Məhkəmə qərarları › İş №2-1(3-8)-803/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-803/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-803/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN 2601 KOD ******** saylı dövlət aktından görünür ki, Quba rayonu II Nügədi bələdiyyəsinin ## ###### 2003-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi ilə İddiaçı Hümbət oğluna 1 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin ##.##.2003-cü il tarixli *** saylı rəyində Quba rayon II Nügədi bələdiyyəsinin ##.##.2003-cü il tarixli (protokol №*) qərarını nəzərə alaraq, Bakı şəhər sakini İddiaçı Hümbət oğlunun istifadəsinə Qara-çayın yatağından karxana üçün 1.5 hektar, karxana tikinti-quraşdırlma üçün isə II Nügədi bələdiyyəsinin ərazisindən 1.0 ha yararsız sahəsinin ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. X2 filialının ## ###### 2025-ci il tarixli, 3-48-DA-6F/2-359-39/2025 nöçrəli məktubundan görünür ki, Quba rayon II Nügədi bələdiyyəsinin ** saylı, ##.##.2003-cü il tarixli qərarında da, iclas protokolunda da torpaq sahəsinin iddiaçının istifadəsinə ayrıldığı qeyd edilmişdir. Quba rayon II Nügədi bələdiyyəsi ##.##.2025-ci il tarixli məktubunda torpaq sahəsi ilə bağlı İddiaçıla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsinin bələdiyyədə aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdeh orqanın ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30320018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, Quba rayon II Nügədi bələdiyyəsinin ## ###### 2003-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu II Nügədi kəndi ərazisindən daş karxanasının tikintisi üçün iddiaçıya satılmış 1.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun və əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKRin struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla bağlı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu II Nügədi bələdiyyəsinin ## ###### 2003-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu II Nügədi kəndi ərazisindən Daş karxananın tikintisi üçün 1.00 ha torpaq sahəsi satılmışdır. Quba rayon köhnə DTXKnın ## ##### 2006-cı il qərarı ilə JN12601 KOD ******** saylı “Torpağ dair Dövlət Aktı” işlənmişdir.Iddiaçı qeyd edilən torpaq sahəsinə çıxarış almaq üçün ##.##.2023-cü Il tarixində hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilatın ##.##.2024-cü il tarixli cavab məktubunda, dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət ərizəsinə əlavə edilmiş JN-2601 KOD 30320018 seriyalı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-nın ləğv edilmiş DTXK-nin Quba rayon Şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçmədiyi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığı, bundan əlavə, həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bu səbəbdən də torpaq sahəsinin texniki göstərcilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün verilməsinin, dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmamısı qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı (Hümbət) oğlu Quba rayon, II Nügədi kəndi ərazisində daş karxananın tikintisi üçün 1.00 ha torpaq sahəsinin Quba rayon II Nügədi bələdiyyəsinin ** saylı, ##.##.2003-cü il tarixli qərarına əsasən ona ayrıldığını bildirmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ona satılmasına dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Yəni nə iddiaçının istinad etdiyi yuxarıda qeyd edilən qərarda, nə də hər hansı hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması (iddiaçıya satılması) ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında X2 filialı tərəfindən təqdim edilmiş Quba rayon II Nügədi bələdiyyəsinin ** saylı, ##.##.2003-cü il tarixli qərarında da, iclas protokolunda da torpaq sahəsinin iddiaçının istifadəsinə ayrıldığı qeyd edilmişdir. Həmçinin Quba rayon II Nügədi bələdiyyəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2025ci il tarixli məktubunda torpaq sahəsi ilə bağlı İddiaçıla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsinin bələdiyyədə aşkar edilmədiyi qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon şöbəsinin ##.##.2003-cü il tarixli, *** saylı rəyində - Quba rayon II Nügədi bələdiyyəsinin ##.##.2003-cü il tarixli (protokol №*) qərarını nəzərə alaraq, Bakı şəhər sakini İddiaçı Hümbət oğlunun istifadəsinə, Qara-çayın yatağından karxana üçün 1.5 hektar, karxana tikinti-quraşdırlma üçün isə II Nügədi bələdiyyəsinin ərazisindən 1.0 hektar yararsız sahənin ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə həvalə edilməsi düzgün xarakter daşımır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023cü il tarixli, *-*(***)-****/**** saylı qərarında maraqlı şəxs olan hüquqi şəxsin - cavabdeh1 verdiyi mütəxəssis rəyinə əsaslanmaqla, məhkəmə tərəfindən qərar çıxarılmasını qanunsuz saymışdır (həmin qərarı əlavə edirəm). Qərarda bildirilir: "22. Apellyasiya məhkəməsi işdə olan cavabdehin əməkdaşlarının tərtib etdikləri mütəxəssis rəyinə (“elektron məlumat bazasına əsasən iddiaçı X1 naturada göstərdiyi və istifadəsində olan Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aiddir”) istinad edərək belə hesab etmişdir ki, cavabdehin mövqeyi qanuni və əsaslıdır. 23. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən mütəxəssis rəyi maraqlı şəxs, yəni iş üzrə cavabdeh tərəfindən tərtib edilmişdir ki, bu da həmin mütəxəssis rəyinin sübut kimi mötəbərliliyi şübhə altına almağa əsas verir. 24. Başqa sözlə bu məsələ araşdırılırsa, o halda müstəqil mütəxəssisdən rəy alınması zəruridir, eyni zamanda apellyasiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpağın kateqoriyasının müəyyən edilməsi məqsədi ilə, konkret suallar göstərilməklə və suallara müfəssəl cavablar alınmaqla (cavablara sübutlar da əlavə edilməlidir) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə sorğu göndərilməlidir. 25. Belə ki, sözügedən cavabdehin mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin sadəcə olaraq meşə fondu torpaqları kateqoriyasına aid olması göstərilmişdir, lakin bunu təsdiq edən sübutlar rəyə əlavə edilməmişdir". Göründüyü kimi Ali Məhkəmə bu qərarda Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 verdiyi mütəxəssis rəyinin obyektivliyini şübhə altına alır. Həmçinin bildirilir ki, göstərilən torpaq sahəsi 2003-cü ildən karxana quraşdırılaraq, sahibkarlıq təyinatlı torpaq sahəsi kimi istifadəsində, sahibliyində və mülkiyyətindədir, tərəfindən sahibkarlıq təyinatlı torpaq sahəsi kimi istifadə olunur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayon II Nügədi bələdiyyəsinin ## ###### 2003-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu II Nügədi kəndi ərazisindən Daş karxanasının tikintisi üçün ayrılmış 1.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun və əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən dövlət aktının qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, həmçinin həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ediliyindən mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən edilir ki, Quba rayon II Nügədi bələdiyyəsinin ## ###### 2003-cü il tarixli ** saylı qərarı ilə iddiaçıya II Nügədi kəndi ərazisində daş karxanasının tikintisi məqsədilə 1,00 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında onun adına torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin hüququn dövlət qeydiyyatına alınması üçün zəruri hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə mülkiyyət hüququnun toxunulmazlığı və dövlət tərəfindən qorunması təmin olunsa da, həmin hüququn yaranması, əldə edilməsi və dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Mülkiyyət hüququnun konstitusion təminatı həmin hüququn qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olmadan yaranması və ya dövlət qeydiyyatına alınması kimi başa düşülə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüquqyaradan deyil, mövcud hüququn dövlət tərəfindən tanınmasını və təsdiq edilməsini təmin edən hüquqi prosedurdur. Həmin Qanunun 8-ci və 11-ci maddələrinin tələblərinə əsasən dövlət qeydiyyatının aparılması yalnız hüququn yaranmasını təsdiq edən və qanunun tələblərinə cavab verən hüquqmüəyyənedici sənədlər əsasında mümkündür. Belə sənədlər olmadıqda qeydiyyat orqanının hüququ dövlət qeydiyyatına alması qanunvericiliyin tələblərinə zidd olardı. Iş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı torpaq sahəsinin ona mülkiyyət hüququ əsasında satıldığını və ya bələdiyyə tərəfindən özgəninkiləşdirildiyini təsdiq edən alqısatqı müqaviləsini və ya digər hüquqmüəyyənedici sənədi nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir. Belə ki, X2 filialından təqdim olunmuş bələdiyyənin ## ###### 2003-cü il tarixli qərarı və iclas protokolundan torpaq sahəsinin iddiaçının istifadəsinə ayrıldığı müəyyən edilir. Quba rayon II Nügədi bələdiyyəsinin ## ###### 2025-ci il tarixli məktubunda da torpaq sahəsinə dair İddiaçıla bağlanmış hər hansı alqı-satqı müqaviləsinin bələdiyyənin arxivində aşkar edilmədiyi bildirilmişdir. X3 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin ## ###### 2003-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, iddiaçıya torpaq sahəsinin istifadəsinə verilməsinə etiraz edilməmişdir. Həmin sənəd də torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi faktını deyil, yalnız istifadəyə ayrılmasını təsdiq edir. Beləliklə, iş üzrə mövcud olan sübutların heç biri iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliyə uyğun qaydada yarandığını təsdiq etmir. Iddiaçının istinad etdiyi dövlət aktı da özlüyündə torpaq sahəsinin bələdiyyə tərəfindən qanuni qaydada satıldığını və ya mülkiyyət hüququnun yarandığını təsdiq edən ilkin hüquqi əsas hesab oluna bilməz. Hüququn dövlət qeydiyyatı üçün zəruri olan hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh inzibati orqanın qeydiyyatdan imtina etməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan müraciətə baxarkən qanunvericiliklə ona verilmiş səlahiyyət hədlərindən kənara çıxmamış, dövlət reyestrinin düzgünlüyü və mötəbərliyi prinsiplərini rəhbər tutmuşdur. Əks yanaşma hüququn yaranmasını təsdiq edən zəruri sənədlər olmadan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, bununla da dövlət reyestrində həqiqi hüquqi vəziyyətə uyğun olmayan məlumatların əks olunmasına səbəb olardı ki, bu da qanunvericiliyin məqsəd və prinsiplərinə ziddir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar