Məhkəmə qərarları › İş №2-1(3-8)-799/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-799/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-799/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları ## ### 2013-cü il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı “sağ budun yuxarı 1/3-ni dəlib keçən güllə yaralanması nəticəsində bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişmiş açıq sınığına görə aparılmış Ilizarov üsulu ilə osteosintezindən sonrakı kafi bitişmiş sınığı, bud-çanaq və diz oynaqlarının miogen kontrakturası, funksiyanın mühüm dərəcədə pozulması. Sağ əlin dəlib keçən güllə yaralanması nəticəsində birinci daraq sümüyünün distal metaepifizinin oynaqdaxili, yerdəyişmiş açıq sınığından sonrakı kafi bitişmiş sınığı, birinci daraqfalanqa oynağının osteoartrozu və kontrakturası, əlin funksiyasının pozulmaması” hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş, onun barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi- Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, iddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin T***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Vətəndaş İddiaçı məhkəmətibbi müayinə zamanı “Elmi-Tədqiqat Ortopediya və Travmatologiya Institutu”na göndərilmiş və ##.##.2025-ci il tarixdə aparılmış müayinələrdən sonra ona “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3nin ön-iç və tış səthlərində kobud dartıcı çapıq toxumaları, sağ əlin İ daraq sümüyünün və proksimal falanqanm qeyri-düzgün bitişmiş sınığı, sağ bud sümüyünün proksimal “A-nin qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, ossifikatı, yumşaq toxumalarda çoxsaylı metal qəlpələr, sağ pəncənin İ barmağının hallux valqus deformasiyası, daimi ağrı sindromu, sağ aşağı ətrafın 5 (beş) sm qısalığı, axsaması, yerişin çətinləşməsi- (Y36.4, L90.5, L91.0, S62.2, S62.5, M84.0, S72.3, M84.Ö, M21.1, M25.7, M79.5, M20.1, R52.1, M21.7, R26.2)” diaqnozu müəyyən edilmişdir. Vətəndaş İddiaçı hazırda da Forma 88 göndərişində qeyd edilən “I87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, xr.venoz xəstəliyinin II (ikinci) sinif, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması, miniflebektomiya əməliyyatından sonrakı vəziyyət, I83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi” yanaşı xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar müvafiq sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti barədə ##.##.2026-cı il tarixli, *-*/*-**/**** nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq beyin maddəsi və miokard istisna olmaqla yumşaq toxumalarda yad cismin olması hallarında (M.79.5 XBT kodu ) əlillik təyini nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasından mənə ##.##.2024-cü il tarixdə verilmiş ##.##.2024-cü il tarixli, E*********AGT saylı imtina qərarı ləğv edilməsi və ona əlillik dərəcəsinin yenidən müəyyən olunmasını və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona əlillik dərəcəsi verilməsindən imtina aktından və iş materiallarına daxil etdiyi digər tibbi sənədlərin əsillərinin elektron nüsxələrindən görünür ki, o sonuncu dəfə“Odlu silah yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarının 7 mm və daha kiçik ölçülü sayda metal qəlpələri. Sağ əlin proksimal falanqasının qeyri-düzgün bitişmiş sınığı. Sağ bud sümüyünün proksimal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sağ bud sümüyünün proksimal 1/3-nin varus deformasiyası. Sağ aşağı ətrafın 4 (dörd) sm qısalığı. Sağ budun yuxarı 1/3nin ön iç və tış səthlərinin kobud dartıcı çapıq toxuması. Sağ ayağın İ barmağının halqus valqus deformasiyası. Axsama, yerişin çətinləşməsi. Daimi ağrı sindromu. Osteofit. Xroniki (periferik) venoz çatmamazlıq. Xronoki venoz xəstəliyi II sinif. Sağ böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması. Miniflebektomiya əməliyyatından sonrakı vəziyyət” tibbi diaqnozu ilə ona əlillik dərəcəsi verilməsindən imtina qərarı verilmişdir. Bu imtina qərarı X7 geriyə olan ##.##.2024-cü il tarixinə yazılsa da həmin aktın sağ aşağı küncündə yazılanlardan görünür ki, bu akt ona ##.##.2024-cü il tarixdə çap edilməklə verilmişdir. O bu xəsarətləri hərbi xidmətim dövründə almışdır. Belə ki, bu ərizəyə daxil etdiyi ## ### 2013-cü il tarixli, **** saylı Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2012-ci il tarixdə ön xətdə xidməti vəzifəmi yerinə yetirən zaman tağım komandiri silahını boşaldarkən təsadüfən güllə açılmış, nəticədə sağ əlindən və sağ budumdan güllə yarası almışdır. Məhkəmə Hərbi Həkim Komissiyasının qərarı ilə“sağ budun yuxarı 1/3-ni dəlib keçən güllə yaralanması nəticəsində bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişmiş açıq sınığına görə aparılmış Ilizarov üsulu ilə osteosintezindən sonrakı kafi bitişmiş sınığı, bud-çanaq və diz oynaqlarının miogen kontrakturası, funksiyanın mühüm dərəcədə pozulması. Sağ əlin dəlib keçən güllə yaralanması nəticəsində birinci daraq sümüyünün distal metaepifizinin oynaqdaxili, yerdəyişmiş açıq sınığından sonrakı kafi bitişmiş sınığı, birinci daraqfalanqa oynağının osteoartrozu və kontrakturası, əlin funksiyasının pozulmaması.” diaqnozu ilə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır yazılmşdır. Həmin sənədə əlavədə daha sonra yazılmışdır ki, sınıq zonasında dörd ədəd müxtəlif ölçülərdə (3,0 x 2,0 mm və 1,0 x 2,0 mm) metal qəlpələr vardır. Ağrılarım şiddətləndiyindən mən ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ET Travmatologiya və Ortopediya Institutunda 2021-2022-ci illərdə stasionar müalicəyə qəbul edildi və 3 ay müddətində orada stasionar müalicədə oldu. Bu ərizəyə daxil etdiyi tibbi sənədlərdən görünür ki, güllə yarası səbəbindən onun fiziki əmək qabiliyyəti demək olarki itib. Bu sağalan hal deyil. Bu ərizəyə daxil etdiyi Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsindən verilmiş **/******* saylı, ##.##.2024-cü il tarixli arayışda yazılanlarfdan görünür ki, odlu silahla yaralanmadan sonra ağır xəsarət aldığına görə sağlamlığı çox pisləşmişdir və bu indiyədək davam edir. Belə ki, digər tibbi sənəddən görünür ki, sağ bud çanaq sümüyü oynağının və sağ budun AP proyeksiyasının rentgenoqramması, sağ ayaq pəncəsinin iki proyeksiyada R-qramması və sağ əlinin iki proyeksiyada Rentgenoqramması tibbi sənədləri göstərir ki, səhhətinin ağır olması və əmək qabiliyyətini itirməyilə əlaqədar həmişəlik müalicələr almalıdır. Buna isə maddi vəsait lazımdır. 12 ildir ki, bu ağır xəstəliyə görə pensiya alırdı. Lakin ikinci dəfə olan 5 illik əlillik müddəti bitdikdən sonra pensiya dayandırıldı. Odur ki, əlilliyinin müddətinin uzadılması üçün yenidən aidiyyəti üzrə rəsmi müraciət etsəm də haqlı və əsaslı şikayətimə məhəl qoyulmur. Əlillik müddəti haqlı olaraq uzadılmalıdır və əlillik pensiyasını almalıdır ki, daimi müalicə üçün pulu olsun. Ona əlillik dərəcəsi təyin olunması üçün cavabdeh – Cavabdeh tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasına elektron informasiya sistemi vasitəsilə rəsmi müraciət edərkən onların sonuncu dəfə onun üçün ##.##.2024-cü il tarixli imtina qərarında yazılıb ki, diaqnozları əlillik əlamətləri müəyyən etmir. Eyni qərar qısa formada mesaj kimi onun mobil telefonuna da göndərilmişdir və orada yazılmışdır ki, bu qərarı aldığı gündən 30 gün ərzində məhkəməyə müraciət edə bilər. Bəs indiyə kimi necə olmuşdu ki, diaqnozları əlilliyə uyğun idi, indi yox. Bu mümkün deyil. TSEK-in bu haqsız qərarı ilə qətiyyən razı deyil. Səhhətinin vəziyyəti və bunu əyani göstərən tibbi sənədlər, arayışlar və aktlar göz qabağındadır. Ona görə də cavabdehin ##.##.2024-cü il tarixdə ona verdiyi ##.##.2024-cü il tarixli imtina qərarından Sumqayıt Inzibati Məhkəməsinə şikayət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Şamaxı rayon sakini ##.##.1993-cü il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 22420265281). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2013-cü il tarixli **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ budun yuxarı 1/3-nin dəlib keçən güllə yaralanması (##.##.2012) nəticəsində bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli, yerdəyişmiş açıq sınığına görə aparılmış Ilizarov üsulu ilə osteosintezindən (##.##.2012) sonrakı kafi bitişmiş sınığı, bud-çanaq və diz oynaqlarının miogen kontrakturası, funksiyasının mühüm dərəcədə pozulması. Sağ əlin dəlib keçən güllə yaralanması (##.##.2012) nəticəsində birinci daraq sümüyünün distal metaepifizinin oynaqdaxili, yerdəyişmiş açıq sınığından sonrakı kafi bitişmiş sınığı, birinci daraq-falanqa oynağının osteoartrozu və kontrakturası, əlin funksiyasının pozulmaması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahla yaralanması partlayış travması sağ budun yuxarı 1\3-nin bitişmiş sınığı tıa pazvari deformasiyası bu nahiyədə bir necə metal qəlpələr sağ baldır sümüklərinin destruktiv dəyişiklikləri sağ bud camaq oynağının kntrakturası sağ əlin İ barmaq falanqa oynağının posttravmatik deformasiyası-qövsvari sağ aşağı ətrafın 3 sm qısalığı əzələ atrofiyası daimi ağrı sindromu axsama və yerişin pozulması. Hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafın 3 sm qısalığı əzələ atrofiyası daimi ağrı sindromu axama və yerişin pozulması” diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ aşağı ətrafda yeriş zamanı yaranan ağrılardan, şişkinlikdən şikayətlənmiş, sağ budun yuxarı 1/3 hissəsində, 3 ədəd ~8 sm olcülərdə, sağ əlin birinci barmağında çapıqlar qeyd olunmuşdur. Ətraflarda əlillik təyinatına əsas verən kontraktura, hərəki məhdudluq və əzələ atrofiyası, ətrafda qısalıq müəyyən edilməmişdir. Sol baldırda səthi venalar genişlənmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafından güllə yarası aldığını, 2023-cü ildə flebektomiya əməliyyatı keçirdiyini bildirmiş, hərəki məhdudluqdan şikayətlənmişdir. Müayinə zamanı sağ budun yuxarı 1/3-də geniş çapıq və əməliyyat çapığı, toxuma defekti izlənilmiş, sağ aşağı ətrafın 3 sm qısalığı ölçülmüş, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına əsas verməmişdir. Elmi Tədqiqat Ortopediya və Travmatologiya Institutunun ##.##.2024-cü il tarixli 2019507005 AB****/**** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin ön-iç və tış səthlərində kobud dartıcı çapıg toxumaları, sağ əlin İ darag sümüyünün və proksimal falanganın qeyri-düzgün bitişmiş sınığı, sağ bud sümüyünün proksimal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, ossifikatı, yumşag toxumalarda 7mm və daha kiçik ölçülü çox sayda metal gəlpələri, sağ ayagın İ barmağının halgus valgus deformasiyası, daimi ağrı sindromu, sağ aşağı ətrafın 5 (beş) sm gısalığı, axsaması, yerişin cətinləşməsi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi Tədqiqat Ortopediya və Travmatologiya Institutunun ##.##.2024-cü il tarixli sağ əlin iki proyeksiyada rentgenoqramma müayinəsinin nəticəsi “İ əl darağı sümüyü distal ucunun və İ barmaq proksimal falanqa proksimal oynaq kənarının köhnə qeyri düzgün bitişmiş sınıqları və müvafiq metakarpofalanqal oynaq yarığında ankiloz aşkar edilir” kimi müəyyənləşdirilmişdir. Elmi Tədqiqat Ortopediya və Travmatologiya Institutunun ##.##.2024-cü il tarixli pəncə rentgenoqrafiya müayinəsinin nəticəsi “İ barmağın mülayim Hallux valgus deformasiyası izlənir” kimi qeyd olunmuşdur. Elmi Tədqiqat Ortopediya və Travmatologiya Institutunun ##.##.2024-cü il tarixli Sağ bud-çanaq oynağının və sağ budun AP bir proyeksiyada rentgenoqramması müayinəsinin nəticəsi “Sağ bud sümüyü diafizi proksimal 1/3-nin qeyri düzgün bitişmiş sınığı, medialda yumşaq toxumalara uzanan ossifikat aşkar edilir. Perifokal sahədə keçirilmiş metalloosteosintez əməliyyatına aid kiçik sümük deffektləri izlənir.Müvafiq nahiyyədə perifokal sahədə 7 mm və daha kiçik ölçülü çox sayda metal yad cisim (qəlpə) aşkar edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnozun əlillik təyinatına imkan verib-verilməməsinin araşıdılması məqsədilə cavabdehə sorğu göndərilmişdir. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan məlum olmuşdur ki, beyin maddəsi və mikokard istisna olmaqla yumşaq toxumalarda yad cismin olması hallarında əlillik təyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022- ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında nəzərdə tutulmamışdır. Belə olan halda cavabdeh təşkilat iddiaçının tələbinin təmin etməməsində haqlı olmuşdur. Hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, məzmununda apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçıya ##.##.2024-cü il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 13.4. Ətrafların digər qazanılma deformasiyaları- XBT kodu M21 Qiymətləndirmə üzrə əlamətləri: 13.4.32. ayağın 4-7 sm qısalması- orqanizmin funksiyasının 40 faiz pozulması dərəcəsi il müddətsiz “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində ##.##.2024-cü il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi ilə müddətsiz əlilliyin təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarını qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir (##.##.2024-cü il tarixli imtina qərarı iddiaçıya rəsmi qaydada ##.##.2024-cü il tarixdə çatdırılmış, iddiaçı iddia tələbi ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir). Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, hazırki halda işin mübahisəli halı iddiaçıda aşkar edilən diaqnoz xəstəliyin və onun ağırlaşma əlamətlərinin qanunla müəyyən edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas olub-olmaması ilə bağlıdır. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlilliyin təyin edilməsi olduğundan, iddianın əsaslılığı baxımından ilkin olaraq məhz əsas diaqnoz (XBT kodu Y36.4) və onun ağırlaşma (XBT kodu M79.5,S62.5, M21.1) əlamətləri üzrə dəyələndirilmə aparılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixdə tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odu silahla yaralanmasından sonrakı vəziyyət (XBT kodu Y36.4)”, ağırlaşmaları “Yumşaq toxumalarda qalmış yad cisim, yumşaq toxumaları 7 mm və daha kiçik ölçülü çox sayda metal qəlpələr (XBT kodu M79.5)”,”Digər rubrikalarda tənif olunmayan varus deformasiya, sağ bud sümüyünün proksimal 1/3 nin varus deformasiyası(XBT kodu M21.1)”, “Əlin baş barmağının sınığı, sağ əlin proksimal falanqasanın qeyri-düzgün bitişmiş sınığı (XBT kodu S62.5)”, yanaşı xəstəlikləri “Xroniki periferik venoz çatmamazlığı II sinif (XBT kodu I87.2)” , “Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ böyrək dərialtı venanın yüksək bağlanması və çıxarılması,minifebeotomiya əməliyyatından sonrakı vəziyyət (XBT kodu Z98.8)”, “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi (XBT kodu I83.9)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndiirlmiş, ##.##.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir barədə” imtina qərarı qəbul edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik kimi “Sağ budun yuxarı 1/3nin dəlib-keçən güllə yaralanması (##.##.2012) nəticəsində bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişmiş açıq sınığına görə aparılmış Ilizarov üsuli ilə osteosintezindən (##.##.2012) sonrakı kafi bitişmiş sınığı, bud-çanaq və diz oynaqlarının miogen kontrakturası, funksiyanın mühüm dərəcədə pozulması. Sağ əlin dəlib-keçən güllə yaralanması nəticəsində birinci daraq sümüyünün distal metaepifizinin oynaqdaxili, yerdəyişmiş açıq sınığından sonrakı kafi bitişmiş sınığı birinci daraqfalanqa oynağının osteoartrozu və kontraktuası,əlin funskiyasının pozulması””kimi, “Hərbi travmadır. Hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş həkim-travmatoloq tərəfindən verilmiş ##.##.2024-cü il tarixli rəyin məzmunundan görünür ki, iddiaçı barsində “Odlu silah yaralanmasından sonra sağ budun yuxarı 1/3-nin ön-iç və tış səthlərində kobud dartıcı toxumaları, sağ əlin İ daraq sümüyünün və proksimal falanganın qeyri-düzgün bitişmiş sınığı, sağ bud sümüynünün proksimal 1/3-nin qeyr-düzgün bitişmiş sınığı, varus deformasiyası, ossifikatı, yumşaq toxumalarda 7 mm və daha kiçik ölçülü çox sayda metal qəlpələri, sağ ayağın İ barmağının halgus valgus deformasiyası, daimi ağrı sindromu, sağ aşağı ətrafın 5 sm qısalığı, axsaması, yerişin çətinləşməsi” diaqnoz xəstəliyin aşkar olunduğu, ”XBT kodu Y36.4, L90.5, L91.0, S62.2,S62.5, M84.0, M21.1, M25.7, M79.5, M20.1, R52.1, M21.7, R26.2 qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda odlu silah yaralanmasından sonra sağ budun yuxarı 1/3nin ön-iç və tış səthlərində kobud dartıcı toxumaları, sağ əlin İ daraq sümüyünün və proksimal falanganın qeyri-düzgün bitişmiş sınığı, sağ bud sümüynünün proksimal 1/3-nin qeyr-düzgün bitişmiş sınığı, varus deformasiyası, ossifikatı, yumşaq toxumalarda 7 mm və daha kiçik ölçülü çox sayda metal qəlpələri, sağ ayağın İ barmağının hallux valgus deformasiyası, daimi ağrı sindromu, sağ aşağı ətrafın 5 sm qısalığı,axsaması, yerişin çətinləşməsi” diaqnoz xəstəliyin aşkar olunduğu (”XBT kodu Y36.4, L90.5, L91.0, S62.2,S62.5, M84.0, M21.1, M25.7, M79.5, M20.1, R52.1, M21.7, R26.2), habelə XBT kodu I87.2, Z98.8,I83.9 olan yanaşı xəstəliklərən əziyyət çəkdiyi qeyd edilmişdir. Kollegiya iş materiallarında olan ##.##.2025-ci il tarixli ekspert rəyi ilə bağlı qeyd edir ki, həmin rəylə bağlı aparılmış tədqiqatda cavabdehin nümayəndəsi iştirak etdiyindən və bu hal rəyin mötəbərliyini şübhə altına hal kimi çıxış etdiyindən, iddianın əsaslılığının dəyərləndirilməsi üzrə həmin ekspert rəyi mötəbər sübut qismində çıxış etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı həkim rəyini tərtib edən ixtisaslaşmış həkim mütəxəssis qismində dinlənilmiş, həkim-mütəxəssis verdiyi izahatında bildirmişdir ki, “Rentgenoloji müayinənin nəticələrinə əsasən şəxsin yumşaq toxumalarında çoxsaylı metal qəlpələrinin mövcudluğu müəyyən edilmişdir. Lakin həmin qəlpələrin mövcudluğu özlüyündə əlilliyin müəyyən olunması üçün kifayət edən meyar hesab edilmir. Aparılmış tibbi müayinələr zamanı beyin əzilməsi faktı aşkar edilməmişdir. Nevroloji xarakterli əlamətlər ayrıca ixtisaslı həkim, yəni nevropatoloq tərəfindən qiymətləndirilir və həmin hallar üzrə ayrıca tibbi rəy verilir. Eyni zamanda müayinə zamanı amputasiya halı müəyyən edilməmişdir. Çanaq oynağının əlverişsiz vəziyyətdə ankilozu aşkar olunmamışdır. Bazu oynağının ankilozu müəyyən edilməmişdir. Hər iki dirsək oynağında ankiloz mövcud deyil. Laxlayan diz oynağı aşkarlanmamışdır. Baş barmağın olmaması halı mövcud deyil. Digər barmaqların itirilməsi və ya olmaması halı müəyyən edilməmişdir. Ətrafların qazanılmış deformasiya vəziyyəti aşkarlanmamışdır. Hər iki bud-çanaq oynağında ankiloz və ya ciddi hərəkət məhdudiyyəti müəyyən edilməmişdir. Bud-çanaq oynağının displaziyası aşkar olunmamışdır. Bud sümüyünün artrozu müəyyən edilməmişdir. Pəncənin qüsurlu vəziyyətdə ankilozu mövcud deyil. Bud-çanaq oynağının çıxığı da aşkar edilməmişdir. Müayinələr zamanı yalnız aşağı ətrafın qısalması müəyyən edilmiş və həmin qısalmanın təxminən 5 santimetr olduğu qeyd olunmuşdur. Sağ bud nahiyəsindən aldığı güllə yarası nəticəsində bud sümüyü sınmışsa və sınıq qeyri-düzgün bitişmişdirsə, ayağın sonradan 5 sm qısalması ilə həmin güllə yarası arasında səbəbli əlaqə olması tibbi baxımdan mümkündür.” Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərdən məhz XBT kodu M21.1 olan diaqnoz xəstəliyin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-mütəxəssis rəyi, həkim-mütəxəssisin izahatı, ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunan XBT kodu S62.5 olan xəstəlik ümumiyyətlə qanunvericilik normasında əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik kimi nəzərdə tutulmamışdır. XBT kodu M79.5 diaqnoz xəstəlik isə o halda əlilliyin müəyyən edilməsi üçün əsas hesab edilir ki, “beyinin əzilməsi” halı mövcud olmalıdır. Iniki halda isə müvafiq tibbi sənədlər, həkim rəyi, mütəxəssisin izahatı əsasında iddiaçı barəsində “beyinin əzilməsi” ilə bağlı halın mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsinin əsaslılığı məhz XBT kodu M21.1 olan xəstəlik və onun qiymətləndirmə üzrə əlamətləri əsasında dəyərləndirməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər əsasında iddiaçıda məhz müvafiq Meyarların 13.4-cü bəndində əks olunmuş XBT kodu M21 olan “Ətrafların digər qazanılma deformasiyaları” və onun qiymətləndirmə üzrə əlamətlərindən 13.4.32ci bəndə əks olunmuş “ayağın 4-7 sm qısalması” əlamətinin mövcudluğu öz təsdiqini tapmışdır. Hansı ki həmin xəstəliyin qeyd edilən əlaməti orqanizmin funksiyasının 40 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas qismində çıxış edir. Cavabdeh inzibati orqan iddiaçıda əlilliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və onun ağırlaşma əlamətlərinin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan həmin hala formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina və etirazın dəlili kimi istinad etdiyi hallar (əlilliyin təyin edilməsinə əsas olan xəstəlik və onun ağırlaşma əlamətlərinin olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın əsaslılığı işin faktiki halları və qanunvericilik normasının tələbləri baxımından düzgün dəyərləndirilməmiş, iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçıya orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməsinin qanuni əsasının mövcudluğu müəyyən edildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina və etirazının dəlilləri əsassız olmuş, iddiaçının şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan diaqnoz xəstəliyin (XBT kodu M21.1) “hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travmanın xarakterik əlamətləri, ekspert rəyi, həkim-mütəxəssisin izahatı və s.) əsasında öz təsdiqini tapdığından, iddiaçıya məhz hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlillik müəyyən edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2024-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, əlillik məhz həmin tarixdən müəyyən edilməlidir. Bu baxımından kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin müalicə müddəti ilə bağlı istinad etdiyi arqumentinə aid hissədə onu qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların * nömrəli Əlavəsində təkrar əlilliyin müəyyən edilməsi üçün müvafiq tibbi göndərişin tərtib edilməsi ilə bağlı XBT kodu M21.1 olan xəstəliklər üçün 1 dəfə ambulator müalicə müddəti tələb edilir, stasionar müalicə müddətinə dair şərt isə nəzərdə tutulmamışdır. Indiki halda işin müəyyən edilmiş halları əsasında iddiaçı barəsində tələb olunan həmin şərtin ödənilməsi iş materiallarında olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Hərbi xidmət vəzizfələrini (xidməti vəzifələrini) yerinə yetirərkən almışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar