Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-795/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X9 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının vəkili Vəkil, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X1rşı mənzil üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları ## ##### 1974-cü il tarixli **/**** nömrəli orderə əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ** saylı evdə yerləşən ** saylı mənzil 4 nəfər ailə üzvləri ilə birlikdə X5 verilmişdir. * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, X7 və X1 nikah haqqında ##.##.1966-cı il tarixli ** nömrəli akt qeydi tərtib olunmuşdur. ##.##.2024-cü il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 ##.##.2014-cü il tarixdə vəfat etmişdir. ##.##.2021-ci il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışla müəyyən edilir ki, ##.##.2010-cu il təvəllüdlü X4, ##.##.1970-ci il təvəllüdlü inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, ##.##.2012- cü il təvəllüdlü X8, ##.##.2014-cü il təvəllüdlü X6, ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.1982-ci il təvəllüdlü inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı sözügedən mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxsləri razılq ərizələrinin və **/**** nömrəli orderdə 4-cü sırada qeyd olunan Elman Qarayev barədə hər hansı bir sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən sahəsi 3 otaqlı ** saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası X5 adına dövlət qeydiyyatına alınması və mənzil üzərində hüququn ona məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” X2nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “xxxx” X2nin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının X1 verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh “xxxx“ X2 ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 3 otaqlı ** saylı mənzil Sumqayıt şəhəri XDS IK-nin ##.##.1974-cü il tarixli ** saylı protokolu ilə iddiaçının atası X5 verilmişdir. Iddiaçının atası ##.##.2014-cü ildə vəfat etmişdir. Həmin mənzil iddiaçının atasından miras qalmışdır. Iddiaçı mirası faktiki qəbul etmiş, lakin qardaşı ilə münasibəti pis olduğundan məcbur qalıb mənzili tərk etmiş və yetkinlik yaşına çatmamış qızı ilə sığınacağa yerləşdirilmişdir. Iddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə mübahisəli mənzilin iddiaçının mərhum atasının adına dövlət qeydiyyatına alınması və mənzil üzərində hüququn iddiaçının atası X5 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi barədə müraciət etmişdir. Cavabdeh arayışın verilməsindən imtina etmişdir. Iddiaçı cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, cavabdehin bildirişdə imtinanın əsası kimi göstərdiyi səbəb- inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən sözügedən daşınmaz əmlaka texniki baxış keçirilən zaman mübahisəli halın olduğu müəyyən olunmuş və buna görə də yaşayış sahəsində texniki inventarlaşdırma işləri aparılmamışdır. Həmçinin mənzildə qeydiyyata olan 18 yaşı tamam olmuş şəxslərin razılıq ərizələrinin olmaması və Elman Qarayev barəsində sənədin ərizəyə əlavə olunmaması müəyyən olunmuşdur. Iddiaçı hesab edir ki, mütəxəssislərin mənzilə buraxılmaması və mənzildə yaşayanların sənədləri təqdim etməməsi onun günahı deyil. Mənzil standart tikilidir və onda heç bir dəyişiklik edilməmişdir və mənzilə texniki baxış keçirilməsinə zərurət yoxdur. Iddiaçı bildirir ki, dövlət tərəfindən təminat verilən vərəsəlik hüququ və mirasdan pay almaq hüququ vardır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə dair tərtib edilmiş müayinə aktı əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ##.#.2005-ci il tarixindn hazıradək və X3 ##.##.2003-cü il tarixdən hazıradək qeydiyyatdadırlar və həmin ünvana qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. X3, X5, X8 və X6 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlılardır. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, texniki inventarlaşdırma aparılması üçün İddiaçı ilə telefon əlaqəsi saxlanılmış və o bildirmişdir ki, evdə faktiki olaraq başqa adamlar yaşayır, mənzilə girmək olmur, içəri daxil olmağa qoymurlar. Bu səbəbdən işin icrası təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, № *-*(***)-****/**** nömrəli qərardadına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 hazırki iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə mənzili özəlləşdirmə barədə orderdə adı qeyd edilən şəxslərin razılıqları tələb olunur. Hazırki halda məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, sözügedən mənzilin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət edilən zaman orderdə adı qeyd edilən şəxslərin razılıq ərizələri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən **/**** nömrəli orderin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti də məhkəməyə təqdim edilməmişdir. Orderdə adı qeyd olunmuş və həmin mənzildə qeydiyyatda olan üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı iddia tələbinə etiraz etmiş və mənzilin orderinin əslinin qardaşı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və cavabdehin imtinası əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanılmışdır. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. Belə ki,məhkəmənin mövqeyinə görə 1. “mənzilin iddiaçının məhrum atasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət edilən zaman orderdə adı qeyd edilən şəxslərin razılıq ərizələri nə cavabdeh inzibati orqana ,nə də məhkəməyə təqdim edilməmişdir” Daha sonra qərarda qeyd edilir: 2. "Orderin əsli və ya notariat qaydada təsdiqlənmiş surəti də məhkəməyə təqdim edilməmişdir. Orderdə adı qeyd edilmiş və həmin mənzildə qeydiyyatda olan üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı iddia tələbinə etiraz etmiş və mənzilin orderinin əslinin qardaşı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 olduğunu bildirmişdir. Halbuki inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 orderin onun özündə olduğunu məhkəməyə bildirmişdir. 3.Verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqlan pozulmamış və cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə belə nəticəyə gələrkən nəzərə almamışdır ki, üçüncü şəxlərin mənzilin özəlləşdirilməsi üçün razılıq ərizələri olsaydı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 özündə saxladığı orderin əslini inzibati orqana təqdim etsəydi, onun məhkəməyə müraciət etməsinə lüzum qalmazdı. Nəticədə o, həm mənzildə yaşamaq hüququndan, vərəsəlik hüququndan, miras payından məhrum olunmuşdur. Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Təhdid edildiyindən,şiddətə məruz qaldığından mənzilə buraxılmadığından,mənzilində yaşaya bilməmiş, mənzilini tərk etməyə məcbur olmuşdur.Yaşamağa başqa yeri yoxdur.3-cü şəxslər razılıq ərizələri vermədiyindən, mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməməsi ilə mənzili dövlət qeydiyyatına aldıra bilmir və miras payını ala bilmir. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mənzilin orderinin onda olması kimi ifadəsinə və mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün inzibati orqana verilməsi üçün müracət etmək istəmədiklərinə dair məhkəməyə verdiyi ifadəsinə baxmayaraq məhkəmə iddianı təmin etməmişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mənzilin orderinin onda olması, mənzilin ailənin kiçik oğluna qalmalı olduğu üçün mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün inzibati orqana verilməsi üçün müracət etmək istəmədiklərinə dair məhkəməyə verdiyi ifadəsinə baxmayaraq məhkəmə iddianı təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 apellyasiya şikayətinə qaşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi" \t "_blank" Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi ünvan 1 ünvanında yerləşən sahəsi 3 otaqlı ** saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası X5 adına dövlət qeydiyyatına alınması və mənzil üzərində hüququn ona məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ** saylı evdə yerləşən ** saylı mənzil 1974-cü ildə verilmiş **/**** nömrəli order əsasında X5 və onun ailə üzvlərinə verilmişdir. Mənzil dövlət fonduna aid olmaqla onun tərəfindən özəlləşdirilməmişdir. Iddiaçı orderdə göstərilən ailə üzvlərinin siyahısına daxil deyildir və faktiki olaraq sözügedən mənzildə yaşamır. Hazırda mənzildə faktiki olaraq icarədarın oğlu inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ailəsi yaşayır. X5 ## ##### 2014-cü il tarixdə vəfat etmişdir. Iddiaçı vərəsə qismində həmin mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müraciətə order üzrə mənzil hüququ olan və yetkinlik yaşına çatmış şəxslərin razılıq ərizələri, habelə orderdə adı göstərilmiş şəxslərə dair zəruri sənədlər əlavə edilmədiyindən müraciətin təmin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüququn yaranmasını təsdiq edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin əsaslandırması ilə razılaşmasa da, yekun nəticədə iddianın rədd edilməsi ilə razılaşdığına görə qərarın dəyişdirilməsi və ya ləğv edilməsinə zərurət görmür. Belə ki, mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum X.Qarayev olmuş və onun vəfatından sonra mənzildə onun ailə üzvləri yaşamaqda davam etməkdədir. Hazıradək mənzil icarə müqaviləsi hər hansı ailə üzvü ilə bağlanmamışdır. Özəlləşdirilməmiş mənzilin icarədarı vəfat edərkən həmin mənzilin hüquqi müqəddəratının tənzimləməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, ## ####### 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Icarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, qanunvericilikdə özəlləşdirilməmiş, yəni dövlət mülkiyyətində olan mənzilin icarədarı vəfat etdiyi halda onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır. Həmin mənzil dövlət mülkiyyətində olduğu üçün miras kütləsinə daxil deyildir. Bu səbəbdən qeydiyyatda olan şəxslərin özəlləşdirməyə razılıqlarının olub-olmaması və ya orderin əslinin təqdim edilib-edilməməsi məsələsinin əhəmiyyəti qalmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər iş üzrə müəyyən edilmiş faktiki halları və birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib etmir, həmin dəlillər yeni və əhəmiyyətli sübutlarla təsdiq olunmur və hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-795/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-795/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver