Məhkəmə qərarları › İş №2-1(3-8)-818/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-818/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-818/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarından görünür ki, İddiaçı 692,212.19 manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir Cavabdeh ## ##### 2025-ci il tarixli, 3-21-2-9/2- *****/**** nömrəli məktubundan görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2017-ci il tarixdən hazırkı dövrədək gəlir vergisi üzrə bəyannamələr təqdim etmişdir. Təqdim edilmiş 2020-2022 və 2024-cü il üçün gəlir vergisi bəyannamələrində əks olunmuş gəlir və xərclərlə vergi orqanının məlumat bazasında əks olunmuş gəlir və xərclər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2020ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 5.879.068,08 manat, xərc məbləği 5.858.668,30 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 4.554.138,99 manat, xərc məbləğinin 3.795.115,82 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində təsdiq edilməyən 1.324.929,19 manat gəlir, 2.063.552,48 manat isə xərc məbləğinin artıq göstərdiyi müəyyən edilmişdir. 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 15.881.942,29 manat, xərc məbləği 15.832.732,45 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 15.999.353,53 manat, xərc məbləğinin 15.832.732,45 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 117.411,24 manat dövriyyədən yayındığı, 2.499.937,84 manat isə təsdiq edilməyən xərc məbləğini artıq göstərdiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir və xərc məbləği qeyd edilməmiş, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 421.745,76 manat, xərc məbləğinin 351.454,80 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 421.745,76 manat dövriyyədən yayındığı, 351.454,80 manat isə xərc məbləğini göstərmədiyi müəyyən edilmişdir. 2024-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 99.981,36 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 130.575,88 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 30.594,52 manat dövriyyədən yayındığı müəyyən edilmişdir. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdır (hakim – R.Həsənov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Apellyasiya icraatı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ÖMV və ona uyğun təsdiqlənmiş maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını” xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilərək iddia təmin edilmişdir (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əzizova, İ.Quliyev). Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qəardadı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarının mübahisələndirilən hissədə qismən - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ƏDV vergisinin və həmin vergi üzrə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. Iş ləğv edilmiş hissədə təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Işə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında baxılarkən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iddia ərizəsinin qismən - "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ƏDV-nin hesablanması və ona müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair hissədə geri qaytarılmasını və həmin hissədə iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 55. Iddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. Iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. Iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin ərizəsi hazırkı şərtlərdə tərəflər arasında qeyd edilən hissədə mübahisənin olmadığını göstərir. Ona görə də formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi qismən - "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ƏDV-nin hesablanması və ona müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair hissədə geri götürülmüş hesab edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. NƏTICƏVI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddia ərizəsi "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ƏDV-nin hesablanması və ona müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair hissədə geri götürülmüş hesab edilsin və bu əsasla da həmin hissədə iş üzrə icraata xitam verilsin. Iddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar