Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-806/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Üçüncü şəxs Şirkətinin üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X11, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Abşeron rayonu Məhəmmədi kənd bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** saylı qərarından çıxarışa əsasən bələdiyyə fondundan 0.04 ha torpaq sahəsi ev tikib yaşaması üçün X8 verilmişdir. ##.##.2004-cü il tarixli qəbzdən görünür ki, X8 tərəfindən Məmmədli bələdiyyəsinin bank hesabına 336000 manat məbləğində ödəniş edilmişdir. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışda X8 ayrılmış 0,04 ha torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciət üzrə təqdim edilmiş arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi; Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi; Arxiv arayışında torpaq sahəsi 0.10 ha, yerquruluşu planından çıxarışında 0.04 ha qeyd edildiyi halda, faktiki torpaq sahəsinin 0.0424 ha olduğu; Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ona məxsus 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ev tikib yaşamaq üçün Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ## ######## 2004-cü il tarixli **/** saylı qərarı ilə Abşeron rayonu, Məmmədli kəndi X3 küçəsində 0.04 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması üçün Məmmədli Bələdiyyəsinin hesabına 336000 manat ödəniş etmişdir. Etibarnamə üzrə nümayəndəsi 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat ******/*-*-***-*/**** saylı ##.##.2025-ci il tarixli məktubla ərizənin icrasından imtina etmişdir. Cavabdeh imtina səbəbini arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyini, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışının hüquq sahibinin imzası təsdiq edilmədiyini bildirmişdir. Bundan başqa arxiv arayışında torpaq sahəsi 0.10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışında 0.04 ha qeyd edildiyi halda, faktiki torpaq sahəsinin 0.0424 ha müəyyən olunduğunu bildirmişdir. Həmçinin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyini bildirmişdir. Əgər bu torpaq sahəsi SOCAR-ın torpağı olsaydı geri alınması üçün bu günə qədər tədbir görərdi. Ona və ailə üzvlərinə qarşı ədalətsizlik və hüquqlarının pozulması deməkdir. Ona görə də 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “plan ölçü sənədi” verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu imtinası ilə razı deyil və hesab edir ki, cavabdehin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestridən çıxarış və plan-ölçü çizgisinin verilməsindən imtinası üçün gətirdiyi dəlillər tamamilə əsassızdır, qanunaziddir və bəhanədən başqa bir şey deyildir, qeyd edilən torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsinin ayrılması digər dövlət orqanları ilə razılaşdırılmaqla aparılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi; Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi; Arxiv arayışında torpaq sahəsi 0.10 ha, yerquruluşu planından çıxarışında 0.04 ha qeyd edildiyi halda, faktiki torpaq sahəsinin 0.0424 ha olduğu; Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Üçüncü şəxin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinə etiraz edərək bildirmək istəyirlər ki, iddiaçının “Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilməyərək, rədd edilməlidir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “xxxx” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Üçüncü şəxs şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, ## ######## 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və xxxx” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), Azen X1.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- IIQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar pertimetri daxilində qalan, xxxx-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək xxxx-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi xxxxnin balansında olmuş, sonradan “xxxx” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2004-cü il tarixli, *** saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulmasına səbəb olacaqdır. “xxxx” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Iddiaçı maddi sübut kimi, Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş **/** saylı ##.##.2004-cü il tarixli “fərdi evin tikintisi üçün” Çıxarılışın qoşmaya əlavə etmişdir Lakin qeyd olunan işdə maddi sübut kimi əlavə olunan Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş **/** saylı ##.##.2004-cü il tarixli Çıxarılış heç bir dövlət reyestrində qeydiyatı mövcud deyil. Bu da, iddiaçının ərazəsində göstərdiyi sənədin (Çıxarılış) doğru olmaması deməkdir. Hesab edirlər ki, Bələdiyyənin sözügedən torpaq sahəsinin üzərində hər hansı sərəncam vermək səlahiyyəti olmayıb. Əlavə olaraq iddiaçı tərəfindən qeyd olunmuş Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş **/** saylı ##.##.2004-cü il tarixli Çıxarılış özü-özlüyündə etibarsız inzibati aktdır. Belə ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş **/** saylı ##.##.2004-cü il tarixli Çıxarılış, Sazişin qüvvəyə mindiyi ## ### 2005-ci il tarixdən əvvəl qəbul edildiyi üçün etibarsızdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ## ###### tarixli 1708- VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019 -ci il tarixdən qüvvəyə minmiş Qanunun tələblərinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təmin edilməsini nəzərdə tutur. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X4 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin *-*(***)-****/** saylı, ## ###### 2015-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/** saylı, ## #### 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon Icra Hakimiyyətinə qarşı (X14 üçüncü şəxs olmaqla) “Binəqədi rayon Icra Hakimiyyətinin X14 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair **** saylı, ## ###### 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqındır' (##.##.2005-ci il tarixli 901-IIQD №- li) Azarbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Kökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin qanunun 5-ci bəndinə əsasən isə Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini ##.##.2005-ci il tarixdən itirmişdir.” Şirkətin iddia tələblərindən biri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında Məhkəmə Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: “Belə ki, Azarbaycan Respublkasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və xxxx Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1. Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş ## ### 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifalər ləğv edilmişdir. Odur ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alqı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, *** nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır” (*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarın surəti əlavə olunur). Qeyd olunanlardan əlavə olaraq Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarlarınnətieəsindənasılHhr» Belə ki, bugünki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr 'tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023- cü il tarixli *-*-*/*-****/**** saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir (məktubun surəti əlavə olunur). Məhkəmənin diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nm 1.4-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) qərarı ilə həyata keçirilir. Əlavə olaraq vətəndaş X7 çıxarışın alınması üçün iddia etdiyi torpaq sahəsi * saylı mədənin 2-ci sahəsində yerləşən 220065 (60 metr) saylı neft quyusunun mühafizə zolağı daxilində yerləşir. Bununla bağh, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensialh təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Işdə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən vətəndaşa ünvanlanmış ##.##.2025-ci il tarixli məktub mövcuddur. Məktuba qeyd olunur ki, qurum tərəfindən aparılmış araşdırmalar zamanı torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi aşkar (müəyyən) edilmişdir. Bu da onu göstəriri ki, torpaq sahəsi dövlət mülkiyyətin balansındadır və hər-hansı Bələdiyyənin qeyd olunan torpağa dair heç bir sərəncam vermək hüququ yoxdur. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli 14-2/2-108/2026 sayh məktub da mövcuddur. Məktubda qeyd olunur ki, mübahisələndirilən ərazi SOCAR-m daimi istifadəsində olmaqla Üçüncü şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilmiş “Kontrakt” sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi; Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi;Arxiv arayışında torpaq sahəsi 0.10 ha, yerquruluşu planından çıxarışında 0.04 ha qeyd edildiyi halda, faktiki torpaq sahəsinin 0.0424 ha olduğu; Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Üçüncü şəxs isə qeyd edir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “xxxx” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Üçüncü şəxs şirkətinin qanuni istifadəsinə verilmişdir. Cavabdehin və üçüncü şəxsin mövqeyi əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər, ortofoto xəritəsindən çıxarışlar; X9 adına verilmiş seriya MA №******* saylı və X10 adına verilmiş seriya MA №******* saylı çıxarışlara əsasən torpaq sahələrinin yerləşməsi ilə mübahisəli torpaq sahəsinin yerləşməsini əks etdirən müqayisəli ortofoto görüntü; İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş ortofoto görüntüsündən görünür ki, torpaq sahəsi bir istiqamətdə yerləşir, kontrakt sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin üzərindən keçir. Digər torpaq sahələri (X9 adına verilmiş seriya MA №******* saylı və X10 adına verilmiş seriya MA №******* saylı çıxarışlara əsasən) isə kontrakt sahəsindən kənarda yerləşir. Iddiaçının iddia etdiyi torpaq sahəsi kontrakt sahənin daxilində yerləşir. Beləliklə, mübahisələndirilən ərazi Dövlət Neft Şirkətinin daimi istifadəsində olmaqla, Azarbaycan Respublkasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və xxxx” Sazişə əsasən Üçüncü şəxs Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi iş materialları ilə müəyyən olunur. Iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ona aid torpaq sahəsinə hər hansı iddia və ya hüquq müəyyənedici sənədin verilmədiyini, digər orqanlar tərfindən qanuni qüvvədə olan çıxarış və plan - ölçü sənədinin olmamasını nəzərə almamışdır. Belə olduqda qanuni surətdə ayrılmış torpaq sahəsinin hansı hissədə AR.DNŞ-in balansında olan sahələr, habelə həmin perimetrhüdudlarında yerləşməsi öz təsdiqini tapmamışdır. Hansı ki, ona məxsus torpaq sahəsi 300 metr məsafədən də çox həmin Şirkətin mühafizə zonasından və ərazisindən də kənardadır. Hər iki tərəfində olan qonşulara onunla demək olar ki, yanaşı olaraq eyni torpaq sahəsi barədə cavabdeh tərəfindən 0.05 ha sahəyə olmaqla çıxarışlar ( bax: 00165004 №, X12 adına və 00165055 № -li, ##.##.2009-cu il tarixli və ##.##.2009-cu il tarixli çıxarışlar) verilmişdir. Məhkəmə tərəfindən AR.DNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında hansı ərazilərə hüquqlarının olub-olmaması üçün araşdırma aparılmamışdır. Məhkəmənin gəldiyi nəticələri ədalətli məhkəmə müdafiəsi hüququnun qorunması və müdafiə olunması baxımından, obyektiv-hərtərfli və tam olmayan hesab edirə. Hansı Qanuna əsasən onun hüquqlarının qeydiyyatından imtina edilməlidir. Məhkəmə bunu formal surətdə qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ..... Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması ..... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. .... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan arxiv arayışının və yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməməsi, arxiv arayışında torpaq sahəsinin ölçüsünün 0.10 ha, yerquruluşu planından çıxarışında 0.04 ha qeyd edildiyi halda, faktiki torpaq sahəsinin ölçüsünün 0.0424 ha olması, torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyinin müəyyən edilməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz, habelə bələdiyyə qərarının arxiv nüsxəsi mövcuddur. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,04 ha olduğu, yol ilə sərhəddir, torpaq sahəsinin daş hasar daxilində olduğu, koordinatların əlavə olunduğu qeyd edilmiş, ortofoto görüntüsü əlavə edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qurumu sözügedən torpaq sahəsinin iddiaçının uzun müddət ərzində faktiki istifadəsində olduğunu, vergi və ödənişlərin onun tərəfindən ödənildiyini, mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxsi sözügedən torpaq sahsəinin ## ##### 2005-ci il tarixli Qanunla təsdiq edilmiş Sazişə əsasən onların istifadəsinə verilmiş torpaqlarn hüdudları daxilində yerləşdiyini, habelə ləğv edilmiş neft quyusunun 62 metrli məsafəsində mühafizə zonasında yerləşdiyini bildirərək, mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmişdir. Kollegiya sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranıbyaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Indiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərin arxiv arayışının təqdim edilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı torpaq ayırma sənədi qismində çıxış edən bələdiyyə qərarının arxiv nüsxəsinin mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin sənədin arxiv nüsxələrini əldə etmək imkanına malik olduğu halda, qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı tədbir görməmiş, formal olaraq imtina əsası kimi istinad etmişdir. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilərək, bələdiyyə tərəfindən təsdiq edilmişdir. Indiki halda həmin sənədlərin qanunauyğun tərtib edilməsi halı məhz bələdiyyənin səlahiyyətinə aid olmaqla, onun öhdəlik daşıdığı hal kimi ortaya çıxmışdır. Belə olan halda isə kollegiya hesab edir ki, müvafiq qurumun öz səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasının məhdudlaşdırılmasının əsası hesab edilməməli, əks yanaşmanın tətbiq edilməsi halı formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbi baxımından ilk növbədə mütənasiblik prinsipinin mahiyyətinə və tələbinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Həmin hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq qurumun öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bundan əlavə, kollegiya cavabdehin və üçüncü şəxsin istinad etdiyi digər arqumentlə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi ## ######## 2004-cü il tarixli bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmışdır. Üçüncü şəxsin istifadəsinə torpaq sahələrinin verilməsi isə ## ##### 2005-ci il tarixdə qəbul edilmiş, ## ### 2005-ci il tarixdə qüvvəyə minmiş Qanunla təsdiq edilmiş müvafiq Saziş əsasında həyata keçirilmişdir. Göründüyü kimi üçüncü şəxsin istifadəsinə torpaq sahələrinin verilməsindən öncə iddiaçının adına müvafiq bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddianın əsaslılığına etimad hüququnun qorunması prinspininin tələbləri baxımından dəyərləndirmə aparılması zəruridir. Belə ki, “X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “....qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki,inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun....“Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.” “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımından kollegiya qeyd edir ki, indiki hada iddiaçı qəbul edilmiş və hazırda da qüvvədə olan ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək, həmin sənədin məzmununa uyğun davranış nümayiş etdirmiş, torpaq sahəsinə ayrıldığı vaxtdan indiyədək sahiblik etmiş (daş hasara almaqla, qanunla müəyyən edilmiş vergi və ödənişləri ödəmişdir), hazırda da faktiki istifadəsindədir. Bu qədər uzun müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Hansı ki, etimadın qorunması prinzipinin tələbinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüqquna malikdir və bu hüquq qanunla qorunur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda iddiaçıya münasibətdə etimadın qanunla qorunmasını istisna edən hallar da aşkar edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, işin yuxarıda müəyyəən edilmiş halları (iddiaçının adına torpaq sahəsinin daha önccə ayrılması, həmin qərarın hazırda da qüvvədə olması, iddiaçının həmin vaxtdan indiyədək faktiki istifadəsində olması) etimadın qorunması prinsipinin tələbləri əsasında iddianın əsaslılığını müəyyən etməyə imkan verir. Bundan əlavə, kollegiya hesab edir ki, cavabdeh və üçüncü şəxsin istinad etdiyi həmin arqumentlərə münasibətdə iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirilməsi zəruridir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin sağ, sol və yaxın ətraında yerləşən qonşu torpaq sahələrinə mülkiyyət hüququ eyni hüquqmüəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmış, habelə çıxarış məlumatında torpaq sahələrinin təyinatı “yaşayış məntəqələri torpaqları” kimi qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin torpaqayırma sənədləri və yerləşdiyi ərazi eyni olduğu halda, həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ortofoto görüntüsünün məzmunundan da həmin ərazinin yaşayış məntəqələrinin yerləşdiyi ərazi olması aşkar görünür, habelə üçüncü şəxs özünün verdiyi məlumatda da orada yerləşən neft quyusunun ləğv edildiyini qeyd etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqələri olan ərazi olması, habelə orada aktiv neft quyusunun mövcud olmaması müəyyən edildiyindən, həmin hallar özlüyündə üçüncü şəxsin təhlükəsizlik baxımından istinad etdiyi halların iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmədiyini deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh və üçüncü şəxsin istinad etdiyi həmin hallar etimadın qorunması və bərabərlik prinsipinin tələblərinə zidd olduğundan həmin hissədə də əsassız olmuşdur. Nəticə etibarilə kolegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, əmlak üzərində yaranmış mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına, cavabdehin və üçüncü şəxsin arqumentlərinə münasibətdə qanunvericiliyin norma və prinsiplərinin (bərabərlik və etimadın qorunması) tələbləri baxımından dəyərləndirmə aparmamış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, cavabdehin və üçüncü şəxsin istinad etdiyi dəlilləri təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməlidir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Indiki halda iddiaçının hüquqi marağı məhz sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, ona dair çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı tələbində yalnız mülkiyyət hüququnun qeydiyyata alınmasını qeyd etsə də, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, habelə vahid sənəd prinsipinin tələbinə əsasən mülkiyyət hüququ qeydə alınmaqla yanaşı, ona dair çıxarış və plnaölçü sənədi verilməli olduğundan, qərarın nəticə hissəsində mülkiyyət hüququnun qeydiyyata alınması ilə yanaşı, çıxarış və plan-ölçü sənədinin verilməsi halının da qeyd edilməsi məqsədəmüvafiqdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Abşeron rayonu Məhəmmədli bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** saylı qərarı ilə iddiaçıya satılmış 0.04 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.