Məhkəmə qərarları › İş №2-1(3-8)-802/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-802/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-802/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı və ##.##.2025-ci il tarixli torpaqların alqı-satqısma dair bələdiyyə Aktı əsas götürülməklə oğlu İddiaçı Atyalı yaşayış massivində 0,04 ha torpaq sahəsi satılmasının etibarlı hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə satılmış 0,04 ha üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008- ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı Atyalı yaşayış massivində 0,04 ha torpaq sahəsi satılmış və satış qiymətinə görə Hökməli bələdiyyəsinin Kapital bankın Abşeron rayon filialındakı 31733080000 xüsusi hesabına vəsait ödənilmişdir. Abşeron rayon Icra başçısının ##.##.2010-cu il tarixli *** nömrəli sərəncamı ilə təsdiq olunmuş layihə əsasında 2 ədəd fərdi yaşayış evi inşa edilmiş və bütün kommunal xidmətlər çəkilməklə yaşayış mövcuddur. Torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə dövlət qeydiyyatına alınmasına dair DƏDKR-in * saylı Abşeron ərazi idarəsinə ##.##.2025-ci il tarixində müraciət etsə də, 2 aydan sonra ##.##.2025-ci il tarixli, ******/*-*-***-*/** nömrəli imtina cavabı almışdır. Cavabdeh tərəfindən imtina bələdiyyə tərəfindən torpaq satışının qanunla müəyyən edilmiş qaydada yəni hərrac və ya müsabiqə qaydasında aparılmaması əsas götürülür. Abşeron rayonu Hökməli bələdiyyəsinə torpaq satışı üzrə ##.##.2008-ci il tarixli ** nömrəli qərarın və ödənişin leqallaşdırılması barədə müraciət etmiş, təqdim olunmuş sənədlər əsasında torpağın alqı-satqısına dair ##.##.2025-ci il tarixli Akt təqdim edilmişdir. Qeyd olunanlara əsasən qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Hökməli Bələdiyyəsi tərəfindən ## #### 2008-ci il tarixli ** saylı qərarı ilə 0,04 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq qərarın arxiv arayışının hazırki müraciətə əlavə edilmədiyi, həmçinin Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilmədiyi, faktiki torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, sözügedən torpaq sahəsində yerləşən tikilinin eskiz layihədə göstərilən ölçüləri ilə faktiki ölçüləri arasında fərq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ərazisində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ (tam) Çıraqəliyev Əmir Ziyad oğlunun adına ##.##.2008ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Hökməli bələdiyyə torpaqlarından İddiaçı 0,04 ha torpaq sahəsinin satılması və fərdi yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. ##.##.2008-ci il tarixli aktdan görünür ki, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. ##.##.2025-ci il tarixli, ** nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Hökməli bələdiyyəsi ərazisindən 0,04 ha torpaq sahəsi İddiaçı satılmışdır. Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Çıraqəliyev Ziya Əmir oğluna ayrılmış 0,04 ha torpaq sahəsinə dair tərtib edilmişdir. ** nömrəli, mart 2008-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Abşeron rayonu Hökməli bələdiyyəsinin hesabına 400 manat torpağın dəyəri ödənilmişdir. Abşeron Rayon Icra Hakimiyyəti Başçsının Hökməli qəsəbə Inzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 1742 satlı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı y/m ünvanında qeydiyyatsız yaşayır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21-3-32/2- *****/**** saylı məktubdan görünür ki, elektron məlumat bazasına əsasən, ************* nömrəli torpaq sahəsi, müayinə olunan torpaq sahəsinin daxilində yerləşir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21-3-32/2- ****/**** saylı məktubdan görünür ki, elektron məlumat bazasına əsasən müayinə olunan torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, baş plan və ortofoto görüntü təqdim edilir. Əlavə olaraq bildirilir ki, müayinə olunan torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu səbəbindən, müayinə olunan torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21-3-32/2- *****/**** saylı məktubdan görünür ki, torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışı təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21-3-32/2- *****/**** saylı məktubdan görünür ki, ************ reyestr nömrəli torpaq sahəsinə dair verilmiş çıxarışın və onun verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 3-21-3-32/2- ****/**** saylı məktubdan görünür ki, torpaq sahəsinin müqayisəli ortofoto xəritəsindən çıxarış təqdim edilmişdir. Həmçinin bildirilir ki, daş hasar daxilində ərazinin ümumi sahəsi 0,1568 ha təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq, Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Hökməli bələdiyyəsinin ** saylı ##.##.2008-ci il tarixli qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayon IH Başçısının Hökməli qəsəbə IƏDN tərəfindən verilmiş İddiaçı Atyalı y/m ünvanında qeydiyyatsız yaşaması (faktiki yaşayış hüququ) ilə bağlı məktubu mahiyyəti üzrə təhlil edilməmiş və hüquqi qiymət verilməmişdir. Bələdiyyə tərəfindən qəbul edilən Aktın və onlara nəzarət funksiyası daşıyan dövlət orqanın Aktın etibarsızlığına dair hərəkətsizliyi eləcədə bu hərəkətsizlikdən buraxılmış iddia müddətləri üzrə hüquqi təminatlara qiymət verilməmişdir. Iddiaçının vətəndaş olaraq Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq (26, 29, 60, 71 və sairə) maddələrilə müəyyən edilmiş hüquqlarının qorunmaqla təmin edilməsi qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” işin mahiyyəti üzrə əhəmiyyətli olan Prezidentin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin mahiyyəti üzrə (torpaqların hərra çıxarılması, qaydaları və mexanizmlərinin hazırlanaraq praktiki hansı vaxtdan) tətbiqi cavabdehin üzərinə qoyulmamış və araşdırılmasına cəhd edilməmişdir. Qanunda dəyişikliklə bağlı 2008-ci ilin oktyabr ayına qədər və sonrakı müddətlərdə bələdiyyə torpaqlarının satışının hərrac və ya müsabiqə yolu ilə keçirilməsinin hüquqi mexanizmin təkmilləşdirilməsi və tətbiqi üzrə yaranmış boşluq bələdiyyə tərəfindən qəbul edilmiş Aktın etibarlığını ehtiva edir. Bələdiyyə torpaqlarının hərrac vasitəsi ilə rəsmi qaydada nə vaxtdan satışa çıxarılmasının praktikada nə vaxtdan tətbiq edilməsi üzrə Bələdiyyəyə və ƏH-nin bələdiyyələrlə iş baş idarəsinə sorğu göndərilməsini, rəsmi cavab alınmasını və məhkəməyə dəvət olunmalarım xahiş edir. Bələdiyyənin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı Qanun və Fərmanın təsir dairəsinə düşmür. Belə ki, Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə vasitəsi ilə satılması hüquqi əsas kimi ##.##.2008- ci il tarixli 709-IIIQD Qanunun qüvvəyə minməsilə və Prezidentin qeyd olunan Fərmanı ilə ümumi mexanizmin hazırlanmasına başlanmışdır. Praktikada bələdiyyə torpaqlarının hərracda satışı bundan sonra qanuni əsaslarla icra olunur (Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar və 8.0.2. maddə ilə “ hərracın nəticələri haqqında protokol (yeni redaksiyada ##.##.2021 N-329 VIQD) qanuni qüvvəsini almışdır. Cavabdeh qoy bununla bağlı normalar çərçivəsində praktiki tətbiq olunan sübutlarını təqdim etsin, bələdiyyəyə sorğu göndərilsin və dəvət olunsun). Qərarda cavabdehin irəli sürdüyü arxiv arayışının təqdim edilməməsi eyni zamanda məhkəmənin iddiadan imtinası üçün əsas növü kimi qiymətləndirilmişdir. Buda əsassız səbəbdir. Beləki, Abşeron rayonu Hökməli dələdiyyəsinin torpaq satışı üzrə ##.##.2008- ci il tarixli ** nömrəli qərarı və aidiyyətli sənədlər Abşeron IH-nin Abşeron rayon dövlət arxivinə təqdim olunmuş. Sənədlərin dövlət arxivində saxlanılan arxiv sənədləri ilə eynilik təşkil etməsi ilə bağlı (Əsas; F.128.s.1.s.v.127.b) ##.##.2025-ci il tarixli C- 748/25 nömrə ilə hər bir vərəqin arxasında qeydlər edilməklə təsdiqlənmişdir. Arxiv tərəfindən eyniləşdirmə əsas sayıldığından arayış verilmir. Məhkəmə sorğusuna da (Arxiv idarəsinin ##.##.2026-cı il tarixli məktubu) oxşar cavab verilmişdir. Həmçinin arxiv tərəfindən aparılmış qeydlər üzrə Alqı-satqı Hökməli bələdiyyəsinin ##.##.2025-ci il tarixli Aktı ilə leqallaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş Hökməli IƏDN tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli məktub Qanunun qeyd olunan maddəsi üzrə hüquqlarının tanınması məqsədi daşısa da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən Abşeron rayonu Hökməli dələdiyyəsinin torpaq satışı üzrə ##.##.2008-ci il tarixli ** nömrəli qərarınının Qanuna edilmiş dəyişikliklərin təsir dairəsinə düşməməsi, arxiv sənədləri ilə eyniləşdirilməsi, torpağa sahibliyin defaktosu və Alqı-satqnın Hökməli bələdiyyəsinin ƏH-in aidiyyətli idarəsi ilə razılaşdırılmış ##.##.2025-ci il tarixli Aktı ilə təkrar leqallaşdırılması, həmçinin bələdiyyələrlə iş baş idarəsinin Aktın etibarsız hesab edilməsi barədə Mülki Məcəllə ilə müəyyən olunmuş iddia müddətlərini buraxması ##.##.2008-ci il tarixli ** nömrəli Aktın vətndaşla (iddiaçı) bağlı hüquqi qüvvəyə minməsini ehtiva edir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.(hazırda qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı əsasında ona Atyalı yaşayış massivində satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hququnun dövlət qeydiyyatın alınmasından ibarətdir. Cavabdeh inzibati orqanın torpaq sahəsi ilə bağlı imtina əsaslarını aşağıdakılar təşkil edir. 1) Hökməli Bələdiyyəsi tərəfindən ## #### 2008-ci il tarixli ** saylı qərarı ilə 0,04 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, 2) sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq qərarın arxiv arayışının hazırki müraciətə əlavə edilməməsi, 3) Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilməməsi, 4) faktiki torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi Qeyd edilən imtna əsaslarına məhkəmə kollegiyası ayrıca münasibət bildirməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən edilir ki, iddiçının təqdim etdiyi sənədlərin arxiv əsasları mövcuddur. Eyni zamanda kollegiya qeyd edir ki, formalaşmış məhkəm təcrübəsinə əsasən Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilməməsi əsası təkbaşına əsaslı imtina təşkil etmir. Bu zaman ilkin torpaqayırma sənədləri və torpaq sahəsindən faktiki istifadə edilib-edilməməsi, üzərində tikilinin olub-olmaması araşdırılır. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir k, torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya qeyd edir ki, iş materiallarından görsənir ki, ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi iddiaçının ailə üzvüdür. Lakin kollegya imtinanın birinci əsasını iddianın rədd edilməsi üçün kifayət etdiyi nəzərə alaraq, digər əsaslarla bağlı əlavə araşdırmağa zərurət görməmişdir. Cavabdeh inzibati orqan birinci imtina əsası ondan ibarətdir ki, Hökməli Bələdiyyəsi tərəfindən ## #### 2008-ci il tarixli ** saylı qərarı ilə 0,04 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılmışdır. Birinci instansiya məhkəməsidə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə istinad edərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən, onu göstərmişdir ki, mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan satılmış, torpağın özgəninkiləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına uyğun həyata keçirilməmiş, torpaq sahəsi açıq hərrac və ya müsabiqə vasitəsilə satılmalı olduğu halda bilavasitə ayrılmış, habelə torpaq sahəsinin ayrılması barədə qərar ##.##.2008-ci ilə aid olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Normanın məzmunundan aydın olur ki, hüquqmüəyyənedici sənəd kimi yalnız formal mövcudluğu olan akt deyil, məhz qanunvericiliyin maddi və prosedur tələblərinə riayət edilməklə qəbul edilmiş akt çıxış edə bilər. Qanunçuluq prinsipi inzibati aktın hüquqi nəticə doğurması üçün onun həm səlahiyyətli orqan tərəfindən qəbul edilməsini, həm də qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olmasını tələb edir. Iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin norma imperativ xarakter daşımaqla torpaq sahələrinin birbaşa inzibati qərarla satılmasını istisna edirdi. Eyni zamanda, bələdiyyə torpaq sahəsini özgəninkiləşdirməzdən əvvəl həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı və yalnız bundan sonra torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə satmalı idi. Iş materiallarından isə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, açıq hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı və alqı-satqı aktı əsasında özgəninkiləşdirilmişdir. Belə olan halda, həmin qərar və ona əsaslanan sənədlər qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz və onların əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə 2007-ci ilin dekabr tarixinədək müraciət etməmiş, yalnız 2008-ci ildə müvafiq müraciətlə çıxış etmişdir. Bu hal onu göstərir ki, mübahisəli hüquq münasibətlərinə iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir və həmin dövrdə qüvvədə olan normalar torpaq sahələrinin açıq hərrac və ya müsabiqə yolu ilə özgəninkiləşdirilməsini nəzərdə tuturdu. Eyni zamanda, Abşeron rayonu Hökməli bələdiyyəsinin ## #### 2008-ci il tarixli qərarının məzmunundan da görünür ki, torpaq sahəsinin açıq hərrac və ya müsabiqə keçirilmədən, yəni istisna qaydada satılmasına dair hər hansı əsaslandırma və ya qeyd mövcud deyildir. Bu isə həmin qərarın qanunvericiliyin imperativ tələblərinə zidd olaraq qəbul edildiyini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hüququn dövlət qeydiyyatından imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı hazırda formalaşmış məhkəmə təcrübəsinə uyğundur və ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bilavəsitə əldə edilməsinin istisnaları da olmamışdır. Sonradan qanunvericiliyə müvafiq istisnalar əlavə edilsə də, qeyd edilən bələdiyə qərarı qəbul edilən zaman bu istisnalar olmamışdır. Bu isə iddiaçı üçün hüquq yaradan sənədin qanunsuz olduğunu göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırda iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülmür və məhkəmə cavabdeh inzibati orqanın hərkətlərinin qanuni olub-olmamasını yoxlayır. Kollegiya hesab edir ki, hazırda iddiaçının hüquqi vəziyyətində olan şəxslərə güzəşt formasında hər hansı bir tənzimləmə vəya güzəşt olmadığına görə, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən normalara uyğun olmuş və birinci instansiya məhkəməsi hazırda formalaşmış məhkmə təcrübəsinə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar