Məhkəmə qərarları › İş №2-1(3-8)-811/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-811/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-811/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0428 (Kod 30106038) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından gürünür ki, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.90 ha torpaq sahəsi Qusar rayon Həsənqala bələdiyyəsinin */*-* nömrəli ##.##.2005-ci tarixli qərarı əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 1,90 ha torpaq sahəsinin Qusar rayon Həsənqala bələdiyyəsinin */*-* nömrəli ##.##.2005-ci tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə mülkiyyətinizə verildiyi və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN: **** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edildiyi aşkar edilmişdir. Lakin qeyd edilən Dövlət aktı ilə bağlı qeydiyyat və elektron kadastr baza məlumatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında, həmçinin nüsxə və elektron baza məlumatlarında aşkar edilməmişdir. Müayinə aktından görünür ki, “torpaq sahəsi naturada hər tərəfdən şərti sərhədlərlə ayrılmışdır və hazırda iddiaçı tərəfindən 1.90 hektar ölçüdə əkin kimi Istifadə olunur. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında işlənmişdir.Torpaq sahşsinin faktiki koordinatlarını TEKUIE və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirifdikdə, müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqları” kateqoriyasına aid olub, “xüsusi" mülkiyyətində olmaqla, istifadəçi adı “İddiaçı" qeyd edilməklə "428" sənəd nömrəsi ilə uqodiyası "əkin* kimi uçota alınmışdır. Lakin, torpaq sahəsinə verilmiş JN-0428 (kod 30106038) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” Islahat - kompleks yerquruluşu lavihəsi"ndə (DWG-ds) də öz əksini tapmamışdır. Torpaq sahəsinin faktiki koordinatları həmin layihədə dəqiqləşdirdikdə, müəyyən edilmişdir ki, sahə "kənd təsərrüfatı təyinatlı torpaqları" kateqoriyasına aid olub, "bələdiyyə" mülkiyyətində olmaqla uqodiyası “kollu örüş” üçün nəzərdə tutulmuşdur.Həmçinin, torpaq sahəsinə verilmiş JN-428 (kod 30106038) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” DBF siyahılarında da öz əksini tapmamışdır”. Qusar rayonu BalaQusar bələdiyyəsinin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* saylı qərarı ilə iddiaçıya ayrılmış 1.90 ha torpaq sahəsi barəsində BalaQusar bələdiyyəsində heç bir məlumat əldə olunmamışdır. Azərbaycan Respublıkasının Iqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi “xxxx” MMC-nin sorğuya cavab məktubundan görünür ki, JN: **** nömrəli, Kod 30106038 olan Dövlət Aktı və onun verilməsinə əsas olmuş sənədlər aşkarlanmadı. Torpaq sahəsinin faktiki vəziyyət və qanunveriliyin tələbləri nəzərə alınmaqla yenidən baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qusar rayonu, Həsənqala kəndində ona ayrılmış 1.90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə ona Qusar rayon Həsənqala kəndindən 1.90 ha torpaq sahəsi verilmişdir. Bundan sonra ##.##.2006-cı il tarixdə 1.90 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sxemi verilmişdir. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN *** nömrəli və KOD ******** saylı dövlət aktı adına tərtib edilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqan * saylı Xaçmaz Ərazi idarəsi müraciət etdikdə, cavabdeh orqan ##.##.2025-ci il tarixli məktubu ilə xahişi təmin etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtinası tam əsassızdır. Belə ki, Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə ona ayrılmış 1.90 ha torpaq sahəsinin sahibidir və onun istifadəsindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 1,90 ha torpaq sahəsinin Qusar rayon Həsənqala bələdiyyəsinin */*-* nömrəli ##.##.2005-ci tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçının mülkiyyətinə verildiyi və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN: **** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edildiyi aşkar edilmişdir. Lakin qeyd edilən Dövlət aktı ilə bağlı qeydiyyat və elektron kadastr baza məlumatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında, həmçinin nüsxə və elektron baza məlumatlarında aşkar edilməmişdir. JN-0428 nomrəli (KOD 30106038) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərinde öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qusar rayonu, Həsənqala kəndində iddiaçıya ayrılmış 1.90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qusar rayon Həsənqala Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, */*-* nömrəli qərarı ilə iddiaçıya kənd təsərüfatı məhsullarının istehsalı üçün 1.90 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0428 (Kod 30106038) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mərhumun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Iddiaçı ona ayrılmış 1.90 ha torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında götərdiyi arqumentlər torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, dövlət aktının idarənin arxivində, elektron baza məlumatlarından qeydə alınmaması olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edilir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Müayinə aktından görünür ki, “torpaq sahəsi naturada hər tərəfdən şərti sərhədlərlə ayrılmışdır və hazırda iddiaçı tərəfindən 1.90 hektar ölçüdə əkin kimi Istifadə olunur. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında işlənmişdir.Torpaq sahşsinin faktiki koordinatlarını TEKUIE və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirifdikdə, müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqları” kateqoriyasına aid olub, “xüsusi" mülkiyyətində olmaqla, istifadəçi adı “İddiaçı" qeyd edilməklə "428" sənəd nömrəsi ilə uqodiyası "əkin* kimi uçota alınmışdır. Lakin, torpaq sahəsinə verilmiş JN-0428 (kod 30106038) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” Islahat - kompleks yerquruluşu lavihəsi"ndə (DWG-ds) də öz əksini tapmamışdır. Torpaq sahəsinin faktiki koordinatları həmin layihədə dəqiqləşdirdikdə, müəyyən edilmişdir ki, sahə "kənd təsərrüfatı təyinatlı torpaqları" kateqoriyasına aid olub, "bələdiyyə" mülkiyyətində olmaqla uqodiyası “kollu örüş” üçün nəzərdə tutulmuşdur.Həmçinin, torpaq sahəsinə verilmiş JN-428 (kod 30106038) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” DBF siyahılarında da öz əksini tapmamışdır”. Göründüyü kimi, etirazda göstərilmiş texniki hissəyə dair məsələ öz həllini tapmış və başqa hər hansə nöqsanlar aşkarlanmamışdır. Cavabdeh təşkilatın imtinasında göstərdiyi arqument ilə bağlı bildirilir ki, iddiaçı ayrılmış torpaq sahəsi məhz kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıldığından həmin kateqoriyada onun mülkiyyət hüquqlarının qeydə alınmasında hər hansı maneə mövcud deyildir. Bundan başqa o da nəzərə alınmalıdır ki, xxxx PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə xxxx PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (##.##.2007-ci il tarixə qədər olan redaksiya). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktının electron kadastr məlumatında və qeydiyyat kitabında aşkar edilməməsi, habelə təyinatının kənd təsərrüfatı təyinatlı, kollu örüş olması halına istinad edərək, imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi ##.##.2005-ci il tarixli bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış, onun əsasında “Torpağın mülkiyyətə verilməsi haqqında” JN-**** nömrəli Dövlət Aktı tərtib edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin bələdiyyə qərarı əsasında iddiaçının aıdna torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin özündə hər hansı məlumat aşkar edilməmiş, habelə bələdiyyənin arxivə təhvil verilmiş ##.##.2005-##.##.2006-cı illərə aid iclas protokolları və ##.##.2005- ##.##.2005-ci illərə aid alqı-satqı sənəd qovluğunda sözügedən bələdiyyə qərarı aşkar edilməmiş, həmin qərar arxiv idarəsinə təhvil verilməmişdir. İ.in müəyyən edilmiş hallarından görünür ki, elektron kadastr uçot baza arxiv məlumatlarında da Dövlət Aktı və onun verilməsinə əsas olan sənədlər aşkar olunmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin satılmasına və dəyərinin ödənilməsinə dair qəbz mövcud olmamışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, kənd təsərrüfatı əkin üçün istifadə olunur, TEKUIS-də kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, mülkiyyət növü xüsusi, iddiaçının adı, 428 nömrə ilə uçota alınmış, DVG məlumatında kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası kollu örüş, mülkiyyət növü bələdiyyə kimi qeyd edilmiş, DBF siyahısında adı aşkar edilməmişdir, habelə yerləşmə mövqeyinə dair ortofoto görüntüsü əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının istifadəe tdiyi torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin məzmunundan görünür ki, sözügedən torpaq sahələri kənd təsərrüfatı təyinatlı əkin torpaq sahələri olmaqla, aqrar islahat zamanı verilmiş pay torpaq sahələri olmuş, habelə torpaq sahələrinə aid sənədlərin məzmununda torpaq sahələrinin keyfiyyət qrupunun II qrup olması, bonitet balının 69 olması qeyd edilmiş, yalnız bir torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmaqla, həmin torpaq sahəsinin bonitet balı 20, keyfiyyət qrupu V kimi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, kadastr uçot baza məlumatlarında torpaq sahəsinin təyinatı həm DVJ, həm də TEKUIS məlumatlarında (torpaq sahəsinin ayrıldığı vaxtda və hazırda) kənd təsərrüfatı təyinatlı əkin üçün yararlı torpaq sahələri olması əks olunmuş, TEKUIS-də kənd təsərrüfatı təyinatlı əkin torpaqlar kimi, DVG-də isə kənd təsərrüfatı təyinatlı kolu örüş torpaq sahələri kimi qeyd edilmişdir. Kollegiya torpaq sahəsi üzərinə iddiaçının mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının adına bələdiyyə qərarı əsasında torpaq sahəsi ayrılmış olsa da, bələdiyyə qərarı, alqı-satqı aktı, ödəniş qəbzi, DT və XK tərəfindən verilmiş rəy kimi sənədlərin mövcudluğu aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaqayıran qurum tərəfindən də sözügedən torpaq sahəsinin iddiaçıya satılması halı təsdiq edilməmiş, habelə bələdiyyənin arxiv idarəsində təhvil verilmiş sənədləri mövcud olsa da, iddiaçıya aid sənəd aşkar edilməmişdir (təhvil verilməmişdir), habelə arxiv kadastr məlumatında da bu hala dair heç bir sənəd mövcud olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, torpaq sahəsinin satılması barədə qərarın qəbul edilməsi, alqı-satqı aktının tərtib edilməsi, müqavilə ilə rəsmiləşdirilməsi və torpaq sahəsinin dəyərinin ödənilməsi məhz əmlak üzərində mülkiyyət hüququnun başqa şəxsə keçirilməsi üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Başqa sözlə desək, alqı-satqı aktı və ya müqavilə müvafiq bələdiyyə qərarına əsaslanır, həmin qərarın icrasının və əmlakın dəyərinin ödənilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın, alqı-satqı aktının, ödəniş qəbzinin mövculduğu müəyyən edilmədiyindən, bu hal özlüyündə torpaq sahəsinin satılması prosedurunun baş vermədiyini də deməyə əsas verir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş həmin halları əsasında iddiaçının tələbin əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənədin mötəbərliyini və torpaq sahəsinin iddiaçıya satılması prosesinin baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, sözügedən bələdiyyə qərarı və Dövlət Aktı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsas kimi mötəbər hüquqmüəyyənedici sənəd qimsində çıxış etməmişdir. Bu hallar isə özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə, kollegiya hesab edir ki, hətta həmin sənədlər mövcud olmuş olsa idi belə, torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi kimi çıxış etdiyindən, həmin torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satıla bilməzdi. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Indiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı və kollu örüş torpaq sahəsi olması həm ilkin sənədlər, həm də kadastr məlumatları əsasında öz təsdiqini tapmışdır. Hətta torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar əsasında da təsdiqini tapmamışdır, əksinə DVG məlumatında kənd təsərrüfatı təyinatlı kollu örüş kimi qeyd edilmiş, hazırda TEKUIS məlumatında isə kənd təsərrüfatı təyinatlı əkin kimi qeyd edilmişdir. Eyni zamanda, ətrafında yerləşən qonşu torpaq sahələrinin keyfiyyət qrupunun II qrup və bonitet balının 69 olması halı da həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahələri olmaısnı deməyə əsas verir. Bundan əlavə, sözügedən torpaq sahəsi hazırda da iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi kimi istifadə edilməsi halı da özlüyündə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi olması halını təsdiq edən dolayı sübut kimi çıxış edir. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Həmçinin, kollegiya iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, iddiaçının iddia etidyi torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri olmaqla, aqrar islahat komissiyası tərəfindən ayrılmış torpaq sahələri olmuşdur, hansı ki qanunvericiliyin tələbinə əsasən həmin sənədlər kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış edir, bələdiyyə tərəfindən isə həmin torpaq sahələri yalnız icarəyə verilə bilərdi. Bu baxımından kollegiya hesab edir ki, bu hal özlüyündə iddiaçı ilə həmin şəxslərin eyni faktiki və hüquqi vəziyyətdə olan şəxs kimi dəyərləndirilməsinə imkan verməmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, qonşu torpaq sahələrindən yalnız biri bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış, onun əsasında mülkiyyət hüququ qeydə alınmış, həmin sənədlərdə bonitet balı 20, keyfiyyət qrupu V kimi qeyd edilmişdir. Kollegiya bu hissədə iddianının əsaslılığının bərabərlik prinsipinin təlbələri baxımından dəyərləndirməsini apararaq, qeyd edir ki, bərabərlik prinsipinin tələblərinin tətbiq edilməsi qanunsuz hərəkətlərə əsaslana bilməz. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələrinin təyinatının kənd təsərrüfatı yararlı əkin torpaq sahələri olması, iddiaçının özünün həmin torpaq sahəsindən kənd təsərrüfatı təyinatlı əkin üçün istifadə etməsi, DVG və TEKUIs məlumatında torpaq sahəsinin kənd təsərrüfatı yararlı olması barədə məlumatın mövcudluğu müəyyən edildiyindən, habelə bələdiyyə tərəfindən həmin torpaq sahələrini satmaq səlahiyyəti olmadığından, bir nəfər şəxsə aid qonşu torpaq sahəsinə dair mülkiyyət hüququnun bələdiyyə qərarı əsasında qeydə alınması halının iddiaçıya münasibətdə bərabərlik prinsipinin tətbiq edilməsi əsası kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları özlüyündə bərabərlik prinsipinin qanunsuz hərəkətlərə əsaslanmaq tətbiq edilməsinə gətirib çıxartdığından, iddianın əsaslılığının bu prinsipin tələbləri əsasında qiymətləndirilməsi mümkün olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (arxiv sənədlərin mövcud olmaması, torpaqayıran qurum tərəfindən də bu halın təsdiq edilməməsi, torpaq sahəsinin təyinatının DVJ və TEKUIS məlumatlarda kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi olması, ortofoto görüntüsünün məzmununda da yerləşdiyi sahənin kənd təsərrüfatı təyinatlı yararlı sahə olması, iddiaçının özünün kənd təsərrüfatı əkin üçün istifadə etməsi, qonşu torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin dəlilləri qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, müvafiq qərarın mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar