Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-787/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, * saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş ##.##.2021-ci il tarixli müracətinizə əsasən verilir ondan ötəri ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət.Bəylərova (Qəribova) Məzəxanım Şahqubad qızının ##.##.1984- cü il tarixli, ** saylı əmrlə ##.##.1984-cü il tarixdən * saylı sexə 4-cü dərəcəli toxucu vəzifəsinə işə qəbul olunması, ##.##.2003-cü il tarixli, ** saylı əmrlə ##.##.2003-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1992,1993,1994,1995, 1996,1997-ci illər və 2003-cü ilin may ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək təhsil aldığı dövr və ##.##.1984-cü il tarixindən ##.##.2003cü il tarixinədək "Trikotaj" ATSC-də işlədiyi müddətdə əməkhaqqı hesablanmış aylar da nəzərə alınmaqla onun ümumi sığorta stajı 19 il 3 ay 16 gün təşkil edir. ##.##.2006-cı il tarixindən ##.##.2018ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta«stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə ##.##.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi, Əmək Pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 mart1959-cu il tarixində Xaçmaz rayonunda anadan olmuşdur. ##.##.1977-ci il tarixindən əmək fəaliyyətinə başlamış və ##.##.2003-cü il tarixinədək müxtəlif yerlərdə çalışmışdır. Əmək kitabçasına əsasən ümumi sığorta stajı 25 il 10 ay 17 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququmun yarandığı ##.##.2021-ci il tarixindən (62 yaşdan) yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli *-**-*/*-B-*****/**** nömrəli məktubla əmək pensiyası təyinatından imtina edilmişdir (cavabdehin imtinaedici aktının surəti əlavə edilir). Cavabdehin imtina məktubunun məzmunu aşağıdakı kimidir: ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək təhsil aldığınız illər və ##.##.1984-cü il tarixindən ##.##.2003cü il tarixinədək “Trikotaj” ATSC-də adınıza əmək haqqı hesablanmış aylar da nəzərə alınmaqla cəmi sığorta stajınız 19 il 3 ay 16 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.## 2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə mənim hüquqlarımı pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin ona ünvanlanmış cavablarından görünür ki, onun sığorta stajımı 19 il 3 ay 16 gün gün hesablayıblar. Lakin bu ərizədə təqdim etdiyim sənədlərdən görünür ki, mən iş stajım 25 il 10 ay 17 gündür. Lakin bu müddət nəzərə alınmadan cavabdeh tərəfindən mənə yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. Hesab edirəm ki, bu qanunsuzdur və cavabdehin üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh mənim qanuni tələbimi icra etməkdən imtina edib və mənim mənafeyimə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina edib. Bununla da cavabdeh mənim sosial təminat və mülkiyyət hüququmu pozub. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək təhsil aldığı dövr və ##.##.1984-cü il tarixindən ##.##.2003- cü il tarixinədək "Trikotaj" ATSC-də işlədiyi müddətdə əməkhaqqı hesablanmış aylar da nəzərə alınmaqla onun ümumi sığorta stajı 19 il 3 ay 16 gün təşkil edir. Nəticədə iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı İddiaçı qanunla tələb edilən 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabdeh yazılı etiraza dair əlavəsində qeyd etmişdir ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. X2 baxılaraq yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçının ##.##.1977-ci il tarixindən ##.##.1983-cü il tarixinədək, ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1984-cü il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövrlər, həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21,08.2024-cü il tarixli arxiv arayışına əsasən 1994-2003cü illər üzrə 2 iI 11 ay əmək haqqı hesablanan dövr nəzərə alınmaqla ümumilikdə onun 19 il 3 ay 16 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Nəticədə iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı İddiaçı qanunla tələb edilən 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi müddətlərdə əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla 19 il 3 ay 16 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin dövrlərin nəzərə alınmaması ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxsin ##.##.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. İddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin qeyd edilməlidir ki, Dövlət Arxivinin Bakı Filialının ##.##.2021-ci il tarixli arxiv arayışında dövlət arxivində Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin saxlanıldığı, əmr kitablarının isə ümumiyyətlə təhvil verilmədiyi göstərilmişdir. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, № 2-1(102)- ***/**** saylı qərarı) Beləliklə, Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin saxlanıldığı dövlət arxivində müəyyən dövrlərdə iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatların olmaması onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İddiaçının ödənişsiz məzuniyyətinə göndərilməsi barədə mötəbər sübutları məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. Beləliklə iddiaçının 62 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etiraz və ona əlavənin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ...... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ..... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması (19 il 3 ay 16 gün iş stajına malik olduğunu qəbul edir) və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halına istinad edərək, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 62 yaş həddinə çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla, onun pensiya yaş həddinə çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi və əmək kitabçasında əks olunmuş qeydlər üzrə ##.##.1977-##.##.1983-cü ilədək, ##.##.1983-##.##.1984-cü ilədək, ##.##.1984-cü ildən ##.##.1993-cü ilədək, 1994-2003-cü il üzrə 2 il 11 ay əmək haqqı hesablanan dövrləri nəzərə almaqla, ümumilikdə 19 il 3 ay 16 gün ümumi iş stajına malik olduğunu qəbul edir. Cavabdeh iddiaçının işlədiyi dövrlərdən əmək kitabçasında əks olunmuş ##.##.1984-cü ildən ##.##.2003-cü il tarixədək işlədiyi dövrlər üzrə 1994-2003-cü illərə aid əmək haqqı cədvəllərinin arxiv əsasları aşkar edilmədiyi müvafiq illəri iş stajı kimi nəzərə almamışdır (həmin il üzrə cəmi 2 il 11 ay iş stajı kimi nəzərə alınmışdır), həmin dövrü mübahisələndirmişdir. Kollegiya cavabdehin mübahisələndirdiyi dövrərlə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun ##.##.1984-cü ildən ##.##.2003-cü ilədək “Trikotaj” ATSC-də işləməsinə dair qeydlər (işə daxilolma əmri, işdən azad olma barədə əmrlərə aid qeydlər) aparılmışdır. İndiki halda cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndiriməmiş, buna dair hər hansı hala istinad edilməmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı əmək kitabçasında aparılmış qeydlər əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Hansı ki, həmin dövrün qanunvericiliyinin tələbinə əsasən əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd qismində çıxış etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin müvafiq arxiv idarəsinə təhvil verilmədiyi müəyyən edilmiş, habelə hesabat sənədləri tam mövcud olmamış, mövcud olan arxiv sənədləri isə tam olmamışdır. Belə olan halda, kollegiya qeyd edir ki, işçinin işə qəbulu, əmək haqqı alması və s. bağlı sənədləri arxivləşdirmək işəgötürən müəssisənin səlahiyyətinə aid olmaqla, onun məsuliyyə daşıdığı vəzifə kimi çıxış edir. İndiki halda əmək haqqı cədvəllərinin arxiv sənədlərinin mövcud olmaması və ya tam şəkildə mövcud olmaması iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət sferasına aid deyil, habelə işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsində ortaya çıxmışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdehin həmin hala istinad etməklə iddiaçının işlədiyi dövrləri mübahisələndirməsi ilə bağlı hərəkətləri ilk növbədə mütənasiblik prinspinin tələblərinə zidd olmaqla, iddiaçının hüququnun əsassız olaraq məhdudlaşıdırılmasına səbəb olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi mübahisələndiirlən dövrlərə aid qeydlər əmək kitabçasında mövcud olduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyi halda, yalnız arxiv sənədlərinin tam olmaması əsası ilə həmin dövrləri iş stajı kimi nəzərə almamaqda haqlı olmamış, həmin dövrlər iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin dövrlər iş stajı kimi nəzərə alındıqda (1994-2003cü illər üzrə əmək haqqı cədvəllərinin aşkar edilmədiyi 6 il 6 ay +19 il 3 ay 16 gün=25 il 10 ay 5 gün) iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il iş stajına aid şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.