Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-805/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X10 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı il tarixində Dəvəçi rayonu, Acıqaraqaşlı kəndində anadan olmuşdur. ##.##.1981-ci il tarixli, *** nömrəli əmrlə Çölquşçu kənd orta məktəbin müvəqqəti olaraq pioner baş dəstə rəhbəri təyin edilmişdir. ##.##.1981-ci ildə əmək fəaliyyətimə başlamışdır. ##.##.2002-ci il tarixdə öz ərizəsinə əsasən məktəbin X14 rəhbəri vəzifəsindən azad edilmişdir. Həmin təşkilatda iş stajı 20 il 11 ay 12 gün təşkil etmişdir. X11 ##.##.2003-cü ildə vəfat etdikdən sonra qayınatası X1 vəfat edənə kimi yəni, ##.##.2011-ci il tarixədək övladı yəni, həyat yoldaşı X2 və onun yanında ünvan 2 ünvanında yaşamışdır. Qayınatası X1 böyük vətən müharibəsi (1941-1945) iştirakçısı və müddətsiz 1-ci qrup əlil olduğundan, əlavə qulluğa ehtiyacı olduğundan ##.##.2003-cü il tarixdən ##.##.2011-ci ilə kimi olan müddət ərzində yəni, 7 il 9 ay 20 gün ona qulluq etmişdir. Bu barədə Şabran şəhər IHB-nın Şabran şəhər nümayəndəliyinin əməkdaşının, mənim, həyat yoldaşının və qonşuların iştirakı ilə ##.##.2025-ci il tarixdə akt tərtib edilmiş və həmin akt Şabran şəhəri üzrə nümayəndəliyin rəsmi möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından da görünür ki, X1 ikinci dünya müharibəsi illərində döyüşlərdə iştirak etmişdir. Əsas:##.##.1986-cı il tarixli ** №-li ordenlərin təqdim olunması protokolu üzrə İ dərəcəli "Böyük Vətən müharibəsi" ordeni №- 1259380, vəsiqə 3 №-009799. Iddiaçının hal-hazırda 64 yaşı vardır. 28 il 9 ay 02 gün ümumi sığorta stajına malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Iddiaçının 63 yaş 6 ayı 2024-cü ilin iyun ayının 22-sitamam olmuşdur. Pensiya yaşına çatdığından və toplanmış sığorta stajını təsdiq edən zəruri sənədləri əlavə etməklə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aidiyyatı üzrə müraciət etmişdir.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ünvanladığı ## ####### 2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2023-cü il tarixindən ##.##.2024- cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ümumi sığorta stajınız 20 il 11 av 12 gün təşkil edir. Ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun varanması üçün kifayət etmədiyindən qanunla nəzərdə tutulan müddətdən 25 ildən az olduğuna görə yaşa görə əmək pensiyasının təvin edilməsi mümkün hesab edilmir. Cavabdeh qurumun imtina məktubunda göstərdiyi qaydada pensiya təyinatından imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. ##.##.2003-cü il tarixdən ##.##.2011-ci il tarixədək olan dövr də, sosial sığorta stajı kimi nəzərə almmalı idi və 2024cü ilin iyun ayının 22-dən etibarən yaşa görə əmək pensiyası təyin edilməli idi. Ona görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraz onunla əsasladırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan ##.##.2025-ci il tarixli 3-17-1/2-Ə- ******/**** nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının ümumi sığorta stajı 25 il olmadığundan müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təyinatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır). ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ümumi sığorta stajı 20 il 11 ay 12 gün təşkil edir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iddiaçının təqdim etdiyi sənədlər əsasında onun sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək kitabçasının və əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surətində qeyd olunan dövrlərin mötəbərliyi tərəfimizdən araşdırılmamışdır. Sığorta stajını tamamlayan əlavə sənədlər təqdim olunacağı təqdirdə iddiaçının ümumi sığorta stajı müvafiq qaydada araşdırıldıqdan sonra (##.##.1981-ci il tarixindən ##.##.2002-ciil tarixinədək) qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təyinatı hüququna yenidən baxıla bilər. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinin 3-cü abzasına əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006- cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi ##.##.2017-ci il tarixində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, 1925-ci il təvəllüdlü X5 Ikinci Dünya Müharibəsi illərində döyüşlərdə iştirak etmişdir. Şabran rayon Icra Hakimiyyəti Başçısının Şabran şəhər Nümayəndəliyi üzrə baş məsləhətçi-baş mühasib, qonşular və mərhumun gəlini və oğlu tərəfindən tərtib edilmiş, Şabran rayon Icra Hakimiyyəti Başçısının Şabran şəhər Nümayəndəliyi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli Aktda qeyd edilmişdir ki, 1925-ci ildə Dəvəçi rayon Çayqaraqaşlı kəndində anadan olmuş (1941 -1945-ci il 1 qrup Böyük vətən müharibəsi əlili) X1 həyat yoldaşı X12 ##.##.2003- cü ildə vəfat etdikdən sonra vəfat edənə kimi (##.##.2011-ci il) oğlu X2 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Həmin illərdə ona gəlini İddiaçı qulluq etmişdir. AZ İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2011-ci il tarixdə vəfat etmişdir. Iddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 ##.##.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə kimi ona gəlini İddiaçı qulluq etmiş olmasına dair akt onun ölümündən sonra tərtib edilmişdir. Hazırki halda qulluq etmə faktını təsdiq edəcək məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud deyildir.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) Maddə 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEIS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; ...... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;. “Inzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi mərhum qayınatasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi sığorta stajı 20 il 11 ay 12 gün təşkil edir. ##.##.2003-##.##.2011-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış,atasına qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmədiyindən, həmin dövr sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci insatsniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) pensiya yaş həddi; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, onun pensiya yaş həddinə çatması işin mübahisəsiz halıdır. Işin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 20 il 11 ay 12 gün iş stajına malik olması halını qəbul edir, iddiaçının əlil qayınatasına qulluq etdiyi 2003- 2011-ci illərə aid olan dövrləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qulluq etdiyi dövr təsdiq edilmədiyindən mübahisələndirmişdir. Iş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.2002-ci il tarixədək işlədiyi dövrlərdə işləməsinə dair qeydlər əmək kitabçasında mövcud olmuşdur. Həmin dövrlər cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, 1925-ci il təvəllüdlü X5 Ikinci Dünya Müharibəsi illərində döyüşlərdə iştirak etmişdir. Iş materiallarında olan Şabran rayon Icra Hakimiyyəti Başçısının Şabran şəhər Nümayəndəliyi üzrə baş məsləhətçi-baş mühasib, qonşular və mərhumun gəlini və oğlu tərəfindən tərtib edilmiş, Şabran rayon Icra Hakimiyyəti Başçısının Şabran şəhər Nümayəndəliyi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli Aktda qeyd edilmişdir ki, 1925-ci ildə Dəvəçi rayon Çayqaraqaşlı kəndində anadan olmuş (1941 -1945-ci il 1 qrup Böyük vətən müharibəsi əlili) X1 həyat yoldaşı X12 ##.##.2003- cü ildə vəfat etdikdən sonra vəfat edənə kimi (##.##.2011-ci il) oğlu X2 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Həmin illərdə ona gəlini İddiaçı qulluq etmişdir. Iş materiallarında olan AZ İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya Idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının ##.##.2003-cü il tarixdən ##.##.2011-ci il tarixədək olan dövrdə mərhum İ dərəcə əlil olan qayınatasına qulluq etməsi faktı məhz iş materiallarında olan sənədlər- Şabran rayon Icra Hakimiyyəti Başçısının Şabran şəhər Nümayəndəliyi üzrə baş məsləhətçi-baş mühasib, qonşular və mərhumun gəlini və oğlu tərəfindən tərtib edilmiş akt, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsi tərəfindən verilmiş arayış əsasında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mərhum İ dərəcə əlil olan qayınatasına qulluq etməsi faktı iş materiallarında olan sənədlər əsasında da öz təsdiqini tapmışdır. Qeyd edilən hallar özlüyündə qulluqetmə barədə aktın mötəbərliyini də təsdiq edir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin halları təkzib edən, qeyd edilən sənədlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının 2003- 2011-ci ilədək mərhum İ dərəcə əlil qayınatasına qulluq etməsi faktı iş materialları əsasında öz təsdiqini tapmaqla, sübuta yetirildiyindən, həmin hal iddiaçıya münasibətdə qanunun tələbinə əsasən sosial sığorta stajı kimi nəzərə alınmalıdır.Həmin dövrlər nəzərə alınanada isə, qanunvericiliklə tələb olunan 25 il sığorta stajı tamamlanmış olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt, həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajı tələbi ödənildiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına zəruri hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyindən və tətbiq edilən hüquqi əsasları düzgün tətbiq etmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Iddiaçının tələbi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla pensiya yaşı yuxarıda qeyd edilən normalara əsasən ##.##.2024-ci il tarixdə yarandığından və 25 il sosial sığorta stajına malik olduğundan ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ##.##.2024-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Iddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin edləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2024-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.