Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-779/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinəSumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Corat bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 1.200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququn təsdiq edən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində və sahibliyindədir, tərəfindən daş hasara alınaraq giriş darvazası quraşdırılmışdır. ## ####### 2025-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, bələdiyyə qərarının Ədliyyə Nazirliyinə və ya digər bir quruma və yaxud arxivə göndərilməsi iddiaçının səlahiyyətlərinə aid deyil, qanunla belə bir öhdəliyi və cavabdehliyi olmadığından bu məsələ ilə bağlı iddiaçı məsuliyyət daşımır və busəbədən iddiaçının torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmaması qanunsuzdur və əsassızdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən və hüquq müəyyənedici sənədləri tərəfindən təqdim olunan sənədlərlə tam eynilik təşkil edən (Corat bələdiyyəsinin eyni saylı və eyni tarixli qərarı) sənədlər əsasında vətəndaşlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqları inzibati orqan (məhkəmədən kənar qaydada) tərəfindən dövlət qeydiyyatına alınaraq çıxarışlar təqdim edilmişdir. Bu baxımdan hesab edilir ki, inzibati orqan tərəfindən eyni hüquq müəyyənedici sənədlər əsasında fərqli qərarların qəbul edilməsi qanunsuz və yolverilməzdir. Bu hal inzibati orqan tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı bərabərlik prinsipinə ziddir. Bu baxımdan bir daha qeyd edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Iddia tələbinin maddi hüquqi əsası Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, prosessual hüquqi əsası kimi IPM-in 2.2.2, 33.1, 33.2, 73.1, 73.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilmiş hallara istinad etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 11.1-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Iddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, proses zamanı təqdim edilmiş və birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq edilmiş sənədlər: Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokolqərarından görünür ki, İddiaçı Corat qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 1.200 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər Corat bələdiyyəsinin nümayəndəsi və İddiaçı iştirakları ilə bələdiyyənin ## ###### 2007-ci il tarixli, **/* nömrəli qərarı ilə ayrılmış 1.200 kv.m torpaq sahəsinə dair tərtib edilmiş "Torpaqların alqı-satqısına dair akt”. Corat bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin eskiz planı. Azərbaycan Respublikası Dövlət Arxivinin # ######## 2025-ci il tarixli, 3-48-DA- **F/*- ***-**** nömrəli arxiv çıxarışı ilə göndərilmiş Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli iclas protokolundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyləri nəzərə alınaraq, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı protokoluna əsaslanaraq İddiaçı 1.200 kv.m torpaq sahəsinin fərdi ev tikmək üçün ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ######## 2025-ci il tarixli, ** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolu qüvvədədir və torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılması barədə qərarın müvafiq bəndlərində göstərilən digər sənədlər əlavə olunmadığından, yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydiyyatdan keçib-keçməməsi, qeydiyyatdan keçdiyi halda qərarın və qərara əlavə olunmuş digər hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin idarəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli sorğu ünvanlanmışdır. Sözügedən sorğu # ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla cavablandırılmış və Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan-ölçü sənədi əlavə edilmişdir. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan-ölçü sənədi əlavə edilmişdir Birinci instansiya məhkəməsinin araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər: Azərbaycan Respublikası Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli, *-**-DA**F/*-**/*-**** nömrəli arxiv çıxarışı ilə Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli iclas protokolu göndərilmişdir. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ###### 2026-cı il tarixli, ** nömrəli məktubundan görünür ki, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolunun qərarı qüvvədədir, ləğv edilməyib, digər şəxslər tərəfindən mübahisələndirilməyib və protokolu Sumqayıt şəhər Dövlət Arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması mümkün olmamışdır. Torpaq sahəsinin kateqoriyası, yararlılıq dərəcəsi və mülkiyyət növü barədə məlumatların əldə edilməsi üçün “xxxx” MMC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. DWJ və DBF baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Texniki baxış zamanı naturada göstərilən faktiki koordinatlar daxilində yerləşən daşınmaz əmlak hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakla üstüstə düşmür və yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013038347, 309013016269, ************ reyestr nömrəli daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlərin surəti qoşma şəklində təqdim olunmuşdur: - 2# ######## 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla, ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha təşkil edir, yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarı inzibati nəzarət icraatı qaydasında təqdim edilmədiyindən Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Qanunvericilikdə bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməməsinə görə etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokolqərarı əsasında ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. (hakim Könül Həbibova) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq . Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \t "_blank" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \t "_blank" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \t "_blank" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \t "_blank" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \t "_blank" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi" Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \t "_blank" \o "yerli icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://eqanun.az/framework/5474" \t "_blank" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi" müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI : Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarı ilə İddiaçı Sumqayıt şəhər Corat bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 1200 kv.m torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən alqı-satqı aktı ilə də təsdiq edilir. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi Sumqayıt Şəhər Corat Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı qeyd olunmuşdur. Birinici instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə iddiaçıya alqı-satqı qaydasında ayrılmış, iddiaçı ilə bələdiyyə arasında eyni tarixdə alqı-satqı aktı imzalanmış və iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri kimi bələdiyyənin hesabına 2140 manat ödənilmişdir. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, həmin vaxtdan 1200 kv.m, yəni 0.12 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyində olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində, mahiyyətcə, imtina məktubunda və iddia ərizəsinə etirazda göstərdiyi dəlillərə istinad etmiş, Sumqayıt Şəhər Corat Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığını, habelə müraciətə torpaq sahəsinin ayrılması barədə qərarın müvafiq bəndlərində göstərilən digər sənədlərin əlavə olunmadığını əsas gətirmişdir. Kollegiya hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququ Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarınadan irəli gəlir. Həmçinin iş materialları ilə həmin bələdiyyə qərarının qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməsi, ləğv olunması və ya dəyişdirilməsi müəyyən edilmir. Əksinə, bələdiyyə qərarının həqiqiliyi birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin və Corat bələdiyyəsinin təqdim etdiyi sənədlər ilə öz əksini tapmış, eyni zamanda bələdiyyə tərəfindən qərarın qüvvədə olması təsdiq edilmiş, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair etiraz edilməmişdir. Belə olan halda, cavabdeh orqan qərarın yalnız Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmaması halına istinad etməklə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edə bilməz. O da nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları konkret göstərilmişdir. Həmin Qanunun 15.1.4-cü maddəsinə görə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı işdə isə Sumqayıt şəhər Corat bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/* saylı qərarının etibarsız hesab olunması təsdiq edilməmişdir. Bələdiyyə qərarının aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsi və ya qərara əlavə edilən sənədlərin tamlığı ilə bağlı mümkün çatışmazlıqlar, əgər belə çatışmazlıqlar mövcuddursa, iddiaçının deyil, müvafiq bələdiyyənin və aidiyyəti inzibati orqanların fəaliyyət sahəsinə aid olan məsələlərdir. Iddiaçı qanunvericiliyə və alqı-satqı münasibətinin şərtlərinə uyğun olaraq ödəniş etmiş, torpaq sahəsini qəbul etmiş və uzun müddət həmin torpaq sahəsindən istifadə etmişdir. Bu baxımdan, dövlət və ya bələdiyyə orqanlarının fəaliyyətində yol verilmiş mümkün formal və ya prosedur xarakterli nöqsanların iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olacaq şəkildə onun ziyanına şərh edilməsi yolverilməzdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1 və 15.2-ci maddələrinin tələblərinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərin üzərinə əlavə öhdəliklər qoyula bilməz və qanunda birbaşa nəzərdə tutulmadığı hallarda formal tələblərə əməl olunmaması müvafiq qərarın qəbulundan imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə isə inzibati icraat zamanı təqdim olunmuş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraat zamanı müvafiq rəylərin alınması və razılaşdırmaların aparılması yekun inzibati aktın qəbuluna xidmət edən prosedur xarakterli hərəkətlərdir və belə prosedur hərəkətlərinin aparılmaması yekun inzibati aktın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır. Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyini hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə yekun bələdiyyə qərarı qüvvədə olduğu halda, həmin qərarın Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmaması və ya ona əlavə sənədlərlə bağlı göstərilən çatışmazlıqlar öz-özlüyündə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtinanın müstəqil əsası kimi qəbul edilə bilməz. Belə imtina yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcudluğu sübut edildikdə qanuni hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq həmin əsaslardan başqa birinin də təqdim edilməsini tələb etməyə haqlı deyil. Bu hüquqi mövqeyə uyğun olaraq, qüvvədə olan bələdiyyə qərarı və onun əsasında tərtib edilmiş alqı-satqı aktı mövcud olduğu halda, cavabdeh orqan əlavə formal sənədlərin təqdim edilməməsini iddiaçının əleyhinə imtina əsası kimi qiymətləndirə bilməz. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakla üst-üstə düşmür, yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, faktiki olaraq 0,12 ha təşkil edir. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, iş materiallarına əlavə edilmiş qonşu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərə əsasən X2 ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair həmin çıxarışın verilməsi üçün əsas Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli, iddiaçının istinad etdiyi qərarı olmuşdur. Beləliklə, eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərin hüquqlarının dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə yalnız formal əsaslara istinad edilərək fərqli yanaşmanın tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində və “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik və bərabər yanaşma prinsiplərinə uyğun deyildir. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Iddiaçı qüvvədə olan bələdiyyə qərarına, alqı-satqı aktına və uzunmüddətli faktiki istifadəsinə əsasən hüquqlarının dövlət qeydiyyatına alınacağına dair qanuni gözləntiyə malik olmuşdur. Inzibati orqan isə eyni və ya oxşar faktiki hallara münasibətdə formalaşmış inzibati praktikasına uyğun davranmalı, fərqli yanaşma tətbiq etdikdə bunun qanuni və əsaslandırılmış səbəblərini göstərməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən də dövlət orqanlarının yol verdiyi səhvlərin nəticələri, bir qayda olaraq, maraqlı şəxsin üzərinə qoyula bilməz və belə səhvlər şəxsin hesabına düzəldilə bilməz. Hazırkı işdə iddiaçı torpaq sahəsinin ayrılması və satılması ilə bağlı inzibati prosedurların təşkili və bələdiyyə qərarının aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsi prosesinə nəzarət etmək imkanına malik olmamışdır. Buna görə də həmin prosesdə yol verilmiş mümkün çatışmazlıqlar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir və onların mötəbərliyini şübhə altına alan, habelə həmin sənədlərin etibarsızlığını təsdiq edən hər hansı məhkəmə və ya səlahiyyətli orqan aktı iş materiallarında mövcud deyildir. Bu baxımdan, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar əsassızdır və birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-779/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-779/2026
11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver