Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-804/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Abşeron rayonu Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə ##.##.1987-ci il tarixli ** nömrəli əmrlə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun ** nömrəli ## ###### 1987-ci il tarixli əmrinə əsasən Abşeron rayon XDS Icraiyyə Komitəsinin ** saylı qərarı və sovxoz və fəhlə qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının ## ###### 1987-ci il tarixli iclas protokoluna əsasən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Arxiv çıxarışının “qeyd” hissəsində göstərilmişdir ki, arxiv əsaslarında digər vətəndaşın adı silinərək İddiaçı adı qeyd olunmuşç və düzəliş edilməsi barədə möhür vurulmamışdır. Sözügedən torpaq sahəsinə dair Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsü 0.06 ha təşkil edir. Şərti göstərilən torpaq sahəsi Məmmədli bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planındaki koordinatlarla uyğunluq təşkil edir, yer quruluşu planında koordinatların bir hissəsi gölə düşür. Məhkəmənin sorğusuna əsasən keçirilmiş təkrar müayinənin nəticəsində cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, elektron məlumat bazasına əsasən mübahisə predmeti olan torpaq sahəsi göl ərazisində yerləşir. Lakin yerli baxış zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq göl olan hissədə deyil, tam olaraq quru torpaq sahəsində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, Mərkıəzin arxivində aparılmış araşdırma zamanı İddiaçı torpaq sahəsinin ayrılmasına dair Məmmədli kənd tərəvəzçilik-südçülük sovxozunun ** nömrəli ## ###### 1987-ci il tarixli əmri və Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1987-ci il tarixli ** nömrəli protokolu aşkar edilməmişdir. Cavabdehin imtina cavabından görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu Məmmədli tərəvəzçilik-südçülük sovxozunun əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, arxiv arayışında təsdiqlənməmiş düzəlişin olduğu, sözügedən torpaq sahəsinin baza məlumatlarına əsasən göl ərazisində yerləşdiyi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpağlara aid olduğu müəyyən olunması səbəbindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə ##.##.1987-ci il tarixli ** nömrəli əmrlə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə ##.##.1987-ci il tarixli ** nömrəli əmrlə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, ******/*-*-***-*/** saylı məktubla Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu Məmmədli tərəvəzçilik-südçülük sovxozunun əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; arxiv arayışında təsdiqlənməmiş düzəlişin olduğu; sözügedən torpaq sahəsinin baza məlumatlarına əsasən göl ərazisində yerləşdiyi; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpağlara aid olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə ##.##.1987-ci il tarixli, ** nömrəli əmrlə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh orqanın müayinə aktında və etirazda qeyd etdiyi göl ərazisinə düşməsi məsələsinə münasibətdə bildirir ki, cavabdeh orqanın məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi ##.##.2026-cı il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Bununla əlaqədar olaraq bildiririk ki, elektron məlumat bazasına əsasən mübahisə predmeti olan torpaq sahəsi göl ərazisində yerləşir. Lakin, yerli baxış zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq göl olan hissədə deyil, tam olaraq quru torpaq sahəsində yerləşir. Həmçinin elektron məlumat bazasına əsasən, mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri 308013146859 və ************ reyestr nömrəli çıxarışlarla daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü iddialar tamamilə əsassızdır və işin faktiki hallarına uyğun deyil:
1. Torpağın təyinatı, qonşular və "örüş" iddiasına dair: Cavabdeh torpağın kənd təsərrüfatı (örüş) təyinatlı olduğunu iddia edir. Lakin sözügedən torpaq ona ##.##.1987-ci il tarixli ** nömrəli sovxoz əmri ilə fərdi yaşayış evi tikmək (həyətyanı) məqsədilə ayrılmışdır. Ərazinin həyətyanı təyinatlı olmasını sübut edən ən mühüm fakt odur ki, torpaq sahəsinin sağında və solunda yerləşən qonşu torpaqların hamısına cavabdeh orqan tərəfindən həyətyanı təyinatlı çıxarış (mülkiyyət hüququ) verilmişdir. Eyni massivdə olan qonşulara çıxarış verildiyi halda, ona imtina edilməsi Konstitusiyanın bərabərlik prinsipinin və mülkiyyət hüququnun pozulmasıdır.
2. "Göl ərazisi" iddiasına dair: Qurum torpağın göl zonasında olduğu qeyd edilsə də, məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli rəsmi məktubda özü etiraf etmişdir: "...torpaq sahəsi faktiki olaraq göl olan hissədə deyil, tam olaraq quru torpaq sahəsində yerləşir". Inzibati orqanın öz rəsmi etirafı şikayətdəki göl iddiasını tamamilə qüvvədən salır.
3. Baş plan, ayrıca akt və arxivdəki "düzəliş" iddialarına dair: Arxiv sənədlərində ayrıc aktının tapılmaması və ya kitabda illər öncə edilmiş texniki qeydlər dövlət orqanlarının daxili kargüzarlıq məsələsidir. Birinci instansiya məhkəməsi IHAM presedentlərinə (Gashi Xorvatiyaya qarşı) istinadən düzgün olaraq müəyyən etmişdir ki, dövlət strukturunun vaxtilə etdiyi nöqsanların və ya sənəd itkisinin mənfi bədəli vətəndaşa yüklənə bilməz.
4. Rayon sərhədlərinin dəqiqləşdirilməsi iddiasına dair: Bakı və Abşeron rayonlarının sərhədlərinin dəqiqləşdirilməsi məqsədilə komissiyanın yaradılması dövlətin daxili inzibati işidir. Bu proses onun 1987-ci ildən bəri mövcud olan qanuni mülkiyyət hüququmun tanınmasını ləngitmək və ya ləğv etmək üçün hüquqi əsas ola bilməz. Birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdıraraq qanuni qərar qəbul etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar .....
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə iddia tələbi Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə ##.##.1987-ci il tarixli, ** nömrəli əmrlə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi Abşeron rayonu Məmmədli tərəvəzçiliksüdçülük sovxozunun əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi, arxiv arayışında təsdiqlənməmiş düzəlişin olduğu, sözügedən torpaq sahəsinin baza məlumatlarına əsasən göl ərazisində yerləşməsi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpağlara aid olduğu müəyyən olunması hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun yaranmasını təsdiq edən əsas sənəd qismində istinad etdiyi arxiv arayışının araşdırılması zamanı həmin sənəddə təsdiqlənməmiş düzəlişin mövcud olduğu müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş arxiv arayışında göstərilmişdir ki, arxiv sənədinin əsasında əvvəlki şəxsin adı silinərək onun yerinə İddiaçı adı qeyd edilmiş, lakin həmin düzəlişin hansı əsasla aparıldığını müəyyən etməyə imkan verən qeyd aparılmamış, düzəliş müvafiq vəzifəli şəxs tərəfindən təsdiq edilməmiş və möhürlə rəsmiləşdirilməmişdir. Halbuki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması hüquqmüəyyənedici sənədlərin mötəbərliyinin və etibarlılığının şübhə doğurmamasını tələb edir. Hüququn yaranmasının əsası kimi təqdim edilən sənədin özündə şəxsə dair məlumatların sonradan dəyişdirilməsi və həmin dəyişikliklərin müəyyən edilmiş qaydada təsdiq olunmaması sənədin həqiqiliyinə əsaslı şübhələr yaradır. Belə olan halda, həmin sənəd iddiaçının məhz mübahisəli torpaq sahəsi üzərində hüquq əldə etməsini birmənalı qaydada təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsi isə arxiv arayışında mövcud olan qeyd edilən çatışmazlıqların hüquqi nəticələrini nəzərə almamış, həmin sənədin sübut əhəmiyyətini qiymətləndirmədən iddiaçının hüququnun yarandığı qənaətinə gəlmişdir. Halbuki, hüququn yaranmasının əsası kimi çıxış edən sənədin mötəbərliyi şübhə doğurduğu halda, yalnız həmin sənədə istinad edilməklə şəxsin daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasının tələb edilməsi üçün kifayət qədər hüquqi əsasın mövcud olduğu qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən arxiv arayışında təsdiqlənməmiş düzəlişlərin mövcudluğu ilə bağlı göstərilən dəlillər əsaslı olmuş, birinci instansiya məhkəməsi isə həmin hallara lazımi hüquqi qiymət verməmişdir. Göstərilən hal iddianın təmin edilməsini istisna etdiyi üçün məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinin araşdırılmasını və onlara hüquqi qiymət verilməsini zəruri hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.