Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-821/2026 18.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 tanınmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataalınması üçün ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir. Müraciətinə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə müraciətə baxılması barədə cavab verilmiş və aşağıdakılar qeyd edilmişdir. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən JN ****A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş, sonradan notarial qaydada iddiaçıya satıldığı 0.1 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və əldə olunmuş məlumatlar idarənin elektron kadastrı xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında konfiqurasiya fərqi mövcuddur. Həmçinin faktiki torpaq sahəsi 0.0945 ha təşkil edir. Bütün bu qeyd olunanlara əsasən ərizənin ikinci məqsədi olan torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtina edilmişdir. Iddiaçı cavabdehin imtina məktubu ilə razılaşmadığını və qeyd edilən torpaq sahəsi uzun müddət maneəsiz istifadə etdiyini bildirmişdir. Bu günə qədər bununla bağlı heç bir problemlə qarşılaşmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssisləri gəlib əraziyə baxış keçirilmədən yuxarıda qeyd edilən əsassız hallara görə torpaq sahəsinin planı və ölçünün verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında konfiqurasiya fərqi olduğu və faktiki torpaq sahəsinin 0.0945 ha olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan ************ reyestr nömrəli çıxarışa əsasən 0,1 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır.(hakim Rahim Həsənov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçı qanuni əsaslarla əldə etmiş və mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçıya verilmiş ************ reyestr nömrəli çıxarışlı 0,1 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsində heç bir maneə mövcud deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh2n nizamnaməsi “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin sənədlərdə göstərilən yerləşməsi ilə naturada yerləşməsi arasında konfiqurasiya fərqinin olduğunu və torpaq sahəsinin faktiki ölçüsünün 0,0945 ha təşkil etdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında konfiqurasiya fərqinin mövcud olması və faktiki torpaq sahəsinin 0,0945 ha təşkil etməsidir. Məhkəmə kollegiyası birinci dəlillə bağlı qeyd edir ki, torpaq sahəsinin sənədlər üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında müəyyən edilmiş uyğunsuzluğun mövcudluğu özözlüyündə iddiaçının torpaq sahəsinə dair hüquqlarının rəsmiləşdirilməsindən və həmin hüquqların həyata keçirilməsi üçün zəruri sənədlərin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarından göründüyü kimi, torpaq sahələrinin faktiki vəziyyətinin müəyyən edilməsi, torpaq-kadastr sənədləri ilə naturada mövcud vəziyyət arasında uyğunsuzluqların aşkar edilməsi və belə uyğunsuzluqların aradan qaldırılması yerquruluşu və kadastr işlərinin predmetinə daxildir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, torpaq sahəsinin sənədlər üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında konfiqurasiya fərqinin müəyyən edilməsi cavabdeh inzibati orqanın öz səlahiyyətləri çərçivəsində aradan qaldırmalı olduğu uyğunsuzluqdur. Başqa sözlə, kadastr məlumatları ilə torpaq sahəsinin naturada faktiki vəziyyəti arasında fərq müəyyən edildikdə, həmin fərqin mövcudluğuna istinad etməklə plan və ölçü sənədinin verilməsindən imtina etmək deyil, mövcud məlumatların naturadakı vəziyyətə uyğunlaşdırılması və kadastr məlumatlarının dəqiqləşdirilməsi istiqamətində müvafiq yerquruluşu və kadastr tədbirlərinin həyata keçirilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi hallar iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsindən imtinaya əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2-ci dəlilinə münasibətdə qeyd edir ki, məhhkəmə iclasında iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mübahisəli torpaq sahəsinin faktiki müəyyən edilmiş 0,0945 ha ölçüsündə torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iş üzrə müəyyən edilmiş faktiki hallara, o cümlədən cavabdehin öz araşdırması nəticəsində müəyyən etdiyi torpaq sahəsinin 0,0945 ha təşkil etməsinə uyğundur və ilkin iddia tələbinin mahiyyətini dəyişdirmir. Əksinə, dəqiqləşdirilmiş tələb mübahisənin faktiki predmetinə və torpaq sahəsinin naturada müəyyən edilmiş ölçüsünə uyğunlaşdırılmışdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş tələbinə münasibətdə cavabdehin apellyasiya şikayətində göstərilən konfiqurasiya fərqinə dair dəlilin hüquqi əhəmiyyəti qalmır. Çünki həmin fərqin aradan qaldırılması və torpaq sahəsinə dair kadastr məlumatlarının faktiki vəziyyətə uyğunlaşdırılması məhz cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olan məsələlərdəndir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının qanuni əsaslarla əldə etdiyi və dövlət reyestrində qeydə alınmış torpaq sahəsidir. Belə olan halda torpaq sahəsinin faktiki ölçüsünün 0,0945 ha olması barədə cavabdehin müəyyən etdiyi hal iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarının rəsmiləşdirilməsindən imtina üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8 və 12-ci maddələrinin, habelə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun torpaq sahələrinin texniki uçotu, naturada tədqiqi və kadastr məlumatlarında mövcud uyğunsuzluqların aradan qaldırılmasına dair müddəalarının tələbləri baxımından iddiaçının torpaq sahəsinə dair hüquqlarının faktiki vəziyyətə uyğun olaraq rəsmiləşdirilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bununla belə, apellyasiya instansiyasında iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmalı və birinci instansiya məhkəməsinin qərarı həmin dəqiqləşdirilmiş tələbə uyğunlaşdırılmaqla dəyişdirilməlidir. Belə olan halda kollegiya hesab edir ki, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0945 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan ************ reyestr nömrəli çıxarışa düzəliş edilərək 0,0945 ha torpaq sahəsinə yeni çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.