Məhkəmə qərarları › İş №2-1(3-8)-78/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-78/2026

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-78/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X13ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X13ə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3945/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022ci il tarixli, 791 nömrəli qərarından görünür ki, Abşeron RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22 HP5287 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsidiaqnoz: “Sağ əlin mil sümüyünün qapalı sınığı sağ əlin İİİ barmağının travmatik amputasiyası ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1604 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 1604 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1992-ci il tarixli 1204 nömrəli arayış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22 HP5287 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. xx.xx.2018-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ilkin 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Əlillik təyinatına əsasə verən xəstəliyin (H00-H59) səbəb əlaqəsi düzgün seçilməmişdir. xx.xx.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən vətəndaş 3-17-4/1-19718/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3945/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.(Gözdən əlil) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquq şəxsin xx.xx.2025-ci il tarixli, T 693/2025 saylı ekspert rəyindən görünür ki, 1,3. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X8 İnstitutu”na göndərilmiş və orada xx.xx.2025-ci ii tarixdə aparılmış müayinələrdən (CKQ, ExoKQ və həkim müayinəsi) sonra “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İİ t.s, Z95.1-aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, İ11.0- arterial hipertoniya İİ dərəcə”, xx.xx.2025-ci il tarixdə X11 adına Milli Oftalmologiya Mərkəzi”ndə isə müayinə olunmuş və “H25.O-başlanğıc qocalıq kataraktası, H35.3-arxa qütbün və ləkənin degenerasiyası, H26.2-ağırlaşmış katarakta” diaqnozları qoyulmuşdur. - Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Abşeron rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, G00191348UMY nömrəli Forma 88 göndərişində XB1 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: G93-baş beyinin digər zədələnmələri, ensefalopatiya tez-tez təkrarlanan epİleplik qıcolma tutmaları, üzvi emosional labii pozuntu, üzvi koqnitiv pozuntu. Ağırlaşmalar: G40.2- kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (foka!) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, generəlizə olunmuş qıcolma tutmaları (tutma sayı 5-6 dəfə), F06.6-üzvi mənşəli emosional labii (astenik) pozuntu, üzvi mənşəli emosional labii pozuntu, F06.7-yüngül koqnitiv pozuntu, üzvi koqnitiv pozuntu. Yanaşı xəstəliklər: 1153.0-anopsiya nəticəsində ambliopiya, İ25.2-əvvəllər keçirilən miokard infarktı, ÜİX, infarktdan sonrakı kardioskleroz, H25.O-başlanğıc qocalıq kataraktası, M62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofıyası, M81.2-hərəkətsizliklə bağlı osteoporoz, osteoporoz, İ10-essensial (birincili) hİpertenziya, arterial hipertenziya İİ mərhələ çox yüksək risk, M24.5-oynaqların kontrakturası, sağ əl barmaqlarının yarımbükmə vəziyyətdə qalması, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, H52.1 -miopiya, L90.5-dərinin çapıqlaşmış vəziyyəti, odlu silah yaralanmasından sonra sağ saidin aşağı G-nin mil-bilək oynağına kimi iç, arxa səthlərində boylama böyük həcmli kobud dartıcı çapıq toxuması” diaqnoz ona stasionarda müalicədəolarkən anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında təyin edilmişdir. Əsas xəstəlik xroniki hala keçdiyindən çoxsaylı ağırlaşmalarla nəticələnmişdir. 2,4. Qərardadda ekspertiza qarşısında müvafiq bənd və yarımbəndlərdə qoyulmuş bütün suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların həl məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyn qiymətləndirilməsi Qaydası”nın 1ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həvata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2024-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli qərarın ona aid hissədə səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. X14, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.1992-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi tərəfindən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş, lazım olan sənədlərlə və pensiya ilə təmin edilmişdir. xx.xx.2019-cu ildə pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirilən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat verilmədən etibarsız hesab edilərək, pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini təmin etmişdir. Qeyd edilir ki, sonradan ona təkrar əlillik təyin edilməsi üçün sənədləri altsistemə vurulmuş və imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə imtina edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki qiymətləndirilmiş və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi itə əlaqədar əlil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi əsassız olaraq əlillik təyinatına imtina etməsi barədə qərar ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024cü il tarixli sonuncu müayinəyə məlumatın verilməsinə dair 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi qanuna müvafiq hesab edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 791 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ əlin mil sümüyünün qapalı sınığı əlin İİİ barmağının travmatik ampultasiyası ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı bir gözünün görməməsindən, eşitmə zəifliyindən, əsəbilikdən, sağ yuxarı ətrafda hərəkət məhdudluğu, ağrı və keyimədən, aşağı ətraflarında qıcolmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2019-cu ildə miokard infarktı, angioplastika və AKŞ (aorta koronar şuntlama) əməliyyatları keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan “Karvenf, “Atoris", “Konkor”, “Depakiri' qəbul etdiyini söyləmişdir. Müayinə zamanı sualları -2 m məsafədə əyləşmiş, verilən sualları sakit səslə cavablandırmış, eşitmə cihazı istifadə etmədiyini bildirmişdir. Baxış zamanı sağ saidin aşağı 1/3-də çapıq, İİİ barmağının əsas-orta falanqa oynağından amputasiyası, təxminən 15 sm ölçülü AKŞ (aorta koronar şuntlama) əməliyyatına məxsus çapıq izlənilmişdir. Baxış zamanı A/T-160/80 mm cv st, saturasiyası Sp02 97%, nəbzi 62 vurğu müəyyənləşdirilmiş, auskultasiyada ürək tonları aydın, ritmik, təmiz olmuşdur. Nevroloji baxış: Xəstə uzun illərdir sol aşağı ətrafda ağrı və əsasən gecə saatlarında baş verən əzələ spazmı ilə müşayiət olunan qıcolmadan şikayətlənərək, əsəblə əlaqəli olduğunu qeyd etmişdir. Qıcolma zamanı huşunun aydın olduğunu söyləmiş, son bir ayda axşamlar Depakin 500x1t qəbul etdiyini bildirmişdir. Vətəndaş DTSERA-da xx.xx.2024-cü il tarixində Elektroensefaloqramma müayinəsinə yönəldilmiş və müayinənin nəticəsinə əsasən, epileptiform aktivlik aşkar olunmamışdır. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuş, suallara aydın cavablar vermiş, emosional labil şəxs kimi dəyərləndirmiş, intellektual-nmestik funksiyalarının yaşam tərzinə uyğun olması müşahidə edilmişdir. X11 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 6436 nömrəli Tibbi rəyində diaqnoz “Vis OU-O.6 k/e (onda altı). Vis QS-0.3 k/e (onda üç). Diaqnoz: Arxa qütbün və ləkənin degenerasiyası. Anopsiya nəticəsində ambliopiya. Başlanğıc qocalıq kataraktası. Miopiya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. X5 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli, ********** nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ saidin asağı 1/3-nin mil-bilək oynağına kimi iç, arxa səthlərində boylama, böyük həcmli kobud dartıcı çapıq toxumaları əlin İİİ barmağının əsas falanqası səviyyəsində ekzartikulyasiyasından sonra ağrılı amputasiya güdülü, sağ əl barmaqlarının yarımbükülmüş vəziyyətdə qalması, tam bükülməməsi, açıcıbükücü kontrakturası əzələ atrofiyası, daimi ağrı sindromu və sağ əlin tutma funksiyasının pozulması” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 65/431 nömrəli Çıxarışında diaqnoz “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması) emosional labil pozuntu. Üzvi koqnitiv pozuntu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2019). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF-62%) pozulmayıb. Sol qulaqcıq dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Mitraİ klaoanın arxa tayında kalsifqik düyün izlənildi. Asendan aorta dilatasiyası (38 mm). Sol mədəciyin diastolik disfunksivası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, AS D, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min- TC qeyd edilir.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasivası, əsas ritmin xarakteristikasının pozulması hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis QD=0.6 k/i 0.8. Vis QS=0.02 k/etmir. D-z: Başlanğıc katarakta. OS- Yüksək dərəcəli miopiya. Miopik xorioretinit. Yetişməmiş katarakta” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir (Gözdən əlil). Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3945/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın İddiaçı aid hissədə səbəb əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edildiyi halda, hazırki vəziyyətdə ümumi xəstəlik qeyd edilməsinin səbəbini cavabdeh inzibati orqan sübuta yetirə bilməmiş, iddiaçının barəsində hərbihəkim komisiyasının qəbul etdiyi qərarda göstərilən xəstəliklərin hazırki vəziyyətdə mövcud olmamasını əsas gətirərək bu qənaətə gəlmişdir ki, iddiaçıya təyin edilmiş əlillik səbəbi ümumi xəstəliklə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, İddiaçı xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik - gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik təyin edilməsinə əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 791 nömrəli qərarının və iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş əvvəlki qərarın səbəb əlaqə hissədə düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. İddiaçıya təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi avabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsipinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının barəsində tərib olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 791 nömrəli qərarı mövcud olduğu və ona təyin edilmiş ilkin əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd olunduğu halda, ona yenidən əlillik təyin edilərkən qərarın səbəb əlaqə hissəsində ümumi xəstəlik qeyd olunmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşın əlilliyinin səbəb əlaqəsini dəyişdirilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyində xəstəliyin səbəbli əlaqəsi ilə bağlı hallar qeyd edilməmişdir. Bu isə işin nəticələrinin “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.https://eqanun.az/framework/39591 Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 2.2 Ürəyin işemik xəstəliyi XBT kodu İ20-İ25 Qiymətləndirmə üzrə əlamətləri: 2.2.1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;2.2.2.ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;2.2.3.ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda Bənd 2.3. Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması XBT kodu Z95 Bənd 8.1. Görmə itiliyi XBT kodu H00-H59 Bənd 8.2. Görmə sahəsinin daralması (periferik, fiksasiya nöqtəsindən radius boyu)-XBT kodu H00-H59 Bənd 6.7 Epilepsiya XBT kodu G40 Qiymətləndirmə üzrə əlamətləri: 6.7.1.epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən);6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən:ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır);6.7.4.ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən:ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) Bənd 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular XBT kodu F06 Qiymətləndirmə üzrə əlamətləri:7.6.2.1.əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı);7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Bənd 13.6 Dərinin atrofik zədələnmələri XBT kodu L90 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən onun barəsində təyin edilmiş ümumi xəstəlik səbəbindən əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində ümumi xəstəlik səbəbindən orqanizmin funksiyasının pozulmasının 50 faiz dərəcəsi ilə müddətsiz əlillik təyinatı aparmış, müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin aldığı hərbi travma ilə səbəb əlaqəsi müəyyən edilmədiyindən, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı hissədə onu qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşlar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş (xx.xx.2024-cü il tarixdə), həmin göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz kimi “Baş beynin digər zədələnmələri,ensefalopatiya tez-tez təkrar olunan epileptik qıcolma tutmaları,üzvi emosional labil pozuntu,üzvi koqnutiv pozuntu (XBT kodu G93)”, ağırlaşmaları “kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan loalizə olunmuş (fokal) (parsial) simpotamatik epilepsiya və epileptik sindromlar generalizə olunmuş qıcolma tutmaları (tutma sayı 5-6 dəfə) (XBT kodu G40.2)”, “Yüngül koqnitiv pozuntu üzvi koqnutiv pozuntu (XBT kodu F06.7),”Üzvi mənşəli emosional labil pozuntu (XBT kodu F06.6)”, yanaşı xəstəlikləri “Əzələnin başq arubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi əzələ atrofiyası (XBT kodu M62.5)”, “Hərəkətsizliklə bağlı osteoporoz osteparoz (XBT kodu M81.2)”, “essensial hipertenziya arterial hipertenziya İİ mərhələ çox yüksək risk (XBT kodu İ10)”, “Əvvəllər keçirilən miokard infarktı ÜİX infarkdan sonrakı kardioskleroz (XBT kodu İ25.2)”, “dərinin çapıqlaşmış vəziyyəti və fibrozu odu silahla yaralanmadan sonra sağ saidin aşağı 1/3-nin mil-bilək oynağına kimi iç, arxa səthlərində boylama böyük həcmli kobud dartıcı mapıq toxuması (XBT kodu L90.5)”,” Miopiya (XBT kodu H52.1)”, “Anopsiya nəticəsində ambliopiya,anopsiya nəticəsində ambliopiya (XBT kodu H53.0)”, “Oynaqların kontrakturası sağ əl barmaqlarının yarım bükülmə vəziyyətdə qalması tam bükülməməsi amıcı-bükücü kontrakturası (XBT kodu M24.5)”, “Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması sağ əlin tutma funksiyasının pozulması (XBT kodu Z73.6)”, “Arxa qütbün və ləkənin degenarisiyası arxa qütbün və ləkənin degenarisiyası (XBT kodu H35.3”, “Aortokoronar şünttlü transplantın olması AKŞx4 (XBT kodu Z95)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsini həyata keçirərək, diaqnoz əlilliyin təyin edilməsi üçün əsas olmaması əsası ilə əlilliyin təyin edilməsindən imtina etmiş, xx.xx.2025-ci il tarixdə ümumi xəstəlik səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 50 faiz dərəcəsi ilə müddətsiz əlillik təyinatı aparılmışdır (gözdən əlil). İndiki halda iddiaçının hüquqi marağı məhz xx.xx.2025-ci il tarixli əlilliyin təyin edilməsi barədə qərarın əlilliyin səbəb əlaqəsi ilə bağlı hissəsində dəyişdirilməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2018-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Kollegiya hesab edir ki, indiki halda iddianın əsaslılığının müəyyən edilməsi üçün araşdırılmalı olan hal iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və əlilliyin təyin edilməsi üçün əsas olan diaqnoz qoyulmuş xəstəliklərin və onların ağırlaşmalarının məhz iddiaçının aldığı hərbi travmanın nəticəsində yaranıb-yaranmaması halının aydınlaşdırılmasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə tibbi ekspertizası təyin edilmiş, xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmununda iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin stasionar, anamnestik, klinik və laborator instrumental müayinələr əsasında təyin edildiyi,əsas xəstəliklər xroniki hala keçdiyindən çoxsaylı ağırlaşmaları ilə nəticələndiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həkim-travmotoloq tərəfindən müayinə edilmiş, müayinənin nəticəsinə dair xx.xx.2025-ci il tarixli tibbi rəy verilmiş, həmin rəyin məzmununda iddiaçı barəsində aşkar olunmuş diaqnoz xəstəliklər kimi XBT kodu Y36.2, L90.5, L91.0, S68.1, M24.5, M19.2,Z73.6,M17.5, M19.1, R52.1 kimi əks olunmuş, həmin diaqnoz xəstəliklərdən yalnız M24.5, L90.5, Z73.6 müvafiq tibbi göndərişdə əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində qoyulmuş diaqnoz kimi “Sağ əlin mil sümüyünün qapalı sınığı sağ əlin İİİ barmağının travmatik amputasiyası ilə”,”Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq ekspertiza tədqiqatını həyata keçirmiş həkim-ekspert mütəxəssis kimi dinlənilmiş, həkim ekspert izahatında iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin tibbi cəhətdən iddiaçının aldığı hərbi travma ilə səbəb əlaqəsinin olmadığını bildirmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, müvafiq xəstəlik şəhadətnaməsində əks olunmuş hərbi travmanın məzmunu (Sağ əlin mil sümüyünün qapalı sınığı sağ əlin İİİ barmağının travmatik amputasiyası ilə) ilə müvafiq tibbi göndərişdə əks olunmuş və müvafiq meyarlarda əlilliyin təyini üçün əsas olan XBT kodları əks olunmuş diaqnoz xəstəliklərin məzmunun (beynin zədələnməsi, şəxsiyyət pozuntusu, görmənin zəifliyi ,ürək-damar xəstəliyi) müqayisəli şəkildə təhlil edilməsi halı da iddianın əsaslılığını müəyyən etməy imkan verməyən hal kimi çıxış edir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı barəsində ümumi xəstəlik səbəbindən təyin edilmiş əlilliyə əsas olan diaqnoz xəstəliklərin, habelə müvafiq tibbi göndərişdə əks olunmuş və müvafiq Meyarlara əsasən əlilliyin təyini üçün əsas olan diaqnoz xəstəliklərin (XBT koduG40.2, F06.7,F06.6, İ25.2, L90.5, Z95.1) məhz iddiaçının aldığı hərbi travmanın nətciəsində yaranması halı ekspert rəyi, həkim-ekspertin izahatı, xəstəliklərin xarakterik əlamətləri, hərbi travmanın xarakterik məlumatları əsasında öz təsdiqini tapmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin xüsusi səbəbdən əlilliyin təyin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin mübahisəli halları qanunvericilik normasının tələbləri baxımından ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi yanlış nəticəyə gəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edilmədiyindən, cavabdehin şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3945/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar