Məhkəmə qərarları › İş №2-1(3-8)-770/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-770/2026

27.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-770/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlüdür (AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). НЗ № ******* saylı hərbi biletin surətinə əsasən iddiaçı ## ##### 1978-ci il tarixdən ## #### 1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Iddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh orqan ##.##.2024-cü il tarixli *-**-*/*-İ-******/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 5 ay 15 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək olan 20 il 9 ay 15 gün sığorta stajına uyğun olaraq 20950,67 manat, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 587,85 manat olmaqla, ümumilikdə 21538,52 manat təşkil edir. Bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Sumqayıt “Alüminium” Istehsalat Sahəsində olan dövrün mötəbərliyinə şübhələr olduğu və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2011-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəlləri və əmrlərdən çıxarış) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (qanunla nəzərdə tutulan müddətdən - 25 ildən az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Sumqayıt “Alüminium” Islehsalat Sahəsində olan işlədiyi müddəti ümumi iş stajıma daxil etməklə pensiya kapitalını yenidən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddiaçıya ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 1959-cu ildə Sumqayıt şəhərində doğulmuşdur, Sumqayıt şəhəri 16-cı məhəllə ev 40/5 mənzil 10-da qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat X2 Mərkəzinə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Həmin müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz Filialında baxılmış, yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında cavab məktubu iddiaçıya təqdim edilmişdir. Mərkəz tərəfindən ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sğorta stajının 21 il 5 ay 15 gün olması həmçinin fərdi şəxsi hesabında ümumi pensiya kapitalının 21532,52 manat təşkil etməklə əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi bildirilmişdir. Hesab edir ki, bu qanunsuzdur və Mərkəzin üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalı və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlü olduğunu bildirərək, ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-*- ******/**** nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə tələb olunan sığorta stajının (25 il) olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiat İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfində təmin edilməməlidir: Bildirirlər ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının ##.##.1978-ci il tarixdə ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 5 ay 15 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 20 il 9 ay 15 gün sığorta stajına uyğun olaraq 20950,67 manat, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 587,85 manat olmaqla, ümumilikdə 21538,52 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunan maddənin tələblərinə əsasən bildirirlər ki, iddiaçının “Lider-Modern” Mənzil-Tikinti Kooperativi ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. . Həmçinin, iddiaçının “Lider-Modern” Mənzil-Tikinti Kooperativi ilə qüvvədə olan əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə yaşa görə sosial müavinət hüququna qanunvericiliyi uyğun olaraq baxılması mümkündür. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələblər baxımından iddiaçı İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, Icraatınızda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati iş vardır. Bildirirlər ki, sözügedən iş üzrə məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli 3-17- */*-*****/**** nömrəli etirazın II səhifəsinin 5-ci abzasında iddiaçı İddiaçı mübahisələndirilməyən ümumi iş stajının 21 il 5 ay 15 gün olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı 21 il 5 ay 15 gün müddətə hansı dövrlərin daxil olduğunu müəyyən etmək məqsədilə Mərkəzi Filiala ünvanlanmış sorğuya cavab olaraq ##.##.2025 tarixli *-**-*/*-*-*****/**** nömrəli məktubla iddiaçının mübahisələndirilməyən ümumi iş stajının 16 il 23 gün (##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətində olan məlumata əsasən ##.##.1974-cü il tarixdən ##.##.1977-ci il tarixədək, ##.##.1980-ci il tarixdən ##.##.1983-cü il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1989-cu il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək (pensiya təyin edildiyi tarix) qeydə alınmış pensiya kapitalına uyğun 11 ay) olduğu qeyd edilmişdir. Məlumat üçün bildirirlər ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində olan məlumata əsasən ##.##.1991-ci il tarixdən ##.##.1991-ci il tarixədək əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən (işdən azad olunma tarixi həftənin bazar günü olduğundan) sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilən ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixədək “xxxx” X3 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və Dövlət Arxivinin Sumqayıt Filialının ##.##.2025-ci il tarixli *-**-DA-**F/*-**/*-**** nömrəli arayışına əsasən “xxxx” X4 arxiv sənədləri Sumqayıt Filialına təhvil verilmədiyindən ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixədək olan dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edirlər ki, təqdim edilən ****** nömrəli şəhadətnamə təhsil haqqında sənəd (diplom) olmadığından (sürücülük məktəbinin şəhadətnaməsi) həmin şəhadətnamədə qeyd edilən ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının ## ##### 1978ci il tarixdən ## #### 1980-ci il tarixədək hərbi xidmətdə olması, ## ###### 1974-cü il tarixdən ## ###### 1977-ci il tarixədək, ## ##### 1978-ci il tarixdən ## ### 1978-ci il tarixədək, ## ######## 1980-ci il tarixədən ## ###### 1983-cü il tarixədək, ## ##### 1983-cü il tarixdən ## ### 1983-cü il tarixədək, ## ### 1983-cü il tarixdən ## #### 1986-cı il tarixədək, ## ######## 1986-cı il tarixdən ## #### 1989-cu il tarixədək, ## ##### 1989-cu il tarixdən ## ##### 1991ci il tarixədək, ## ##### 1991-ci il tarixdən ## ###### 1991-ci il tarixədək, ## ###### 1991-ci il tarixdən ## ###### 1996-cı il tarixədək, ## ###### 1996-cı il tarixdən ## ###### 2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ## ##### 1975-ci il tarixli əmək kitabçası, НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Hazırkı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasında da müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə əsasının təşkil edən 1. ##.##.1991-ci il tarixdən ##.##.1991-ci il tarixədək, ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün isə yalnız ##.##.1996-##.##.2001-ci il tarixləri arasındakı dövrü İddiaçı sosial sığorta stajına daxil etməklə iddianı təmin etmişdir. Məhkəmə qərarını əsaslandırarkən diqqəti əmək kitabçasının mötəbərliyi müddəasına çəkərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Iddiaçının ##.##.1991-##.##.1991-ci il tarixləri arasındakı əmək fəaliyyətinə münasibətdə isə əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən (işdən azad olunma tarixi həftənin bazar günü olduğundan) sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı ##.##.1991-##.##.1996-cı il tarixləri arasında olan dövrə münasibətdə “xxxx” X3 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və Dövlət Arxivinin Sumqayıt Filialının ##.##.2025-ci il tarixli *-**-DA-**F/*-**/*-**** nömrəli arayışına əsasən “xxxx” X4 arxiv sənədləri Sumqayıt Filialına təhvil verilmədiyindən ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixədək olan dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iddiaçının ##.##.1996-##.##.2011-ci il il tarixləri arasında olan əmək fəaliyyəti ilə bağlı məhkəmənin İddiaçı stajına daxil etdiyi ##.##.1996-cı il-##.##.2001-ci il il tarixləri arasındakı dövrə münasibətdə isə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının iddiaçıya dair təqdim etdiyi ##.##.2025-ci il tarixli 3-48-DA- 10F/2-##/# **** nömrəli arxiv arayışından (bundan sonra – Arxiv Arayışı) İddiaçı 1997-2001-ci illər arasındakı dövrdə aldığı əmək haqqı məlumatları aylar üzrə cədvəl şəklində təqdim edilmişdir. Əlavə olaraq həmin məktubda iddiaçının 2001-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılması, həmin məzuniyyətdən ##.##.2011-ci il tarixdə geri çağırılaraq əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar əks olunmuşdur. Vətəndaşa əmək pensiyası təyinatının aparılmasıonun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Məhkəmə isə bu hallara qiymət verməmişdir. Hesab edir ki, məhkəmənin əlavə araşdırma aparmadan iddiaçının sözügedən mübahisəli dövrlərinin mötəbər hesab edilərək iddianın təmin edilməsi barədə gəldiyi hüquqi nəticə qanunsuz hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Iddiaçının vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

Inzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla, ona 65 yaşından ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan bildirir ki, iddiaçının ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 5 ay 15 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək olan 20 il 9 ay 15 gün sığorta stajına uyğun olaraq 20.950,67 manat, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 587,85 manat olmaqla, ümumilikdə 21538,52 manat təşkil edir. Bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Sumqayıt “Alüminium” Istehsalat Sahəsində olan dövrün mötəbərliyinə şübhələr olduğu və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2011-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəlləri və əmrlərdən çıxarış) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il ######ın #-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 65 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması.

31. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı ##.##.1959-cu il təvəllüdlü olduğu üçün 65 yaşına çatması işin mübahisə edilməyən halıdır. Sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət və əmək kitabçası məlumatlarına əsasən onun sığorta stajı (## ##### 1978-ci il tarixdən ## #### 1980-ci il tarixədək hərbi xidmətdə olması, ## ###### 1974-cü il tarixdən ## ###### 1977-ci il tarixədək, ## ##### 1978-ci il tarixdən ## ### 1978-ci il tarixədək, ## ######## 1980-ci il tarixədən ## ###### 1983-cü il tarixədək, ## ##### 1983-cü il tarixdən ## ### 1983-cü il tarixədək, ## ### 1983-cü il tarixdən ## #### 1986-cı il tarixədək, ## ######## 1986-cı il tarixdən ## #### 1989-cu il tarixədək, ## ##### 1989-cu il tarixdən ## ##### 1991-ci il tarixədək, ## ##### 1991-ci il tarixdən ## ###### 1991-ci il tarixədək, ## ###### 1991-ci il tarixdən ## ###### 1996-cı il tarixədək, ## ###### 1996-cı il tarixdən ## ###### 2001-ci il tarixədək olan dövr nəzərə alınmaqla) 25 il 08 gün təşkil edir. Iddiaçının ##.##.1996-##.##.2011-ci il il tarixləri arasında olan əmək fəaliyyəti ilə bağlı məhkəmənin İddiaçı stajına daxil etdiyi ##.##.1996-##.##.2001-ci il tarixləri arasındakı dövrə münasibətdə isə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının iddiaçıya dair təqdim etdiyi ##.##.2025-ci il tarixli 3-48-DA-10F/2-##/# **** nömrəli arxiv arayışından (bundan sonra – Arxiv Arayışı) İddiaçı 1997-2001-ci illər arasındakı dövrdə aldığı əmək haqqı məlumatları aylar üzrə cədvəl şəklində təqdim edilmişdir. Dövlət Arxivinin Sumqayıt filialının ##.##.2025-ci il tarixli arxiv arayışına əsasən iddiaçının Sumqayıt "Alüminium" Istehsalat Sahəsində 1997-2001-ci illərdə əmək haqqı alması aylar üzrə təsdiq edilmiş, digər arayışda onun 2001-ci ildən ödənişsiz məzuniyyətə buraxıldığı və ##.##.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq bütün 1996-2011-ci illər dövrünü deyil, yalnız ##.##.1996-cı il tarixdən ##.##.2001-ci il tarixədək olan dövrü iddiaçının sosial sığorta stajına daxil etmişdir. Kollegiya hesab edir ki, ##.##.1996-cı ildən ##.##.2001-ci ilədək olan dövrün sosial sığorta stajına daxil edilməsi üçün kifayət qədər mötəbər yazılı sübutlar mövcuddur. Həmin dövrdə iddiaçının əmək fəaliyyəti əmək kitabçasındakı qeydlərlə yanaşı, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv arayışı ilə də təsdiq edilmişdir. Cavabdeh həmin sənədlərin saxta olması, yaxud həqiqətə uyğun gəlməməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni inzibati orqanlara qadağan edir. Belə ki, həmin Qanunun 15.2 və 15.3-cü maddələrinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, 186-cı qərarının 1.1ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının Sumqayıt "Alüminium" Istehsalat Sahəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar