Məhkəmə qərarları › İş №2-1(3-8)-783/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-783/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-783/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X2rşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokolqərarından görünür ki, İddiaçı Corat qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 1200 kv m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər Corat bələdiyyəsinin nümayəndəsi və İddiaçı iştirakları ilə bələdiyyənin ## ###### 2007-ci il tarixli, **/* nömrəli qərarı ilə ayrılmış 1200 kv m torpaq sahəsinə dair tərtib edilmiş “Torpaqların alqı-satqısına dair akt”, Corat bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin eskiz planı tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin # ######## 2025-ci il tarixli, *-**-DA**F/*-***- **** nömrəli arxiv çıxarışı ilə göndərilmiş Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli iclas protokolundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Idarəsinin rəyləri nəzərə alınaraq, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı protokoluna əsaslanaraq İddiaçı 1200 kv m torpaq sahəsinin fərdi ev tikmək üçün ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ######## 2025-ci il tarixli, ** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolu qüvvədədir və torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılması barədə qərarın müvafiq bəndlərində göstərilən digər sənədlər əlavə olunmadığından, yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydiyyatdan keçib-keçməməsi, qeydiyyatdan keçdiyi halda qərarın və qərara əlavə olunmuş digər hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin idarəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinə ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli sorğu ünvanlanmışdır. Sözügedən sorğu # ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla cavablandırılmış və Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə Iş Baş Idarəsində qeydiyyata alınmadığı bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədi əlavə edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədi əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar Azərbaycan Respublikası Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli, *-**-DA**F/*-**/*- **** nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli iclas protokol qərarına əsasən İddiaçı Dadş oğluna 0.12 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ###### 2026-cı il tarixli, ** nömrəli məktubundan görünür ki, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolunun qərarı qüvvədədir, ləğv edilməmiş, digər şəxslər tərəfindən mübahisələndirilməmiş və protokolu Sumqayıt şəhər Dövlət Arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*-**/*- ***/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması mümkün olmamışdır. Torpaq sahəsinin kateqoriyası, yararlılıq dərəcəsi və mülkiyyət növü barədə məlumatların əldə edilməsi üçün “xxxx” MMC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. DWJ və DBF baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Texniki baxış zamanı naturada göstərilən faktiki koordinatlar daxilində yerləşən daşınmaz əmlak hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakla üstüstə düşmür və yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013038347, 309013016269, ************ reyestr nömrəli daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlərin surəti qoşma şəklində təqdim olunmuşdur: - ## ######## 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla, ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha təşkil edir, yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarı inzibati nəzarət icraatı qaydasında təqdim edilmədiyindən Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Qanunvericilikdə bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməməsinə görə etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Corat bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 1.200 kvm olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququn təsdiq edən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində və sahibliyindədir, tərəfindən daş hasara alınaraq giriş darvazası quraşdırılmışdır. ## ####### 2025-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, bələdiyyə qərarının Ədliyyə Nazirliyinə və ya digər bir quruma və yaxud arxivə göndərilməsi iddiaçının səlahiyyətlərinə aid deyil, qanunla belə bir öhdəliyi və cavabdehliyi olmadığından bu məsələ ilə bağlı iddiaçı məsuliyyət daşımır və bu səbədən iddiaçının torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmaması qanunsuzdur və əsassızdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən və hüquq müəyyənedici sənədləri tərəfindən təqdim olunan sənədlərlə tam eynilik təşkil edən (Corat bələdiyyəsinin eyni saylı və eyni tarixli qərarı) sənədlər əsasında vətəndaşlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqları inzibati orqan (məhkəmədən kənar qaydada) tərəfindən dövlət qeydiyyatına alınaraq çıxarışlar təqdim edilmişdir. Bu baxımdan hesab edilir ki, inzibati orqan tərəfindən eyni hüquq müəyyənedici sənədlər əsasında fərqli qərarların qəbul edilməsi qanunsuz və yolverilməzdir. Bu hal inzibati orqan tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı bərabərlik prinsipinə ziddir. Bu baxımdan bir daha qeyd edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Iddia tələbinin maddi hüquqi əsası Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, prosessual hüquqi əsası kimi IPM-in 2.2.2, 33.1, 33.2, 73.1, 73.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında imtina məktubunda göstərilmiş hallara istinad etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 11.1-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokolqərarı əsasında ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh orqanın etiraz dəlilinin imtina üçün əsas olub-olmamasının araşdırması məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinə müvafiq sorğu göndərmiş, nəticədə müəyyən etmişdir ki, bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməməsinə görə etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı qanunvericiliklə hər hansı müddəa nəzərdə tutulmamışdır. Göründüyü kimi, istinad edilən qanunun müddəasına əsasən torpaq sahəsinin vətəndaşlara ayrılması barədə bələdiyyə qərarların Bələdiyyələrlə Iş Baş Idarəsinə təqdim edilməsi mütləq deyil və qərarın təqdim edilməməsi halı torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas hesab oluna bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etiraz ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Corat bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 1200 kv m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququn təsdiq edən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli **/* nömrəli qərarı ilə Corat qəsəbəsi ərazisində iddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, həmin qərarın icrası ilə əlaqədar bələdiyyə nümayəndəsinin və iddiaçının iştirakı ilə alqı-satqı aktı tərtib edilmiş, həmçinin torpaq sahəsinin planı hazırlanmışdır. Həmin qərarın mövcudluğu və həqiqiliyi Dövlət Arxivinin, Corat bələdiyyəsinin məhkəmə sorğularına təqdim etdiyi sənədlərlə təsdiq edilmiş, bələdiyyə tərəfindən qərarın qüvvədə olduğu bildirilmiş və iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir, digər fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlaklarla üst-üstə düşmür, kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir və faktiki ölçüsü 0,12 ha təşkil edir. Kollegiya cavabdeh orqanın mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarında olan qonşu torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, X3 xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsi üçün əsas da məhz Sumqayıt şəhəri Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli **/* nömrəli qərarı olmuşdur. Belə olan halda, eyni hüquqi əsasdan irəli gələn hallarda bir şəxsə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün hesab edildiyi halda, digər şəxsə münasibətdə əks qərarın qəbul edilməsi hüquqi müəyyənlik və bərabərlik prinsipləri ilə uzlaşmır. Bu baxımdan, “Inzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın eyni mühüm faktiki hallara malik işlər üzrə fərqli qərarlar qəbul etməsi yolverilməzdir. Cavabdeh orqanın digər şəxsə münasibətdə həmin bələdiyyə qərarını hüquqi əsas kimi qəbul etməsinə baxmayaraq, iddiaçıya münasibətdə eyni sənədə istinad edilməklə dövlət qeydiyyatından imtina etməsi obyektiv və hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Kollegiya həmçinin cavabdehin bələdiyyə qərarının inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməməsi ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsi tərəfindən bildirilmişdir ki, bələdiyyə aktının inzibati nəzarət orqanına təqdim edilməməsi onun etibarsızlığına səbəb olmur və qanunvericilikdə belə nəticə nəzərdə tutulmamışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.1-ci maddəsində inzibati nəzarəti həyata keçirən orqana təqdim olunması məcburi olan aktların dairəsi müəyyən edilmişdir. Həmin normanın məzmunundan göründüyü kimi, vətəndaşlara torpaq sahələrinin ayrılması barədə bələdiyyə qərarları təqdim edilməsi məcburi olan aktlar sırasına aid edilməmişdir. Buna görə də belə qərarın inzibati nəzarət orqanına təqdim olunmaması onun hüquqi qüvvəsinə təsir göstərmir və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar