Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-772/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsinə qarşı “mənzil üzərində mərhum şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin Mayılov Eynulla Fətulla oğluna verdiyi ##.##.1972-ci il tarixli **/*** nömrəli orderlə “Mübadilə bürosu”nun ## ###### 1972-ci tarixli ** nömrəli qərarına əsasən ünvan 6 ünvanda yerləşən mənzili tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Həmin orderə əsasən sahəyə ixtiyarı olub order üzrə evə köçən digər şəxslər “Mailova Val M” - arvadı, “Mailova Elm E” - qızı, “Mailova Sam E” - qızı, “Mailov Elm E” - oğludur. Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli **/*** nömrəli “Orderin təkrarı”ndan görünür ki, həmin order SXD Sovetinin ## ###### 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə (“İddiaçı” - arvadı, “Mailova E.E.” - qızı, “Mailova S.E.” qızı, “Mailov E.E.” - oğlu, “Mailov T.E.” - oğlu) 3-cü məhəllə, ev 12/4, 36-cı mənzili tutmaq üçün verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mayılov Eynulla Fətulla oğlu ## ###### 2008-ci il tarixdə ölmüşdür. Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ## #### 2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı, X2, X1, Mayılov Telman Eynulla oğlu, nümayəndə2 ünvan 11 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 2 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin # ####### 2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu ünvan 5 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, ## ###### 2008-ci il tarixdə ölmüşdür. X7 Mixayılovna # ###### 1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, oğlu nümayəndə2 # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının # #### 2024-cü il tarixli, *-**-DA-**F/*-***-**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər ZDS IK-nin 1972-ci ilin noyabr-dekabr aylarına və ZDS IK-nin 1973-cü ilin yanvar ayına dair iclas protokollarına baxılmış vətəndaş Mayılov (Mailov) Eynulla Fətulla oğlunun adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. ünvan 2-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ## #### 2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, Mayılova Samirə Eynulla qızı ünvan 3 ünvana yaşayış yeri üzrə ## #### 1983-cü il tarixdə qeydiyyata düşmüş, ## ######## 1985-ci il tarixdə qeydiyyatdan çıxmış və həmin ünvanda yaşamır. ünvan 2-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ## #### 2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, Mayılova Elmira Eynulla qızı ünvan 3 ünvana yaşayış yeri üzrə ## ####### 1979-cu il tarixdə qeydiyyata düşmüş, ## ### 1984-cü il tarixdə qeydiyyatdan çıxmışdır və həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər * saylı notariat ofisinin ## #### 2024-cü il tarixli, **** nömrəli Cavabdeh göndərilmiş məktubundan görünür ki, İddiaçı, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ## ###### 2008-ci il tarixdə vəfat etmiş əri - Mayılov Eynulla Fətulla oğlunun adına vərəsəlik işi açılmışdır. Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/*** nömrəli “orderin surəti”ndən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzili tutmaq üçün X20 idarəsinə verilmişdir. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “orderin surəti”ndən görünür ki, Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X11 idarəsinə verilmişdir. Sumqayıt Şəhər Mənzil Idarəsinin # ###### 1962-ci il tarixli, **/**** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order ünvan 4 ünvanda yerləşən mənzili tutmaq üçün X10 verilmişdir. Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order ünvan 4 ünvanda yerləşən mənzili tutmaq üçün X16 verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının ## ###### 2025-ci il tarixli, ***-DA-**F/*-**-**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Əzizbəyov küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair ## ###### 1972-ci il tarixli, **/** nömrəli orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər ZDS IK-nin ## ###### 1972-ci ilə dair iclas protokolu mövcüd deyil. ZDS IK-nin 1972-ci ilin noyabr - dekabr və 1973-cü ilin yanvar aylarına dair iclas protokollarına baxılmış, vətəndaş X4 adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının # ##### 2025-ci il tarixli, *-**-DA-**F/*-**-**** nömrəli nümayəndə2 verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin ## #### 1962-ci il tarixli siyahısına əsasən 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yaşayan X13 34-cü məhəllə, ev 7, mənzil 6 verilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, aparılan araşdırma nəticəsində ünvan 8 ünvanda yerləşən mənzilin ayrılmasına dair arxiv əsasları aşkar edilmədiyi üçün müraciətinin icrasını təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. ünvan 2 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu *-cü saylı məhəllə, ev 4/12, mənzil 36 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, ## ###### 2008-ci il tarixdə ölmüşdür. X7 Mixayılovna ##.##.1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, oğlu nümayəndə2 # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. ünvan 2 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli ətraflı arayışından görünür ki, ünvan 8 ünvanda yerləşən mənzildə X17 ##.##.1973-cü il tarixdən, Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, nümayəndə2 # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Mayılova Samirə Eynulla qızı həmin mənzilə ## #### 1983cü il tarixdə qeydiyyata düşmüş, ## ######## 1985-ci il tarixdə qeydiyyatdan çıxmış, Mayılova Elmira Eynulla qızı həmin mənzilə ##.##.1990-cı il tarixdə qeydiyyata düşmüş, ## ### 1984-cü il tarixdə qeydiyyatdan çıxmışdır və həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Mənzillərin Dəyişdirilməsi Bürosunun ##.##.1972ci il tarixli ** №-li protokolu Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Tərəfimizdən əlavə olaraq Sumqayıt şəhər ZDS IK-nın 01- ## ###### 1972-ci il tarixli (pr.28-29) protokollarına baxılmış sorğu olunan məsələ barədə məlumat aşkar edilməmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, ev 12/4, mənzil 36 Mayılov Eynulla Fətulla oğluna verilmişdir. Mayılov Eynulla Fətulla oğlu onun həyat yoldaşı olmuşdur. Mərhum əri ## ###### 2008-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, **/* saylı evin, 36-cı mənzili ## ###### 1972-ci il tarixdə **/*** saylı order əsasında mərhum əri və onun 4 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Həmin vaxt mərhum əri **** saylı avtokalonda işləmişdir. Dəyişdirmə bürosunun ** saylı, ## ###### 1972-ci il tarixli qərarı ilə mənzilə order verilmişdir. Mənzildə hal-hazırda yaşayan yaşayanlar mənzilin Mayılov Eynulla Fətulla oğlunun adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişlər. Orderdə adları çəkilən, lakin həmin ünvanda yaşamayan Mayilova Samirə Eynulla qızının və Mayilova Elmira Eynulla qızının mənzildən qeydiyyatdan çıxmasını * saylı Mənzil Kommunal Sahəsinin 530 və *** saylı arayışlar təsdiq edir. CAVABDEHIN IDDIA TƏLƏBINƏ DAIR ETIRAZININ DƏLILLƏRI Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSININ GƏLDIYI NƏTICƏ Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mübahisələndirilən mənzilin əvvəl Sofiya adlı şəxsə, 1972-ci ildən iddiaçı və onun ailə üzvlərinə məxsus olduğunun bildirdiyinə baxmayaraq, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda X18 yaşadığı təsdiq olunsa da, daha sonra mübahislədirilən mənzilin iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğluna verilməsini təsdiq edən order, həmçinin orderin verilməsinə əsas olmuş müvafiq icra hakimiyyətinin qərarı arxiv məlumatlarında aşkar olunmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi arxiv arayışlarında mübahisə predmeti olan mənzilin əvvəlki sahiblərinə verilmiş orderlər öz təsdiqini tapsa da, iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğlunun adına verilən order mövcud deyildir. Iddiaçının nümayəndəsi tərəfindən orderin əslinin növbəti məhkəmə iclasında təqdim olunacağı bildirilsə də, bu məqsədlə təxirə salınmış növbəti iclasda qeyd edilən sənədin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.Cabbarova sədrlik edən və məruzəçi, V.Əzizova və İ.Quliyev) ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədlər və müəyyən edilmiş hallar əsasında aşkar səhv nəticəyə gəlmişdir. Məhkəmə mübahisəli mənzilin ayrılması barədə arxiv sənədlərinin olmadığını, eləcə də məhkəməyə təqdim edilmiş orderlərdəki fərqlilikləri əsas gətirərək iddiaçının tələbini rədd etmişdir. Məhkəmənin bu mövqeyi tamamilə yanlış və qanunaziddir. Məhkəmə qərarı ilə iddiaçının və onun ailə üzvlərinin mənzil hüquqları aşkar şəkildə pozulmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə,ev 12/4,mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi ailə üzvləri ilə birlikdə yaşaması üçün Mayılov Eynulla Fətulia oğluna verilmişdir. Mayıiov Eynulla Fətulla oğlu iddiaçının əri olmuş və ## ###### 2008-ci il tarixdə vəfat etmişdir. Işdə olan sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən **/* saylı evin, 36cı mənzili ## ###### 1972-ci il tarixdə **/*** saylı order əsasında mərhum Mayılov Eynulla Fətulla oğluna və onun 4 nəfərdən ibarət ailəsinin (özü ilə birlikdə 5 nəfərlik) yaşaması üçün verilmişdir. Həmin vaxt mərhum Mayılov Eynulla Fətulla oğlu **** saylı avtokalonda işləmişdir, Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderinin surətindən görünür ki, “Mübadilə bürosu”nun ## ###### 1972-ci tarixli,** nömrəli qərarı ilə ünvan 10 ünvanda yerləşən mənzili tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Həmin orderə əsasən sahəyə ixtiyarı olub order üzrə evə köçən digər şəxslər “Mailova Val M" - arvadı, “Mailova Elm E" - qızı, “Mailova Sam E” - qızı, “Maiiov Elm E” - oğludur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrarı”ndan görünür ki, həmin order SXD Sovetinin ## ###### 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə (“İddiaçı” - arvadı, “Mailova E.E,” - qızı, "Mailova S.E.” - qızı, “Maiiov E.E.” - oğlu, “Maiiov T.E." - oğlu) 3-cü məhəllə,ev 12/4, 36-cı mənzili tutmaq üçün verilmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni iki order arasında olan uyğunsuzluqları, orderlərin nömrələri, verilmə əsasları və verilən mənzilin ünvanındakı ziddiyyətləri əsaslandırmağa çalışsa da, bu ziddiyyətlərin aradan qaldırılması üçün öz xidməti vəzifəsinə görə hər hansı araşdırma aparmamışdır.Belə ki, iş materiallarında olan orderlərə nəzər yetirildiyində aydın olur ki, onun tərəfindən ilkin olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderinin surətindən görünür ki, “Mübadilə bürosu”nun ## ###### 1972ci tarixli, ** nömrəli qərarı ilə ünvan 10 ünvanda yerləşən mənzili tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun özü də daxil olmaqla 5 nəfərdən ibarət ailəsinin (“İddiaçı” - arvadı, “Mailova E.E.” - qızı,"Mai!ova S.E,” -qızı, “Maiiov E.E,” - oğlu, “Maiiov T.E.”- oğlu) idarəsinə verilmişdir. Həmin orderin nömrəsi məhkəmənin bildirdiyi kimi 01 deyil, 04 olaraq göstərilmiş və orderdə Mayılov Eynulla Fətulla oğlu ilə birlikdə 5 nəfər ailə üzvünün adları və soyadları qeyd edilmişdir. Məhkəməyə onun nümayəndəsinin sonradan təqdim etdiyi müvafiq mənzilistismar sahəsində saxlanılan Azərbaycan Respublikası Sumqayıt şəhər Icra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli "Orderin təkrarından görünür ki, həmin order SXD Sovetinin ## ###### 1972-ci ıl tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun 6 nəfərdlik ailə üzvlərinə ("Mailova V,M," - arvadı, "Mailova E,E,” - qızı, “Mailova S.E.” -qızı, “Maiiov E.E.” oğlu, “Maiiov T.E.” - oğlu) 3-cü məhəllə,.ev 12/4, 36-cı mənzili tutmaq üçün verilmişdir.Sonuncu orderdə 6-cı ailə üzvü olaraq “Maiiov T.E,’’ - oğlu” sözlərinin qeyd edilməsi onunla bağlıdır ki,adı çəkilən: Mayılov Telman Eynulla oğlu ## ##### 1973-cü ildə,yəni mənzilin ayrıldığı və ilkin orderin verildiyi ## ###### 1972-ci il tarixdən sonra doğulmuşdur və onun adının ilkin orderdə göstərilməsi mümkün deyildi. Orderlərin birində mübahisəli mənzilin yerləşdiyi binanın 12, digərində isə 12/4 olaraq göstərilməsi ilə bağlı məhkəmənin istinad etdiyi uyğunsuzluqla bağlı bildirmək istəyir ki, həmin uyğunsuzluqlar qeyd edilən mənzilə dair daha əvvəl verilmiş və məhkəmə qərarında istinad edilən orderlərdə də mövcud olmuşdur. Belə ki, məhkəmənin özünün də istinad etdiyi ünvan 2 Kommunal Təsərrüfatı istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin # #### 2025-ci il tarixli aktından və Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/*** nömrəli orderin surətindən görünür ki, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X20 idarəsinə veritmişdir. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti icraiyyə Komitəsi mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “orderin surəti” ndən görünür ki, Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X11 idarəsinə verilmişdir. Sumqayıt Şəhər Mənzil Idarəsinin # ###### 1962-ci il tarixli, **/**** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X10 verilmişdir, Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X16 verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının # ##### 2025-ci il tarixli, *-**-DA-**F/*-**-**** nömrəli nümayəndə2 verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti icraiyyə Komitəsinin ## #### 1962-ci il tarixli siyahısına əsasən 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yaşayan X13 34-cü məhəllə, ev 7, mənzil 6 verilmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair nümayəndə2 əvvəlki icarəçilərə verilmiş orderlərin bəzilərində bina Əzizbəyov küçəsində yerləşdiyi göstərilmiş, bəzilərində isə qeyd olunmamış, həmçinin binanın nömrəsi bəzi orderlərdə 12/4 nömrəsi ilə, bəzilərində isə 4 nömrəsi ilə qeyd edilmişdir ki, bu hal da həmin mənzillərin fərqli mənzillər olmasını sübuta yetirmir. Sumqayıt şəhərində iki nömrəsi olan kifayət qədər binalar mövcuddur ki, ayrı-aryrı sənədlərdə elə həmin binaların fərqli nömrələrlə qeyd edilməsi adi haldir. Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrarından aydın olur ki, bu order ## ###### 1972-ci il tarixli orderin təkrafı olaraq verilsə də, sonrakı tarixlərdə, daha doğrusu 1991-ci ildən sonra tərtib edilmişdir. Məhz həmin tarixdən sonra Azərbaycan Respublikasında icra hakimiyyətləri təsis olunmuş, o cümlədən Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatı yaradılmışdı. Həmin orderi də aiddiyəti qurum tərtib edərək müvafiq MIS-ə göndərmişdir və orderlərdəki bu kimi uyğunsuzluqlar mübahisəli mənzilin orderinin mötəbəliyini və iddiaçının ailəsi ilə birlikdə mənzildən istifadə hüququnu şübhə altına almaq üçün əsas deyildir. Həmin orderdəki uyğunsuzluqlara görə də mənzilin istifadəçisi, hal-hazırda isə iddiaçı hər hansı məsuliyyət daşıya bilməz. Təəssüf ki işə baxan məhkəmə inzibati prorosessual qanunvericiliyin tələblərinə zidd olaraq lazımi həcmdə araşdırmalar aparmamış, aiddiyəti üzrə sorğular verərək mənzilin orderlərindəki uyğunsuzluqları araşdırmamış və ümumiyyətlə, işə məhkəmə mübahisəsinə səthi yanaşaraq gəldiyi nəticə ilə onu və onun ailə üzvlərini faktiki olaraq mənzil hüquqlarından məhrum etmişdir. Məhkəmə iddia tələbini təmin etməyərkən həmçinin ona da istinad etmişdir ki, mübahisələndirilən mənzilə dair orderin verilib-verilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin ünvan 1 ünvanda yerləşən ** saylı mənzilə dair ## ###### 1972-ci il tarixli, **/** nömrəli orderin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi, həmçinin, Sumqayıt şəhər ZDS IK-nin ## ###### 1972-ci ilə dair iclas protokolunun mövcud olmadığı, Sumqayıt şəhər ZDS IK-nin 1972-ci ilin noyabr - dekabr və 1973-cü ilin yanvar aylarına dair iclas protokollarında Mayılov Eynulla Fatulla oğlunun adına mənzil verilməsi barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ilkin orderdən görünür ki, mübahisəli mənzil X4 Sumqayıt şəhər ZDS IK-nin ## ###### 1972-ci ilə dair iclas protokolunun qərarı ilə deyil, “Mübadilə bürosu"nun ## ###### 1972-ci tarixli, ** nömrəli qərarı ilə ayrılmışdır. Bununla yanaşı mübahisəli mənzilə dair ## ###### 1972-ci il tarixdə **/*** saylı orderin verilməsinə əsas olan sənədlərin arxivdə aşkarlanmaması onun təqsiri üzündən baş verən hal deyildir. Orderdəki qeydlərin əksini sübut etmək məhz inzibati orqan olaraq cavabdehin vəzifəsidir və həmin orderdəki qeydlərin həqiqiliyini təsdiq etmək üçün əlavə sübutların tələb olunması yolverilməzdir. ## ###### 1972-ci il tarixdə **/*** saylı orderdəki məlumatların həqiqətə uyğun olmadığını sübut edən hər hansı dəlil cavabdeh tərəfindən də təqdim edilmədiyindən sözügedən order mötəbər sənəd hesab edilməlidir. Bu səbəbdən cavabdeh inzibati orqanın müraciətindən imtinasını əsassız hesab etməklə yanaşı, inzibati orqanın həmin imtinasını əsaslı sayan məhkəmənin də mövqeyini qanunsuz sayaraq iş üzrə çıxarılmış ədalətsiz məhkəmə qərarının ləğv edilməsi üçün yuxan instansiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, ünvan 8 ünvanda yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş v. 95) APELLYASIYA ŞIKAYƏTINƏ QARŞI ETIRAZIN DƏLILLƏRI Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. (-) Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X12 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X12 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirərək, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı miras əmlakı qəbul etmək üçün yaşadıqları mənzilin üzərində mərhum ərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Işin faktiki hallarına əsasən Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin verdiyi ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderlə “Mübadilə bürosu”nun ## ###### 1972-ci tarixli, ** nömrəli qərarına əsasən Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12, mənzil 36-nı tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Iddiaçı da həmin orderdə adı olan ailə üzvü olmuşdur. Eyni zamanda digər - Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrar” nüsxəsinə əsasən adı çəkilən mənzil SXD Sovetinin ## ###### 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə verilmişdir. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək bildirmişdir ki, adı çəkilən mənzilin ayrılmasına dair arxiv əsasları aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarda göstərmişdir ki, “42. Belə ki, ilk öncə qeyd edilməlidir ki, Sumqayıt şəhər ZDS IK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi verilmiş ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderdən görünür ki, adı çəkilən ** nömrəli mənzil iddiaçının **** nömrəli Avtokolonda mərkəzi daşıma rəisi işləyən mərhum ərinə Mənzil Dəyişdirmə Bürosunun ** nömrəli ##.##.1972-ci il tarixli qərarı əsasında verilmişdir. 43. Qeyd olunan orderin verilməsi üçün əsas olan sənədlərin mövcudluğu və yoxlanılması ilə bağlı məhkəmələr tərəfindən müvafiq sorğular verilsə də, orderin məzmununda qeyd olunan Mənzil Dəyişdirmə Bürosunun ** nömrəli ##.##.1972-ci il tarixli qərarının mövcudluğu ilə bağlı bir araşdırma aparılmamışdır.
44. Bundan əlavə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, adı çəkilən mənzil iddiaçının mərhum ərinin adına rəsmiləşdirilənədək ayrı-ayrı şəxslərin adına həmin mənzilə dair orderlər olmuşdur. Belə olan halda sonuncu dəfə mənzilə dair adına order verilən şəxsin adından iddiaçının mərhum ərinin adına mənzilin keçirilməsi ilə bağlı sənədləşmələrin aparılıbaparılmadığı məsələsi də araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin adına Sumqayıt şəhər ZDS IK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi verilmiş ## ###### 1972-ci il tarixli, **/*** nömrəli order məhz Mənzil Dəyişdirmə Bürosunun müvafiq qərarı əsasında verilmişdir. Yəni, həmin mənzilin məhz Mənzil Dəyişdirmə Bürosunun qərarı ilə verilməsi və ya başqa mənzillə bu mənzilin dəyişdirilməsi halları yoxlanılmamışdır. 45. Daha sonra işdə olan Azərbaycan Respublikası ünvan 2 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin # ####### 2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu *-cü saylı məhəllə, ev 4/12, mənzil 36 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, ## ###### 2008-ci il tarixdə ölmüşdür. X7 Mixayılovna # ###### 1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, oğlu nümayəndə2 # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. 46. Həmin aktdan görünür ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bu fakt iddiaçının həmin mənzillə davamlı və sabit əlaqəsini, faktiki istifadə hüququnu təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. 47. Məhkəmə təcrübəsinə və hüququn ümumi prinsiplərinə əsasən, şəxsin uzun müddət ərzində yaşayış sahəsindən fasiləsiz və etirazsız istifadə etməsi onun hüquqlarının qorunması baxımından nəzərə alınmalı mühüm haldır və buna biganə yanaşılması yolverilməzdir. 48. Həmçinin iddiaçının yaşadığı mənzilin yerləşdiyi binanın ayrı-ayrı mənzillərinin başqa şəxslərin adına özəlləşdirilib-özəlləşdirilməməsi, bu barədə reyestrdən çıxarışların verildiyi halda həmin çıxarışların verilməsi üçün əsas olan sənədlərin iddiaçının təqdim etdiyi sənədlərlə eyni olub, iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə də cavabdeh qurumun eyni davranıb-davranmadığı, nəticədə bərabərlik hüququnun pozulubpozulmaması ilə bağlı hallar da araşdırılmamışdır.” Ali Məhkəmənin göstərişlərinin icrası məqsədilə təkrar apellyasiya baxışı zamanı əlavə sübutlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının ## #### 2026-cı il tarixli *-**-DA-**F/*-***/**** nömrəli məktubundan görünür ki, Mənzil Dəyişdirmə Bürosunun arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən sorğunun müsbət icrası mümkün olmamışdır. Belə olan halda, Mənzil Dəyişdirmə Bürosunun ## ###### 1972-ci il tarixli ** nömrəli qərarının və həmin qərara dair digər sənədlərin arxivdə aşkar edilməməsi həmin qərarın mövcud olmaması və ya orderin hüquqi qüvvəyə malik olmaması nəticəsinə gəlmək üçün əsas sayıla bilməz. Əks yanaşma sübutetmə yükünün iddiaçının üzərinə əsassız şəkildə qoyulmasına və dövlət orqanlarının uzun illər ərzində arxiv sənədlərinin qorunub saxlanılmaması nəticəsində yaranmış hüquqi nəticələrin vətəndaşın zərərinə tətbiq edilməsinə səbəb olardı. Bundan əlavə, iş materiallarında olan Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının ## ####### 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 6 ünvanda (Sumqayıt şəhəri, Əzizbəyov küçəsi 3-cü məhəllə, ev 12/4, mənzil 36) ünvanda yerləşən mənzil Mənzillərin Dəyişdirilməsi Bürosunun ## ###### 1972-ci il tarixli ** nömrəli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna ayrılmış, həmin qərar əsasında ## ###### 1972-ci il tarixli **/*** nömrəli order verilmiş, order sonradan itirildiyindən onun təkrarı verilərkən order nömrəsinin 01/124 əvəzinə 04/124 kimi göstərilməsi texniki səhv olmuşdur. Məktubda həmçinin həmin orderin qüvvədə olduğu, ləğv edilmədiyi və surətinin * saylı Mənzil- Kommunal Istismar Sahəsində saxlanıldığı təsdiq edilmişdir. Bu rəsmi izahat order və “orderin təkrarı” arasında mövcud olan ziddiyyətlərin mahiyyət etibarilə texniki xarakter daşıdığını və onların sənədin hüquqi qüvvəsinə təsir etmədiyini göstərir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq bərabərlik hüququ baxımından aparılmış araşdırma nəticəsində cavabdehin ## #### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən 4 mərtəbəli, */** nömrəli çoxmənzilli yaşayış binasında yerləşən, dövlət mənzil fonduna aid olan digər mənzillər “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, təqdim olunan hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 9 ünvanda yerləşən 7 və ** saylı mənzillərə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, * saylı Mənzil-Kommunal Istismar Sahəsinin təqdim etdiyi ##.##.2026-cı il tarixli, *** №-li arayışla sənədlərdə göstərilən ünvan 7 ünvanlarının eyni yaşayış binasını ifadə etdiyi təsdiq olunmuşdur. Beləliklə, eyni hüquqi vəziyyətdə olan digər şəxslərin hüquqları analoji hüquqmüəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə yalnız arxiv sənədlərinin dövlət orqanları tərəfindən qorunub saxlanılmaması səbəbindən fərqli yanaşmanın tətbiqi qanun qarşısında bərabərlik prinsipinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məcmu halında qiymətləndirildikdə mübahisəli mənzilin Mayılov Eynulla Fətulla oğluna ayrılması, həmin əsasla order verilməsi, orderin sonradan itirilməsi səbəbindən “orderin təkrarı”nın rəsmiləşdirilməsi, order nömrəsindəki uyğunsuzluğun texniki xarakter daşıması, habelə mübahisəli mənzilin uzun illər ərzində iddiaçının ailəsinin faktiki istifadəsində olması öz təsdiqini tapır. Orderin əsli iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, baxış keçirilmiş və surəti çıxarılaraq işə əlavə edilmişdir. Cavabdehin yalnız arxiv sənədlərinin mövcud olmamasına istinad etməklə dövlət qeydiyyatından imtina etməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli olan hüquq normalarına uyğun deyildir. Çünki, iddiaçı mənzil üzərində sahiblik və istifadə hüququnu təsdiq edən orderin əslini cavabdeh orqana təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmaqla, hüququn qeydə alınması üçün yetərli hesab edilir. Cavabdehin iddiaçıdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən başqa əlavə sənəd tələb etməsi qanunsuz və əsassız olmuşdur. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrıseçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalı və Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin Mayılov Eynulla Fətulla oğluna verdiyi ##.##.1972-ci il tarixli orderə əsasən ünvan 6 ünvanda (Sumqayıt şəhəri, Əzizbəyov küçəsi 3-cü məhəllə, ev 12/4, mənzil 36) ünvanda yerləşən mənzil üzərində iddiaçı İddiaçı mərhum əri Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin Mayılov Eynulla Fətulla oğluna verdiyi ##.##.1972-ci il tarixli orderə əsasən ünvan 10 (ünvan 12) ünvanında yerləşən mənzil üzərində iddiaçı İddiaçı mərhum əri Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.