri, dövlət torpaq kadastrı, yerquruluşu və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi funksiyaların sonrakı institusional dəyişikliklər nəticəsində həvalə olunduğu dövlət idarəçiliyi sisteminin tərkib hissəsidir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra onun müvafiq funksiyaları əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinə, sonrakı struktur dəyişiklikləri nəticəsində isə Əmlak Məsələləri Dövlət Xidmətinə və onun tabeliyində fəaliyyət göstərən xxxx publik hüquqi şəxsə həvalə edilmişdir. Bu baxımdan, cavabdeh əvvəlki səlahiyyətli dövlət orqanının mübahisəli torpaq münasibətləri sahəsində həyata keçirdiyi funksiyaların institusional və funksional davamçısı kimi çıxış edir. Bu xüsusat hazırkı iş üçün ona görə əhəmiyyətlidir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsinin mümkünlüyü barədə razılıq hər hansı kənar qurum tərəfindən deyil, məhz həmin dövrdə qanunvericiliklə bu məsələ üzrə rəy vermək səlahiyyəti həvalə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmişdir. Deməli, torpaq sahəsinin ayrılması mərhələsində onun hüquqi rejimi, təyinatı və həmin məqsədlə verilməsinin mümkünlüyü səlahiyyətli dövlət orqanının qiymətləndirmə predmetini təşkil etmiş və həmin orqan torpaq sahəsinin satılmasının qanuna müvafiq olduğu barədə rəy vermişdir. Sonradan dövlət idarəetmə strukturunun dəyişdirilməsi və həmin funksiyaların digər inzibati orqanlara həvalə edilməsi isə əvvəlki səlahiyyətli orqanın qanunla müəyyən olunmuş səlahiyyəti çərçivəsində verdiyi rəyin hüquqi əhəmiyyətini öz-özlüyündə aradan qaldıra bilməz. Əks yanaşma dövlət idarəçiliyində institusional davamlılıq, hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri ilə uzlaşmazdı. Dövlət əvvəlcə səlahiyyətli orqanı vasitəsilə konkret torpaq sahəsinin verilməsinə razılıq bildirdiyi halda, sonradan həmin funksiyaları davam etdirən inzibati sistem daxilində başqa bir qurumun əvvəlki rəsmi mövqeyi nəzərə almadan hüququn rəsmiləşdirilməsindən imtina etməsi ardıcıl inzibati davranış kimi qəbul edilə bilməz. İnzibati orqanların sonrakı struktur dəyişikliklərinin, habelə həmin orqanlar arasında sənəd və məlumat mübadiləsinin lazımi qaydada aparılmamasının mənfi nəticələri də dövlətin əvvəlki rəsmi davranışına etimad göstərmiş şəxsin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası, eyni zamanda, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi materiallardan iddiaçının istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən iki torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alındığını nəzərə alır. Həmin torpaq sahələrinə dair çıxarışlarda da torpaq sahələrinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Doğrudur, həmin sahələr üzrə hüquqmüəyyənedici əsaslar Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarları və torpağa mülkiyyət hüququna dair dövlət aktları olduğundan onların hüquqi vəziyyəti iddiaçının vəziyyəti ilə tam eyniləşdirilə bilməz. Bununla belə, eyni ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmış olması cavabdehin hazırkı işdə torpağın məhz kənd təsərrüfatı təyinatlı olmasını imtinanın əsas dəlillərindən biri kimi irəli sürməsinin əsaslılığının ayrıca qiymətləndirilməsini tələb edir. Kollegiya hesab edir ki, bu hal bərabər yanaşma və inzibati praktikanın ardıcıllığı baxımından da nəzərə alınmalıdır. Hüquqmüəyyənedici sənədlərin fərqli olması özlüyündə fərqli hüquqi nəticəni birbaşa əsaslandırmır. Cavabdeh mübahisəli torpaq sahəsinə münasibətdə eyni ərazidə qeydiyyata alınmış digər kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən fərqli yanaşmanı doğuran konkret hüquqi maneəni göstərməlidir. İş üzrə aparılmış müayinə ilə mübahisəli sahənin qonşu torpaq sahələri ilə üst-üstə düşmədiyi və kommunikasiya xətlərinin həmin sahədən keçmədiyi də müəyyən edilmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər publik qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi baxımından da fərqli nəticəyə gəlmək üçün əsas görmür. Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması müəyyən edilmədiyindən həmin Qanunun 15.1.4cü maddəsində nəzərdə tutulan hal mövcud deyildir. Digər imtina dəlilləri də iş üzrə sübutların məcmusu ilə təsdiqlənən konkret hüquqi maneə səviyyəsinə çatmır. Kollegiya ayrıca vurğulayır ki, qeydiyyat orqanının sənədləri yoxlamaq səlahiyyəti ona qüvvədə olan hüquqmüəyyənedici inzibati aktı ləğv edilmiş və ya hüquqi nəticəsiz akt kimi qiymətləndirmək səlahiyyəti vermir. Əgər cavabdeh ** nömrəli qərarın qanunsuz olduğunu hesab edirdisə, bunun hüquqi nəticələrini qanunvericilikdə nəzərdə tutulmuş prosedurla aradan qaldırmalı idi. Belə prosedurun həyata keçirildiyi iş materialları ilə müəyyən olunmur. Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında rəsmiləşdirilməsi torpaq sahəsinin ayrılması barədə qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Belə hallarda forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir və inzibati orqanın rəsmiləşdirmə zamanı yol verdiyi qüsurlar əsaslı səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməlidir. Hazırkı işdə torpaq sahəsinin ayrılması barədə qərarın mövcudluğu və qüvvədə olmasının Palçıqoba Bələdiyyəsi tərəfindən təsdiqlənməsi, həmin qərarın və digər torpaqayırma sənədlərinin Xaçmaz Rayon Dövlət Arxivindən təqdim edilməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi, alqı-satqı aktının tərtib edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müsbət rəyinin və Manafoba kəndinin baş planından çıxarışın mövcudluğu, aparılmış müayinədə torpaq sahəsinin qonşu sahələrlə üst-üstə düşmədiyinin müəyyən edilməsi, habelə həmin ərazidə kənd təsərrüfatı təyinatlı digər torpaq sahələri üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması birlikdə qiymətləndirildikdə bir-birini tamamlayan sübutlar sistemini yaradır. Cavabdehin torpaq sahəsinin elektron uçot məlumatlarında kənd təsərrüfatı təyinatlı olması və onun bir hissəsinin örüş kimi göstərilməsinə dair iradı bu sübutlar məcmusunu özlüyündə təkzib etmir. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati aktın qüvvədə olduğu müddətdə hüquqi nəticələr doğurması, formal və təşkilati qüsurların əsaslı hüquqi səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməsi, habelə qeydiyyat orqanının imtinanı qanunda nəzərdə tutulan konkret əsasla əlaqələndirməli olması barədə formalaşdırdığı hüquqi mövqelər hazırkı mübahisənin həlli üçün də rəhbər tutulmalıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yaratmır. İş materialları ilə Ağaşirinoba Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarının mövcudluğu və qüvvədə olması, həmin qərar əsasında alqı-satqı və ödəniş sənədlərinin tərtib edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən torpaq sahəsinin alqı-satqı predmeti və satılmasının qanuna müvafiq hesab edilməsi, habelə müayinə zamanı torpaq sahəsinin qonşu sahələrlə üst-üstə düşmədiyi və kommunikasiya xətlərinin həmin sahədən keçmədiyi təsdiqlənir. Apellyasiya baxışı zamanı alınmış məlumata görə 1,00 ha sahənin 0,66 ha hissəsi örüş, 0,34 ha hissəsi isə əkin uqodiyasına aiddir. Bununla yanaşı, cavabdehin təqdim etdiyi materiallardan yaxınlıqda yerləşən iki torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı və həmin çıxarışlarda da torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı olduğu görünür. Bu hallar birlikdə nəzərə alındıqda, cavabdehin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və onun bir hissəsinin örüş kimi uçota alınması barədə dəlilləri birinci instansiya məhkəməsinin nəticəsinin dəyişdirilməsi üçün yetərli əsas yaratmır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, ibirinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar