Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-796/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə (Açar sözlər: Xəstəlik haqqında şəhadətnamədə göstərilmiş xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, məcburetmə haqqında iddia növü, iddianın növünün düzgün müəyyən edilməməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnaməsində xəstəliyin səbəb əlaqəsinin dəyişdiirlməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli “Hərbi həkim eksptizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən, ##.##.2007-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ##.##.1977-ci il tarixdə anadan olmuşdur. Azərbaycanlıdır. 8 illik orta məktəb bitirdikdən sonra, orta təhsilinin davamını (1992-1995), yəni son 3 ilini Cəmşid Naxçıvanski adına hərbi litseydə davam etdirərək tam orta təhsilini başa çatdırmışdır. 1995-ci il tarixdə Bakı Ali Hərbi Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına ali hərbi məktəb) daxil olmuşdur. 2000-ci il tarixdə ali hərbi məktəbi, R rütbəsində, motoatıcı ixtisası üzrə ümumqoşun komandiri kimi tam ali hərbi təhsili bitirərək Silahlı Qüvvələrdə zabit kimi xidmətə başlamışdır. Xidmətini ən çətin döyüş bölgələrində Haramı düzündə, 9 ilini isə Murovdağda keçirmişdir. ##.##.2010cu ildən ordu sıralarından tərxis olunaraq ehtiyata göndərilmiş, heç vaxt məhkum olunmamış, ailəlidir, 3 övladı var. Zabit kimi xidməti Xanlar (indiki Göygöl, Murovdağ silsiləsi) rayonu ərazisində döyüş tapşırığı yerinə yetirən N nömrəli hərbi hissənin tərkibində keçmişdir. Xidmət etdiyi hərbi hissə düşmənlə üz-üzə yaxın bir məsafədə, döyüş tapşırığı yerinə yetirirdi. İddiaçı da həmin hərbi hissənin Murovdağ silsiləsinin Camış dağ yüksəkliyində olan ön xətt motoatıcı taborunun, maddi-texniki təminat üzrə komandir müavini vəzifəsində, R hərbi rütbəsində xidmət edirdi. ##.##.2007-ci il tarixdə gecə saat təxminən 05:00 radələrində taborun müdafiə rayonunda yerləşən, döyüş növbətçiliyinə daimi təyin edilmiş, düşmənlə çox yaxın məsafədə, döyüş postlarına silah-sursat apararkən, yolların daşlı, buzlu, keçilməz olması səbəbindən və eyni zamanda düşmən postları tərəfindən acılan atəşləıdən yayınmaq istərkən avtoqəza keçirmiş və nəticədə “Təpə və sol qaş nahiyyəsinin çapılmış, sol bilək və saidin və sol diz oynağı nahiyyəsinin sıyrılmış yaralanmış, xəsarət almışdır. Travma ilə əlaqədar olaraq səhər saat 10:0N radələrində hərbi hissənin tibb məntəqəsinə gətirilərək tibbi yardım göstərildikdən sonra növbəti günü öz xidməti yerinə qayıtmışdır. Aldığı travma ilə əlaqədar N №-li hərbi hissənin komandirinə müraciət etmiş, N №-li hərbi hissənin komandiri, travma almağı barədə hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabından çıxarış edərək ##.##.2017-ci il tarixli ** №-li arayışı iddiaçıya təqdim etmişdir. Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnaməsi”nin ##.##.2008-ci il tarixli, ** №-li qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarəti Cavabdeh tərəfindən, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi sənədlərini Mərkəzi Hərbi Həkim Komissiyasına göndərmişdir. Cavabdeh, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edərkən, “HƏRBİ TRAVMADIR. AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA” alınmışdır kimi deyil, “HƏRBİ TRAVMADIR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALINMIŞDIR” kimi qərar qəbul etdi. Bundan sonra, MN MHHK-na dəfələrlə müraciət etmiş, komissiyadan sorğu göndərib müəyyən sənədləri əldə etdikdən sonra kömək ediləcəyi bildirilmişdir. İddiaçı təkrar MN MHHK-a müraciət etmiş, ##.##.2017-ci il tarixdə 1769 №li vermiş olduğu qərarda səbəbəlaqəsini dəyişib “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2.bəndinin a) yarımbəndinə uyğun olaraq verilməsi MN-nin MHHK-ı müraciətinə ##.##.2025-ci il tarixdə, **/**** nömrəli məktubla rədd cavabı verilmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12- ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Siiahlı Qüvvələrində Hərbi- həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbihəkim ekspertizası üzrə ali orqandır. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3-cü maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəbəlaqəsi haqqında qərarı vətəndaşın xəsarə aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Bakı şəhəri Xətai RHK-sı tərəfindən 1995-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən ##.##.2007-ci ildə avtoqəza nəticəsində aldığı və ##.##.2007-ci ildə N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu “Təpə, sol qaş nahiyəsinin çapılmış, sol bilək və saidin, sol diz oynağı nahiyəsinin sıyrılmış yaraları” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb-əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “c” yarımbəndinin və 7.3-cü bəndinin tələblərinə əsasən, “HƏRBİ TRAVMADIR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALINMIŞDIR” kimi təyin edilmiş və bu barədə ona MN MHHK tərəfindən ##.##.2017ci il tarixli **** nömrəli qərar verilmişdir. “Əsasnamə”nin 7.3-cü maddəsinin tələblərinə əsasən, MN MHHK-sı vətəndaşın aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışa uyğun olaraq çıxarır. N saylı hərbi hissə komandirinin verdiyi ##.##.2017-ci il tarixli, ** nömrəli travma haqqında arayışda İddiaçı “HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN” travma aldığı göstərilmiş, “Döyüş tapşırığını yerinə yetirərkən” sözlərinin üzərindən xətt çəkilmişdir. Bu səbəbdən də, MN MHHK-sı “Əsasnamə”nin 7.3-cü maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini düzgün olaraq “HƏRBİ TRAVMADIR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALINMIŞDIR” kimi təyin etmişdir. Vətəndaş İddiaçı təyin edilmiş “Təpə, sol qaş nahiyəsinin çapılmış, sol bilək və saidin, sol diz oynağı nahiyəsinin sıyrılmış yaraları” diaqnozu ilə olan travmanın xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3-cü bəndinin və 7.2-ci bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçı İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli ** nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı İddiaçı qanımla müəyyən edilmiş həmin müddəti 8 ildən artıq ötürmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hazırda iddiaçı barəsində qəbul edilmiş inzibati aktın dəyişdirilməsini, yəni cavabdehin qərarının səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir ki, bu da mübahisələndirmə haqqında iddiadır. Bəzi hallarda bu tip tələblərə məcburetməyə dair iddia növündə baxılır. Bu zaman da qeyd etmək lazımdır ki, iddiaçı əgər inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları kimi inzibati akt qəbul edilərkən mövcud olmuş, düzgün müəyyən edilməmiş hallara istinad edirsə, o zaman iddiaçı hüquqi marağına mübahisələndirmə haqqında iddia qaldırmaqla çata bilər. Çünki iddiaçının tələbinin əsası kimi o hal çıxış edir, cavabdeh inzibati orqan inzibati aktı qəbul edərkən qanunsuzluğa yol vermişdir. Hazırki tələbə o halda məcbuertmə haqqında iddia kimi baxıla bilərdi ki, iddiaçı qərarın qəbul edilməsi zamanı mövcud olan hallara deyil, sonradan yaranmış əsaslara istinad etmiş olsun. Baxılan işdə, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2017-ci il tarixli, **** saylı qərarda - xəsarətlərinin hərbi travma olmaqla hərbi xidmət zamanı yox, döyüş tapşırığını yerinə yetirərkən almağı faktı müəyyən edilməklə, səhv və yanlışlıqların düzəldilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsini arzulayır ki, bu inzibati aktın dəyişdirilməsi ilə bağlı mübahisələndirmə haqqında iddiadir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçının hazırki iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə tarixdə daxil olmuş və nəticədə iddiaçı, mübahisələndirdiyi qərarın 7 ildən artıq müddət keçəndən sonra mübahisələndirərək iddia müddətini ötürmüşdür. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, hazırki tələblə cavabdeh orqana müraciət etmiş və cavabdeh orqan MN-nin MHHK-ı ##.##.2025-ci il tarixdə **/**** nömrəli məktubla rədd cavabını aldıqdan sonra 30 gün müddətində məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Burada mübahisə predmeti mövcud sənəddə olan məlumatın (səbəb əlaqəsinin) dəyişdirilməsi ilə bağlı olmuş və məlumatın dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna iddia müddətinin tətbiq edilməsi qanunauyğun hal kimi qəbul edilə bilməz, bu səbəbdən də belə hesab edir ki, məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Məhkəmə həmin qərarında İPM-in 38.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki,aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçının hazırki iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə tarixdə daxil olmuş və nəticədə o, mübahisələndirdiyi qərarın 7 ildən artıq müddət keçəndən sonra mübahisələndirərək iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Onun tələbi qəbul edilmiş aktda müvafiq dəyişikliyin aparılması ilə bağlı olmuşdur ki,bu hal da məhkəmənin həmin normalara istinad etməsi üçün əsaslar yaranmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ..... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); ... Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. ..... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xəstəlik şəhadətnaməsində qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın növü mübahisələndirmə iddia kimi dəyərləndirilərək, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlük mərhələsində aparılmış dəyərləndirmə ilə bağlı ilk növbədə onu qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, iddianın mümkünlük mərhələsində ilk növbədə yoxlanılmalı olan hal məhz iddianın növünün düzgün müəyyən edilməsi, daha sonra həmin iddia növü üzrə qanunla müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi üzrə dəyərləndirmə aparılmasıdır. Başqa sözlə desək, hər bir iddia növü üzrə ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də qanunla müəyyən edildiyindən, iddianın mümkünlük mərhələsində iddianın növünün düzgün müəyyən edilməməsi halı özlüyündə mümkünlük şərtlərinin yoxlanılması üzrə yanlış dəyərləndirmə aparılmasına səbəb olmaqla, həmin hal birbaşa iddianın mümkünlüyü məsələsinin yoxlanılmasının düzgünlüyünə təsiri edən hal kimi çıxış edir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın növünün “məcburetmə iddia növü” kimi müəyyən edilməsi ilə bağlı formalaşdırılmış məhkəmə təcrübəsi mövcud olmaqla, bu barədə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/** nömrəli, ##.##.2026-cı il tarixli qərarında əks olunmuşdur. Belə ki, həmin qərarın məzmununda qeyd edilmişdir ki, “.....29.İddianın növünü dəqiq müəyyən etmək üçün kollegiya mübahisə predmeti olan Hərbi-Həkim Komissiyasının (HHK) qərarlarının hüquqi təbiətinə toxunmağı zəruri hesab edir. Xüsusilə də, şəxsin aldığı xəsarət və ya xəstəliklərin səbəbli əlaqəsinin komissiya tərəfindən müəyyən edilməsinin inzibati akt qismində çıxış edib-etməməsi hüquqi qiymətləndirmənin fundamental əsasını təşkil edir.28. İnzibati hüquq nəzəriyyəsinə əsasən, inzibati aktın ən mühüm təsnifat elementi onun "tənzimləmə" (nizamasalma) xüsusiyyətinə malik olmasıdır. Belə aktlar idarəetmə orqanının sadəcə, daxili kargüzarlıq sənədi deyil, fərdin subyektiv hüquq sferasına yönəlmiş məqsədyönlü hakimiyyət iradəsidir. Həmin iradənin hüquqi təzahüründən asılı olaraq inzibati aktlar üç əsas qrupa bölünür:Yaradıcı aktlar: Şəxs üçün tamamilə yeni hüquq və vəzifələr formalaşdıran və ya mövcud hüquqi münasibətlərə xitam verən aktlar (məsələn, tikinti icazəsi və ya lisenziyanın verilməsi).Dəyişdirici aktlar: Mövcud hüquqi statusun məzmununu, yaxud həcmini transformasiya edən aktlar (məsələn, vergi öhdəliyinin yenidən hesablanması, dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi).Müəyyənedici aktlar: Yeni hüquq yaratmayan, lakin mövcud olan qeyrimüəyyən və ya mübahisəli faktiki/hüquqi vəziyyəti dövlət hakimiyyəti gücü ilə rəsmən təsdiqləyən aktlar (məsələn, diplomun nostrifikasiyası, müharibə veteranı statusunun təsdiqi).29. Müəyyənedici aktların hüquqi çəkisini tam dərk etmək üçün onları adi informativ arayışlardan fərqləndirən üç mühüm meyara diqqət yetirilməlidir:Konkret iradə bəyanı: İnzibati orqanın hər yazılı mətni akt sayılmır. Arxiv arayışları və ya tibbi epikrizlər məlumat xarakterli faktiki fəaliyyətdir. Müəyyənedici akt isə hüquqi baxımdan faktın mövcudluğunu rəsmən təsdiqləyən, konkret iradə bəyanıdır.Tənzimləmə obyekti kimi mübahisənin həlli: Yaradıcı aktlardan fərqli olaraq, burada məqsəd yeni hüquq yaratmaq deyil, status və ya fakt ətrafında yaranmış şübhəni (mübahisəni) ortadan qaldırmaqdır. Burada tənzimlənən məsələ hüququn təməlində dayanan faktın "rəsmi tanınmasıdır".Maddi-hüquqi bağlayıcılıq (Preyudisiya): Bu aktları əsl hakimiyyət tədbirinə çevirən onların yaratdığı mütləq hüquqi təsir gücüdür. Səlahiyyətli orqan tərəfindən xəsarətin müharibə ilə səbəbli əlaqəsinin təsdiqlənməsi digər dövlət qurumları üçün məcburi xarakter daşıyır. Heç bir digər orqan bu preyudisial faktı yenidən təftiş edə və ya şübhə altına ala bilməz. Müəyyənedici akt sonrakı idarəetmə prosesləri üçün dəyişməz təməl formalaşdırır.30. Qeyd olunan nəzəri təməllər milli qanunvericiliyimizdə də öz dəqiq ifadəsini tapmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (İİHQ) 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.31. Qanunverici bu normada "nizama salmaq" və "həll etmək" terminlərini təsadüfən eyni konstruksiyada işlətməmişdir. Bu anlayışlar fərqli hüquqi iradələri ehtiva edir:"Nizama salmaq" inzibati orqanın aktiv şəkildə yeni bir hüquqi vəziyyət yaratmaq və ya dəyişdirmək iradəsini ifadə edir."Həll etmək" isə konkret hüquq/vəzifə yaratmasa da, idarəetmə orqanının qeyrimüəyyənliyi qiymətləndirərək mübahisəyə yekun vurmasını ehtiva edir. Məhz bu element müəyyənedici aktların konseptual əsasını təşkil edir.32. Maddənin yekun elementi olan "hüquqi nəticələr yaradan" meyarı isə sənədin inzibati akt kimi tövsifi üçün yeganə kafi şərtdir. Aktın xarakterindən asılı olmayaraq, əgər o, ünvanlandığı şəxsin subyektiv hüquq sferasına kənardan birbaşa təsir göstərirsə, bu, birmənalı olaraq inzibati aktdır.33. İİHQ-nun 2.0.2-ci maddəsinin və yuxarıda göstərilən nəzəri tələblərin prizmasından yanaşdıqda, HHK tərəfindən xəsarətin (xəstəliyin) ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə səbəbli əlaqəsinin müəyyənləşdirilməsi sadəcə tibbi məlumatın bölüşülməsi hesab oluna bilməz. Bu, birbaşa olaraq mübahisəli hüquqi faktı "həll edən" və fərd üçün hüquqi nəticə doğuran hakimiyyət qərarıdır.34. Sözügedən faktın müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, sığorta şirkəti və digər qurumlar üçün icrası məcburi olan preyudisial xarakter daşıyır. Çünki şəxsin "müharibə veteranı" və ya "müharibə əlili" statusunu alması, eləcə də, dövlət təminatlarına və sığorta ödənişlərinə çıxış əldə etməsi məhz bu rəsmi təsdiqdən asılıdır.35. Yuxarıda göstərilənlərə əsasən, kollegiya hesab edir ki, səlahiyyətli komissiyanın xəsarətin səbəbli əlaqəsini müəyyən edən qərarı İİHQ-nun 2.0.2-ci maddəsinin tələblərini tam ehtiva edən, konkret hüquqi nəticələr yaradan müəyyənedici inzibati aktdır.36. Buna görə də, əgər HHK şəxsin xəsarətinin hərbi xidmət vəzifələrinin icrası ilə deyil, ümumi xəstəliklə bağlı olduğu barədə yanlış müəyyənedici akt qəbul edibsə (yaxud lazımi qərarı qəbul etməkdən imtina edibsə), şəxsin sadəcə olaraq mübahisələndirmə haqqında iddiası verməsi hüquqların müdafiəsi üçün yetərli deyil. Çünki mübahisələndirmə iddiası mövcud qərarı yalnız ləğv edəcək, lakin iddiaçının əsl hüquqi marağı qanunauyğun yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir. Bu səbəbdən, qeyd olunan halda ən uyğun və effektiv müdafiə vasitəsi qismində İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit olunmuş məcburetmə iddiası çıxış edir.37. Nəzərə almaq lazımdır ki, inzibati prosessual hüquqda mübahisələndirmə və məcburetmə haqqında iddialar konseptual olaraq birbirindən fərqlənən müdafiə vasitələridir. Belə ki, mübahisələndirmə haqqında iddialarda söhbət inzibati orqanın yaratdığı əlverişsiz hüquqi müdaxilənin aradan qaldırılmasından gedir. Məcburetmə haqqında iddanın predmeti isə inzibati orqan tərəfindən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı tələb hüququdur. Mübahisələndirmə haqqında iddia keçmiş inzibati aktı ləğv edir, məcburetmə haqqında iddia isə gələcək aktın qəbuluna yönəlir. 38. Hazırkı halda da, iddiaçı onun üçün daha əlverişli inzibati aktın qəbuluna nail olmaq məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, bu baxımdan, hazırkı iddia növünə görə məcburetmə haqqında iddialara aiddir. 39. Bu iddia növü üzrə xüsusi mümkünlük şərtləri isə iddiaçının iddia ərizəsində göstərilən tələblə inzibati orqana müraciət etməsi və müraciətə imtina cavabı verildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. “ Bu baxımından kollegiya hesab edir ki, hazırki iddia növü məcburetmə iddia növü olduğundan, həmin iddia növü üzrə xüsusi mümkünlük şərtləri isə iddiaçının iddia ərizəsində göstərilən tələblə inzibati orqana müraciət etməsi və müraciətə imtina cavabı verildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırması olduğundan, hazırki iddianın mümkünlük şərtlərinə cavab veribverməməsi məsələsinə dair həmin əsas üzrə dəyərləndirmə aparılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdeh orqanamüraciət etmiş, onun müraciətinə dair ##.##.2025-ci il tarixli imtina cavabı verilmiş, iddiaçı hazırki tələbə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə hazırki iş üzrə qanunla müəyyən eidlmiş müddətlə bağlı hissədə iddianın mümkünlük şərti ödənilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın növünə mübahisələndirmə haqqında iddia kimi hüquqi qiymət verdiyindən, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi məsələsi üzrə dəyərləndirməni məhz həmin iddia növü üzrə apardığından, mübahisələndirmə və məcburetmə iddia növü üzrə qanunla müəyyən edilmiş xüsusi mümkünlük şərtləri isə fərqli olduğundan, iş üzrə yanlış nəticəyə gəlmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddianın növü düzgün müəyyən edilmədiyindən, iddianın mümkünlük şərtlərinin yoxlanılması üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün dəyərləndirmə aparılmadığından, məhkəmə qərardadı ləğv edilməli, iddiaçının şikayəti həmin hissədə təmin edilməlidir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı şikayətinin məzmununda iddianının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı, kollegiya hesab edir ki, iddianının mümkünlüyü məsələsi məhkəmə icraatının bütün mərhələlərində yoxlanılmalı olduğundan şikayətin dəlilləri həmin hissədə əsassız olduğundan, bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnamədə yanlışlıqların düzəldilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-796/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-796/2026
09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver