Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-791/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları JN-0325 KOD 30115028 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar rayonu X2 ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən, 2,61 ha torpaq sahəsi Şirinov Mehman Ismayıl oğluna ayrılmışdır. Qusar rayonu X2 ##.##.2005-ci il tarixli, ** saylı qərarından görünür ki, bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan şərti yararsız torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 2,61 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Iyun 2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Qusar rayonu, Yeni Həyat bələdiyyəsinin hesabına 1142670 manat torpağın dəyəri ödənilmişdir. ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qusar rayonu, X2si ərazisindən 2,61 ha torpaq sahəsi İddiaçı satılmışdır. Qusar rayonu Qalacıq bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, Qusar rayonu Qalacıq bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı ## #### 2005-ci il tarixli, ** saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 2,61 ha torpaq sahəsi satılmışdır. Həmin qərar qüvvədədir, çıxarışın və texniki pasportun alınmasına etiraz etmir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmiş, JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2,61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21- *-**/*- ****/**** nömrəli məktubdan görünür ki, İddiaçı adına verilmiş JN-*** saylı,Kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərazi Idarəsində arxiv nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı İddiaçı adına verilmiş JN-0325 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, JN-0325, kod ******** saylı dövlət aktına əsasən İddiaçı iddia etdiyi 2,61 hektar torpaq sahəsindən naturada 0.87 hektar hissəsi əkin, 1.06 hektar hissəsi isə meyvə bağı kimi istifadə olunmaqla, ümumilikdə 1.93 hektar sahə faktiki istifadə olunur. Torpaq sahəsinin faktiki konfiqurasiyası ilə sənəd üzrə konfiqurasiyası arasında tam fərq mövcuddur. Torpaq sahəsinin koordinatları faktiki ölçmələr əsasında işlənmişdir. Faktiki koordinatlar TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə, həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı torpaqlar”a aid, mülkiyyət formasının “bələdiyyə”, uqodiyasının “əkin” olduğu və istifadəçi kimi “İddiaçı”nun qeyd edildiyi müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinə verilmiş JN-0325 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” “islahat-kompleks yergurulusu layihəsində” (DWG faylında) öz əksini tapmamışdır. Həmin torpaq sahəsinin faktiki koordinatları “islahat-kompleks yergurulusu layihəsi” (DWG) üzrə dəqiqləşdirildikdə, sahənin “kənd təsərrüfatı təyinatlı torpaqlar”a aid, mülkiyyət formasının “bələdiyyə”, uqodiyasının isə “kollu örüş” kimi qeyd olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” həmçinin “DBF siyahılarında” da öz əksini tapmamışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Torpaq sahəsi ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə sərhəd mübahisəsi mövcud deyildir. Torpaq sahəsinin qonşuluğunda yerləşən 301013139626, 301013042532, 301013111076 və ************ reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqlar dövlət qeydiyyatına alınmış, onların planölçü sənədləri işlənib verilmişdir. Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubundan görünür ki, rayonun X2 sənədlərində İddiaçı adına Torpağa mülkiyyət hüququnun verilməsinə dair dövlət aktının olması aşkar edilmədi. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu X2 ## #### 2005-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış, üzərində mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və X8 rayon şöbəsinin verdiyi KOD 30115028 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 2,61 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehib üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Qusar rayonu X2 ## #### 2005-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış, üzərində mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin verdiyi KOD 30115028 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu X2 ## #### 2005-ci il tarixli * saylı qərarı ilə Qusar rayonu Yeni Həyat kəndi ərazisindən 2.61 ha torpaq sahəsi ona satılmışdır. Torpaq sahəsinin dəyəri onun tərəfindən bələdiyyənin hesabına ödənilmiş, bu barədə ## #### 2005-ci il tarixli * nömrəli qəbz verilmişdir. Həmçinin, bələdiyyənin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin tərəfindən torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Qusar rayonu X2 həmin qərarı qüvvədədir, ləğv olunmamışdır. Həmçinin, həmin qərar üzrə bütün sənədlər Qusar rayon Dövlət Arxivində saxlanılır. Bundan başqa, torpaq sahəsi həmin vaxt hüquqların dövlət qeydiyyatını aparan orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən qeydiyyata alınmaqla KOD 30115028 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Iddiaçı həmin torpaq sahəsinə dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, lakin, həmin idarə tərəfindən müraciətinin icrasından imtina olunaraq ##.##.2025-ci il tarixli, 3-21-3-34/2- ****/**** saylı məktub verilmişdir. Həmin məktubda imtina səbəbi kimi qeyd olunmuşdur ki, təqdim edilmiş JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydi Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, bildirilmişdir ki, JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2,61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, imtina məktubunda qeyd olunmuşdur ki, 2,61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinin bu barədə mövqeyini qanunsuz və əsassız hesab edir. Belə ki, yuxanda qeyd etdiyi torpaq sahəsi iddiaçıya satılarkən Qusar rayonu X2si tərəfindən, o cümlədən həmin vaxt torpaqların alqı-satqısına nəzarəti həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla alqı-satqının predmeti olduğu müəyyən edilmiş və bundan sonra torpaq sahəsi ona satılmışdır. Başqa sözlə, torpaq sahəsi həmin vaxt mövcud olmuş torpaqların alqı-satqı qaydalarına tam əməl olunmaqla iddiaçıya satılmışdır. Artıq 20 ilə yaxındır ki, torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Bundan başqa, torpaq sahəsinə dair onun adına verilmiş Dövlət Aktı həmin vaxt hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verilmişdir. Dövlət aktının bir orqan tərəfindən digər orqana təhvil verilməməsi və elektron bazada əks etdirilməməsi hüquq sahibi olaraq iddiaçının təqsiri deyil. Həmçinin, həmin hərəkətlərin həyata keçirilməsi onun deyil, müvafiq dövlət orqanının vəzifəsi olmuşdur. Bundan başqa, Dövlət Aktında həmin sənədin verilməsinə əsas olmuş bələdiyyənin qərarı, qərar üzrə digər sənədlər Qusar rayon Dövlət Arxivində mövcuddur, Dövlət Aktı olmasa belə, həmin sənədlər iddiaçının torpaq sahəsini satın aldığını təsdiq edir və həmin ilkin sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə olan halda, həmin torpaq sahəsinə dair adına çıxarışın verilməsi üçün heç bir hüquqi maneə yoxdur. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, Qusar rayonu X2 qərarı hazırda qüvvədədir, ləğv edilməmişdir. Ona görə də, həmin qərarın qanuniliyi hər hansı şəkildə şübhə doğurmamalıdır, bunun üçün hər hansı əsas yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı nümayəndəsi X1 rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 2,61 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 2,61 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydi Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2.61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, 2,61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd edildiyi kimi, JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bununla da torpaq sahələrinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Nəzərə çatdırılır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonu X2 ## #### 2005-ci il tarixli, ** saylı qərarına və JN-**** saylı, 30115028 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Qusar rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi nincavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətindən imtinasında və etirazda ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməməsi, JN-**** nömrəli (KOD 30115028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2,61 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması, torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması. Cavabdehin birinci və ikinci dəlilinə münasibətdə qeyd edilir ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamalıdır. Cavabdehin üçüncü dəlilinə münasibətdə qeyd edilir ki, hazırki mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, torpaq sahəsinin qonşuluğunda yerləşən 301013139626, 301013042532, 301013111076 və ************ reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqlar dövlət qeydiyyatına alınmış, onların planölçü sənədləri işlənib verilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, İddiaçı iddia etdiyi 2,61 hektar torpaq sahəsindən naturada 0,87 hektar hissəsi əkin, 1,06 hektar hissəsi isə meyvə bağı kimi istifadə olunmaqla, ümumilikdə 1,93 hektar sahə faktiki istifadə olunması dəlilinə münasibətdə qeyd edilir ki, iddiaçı tərəfindən həmin hissədə iddia tələbinin həcmi azaldılaraq, Qusar rayonu X2 ## #### 2025-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış, üzərində mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və X8 rayon şöbəsinin verdiyi KOD 30115028 JN:*** saylı Torpağamülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, “JN-0325, kod ******** saylı dövlət aktına əsasən İddiaçı iddia etdiyi 2,61 hektar torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar”a aid, mülkiyyət formasının “bələdiyyə”, uqodiyasının “əkin” olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (##.##.2007-ci il tarixə qədər olan redaksiya). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq Dövlət Aktının elektron kadastr uçotu informasiya sistemində və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması, torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və qeyri-kənd təsərrüfatı məqsədilə istifadə edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatına şərti yararsız 2,61 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya satılması qərar alınmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur. Həmin qərar əsasında iddaçının adına JN-**** nömrəli Dövlət Aktı tərtib edilmiş, torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatları aktda əks olunmuş, habelə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilməsi qeyd edilmişdir. Dövlət Aktının arxiv nüsxəsi mövud olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə sözügedən torpaq sahəsinin məhz kənd təsərrüfatı təyinatlı məhsullarının istehsalı məqsədilə satıldığını, qərarın qüvvədə olduğunu, mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasına etirazının olmadığını bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözgedən torpaq sahəsinin 0,87 ha hissəsi əkin, 1,06 ha hissəsi meyvə bağı olmaqla, ümumilikdə naturada 1,93 ha təşkil edir, sənəd üzrə konfiqurasiya ilə faktiki konfiqurasiya arasında fərq mövcud olmuş,TEKUIS-də torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyət növü bələdiyyə, uqodiyası əkin, istifadəçi adı kimi iddiaçının adı qeyd edilmiş, DVG məlumatında isə təyinatı kənd təsərrüaftı təyinatlı torpaqlar, mülkiyyət növü bələdiyyə, uqodiyası kollu örüş kimi qeyd edilmiş, DBF siyahısında iddiaçının adı mövcud olmamış, hər hansı mühafizə zolağı ilə üst-üstə düşmə mövcud olmamış, qonşu torpaq sahələri kimi ətrafında 4 torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Kollegiya sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən bələdiyyə tərəfindən yalnız kənd təsərrüfatına yararsız və ya az yararlı torpaq sahəsi fiziki və ya hüquqi şəxslərə satıla bilərdi. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddianın əsaslılığının müəyyən edilməsi üçün məhz bələdiyyə tərəfindən sözügedən torpaq sahəsini xüsusi mülkiyyətə vermək səlahiyyətinə malik olub-olmaması ilə bağlı halın aydınlaşdırılması zəruridir. Hansı ki, məhz bu halın müəyyən edilməsi iddiaçının adına olan hüquqimüəyyənedici sənədin mötəbərliyini müəyyən etməyə imkan verəcəkdir. Bununla bağlı kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən torpaq sahəsinin təyinatı həm DVG məlumatında, həm də hazırda mövcud olan TEKUIS məlumatında kənd təsərrüfatı təyinatlı əkin (kollu örüş) torpaq sahəsi kimi qeyd edilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, torpaq sahəsini ayıran qurum da həmin torpaq sahəsini məhz kənd təsərrüfatı məhsullarının isthesalı məqsədilə satdığını bildirmiş, iddiaçı özü də həmin torpaq sahəsini əkin və meyvə bağı kimi istifadə etdiyini, ətrafında olan qonşu torpaq sahələrinin də əkin sahələri olduğunu, bir qisminin pay torpaqları olduğunu, bir qisminin bələdiyyə tərəfindən ayrılmış sahə olduğunu bildirmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər və onların yerləşmə mövqeyinə dair müqayisəli ortofoto görüntüsü tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, həmin ərazi məhz aqrar islahat zamanı pay torpaqlararı kimi ayrılmış sahələr olmaqla, kənd təsərürafatı yararlı torpaq sahələri (əkin yerləri, meyvə bağları) olmuş və mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər məhz müvafiq aqrar islahat komissiyasının qərarları olmuşdur. Bu hal isə özlüyündə iddanın əsaslılığının bərabərlik prinsipinin tələbləri əsasında dəyərləndirilməsinə də imkan verməmişdir. Nəticə etibarilə kollegiya ortofoto görünütüsü, iddiaçının verdiyi izahat, TEKUIS və DVG məlumatlarını, ətrafda yerləşən qonşu torpaq sahələrinə dair məlumatları müqayisəli təhlil edərək, hesab edir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsi olmamış, əkin sahələr və meyvə bağları kimi istifadə edilir. Başqa sözlə desəkk, bu hallar özlüyündə həmin sahənin kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi olması halını təkzib edən dolayı sübutlar kimi çıxış etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Kollegiya qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi həm ayrıldığı vaxtda mövcud olan, həm də hazırda mövcud olan kadastr məlumatlarında kənd təsərrüfatı əkin sahələr kimi qeyd edilmiş, habelə həmin məlumatları təkzib edən heç bir hal müəyyən edilməmiş, əksinə işin yuxarıda müəyyən edilmiş halları əsasında kadastr məlumatlarının düzgünlüyü öz təsdiqini tapmışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi olduğundan, bələdiyyənin həmin torpaq sahəsini xüsusi mülkiyyətə vermək səlahiyyəti olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmiş inzibai akt etibarsız akt olmaqla, heç bir hüquqi nəticəyə səbəb olmadığından, həmin bələdiyyə qərarı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, işin yuxarıda müəyyən edilmiş halları əsasında müvafiq bələdiyyə qərarı və onun əsasında tərtib edilmiş Dövlət aktının mötəbərliyi müəyyən edilmədiyindən, həmin sənədlər əsasında iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin təyinatının DVG və TEKUIS məlumatlarda əkin olması, ortofoto görüntüsünün məzmununda da yerləşdiyi sahənin kənd təsərrüfatı təyinatlı yararlı sahə olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş həmin halları ilkin dəyərləndirmə mərhələsində iddianın əsaslılığını təkzib etdiyindən, cavabdehin istinad etdiyi digər dəlillər üzrə əlavə dəyərləndirmə aparmaqla, həmin hallara hüquqi qiymət verilməsi zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılsa da, işin hallarına bərabərlik prinsipinin tələbləri baxımından düzgün dəyərləndirmə aparılmadığından,iş üzrə gəldiyi nəticə düzgün olmamış, bu səbəbdən də cavabdehin şikayəti əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.