Məhkəmə qərarları › İş №2-1(3-8)-810/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-810/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-810/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehxxxx“tibb müəssisəsinin ##.##.2025-ci il tarixli əlilliyin təyin olunmaması barədə qərarın ləğv edilməsi, həmin tarixdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının **** nömrəli, ## ####### 2017-ci il tarixli qərarından görünür ki, Zəngilan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin aprel ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ alın nahiyyəsində bir ədəd, başın sağ gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə-gicgah nahiyyəsində bir eded, başın arxa ənsə nahiyyəsində bir ədəd, başın təpə nahiyyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, sol almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ bazunun orta 1/3-nin önbayır səthində bir ədəd, bel nahiyyəsinin sol tərəfində qalça tini proyeksiyasında bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində iki ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2017- ci il tarixli *** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəzi zamanı alınmışdır”. TSEK-də müayinə aktından çıxarışdan görünür ki, ##.##.2018-ci ildə aparılmış qiymətləndirmə nəticəsində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Həkim Psixiatr Komissiyasının *** nömrəli, ##.##.2024-cü il tarixli rəyinin surətindən görünür ki, İddiaçı diaqnozu üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez generalizə olunmuş qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi, F07.0 qeyd edilmişdir. TSEK-də müayinə aktından çıxarışdan görünür ki, ##.##.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 tərəfindən ##.##.2025-ci il tarixli qərar əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə İddiaçı əlilliyin təyin ediməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində göstərilmişdir ki, “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutulmaları ilə” (F07.0) diaqnozu qoyulmuşdur, üzvi (II Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutulmaları” diaqnozunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə səbəbli əlaqəsi mövcuddur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əlilliyin düzgün müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tibb müəssisəsinin ##.##.2025-ci il tarixli əlilliyin təyin olunmaması barədə qərarın ləğv edilməsi, həmin tarixdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.1968-ci təvəllüdlü iddiaçı Zəngilan rayonunda anadan olmuşdur. Zəngilan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin aprel ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə- tibbi müayinəsi təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ alın nahiyyəsində bir ədəd, başın sağ gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə-gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bır ədəd, başın təpə nahiyyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, sol almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ bazunun orta 1/3-nin ön-bayır səthində bir ədəd, bel nahiyyəsinin sol tərəfində qalça tini proyeksiyasında bir ədəd, sağ baldırın yuxan 1/3- nin ön-iç səthində iki ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli *** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərb travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". Nəticədə ona imtina verilmiş: diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir. Bu barədə qərar qəbul edilmişdir. Iddiaçı hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. Barəmdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən düzgün müayinələr aparılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmasından sonra sağ alın nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, başın sağ təpə gicgah nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, sol almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ bazunun orta 1/3-nin önbayır səthində bir ədəd, bel nahiyəsinin sol tərəfində qalça tini proyeksiyasında bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində iki ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd: Hərbi qərar, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və 2 nəfər şahid ifadələri əsasında alınmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından, yaddaş zəifliyindən, başında əsmələrdən, torlu görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə başından qəlpə yaralanmması aldığını, qıcolmaların da, həmin vaxtdan başladığını qeyd etmişdir. Tutmalarının əsasən əsəbilik zamanı baş verdiyini, anlaqsız vəziyyətdə olduğunu, ətrafda olanları duymadığını, təxminən 30 dəqiqə davam etdiyini, qaşıqla yardım göstərildiyi üçün dişlərinin tamlıq sırasının pozulduğunu bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını söyləmiş, yalnız özünü narahat hiss etdiyi zaman istifadə etdiyini vurğulamışdır. Başında bəzən mülayim tremor müşahidə edilmişdir. Baxış zamanı başın ənsə və alın nahiyələrində, sol almacıq nahiyəsində çapıqlar izlənilmiş, başqa çapıqları olduğunu söyləsə də narahat etmədiyi üçün göstərməmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji status: Əzələ tonusu normal, Romberq vəziyyətində dayanıqlı olmuş, patoloji Babinski simptomu mülayim “+” müsbət alınmış, “Hoffman”, “Marinesko Radoviç”-simptomları alınmamışdır. Ətraflarda parez, atrofiya, hipotrofiya əlamətləri izlənilməmişdir. Uzun müddətdir qıcolma tutmalarından əziyyət çəkdiyini bildirsə də, anamnestik olaraq tutmaları izah edə bilməmiş, həmçinin bu illər ərzində epitutmaları təsdiq edəcək yalnız bir baş-beynin instrumental müayinəsinin (Elektroensefaloqramma) nəticəsini təqdim etmişdir. Müayinə üçün DTSERA-da EEQ müayinəsinə yönləndirilmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, verilən suallara dolğun, çox sözlü cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intelektualmnestik funksiyalarının yaşına, sosial məişət şəraitinə uyğun olması müşahidə edilmişdir. Təqdim etdiyi MRT müayinəsinin nəticəsində yaşa uyğun dəyişikliklər qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual orqanik tipli EEQ irritasya ləngdir. Hər iki yarımkürədə. Hər iki yarımkürədə əsasən sağda alın gicgah ənsədə paroksizmal (epileptik) aktivlik aşkar edilmişdir, ocaq sönməyib, ocaq aktivdir. Antikonvulsant təyinin davam etdirilməsi məsləhətdir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-##.##.2024-cü il tarixli ***/**** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sə nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış, yaddaş və intelektin zəifliyi ilə. Anamnezində tez-tez olan qıcolma tutmaları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez generalizə olunmuş qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Berlin Ailə və Uşaq Klinikasının ##.##.2025-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində hər iki pariatrial nahiyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FLAIR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq leyhinə dəyərləndirir)” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyindəDTSERA-da ##.##.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Başbeynin bioelektrik aktivliyinin dezorqanizasiyası, əsas ritmin xarakteristikasının pozulması. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və şəxsiyyət pozuntusu əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ###### 2025-ci il tarixli qərarı ləğv ləğv edilməklə, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində göstərilmişdir ki, “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutulmaları ilə” (F07.0) diaqnozu qoyulmuşdur. Üzvi (II Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutulmaları diaqnozunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə səbəbli əlaqəsi mövcuddur. Göründüyü kimi iddiaçıda müvafiq xəstəlik və xəsarət aşkar edilmişdir. Nəzərə alınmalıdır ki, əlillik təyinatının aparılması səlahiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə məxsus olduğuna görə iddiaçının əmək qabiliyyəti və davranışları qiymətləndirilərək, iddiaçıya Azərbaycan Respublikası NazirlərKabinetinin ##.##.2022- ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və ya 7.6.2.2-ci bəndində göstərilmiş meyarlar ilə orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilərək əlillik təyinatı aparılmalıdır Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); HYPERLINK "https://e-qanun.az/framework/44218" \l "_edn4" \o "" 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. ... 7.6.2. (...) üzvi mənşəli şəxsiyyət pozuntusu kod F07.0; (...) Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti;

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin ##.##.2025-ci il tarixli əlilliyin təyin olunmaması barədə qərarın ləğv edilməsi, həmin tarixdən ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh tərəfin mövqeyinə görə isə ##.##.2025-ci il tarixli qərar əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin ediməsindən qanuni olaraq imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş əməliyyatlarında iştirak edərkən odlu silah qəlpə yaralanmaları almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ## ####### 2017-ci il tarixli **** nömrəli qərarı ilə iddiaçının aldığı çoxsaylı qəlpə yaralarının hərbi travma olması və həmin travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması rəsmi qaydada təsdiq edilmişdir. Həmin qərar hazırkı mübahisə üzrə əhəmiyyətli sübut olmaqla, iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmət zamanı aldığı xəsarətlərlə əlaqəli olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçıya ## #### 2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, sonradan isə ## ###### 2025-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən "diaqnoz əlillik əlaməti təyin etmir" əsası ilə əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli **** nömrəli ekspert rəyi alınmışdır. Göndərişdə göstərilən "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutulmaları" (F07.0) diaqnozu və həmin diaqnozun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar alınmış hərbi travmanın nəticəsi olması ekspert tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi xüsusi bilik tələb edən məsələlər üzrə əldə edilmiş obyektiv sübut olmaqla, iş üzrə mövcud digər sübutlarla əlaqəlidir, onların heç biri ilə təkzib edilmir və cavabdeh tərəfindən də həmin rəyin düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqanın qəbul etdiyi ## ###### 2025-ci il tarixli qərarda yalnız "diaqnoz əlillik əlaməti təyin etmir" göstərilmiş, lakin iddiaçının mövcud xəstəliyinin funksional pozuntular yaratmaması, əmək qabiliyyətinə təsir etməməsi və ya "Əlilliyin müəyyən olunması meyarları"na uyğun gəlməməsi hansı tibbi və hüquqi əsaslarla müəyyən edildiyi əsaslandırılmamışdır. Halbuki, inzibati akt yalnız formal nəticə ilə deyil, onu şərtləndirən faktiki və hüquqi əsaslarla da əsaslandırılmalıdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı uzun illər ərzində hərbi travma nəticəsində yaranmış sağlamlıq problemləri ilə əlaqədar əlillik statusuna malik olmuş, sonrakı dövrdə isə həmin travmanın nəticələrinin aradan qalxmasını və ya funksional pozuntuların əhəmiyyətli dərəcədə azalmasını təsdiq edən hər hansı tibbi sənəd iş materiallarında mövcud deyildir. Belə ki, həm xxxxnın ## ###### 2024-cü il tarixli rəyi, həm də məhkəmə ekspertizasının ## #### 2025-ci il tarixli rəyi iddiaçıda üzvi mənşəli psixi pozuntuların, koqnitiv funksiyaların enməsinin və qıcolma tutmalarının davam etdiyini təsdiq edir. Rəyə görə diaqnozun mövcudluğunu psixiatrik müayinənin nəticəsində iddiaçının zahirən gərgin olması,təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinini dəyişkən olması, emosional dayanaqsızlığı və s.) sübut edir. Bundan başqa Respublika Neyrocərrahiyyə Xəstəxanası X1 tərəfindən verilmiş *** saylı çıxarışdan (epikriz) görünür ki, iddiaçının huşunun yüngül karlaşma səviyyəsində olması, xəstə ilə nitq kontaktının çətin olması, xəstənin qeyri-adekvat olması müəyyən edilmişdir. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun öz təsdiqini tapmaması qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etmir” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar