Məhkəmə qərarları › İş №2-1(3-8)-781/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-781/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Sumqayıẗşəhəri İş̈№̈2-1(3-8)-781/2026 04.06.2026 SUMQAYIT̈APELLYASIYÄMƏHKƏMƏSI ̈ ̈ Iddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı4, iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxs1 və üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan̈ibarəẗtərkibdə,̈̈̈ IsmayıloväLəman̈Zakir̈qızının̈katibliyi, Iddiaçıların̈nümayəndəsïvə̈iddiaçı̈iddiaçı3, Üçüncü̈şəxslərin̈nümayəndəsïX1̈iştirakları̈ilə, Iddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı4, iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasındäbaxaraq̈aşağıdakı̈qərarı̈qəbul̈etdi.̈̈̈̈ Işin halları JN 159 KOD 30217038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçı5 Şaban oğlü və onun ailə̈üzvlərinə̈1.38̈hätorpaq̈sahəsïayrılmışdır.̈ Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli imtina məktubundan görünür ki, JN-*** nömrəli (KOD 30217038) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.38 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, 1.38 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 1.14 ha ölçüdə öz əksini tapmışdır. Əlavə olaraq mülkiyyətdə olan torpaq sahəsinin yerləşdiyi massivdə ölçü işlərinin aparılmasına qonşu torpaq mülkiyyətçilərinin etirazı olduğundan "Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə düzəlişin̈aparılması̈mümkün̈olmamamışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1.38 ha torpaq sahəsindən faktiki natura istifadəsində 1.198 ha torpaq sahəsi mövcuddur, torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sistemində 1.24 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi həmin dövlət aktında göstərilən torpaq sahəsinin koordinatlarına uyğun deyil. Iddiaçının faktiki istifadəsində 1.98 ha torpaq sahəsi təşkil edir. JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatlarının başqa şəxslərin mülkiyyətində olann torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, lakin TEKUIS-ə əsasən dövlət aktında göstərilən iddiaçıya məxsus 0.46 ha hissəsi torpaq sahəsinin cənub tərəfdəki qonşu tərəfindən istifadə olunur. Dövlət Aktında göstərilən 1.38 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sisteminə əsasən cənub tərəfdəki qonşütərəfindən̈istifadə̈olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, 10/6793 №li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Xaçmaz rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarına, JN-159 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 1,38 ha torpaq sahəsi iddiaçı5 Şaban oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd olunan tarixdə iddiaçı3 iştirakı ilə tədqiq olunan ünvanda olmuş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS vasitəsilə müəyyən edilmiş, torpaq sahəsinin daxilində ağazlar olduğu müəyyən edilmişdir. Baxış zamanı təqdim olunmuş 1,18234 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilmişdir. Baxış zamanı təqdim̈olunan̈torpaq̈sahəsinin̈1,18234̈häolduğümüəyyən̈edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində yerləşən 1.38 ha torpaq sahəsinə dair məlumatların “Torpaqların elektron kadastrı uçotu infarmasiya sistemi”ndə düzəliş edilməsi, yəni 1.38 ha torpaq sahəsinin Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nə daxil edilərək müvafiq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş̈etmişdir.̈ Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 1.38 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş̈etmişdir.̈ Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, 3-21-3-34/2-B-038- */**** saylı imtina məktubu ilə Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində yerləşən 1.38 ha torpaq sahəsinə dair məlumatların torpaqların elektron kadastrı uçotu informasiya sistemində düzəliş edilməsi barədə ##.##.2023-cü il tarixli müraciətin icraatından imtina edilmişdir. Cavabdehin qeyd olunan cavabında göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş JN-*** nömrəli (KOD 30217038) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.38 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastrı uçotu informasiya sistemində naturada faktiki istifadə olan torpaq sahəsinə uyğun deyil, fərqlidir. Bundan əlavə 1.38 ha torpaq sahəsi elektron kadastrı uçotu informasiya sistemində azalaraq 1.14 ha ölçüdə öz əksini tapmışdır. Əlavə olaraq bildirilir ki, mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi massivdə ölçü işlərinin aparılmasına qonşu torpaq mülkiyyətçilərinin etirazı olduğundan torpaqların elektron kadastrı uçotu informasiya sistemində düzəlişin aparılması mümkün olmamışdır. Qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində yerləşən mülkiyyətlərində olan 1.38 ha torpaq sahəsinə dair məlumatların “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə düzəlişin aparılması öhdəliyi qoyulmalıdır. Cavabdehə ünvanladığı “Torpağa mülkiyyət hüququna dair” JN-159, KOD ******** nömrəli Dövlət Aktının təsdiq olunmuş surətinin verilməsi barədə müraciətə əsasən cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-B-****-*/**** saylı məktubu ilə Dövlət Aktının təsdiq olunmuş surəti təqdim edilmişdir. Bu faktın özü bir daha təsdiq edir ki, verilmiş 1.38 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində qeydiyyata alınmışdır. Qeyd olunan Dövlət Aktında göstərilir ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının 1998-ci il, 27 noyabr tarixli, ** saylı qərarı ilə 05 nəfərdən ibarət ailəsinə Çiləgir kəndi ərazisindən 1.38 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi naturada ölçülərək faktiki istifadə və mülkiyyətinə verilmiş, bu vaxta qədər torpaq sahəsindən hər hansı formada etiraz olunmadan təyinatına görə istifadə etmişdir. Cavabdehin imtinasında göstərildiyi kimi mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi massivdə ölçü işlərinin aparılmasına qonşu torpaq mülkiyyətçilərinin etirazının olması onun müraciətinin icrasından imtina üçün əsas hesab edilə bilməz. Habelə dövlətin adından verilmiş və 25 il ərzində faktiki mülkiyyətdə və istifadə də olan 1.38 ha torpaq sahəsi elektron kadastrı uçotu informasiya sistemində öz-özlüyünə azalaraq 1.14 ha ölçüdə göstərilməsi buna səlahiyyəti olan vəzifəli şəxslərin özbaşnalığının nəticəsidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı̈məhkəməyə̈daxil̈olmamışdır. Üçüncü şəxslərin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxslərin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaş Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində adlarına ümumi birgə pay hüquq üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.35 ha torpaq sahəsi verilmişdir. (qeydiyyat nömrəsi 2818001409, qeydiyyat tarixi ##.##.2018) Qeyd olunan torpaq sahəsi tərəflərindən uzun müddətdir ki, istifadə olunaraq müəyyən olunmuş qaydada meyvəçilik və sair işlərlə əlaqadar torpaqdan təyinatı üzrə istifadə edirlər. Iddia ərizəsində qeyd olunan tələblərin onlara və mülkiyyətlərində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Iddiaçının torpaq sahəsinin yerləşdiyi massivdə olçü i.lərinin aparılmasına inzibati orqana qonşu torpaq mülkiyyətçilərinin etiraz etməsi absurd yanaşmadır. Inzibati orqan torpaq sahələri ilə əlaqadar mülkiyyətçilərə mülkiyyət hüququna dair çıxarış təqdim etdiyi tarixdə torpaq sahələrinin ölçüləri koordinat istiqamət üzrə sərhədləri dəqiq müəyyən edilməklə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 1.38 ha torpaq sahəsi üzərində iddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı4, iddiaçı2, iddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqïşəxsin̈üzərinə̈qoyulması̈qəraräalınmışdır̈(hakim̈Aynur̈Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Dövlət Aktında göstərilən 1.38 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sisteminə əsasən cənub tərəfdəki qonşu tərəfindən istifadə olunur. Lakin həm iddiaçı, həm də cənub qonşu olan üçüncü şəxslər tərəfindən torpaq sahələrindən faktiki istifadə sənəd üzrə koordinatlara uyğun gəlmir. Aqrar Islahat Komissiyasının qərarı iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas təşkil edir və Dövlət Aktında göstərilən koordinatlar üzrə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ sənəd üzrə qeydə alınmalı və elektron uçot məlumatları da ilkin hüquqmüəyyənedici sənədə - JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgilərinə uyğunlaşdırılmalıdır. Həmçinin, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatlarının başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə araşdırması nəticəsində torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin̈təmin̈edilməməsïbarədə̈yenïqərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1.38 ha torpaq sahəsindən faktiki natura istifadəsində 1.198 ha torpaq sahəsi mövcuddur, torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sistemində 1.24 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi həmin dövlət aktında göstərilən torpaq sahəsinin koordinatlarına uyğun deyil. Iddiaçının faktiki istifadəsində 1.198 ha torpaq sahəsi təşkil edir. JN 159 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatlarının başqa şəxslərin mülkiyyətində olann torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, lakin TEKUIS-ə əsasən dövlət aktında göstərilən iddiaçıya məxsus 0.46 ha hissəsi torpaq sahəsinin cənub tərəfdəki qonşu tərəfindən istifadə olunur. Dövlət Aktında göstərilən 1.38 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sisteminə əsasən̈ cənub tərəfdəki qonşu tərəfindən̈ istifadə olunur. Qeyd olunduğu kimi JN-*** nömrəli (KOD 30217038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.38 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sistemində 1.24 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Həmin torpaq sahəsinin 1.38 ha ölçüdə bərpa edilməsi mümkün deyildir. Belə ki, torpaq sahəsi bir tərəfi digər şəxsin mülkiyyətindədir, digər tərəfi infrastruktur (yol)̈və̈dövləẗmeşə̈fondunäaid̈torpaq̈sahəsidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçıların̈apellyasiyäşikayətinə̈qarşı̈etirazı̈daxil̈olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və iddiaçı iddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birincïintansiyäməhkəməsinin̈qərarının̈dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etdi. Məhkəmə kollegiyasının iclasında (onlayn formada) iştirak etmiş üçüncü şəxslərin nümayəndəsi X1 izahat verərək, izahatında apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını̈bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin̈iştirakı̈olmadan̈baxılmasını̈mümkün̈hesab̈etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə̈və̈qanunvericilikdə̈nəzərdə̈tutulan̈hallardäqeydə̈alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövləẗreyestrində̈həyatäkeçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə,̈istifadəsinə,̈ipotekäqoyulmasınädair̈qəbul̈olunmuş̈aktlar; .... 139-1.1.5.̈2006-cı il ####un #-dək̈müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində̈hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5.̈2006-cı il ####un #-dək̈ HYPERLINK "https://e-qanun.az/framework/23986" \t "_blank" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanları̈tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində̈hüquqları təsdiq edən̈aktlar,̈şəhadətnamələr̈və̈qeydiyyaẗvəsiqələri;...̈ Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş̈qeydiyyatın̈dayandırılmasınäsəbəb̈olan̈hallar̈aradan̈qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsinïtələb̈edə̈bilər.̈ Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yenïtəqdim̈olunmuş̈sübutları̈(sübutetmə̈vasitələrini)̈və̈faktları̈(faktikïhalları)̈dänəzərə̈alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul̈edə̈bilər.̈Birincïinstansiyäməhkəməsinin̈qərarı̈apellyasiyätələbïhəddində̈dəyişdirilə̈bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və̈əsaslılığı̈tam̈olaraq̈yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birincïinstansiyäməhkəməsinin̈qərarı̈dəyişdirilmədən̈saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyəẗhüquqlarının̈dövləẗqeydiyyatınäalınmasınänail̈olmağäyönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun olmamasına, torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində azalaraq 1.14 ha ölçüdə öz əksini tapması, mülkiyyətdə olan torpaq sahəsinin yerləşdiyi massivdə ölçü işlərinin aparılmasına qonşu torpaq mülkiyyətçilərinin etirazı olduğundan müvafiq sistemdə düzəlişin̈aparılmasının̈mümkün̈olmaması̈halınäistinad̈edərək,̈müraciətdən̈imtinäetmişdir. Birincïinstansiyäməhkəməsïtərəfindən̈iddiätələbïtəmin̈edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq,̈aşağıdakıları̈qeyd̈etməyïzərurïhesab̈edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması̈üçün̈qanunlämüəyyən̈edilmiş̈əsaslar̈aşkar̈edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq AIK-nin ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıların adına ayrılmış və onun əsasında müvafiq JN-*** nömrəli Dövlət Aktı tərtib edilmiş, Akt bir planşet olmaqla, onun məzmununda torpaq sahəsinin koordinatları, yerləşmə mövqeyi, habelə qonşu torpaq sahələri haqqındäməlumaẗöz̈əksinïtapmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, arxiv sənədlərində müvafiq qərar və ona aid pay torpaq sahəsi almaq hüququ olan subyektlərin adlı siyahısı mövcud olmuş, həmin siyahının məzmununda (30-cu sətirdə) iddiaçıların adları (5 nəfər), adambaşına düşən torpaq sahəsi kimi 0,27 ha qeyd edilmiş, habelə həmin sənədlər və məlumatlar elektron kadastr uçot məlumatında da mövcud olmuşdur. Kollegiya sözügedən torpaq sahəsi üzərində iddiaçıların birgə mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıların adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər onların həmin əmlak üzərində birgə mülkiyyət hüququnun yaranması üçün əsas hesab edildiyindən, habelə torpaq sahəsi naturada mövcud olduğundan,̈iddiaçıların̈həmin̈əmlak̈üzərində̈mülkiyyəẗhüquqüyaranmışdır. Kollegiya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsası ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçılar münasibətdə imtina və şikyətin dəlili kimi sözügedən torpaq sahəsinin ölçüsünü azalması, faktiki istifadə vəziyyəti ilə sənəd üzrə uyğunsuzluğun olması, qonşuların TEKUIS-də düzəliş aparılmasına etiraz edilməsi, başqa şəxslər tərəfindən istifadə olunması, bir hissəsinin başqa şəxsin mülkiyyətində olması, bir hissəsinin yol və dövlət meşə fonduna aid torpaqlar olması halına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş mütəxəssis rəyinin məzmununda sözügedən torpaq sahəsinin sənəd üzrə 1,38 ha, faktiki naturada 1,198 ha olduğu,TEKUIS-də 1,24 ha olduğu, faktiki istifadəsində olan torpaq sahəsi dövlət aktında olan torpaq sahəsinin koordinatlarına uyun olmaması, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üs-üstə düşməməsi, dövlət aktında olan torpaq sahəsinin 0,46 ha hissəsinin qonşütərəfindən̈istifadə̈olunması̈qeyd̈edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür̈ki,̈torpaq̈sahəsinin̈naturadäölçüsü̈1,18234̈hätəşkil̈edir. Məhkəmə araşdırması zamanı ziddiyyətli hallara aydınlıq gətirilməsi məqsədilə mütəxəssis rəyinin tərtib edilməsidə iştirak etmiş və torpaq sahəsinin müayinəsini həyata keçirən mütəxəssis dinlənilmiş, o, izahatında bildirmişdir ki, “Ümumi torpaq sahəsi naturada 1,38 hektar həcmində mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsi başqa şəxsin çıxarışı ilə üst-üstə düşmür. Bununla belə, həmin sahənin bir hissəsindən digər şəxs, yəni qonşu istifadə edir. Ərazi üzrə dürüstləşdirmə işləri aparılmış və başa çatdırılmışdır. Lakin buna baxmayaraq, dürüstləşdirmə nəticələri ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar qalmaqdadır. Hazırkı vəziyyətdə təxminən 1,24 hektar sahə istifadə olunur. Hesab edirəm ki, bu uyğunsuzluğun səbəbi xəritə materiallarının düzgün tərtib edilməməsidir. Digər şəxsin torpaq sahəsinə dair *** nömrəli dövlət aktı mövcuddur və həmin şəxs həmin sənədə əsasən istifadə həyata keçirmir, başqasının sahəsindən istifadə edir. üçüncü şəxs1 və digər qonşuların torpaq sahələri ilə torpaq sahəsi arasında üst-üstə düşmə halı yoxdur. Həm texniki sənədlər üzrə, həm də naturada qonşularla sərhəd mübahisəsi mövcud deyildir. Mübahisə yalnız ondan ibarətdir ki, vətəndaşlardan biri faktiki olaraq başqa yerdən istifadə edir. Həmin şəxs istifadə etdiyi torpaq sahəsinə dair *** nömrəli dövlət aktının sahibidir. Ümumilikdə torpaq sahələri arasında üst-üstə düşmə halı mövcud deyildir. Hər bir şəxsin torpaq sahəsi naturada mövcuddur. Problem ondan ibarətdir ki, torpaq sahələrindən istifadə faktiki sənədlərdə göstərilən yerlərə uyğun aparılmır və şəxslər torpaq sahələrindən fərqli yerləşmələr üzrə istifadə edirlər. Ümumilikdə 1,38 hektar torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi üzrə beş nəfərin hər birinin təxminən 27 sot torpaq sahəsinə hüququ vardır. Hazırda mən yalnız öz adımdan çıxış etmirəm. Torpaq sahəsi ilə bağlı şəxslər arasında əlavə torpaq əldə etmək və ya başqasının torpaq sahəsinə iddia etmək məqsədi yoxdur. Heç kəs bir və ya iki sot belə artıq torpaq əldə etmək niyyətində deyil. Məqsədimiz yalnız hər bir şəxsin qanuni hüququna uyğun olaraq ona məxsus torpaq sahəsinin düzgün müəyyənləşdirilməsi və həmin torpaq̈sahəsindən̈istifadəsinin̈təmin̈edilməsidir.” Göründüyü kimi indiki halda iddiaçıların adına ayrılmış 1,38 ha torpaq sahəsi sənəd üzrə koordinatlarda naturada mövcuddur, faktiki istifadəsində torpaq sahəsinin ölçüsünün azalmasının və sənəd ilə faktiki istifadə vəziyyəti arasında uyğunzusluqların yaranmasının səbəbi qonşu (iş üzrə üçüncü şəxslər) tərəfindən həmin torpaq sahəsini qanuni əsas olmadan istifadə etmələri ilə bağlı olmuşdur. Başqa sözlə desək, üçüncü şəxslərin adlarına ayrılmış *** nömrəli Dövlət Aktında olan koordinatlar üzrə 0,35 ha torpaq sahəsi naturada mövcud olsa da, onlar həmin koordinatlar üzrə torpaq sahəsindən deyil, iddiaçıların adına yarılmış torpaq sahəsindən faktiki istifadə edirlər. Nəticə etibarilə iddiaçıların adına ayrılmış və qanuni əsasla onlara məxsus olan torpaq sahəsindən üçüncü şəxslər qanuni əsas olmadan istifadə edirlər ki, bu hal özülüyündə iddiaçıların mövcud̈olan̈mülkiyyəẗhüququndan̈məhrum̈edilməsinə̈səbəb̈olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (iddiaçıların adına ayrılmış torpaq sahəsinin naturada 1,38 ha mövcud olması, başqa şəxsin qanuni əsas olmadan istifadə etməsi, ölçünün azalması, faktiki istifadə ilə sənəd üzrə uyğunsuzluğun bu səbəbdən yaranması) əsasında cavabdehin torpaq sahəsinin ölçüsünün azalması, uyğunsuzluğun yaranması, başqa şəxs tərəfindən istifadə edilməsi kimi istinad etdiyi hallar təkzib olunduğundan, həmin dəlillər əsassız̈olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumentləri ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsïvə̈yäqüvvədən̈düşməsïhalı̈müəyyən̈edilməmişdir.̈ Həmçinin, torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərin, onun yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü və qonşu torpaq sahələrinə dair sənədlərin müqayisəli təhlilindən görünür ki, həmin ərazi məhz müvafiq aqrar islahatı zamanı vətəndaşların qanuni istifadəsinə verilmiş pay torpaq sahələri olmuş, qonşu torpaq sahləri də məhz müvafiq aqrar islahat komissiyasının qərarı ilə ayrılmışdır.̈ Indiki halda cavabdeh həmin torpaq sahəsinin dövlət meşə fonduna aid oluğunu bildirsə də, həmin hala dair heç bir sübut təqdim etməmiş, habelə işin müəyyən edilmiş hallarını (torpaq sahəsi aqrar islahat zamanı ayrılmış pay torpaq sahələrinin yerləşdiyi ərazi olması, həmin sənədlərin hazırda qüvvədə̈olması̈və̈s.)̈təkzib̈edən̈heç̈bir̈dəlilə̈istinad̈etməmişdir.̈ Bundan əlavə, kollegiya qeyd edir ki, müqayisəli təhlili aparılmış həmin sənədlərin məzmununda torpaq sahəsinin yol ilə üst-üstə düşməsi halı da müəyyən edilməmiş, habelə cavabdeh inzibati orqan tərəfindən də həmin hala dair heç bir sübut təqdim edilməmiş, əksinə mütəxəssis tərəfindən verilmiş rəy,̈ortofotögörüntüsü,̈mütəxəssisin̈verdiyïizahatı̈əsasındähəmin̈hal̈dätəkzib̈edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də (yol ilə üst-üstə düşməsi, müşə̈fondunäaid̈olması̈ilə̈bağlı)̈istinäetdiyïarqumentlərïəsassız̈olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyi, mütəxəssisin izahatı, ortofoto görüntüsü əsasında sözügedən torpaq sahəsinin başqa şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan hər hansı torpaq sahələri ilə üst-üstə düşmədiyi, naturada hər bir torpaq sahəsinin sənəd üzrə öz koordinatlarında yerlşməklə, yerində mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh tərəf isə torpaq sahəsinin başqa mülkiyyətçilərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etsə də, həmin hala dair heç bir sübut (ortofoto görüntüsü, hansı çıxarış məlumatları ilə üst-üstə düşməsi və s.) məhkəməyə təqdim etməmiş, habelə özünün təqdim etdiyi məlumatlar da (ortofoto görüntüsü, mütəxəssis rəyi və s.) həmin halı təkzib etmişdir. Bu baxımından kollegiya hesab edir̈ki,̈cavabdehin̈həmin̈hissədə̈də̈̈istinäetdiyïarqumentïəsassız̈olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yeri (koordinatları) müəyyən olduğundan, TEKUIS-ə əsasən torpaq sahəsinin yerinin dəyişdirilməsi və ya konfiqurasiya fərqinin olması, habelə üst-üstə düşmə halının mövcudluğu müəyyən edilmədiyindən, habelə TEKUIS məlumatlarının tamlığı və düzgünlüyünün təmin edilməsi cavabdehin vəzifəsi olduğundan, cavabdehin düzəlişlə bağlı etirazların olması halına istinad etməkdə haqlı̈olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, habelə birgə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin imtina və şikayətinin dəliləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarınädüzgün̈hüquqïqiyməẗverilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birincïinstansiyäməhkəməsinin̈qərarı̈dəyişdirilmədən̈saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası QƏRARA ALDI: ̈ Cavabdeḧtərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı dəyişdirilmədən̈saxlanılsın.̈ Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.̈̈

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar