Məhkəmə qərarları › İş №2-1(3-8)-822/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-822/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-822/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aylıq ödənişin dayandırılması barədə qərarın ləğv edilməsi, aylıq ödənişin ödənilməsinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən aylıq müavinət ödənişinin ödənilməsi və pensiya məbləğindən tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdehin ##.##.2022-ci il tarixli, ***** saylı qərarından görünür ki, iddiaçı barəsində sosial müavinətin dayandırılması haqqında qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Sizə ##.##.2008-ci il tarixindən sözügedən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmiş və ##.##.2022-ci il tarixinədək ödənilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, “xxxx” ASCnin * saylı müəssisəsi ##.##.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq sizə təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi ##.##.2022-ci il tarixinədək davam etdirilmişdir. Bu səbəbdən ##.##.2013-cü il tarixindən ##.##.2022-ci iI tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıqödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövIət Xidmətinin müvafiq məktubuna əsasən “xxxx” ASC-nin * saylı müəssisəsinin özəlləşdirilməsi ##.##.2013-cü il tarixində başa çatdığından sizə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2022-ci il tarixli qərara əsasən müəssisənin özəlləşdirilməsi prosesi başa çatdığı üçün özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak oimuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq sosial müavinət işi üzrə ##.##.2013-cü il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr üçün 8967,43 manat artıqalma aşkar edilmişdir. Bildiririk ki, sosial müavinət üzrə artıq alınmış 8967,43 manat vəsaiti əlilliyə görə əmək pensiyanızdan ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək hər ay 54,70 manat olmaqla, cəmi 1317,10 manat tutularaq bərpa edilmiş və ##.##.2024-cü il tarixində tutulma dayandırılmışdır. Qalıq artıqalma məbləğiniz 7650,33 manat təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, sizə ##.##.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli № 22********** saylı məktubuna əsasən “xxxx” ASC-nin * saylı müəssisəsinin ##.##.2013-cü i! tarixindən özəliəşdirilməsinə baxmayaraq sizə təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi ##.##.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə aylıq ödənc əvəzinə aylıq müavinət üzrə ##.##.2013-cü il tarixindən ##.##.2022-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “xxxx” ASC-nin * saylı müəssisəsinin özəlləşdirilməsi başa çatdığı üçün sizə təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli məktubdan görünür ki, sizə ##.##.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən “xxxx” ASC-nin * saylı müəssisəsinin ##.##.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq sizə təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi ##.##.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə ##.##.2013-cü il tarixindən ##.##.2022-ci i! tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “xxxx” ASC-nin * saylı müəssisəsinin özəlləşdirilməsi başa çatdığı üçün sizə təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, ##.##.2022-ci il tarixli qərara əsasən, Sizin (iş № ******, Sumqayıt şəhəri) müəssisənin ozəlləşdinıməsi prosesi başa çatdığı üçün özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq sosial müavinət işi üzrə ##.##.2013-cü il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr üçün 8967,43 manat artıqalma yaranmışdır. Artıq alınmış vəsait Sizin ****** nömrəli əlilliyə görə olan pensiya işinizdən ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək hər ay 54,70 manat olmaqla, cəmi 437,60 manat tutularaq bərpa edildikdən sonra yekun artıqalma məbləği 8529,83 manat təşkil edir. Yuxanda qeyd olunanları nəzərə alaraq sizə bildiririk ki, artıqalınmış vəsaitin bərpası qanunamüvafiq qaydada davam etdiriləcəkdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC-nin * saylı müəssisəsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2011-ci il tarixdə hərracın qalibi olmuş əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, aylıq ödənc əvəzinə aylıq müavinət ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən aylıq müavinət ödənişinin ödənilməsi və pensiya məbləğindən tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1958- ci il tarixdə Quba rayonu, Tülyar kəndində anadan olmuşdur. Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq sosial müavinət təyin edilmişdir. Lakin həmin sosial müavinətin verilməsi heç bir əsas və səbəb olmadan dayandırılmışdır. Həmin sosial müavinətin bərpası ilə bağlı iş üzrə cavabdehə müraciət etdikdə ona “xxxx” ASC-nin * saylı müəssisəsinin özəlləşdirildiyi bildirilmişdir. Lakin onun tərəfindən araşdırılma aparılmış və hər hansı özəlləşdirilmənin olmadığı bildirilmişdir. Cavabdehə dəfələrlə müraciət etmiş, lakin sonuncu müraciətini cavablandırmamışdırlar. Həmçinin ondan guya artıq ödənilmə müəyyən edilmiş və bu səbəbdən də ## ###### 2022-ci il tarixindən ## ###### 2024-cü il tarixədək hər ay 54 manat 70 qəpik məbləğində olmaqla, ümumilikdə 1317 manat 10 qəpik məbləğində pul tutulmuş, daha sonra müraciəti əsasında tutulma dayandırılmışdır, lakin həmin sosial müavinətin verilməsi təmin edilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “aylıq ödənc əvəzinə aylıq müavinət ödənişinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatınızda olan 2-1(118)- ****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Inzibati Prosessual Məcəllənin (bundan sonra - IPM) 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. Iddiaçı İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinət ödənişinin verilməsi ilə əlaqədar Fonda müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə baxan Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli məktubuna əsasən aylıq ödənc əvəzinə aylıq müavinət ödənişinin verilməsi mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsində aylıq ödənc əvəzinə aylıq müavinət ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olubolmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. Imtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olubolmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Işin faktiki hallarından məlum olur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçı İddiaçı ##.##.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il #######ın #-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Istinad olan normanın müddəaları baxımından iddiaçıya müavinət ödənişi aşağıdakı hallardan biri baş verənədək davam etdirilə bilərdi: 1. dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək; 2. dövlət müəssisələrini idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək. Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Nazirliyə təqdim edir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli 22********** nömrəli məktubuna əsasən iddiaçının peşə xəstəliyi nəticəsində sağlamlığının pozulduğu “xxxx” ASC-nin * saylı müəssisəsinin ##.##.2013-cü il tarixindən özəlləşdirildiyi bildirilmişdir. Buna baxmayaraq, iddiaçı İddiaçı təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi ##.##.2022-ci il tarixinədək davam etdirilmişdir. Istinad edilən məktuba əsasən Mərkəzi Filialın ##.##.2022-ci il tarixli ***** nömrəli qərarına əsasən İddiaçı təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmış və ##.##.2013-cü il tarixindən ##.##.2022-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1 (***)-****/**** nömrəli qərarının 33-34-cü bəndlərində də qeyd edildiyi kimi, “Ali Məhkəmənin Inzibati Kollegiyasının oxşar işlər üzrə əvvəllər qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyə əsasən müavinətin ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən cavabdehin müavinət öhdəliyi olmadığından yeni yanaşma (hüquqi mövqe) tətbiq edilməlidir. Hazırkı vəziyyətdə istehsalat qəzasının baş verdiyi qurum özəlləşdirildiyindən, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan halda apellyasiya instansiya məhkəməsinin cavabdehin qeyd edilən tələblə bağlı öhdəlik daşıyan tərəf olması barədə gəldiyi qənaət maddi hüquq normalarının düzgün olmayan tətbiqi kimi qiymətləndirilir.” Deməli, hazırkı iş üzrə də iddiaçının vaxtilə işlədiyi “xxxx” ASC-nin * saylı müəssisəsi özəlləşdirildiyindən cavabdehin aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Qeyd edilən səbəbdən Mərkəzi Filial iddiaçıya aylıq müavinət ödəməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərarın ləğv edilməsi, iddiaçı İddiaçı aylıq ödənc müavinətindən tutulmuş pulun geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərar üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Bununla yanaşı “dayandırıldığı tarixdən aylıq müavinət ödənişinin ödənilməsi” məsələsinə münasibətdə isə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı, ##.##.2022-ci il tarixdən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxs olaraq ona dəymiş zərərə görə aylıq ödəncin bərpa edilməsindən ibarətdir. Iddiaçının xəsarət aldığı “xxxx” ASC-nin * saylı müəssisəsi yerində ## ### 2011-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hərracın qalibi olmuş əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Həmin qurum Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nı hazırkı iş üzrə normativ əsas kimi qəbul edən məhkəmə bildirir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. Ali Məhkəmənin oxşar işlər üzrə əvvəllər qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyə əsasən müavinəti ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən cavabdehin müavinət öhdəliyi olmadığından yeni yanaşma (hüquqi mövqe) tətbiq edilir. Hazırkı vəziyyətdə istehsalat qəzasının baş verdiyi qurum özəlləşdirildiyindən, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan halda cavabdehin imtinası həmin hissədə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina həmin hissədə mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Nəticə etibarilə, bütün yuxarıda sadalanan hüquqi və faktiki halların birgə təhlili əsasında belə qənaətə gəlmək olar ki, istehsalat qəzasının baş verdiyi müəssisənin sonrakı dövrlərdə özəlləşdirilməsi, daha sonra ləğv olunması, eləcə də bu müəssisənin hüquqi varisinin mövcud olmaması şəraitində cavabdeh orqanın iddiaçıya aylıq ödəniş etməsi öhdəliyinin qanunvericiliklə müəyyən edilmiş normativ əsasları mövcud deyildir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Cavabdeh orqanın qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərar üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir.” Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı İddiaçı barəsində inzibati icraat başlamışdır. Inzibati icraatın başlaması üçün əsas qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli 22********** nömrəli məktubu çıxış etmişdir. Belə ki, məhz həmin məktub əsasında “xxxx” ASC-nin * saylı müəssisəsinin ##.##.2013-cü il tarixindən özəlləşdirildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il #######ın #-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Istinad olan normanın müddəaları baxımından iddiaçıya müavinət ödənişi aşağıdakı hallardan biri baş verənədək davam etdirilə bilərdi: 1. dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək; 2. dövlət müəssisələrini idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək. Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Nazirliyə təqdim edir. Hazırkı vəziyyətdə istehsalat qəzasının baş verdiyi qurum özəlləşdirildiyindən, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan halda məhkəmə cavabdehin qeyd edilən tələblə bağlı öhdəlik daşıyan tərəf olması barədə gəldiyi qənaət maddi hüquq normalarının düzgün olmayan tətbiqi kimi qiymətləndirilir.” Deməli, hazırkı iş üzrə də iddiaçının vaxtilə işlədiyi “xxxx” ASC-nin * saylı müəssisəsiözəlləşdirildiyindən cavabdehin aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan təqdirdə Mərkəzi Filial “Sosial müavinətin dayandırılması haqqında” ##.##.2022-ci il tarixli ***** nömrəli qərar qəbul etməkdə haqlı olmuşdur. Deməli, qərar heç də məhkəmənin qeyd etdiyi kimi əsassız deyildi. Halbuki məhkəmə özü iddianı “dayandırıldığı tarixdən aylıq müavinət ödənişinin ödənilməsi” hissəsində təmin etməmiş və cavabdehin mövqeyinə istinad edərək eyni şəkildə əsaslandırmışdır. Beləliklə, məhkəmənin qərarı ziddiyyətlidir. Məhkəmə hesab etmişdir ki, müavinət dayandırıldığı tarixdən ödənilə bilməz, lakin digər tərəfdən də müavinətin dayandırılmasını nəzərdə tutan qərarı qanunsuz əlverişsiz inzibati akt kimi dəyərləndirərək ləğv etmişdir. “Inzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Deməli, məhkəmə tərəfindən həmin qərarın ləğv edilməsi müavinət ödənişinin dayandırıldığı tarixdən davam etdirilməsi ilə nəticələnəcəkdir. Bu isə iddianın təmin edilməyən hissəsinin təmin ediləcəyi halda sonuncunun hüquqi nəticəsi ilə eynilik təşkil edəcəkdir. Iddianın təmin edildiyi digər hissəyə - “pensiya məbləğindən tutulmuş pulun geri qaytarılması”na gəldikdə isə bildiririk ki, cavabdehin eyni qərarı ilə artıqödəmənin əlilliyə görə əmək pensiyasının ödənişində nəzərə alınması da qərara alınmışdır. Beləliklə, məhkəmə qərar qəbul edərkən Mərkəzi Filialın ##.##.2022-ci il tarixli ***** nömrəli qərarını ləğv etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ.Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. II. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği” 1.1. Işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın II bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il ## ######## tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə Idarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ....... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edildiyi hissədə qismən ləğv edilməli, ləğv edilən hissədə iddia qismən təmin edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır.. Hazırki iş üzrə iddiaçının hüquqi marağı aylıq ödənişin dayandırılması, artıq ödəmə müəyyən edilməsi və tutulma aparılması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə, ödənişin dayandıırldığı vaxtdan bərpa edilməsinə və tutulmuş məbləğin ona geri qaytarılmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi və istehsalat qəzasının baş verdiyi dövlət müəssisəsinin özəlləşdirilməsi prosesinin 2013-cü ildə başa çatdığında, qanunvericiliyin tələbinə əsasən həmin hadisə ilə bağlı 2008-ci ildə təyin edilmiş aylıq ödənişin məhz 2013-cü ilədək ödənilməli olduğu halda, 2022-ci ilədək ödənildiyindən, artıq ödəmə müəyyən edilməsi və tutulma aparılması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, hazırki iş üzrə məhz iddia tələbinin təmin edilən hissəsi (“…qərarın ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması…”) apellyasiya baxışının predmetini təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya apellyasiya baxışının predmeti olan hissədə iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı “xxxx” ASC-nin * saylı müəssisəsində işlədiyi dövrdə baş vermiş istehsalat qəzası zamanı sağlamlığı pozulduğundan, bu əsasla ##.##.2008-ci il tarixdə aylıq ödəniş təyin edilərək, ##.##.2022-ci il tarixədək ödənilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə müvafiq Fərmanla təsdiq edilmiş II Dövlət Proqramına uyğun olaraq ##.##.2011-ci il tarixdə hərracın qalibi olmuş əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində işlədiyi müəssisənin ##.##.2013-cü ildə özəlləşdirilmə prosesinin başa çatması halını əsas götürərək, ##.##.2013-cü ildən ##.##.2022-ci ilədək olan dövr üzrə aylıq ödəncin ödənilməməli olduğundan, həmin dövr üzrə 8967,43 manat artıqödəmə müəyyən etmiş, əlilliyə görə əmək pensiya ödənişindən hər ay 54,70 manat tutulma aparılmış, bu barədə ##.##.2022-ci il tarixli qərar qəbul etmiş, həmin qərar əsasında 1317,10 manat tutulma aparılmış, qalıq artıqödəmə məbləği 7650,33 manat təşkil etmiş,aparılmış tutulma isə ##.##.2024-cü ildən dayandırılmışdır. Indiki halda iddiaçı məhz cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş həmin ##.##.2022-ci il tarixli qərarın ləğv edilməsini, aylıq ödənişin dayandırıldığı vaxtdan bərpa edilməsini, aparılmış tutulma məbləğinin ona geri qaytarılmasını istəyir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçı barəsində təyin edilən aylıq ödənişin məhz dövlət müəssisəsinin özəlləşdirilməsinin başa çatdığı tarix əsas götürülməklə, həmin vaxtdan ödənişin ödənilməsinin dayandırılması imperativ norma şəklində qeyd edilmişdir. Indiki halda isə iddiaçının işlədiyi (həmin müəssisədə baş vermiş hadisə ilə bağlı aylıq ödənişin təyin edildiyi) müəssisənin ##.##.2011-ci il tarixdə özəlləşdirilməsi, ##.##.2013-cü ildə özəlləşdirilmə prosesinin başa çatması halı aşkardır. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən həmin tarixdən iddiaçıya təyin edilmiş ödənişin ödənilməsi dayandırılmalı idi. Buna baxmayaraq, iddiaçıya aylıq ödənişin ödənilməsi ##.##.2022-ci ilədək davam etmişdir. Nəticə etibarilə iddiaçıya həmin dövr üzrə qanuni əsas olmadan (iddiaçının bu ödənişi almaq hüququ olmadığı halda) aylıq ödənişin ödənilməsi həyata keçirildiyindən, həmin vəsaitin ödənilməsi əsassız olaraq aparılmışdır. Bu baxımından kollegiya hesab edir ki, indiki iddiaçıya 2013-2022-ci ilə aid dövr üzrə aylıq ödənişin ödənilməsinin qanuni əsası olmadığından, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarı “artıq ödəmə halının müəyyən edilməsi” hissəsində əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin həmin halı müəyyən edilmiş olsa da, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarı tam ləğv edilmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, ##.##.2022-ci il tarixli qərar “artıq ödəmə halının müəyyən edilməsi” hissəsində əsaslı olduğundan, birinci instansiya məhkəməsinin həmin qərarın bütövlükdə ləğv edilməsi ilə bağlı gəldiyi nəticə işin müəyyən edilmiş halına uyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi” hissəsində qismən ləğv edilməli, ləğv edilən həmin hissədə iddia qismən təmin edilməli, ##.##.2022-ci il tarixli qərarı “artıq ödəmə məbləğinin əlilliyə görə pensiya məbləğindən tutulmasının aparılması” hissəsində ləğv edilməli, iddia tələbi ##.##.2022-ci il tarixli qərarın qalan hissədə (artıqödəmə halının müəyyən edilməsinin) ləğv edilməsinə aid hissədə təmin edilməməlidir. Bundan əlavə, kollegiya cavabdehin şikayətinin iddia tələbinin təmin edilən “tutulmuş pulun geri qaytarılması” hissəsində dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən artıq ödənilmiş pul vəsiatinin əmək pensiyasından tutulması yalnız əmək pensiyaçısının razılığı əsasında həyata keçirilə bilər, belə razılıq olmadığı halda isə məhkəmə qərarı əsasında aparıla bilər. Indiki halda isə iddiaçının əmək pensiyasından tutulma aparılması barədə razılığının olması və ya bu barədə məhkəmə qərarının mövcud olması halı müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, belə bir razılıq olmadığı və ya bu barədə məhkəmə qərarı olmadığı halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasından artıq ödəmə məbləğinin tutulmasını aparmaqda haqlı olmamış, cavabdehin bu hissədə hərəkətləri qanunazidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olduğundan, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verməklə, gəldiyi nəticə qanuni və əsaslı olduğundan, bu hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin olunduğu hissədə qismən ləğv edilməli, ləğv edilən hissədə iddia qismən təmin edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı iddia tələbinin təmin edildiyi hissədə qismən- “cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərarın ləğv edilməsi” hissəsində qismən ləğv edilsin, ləğv edilən hissədə iddia qismən təmin edilsin. Cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərarı “artıqvermənin əlilliyə görə pensiyası ödənişində nəzərə alınması, bu əsasla tutulmanın aparılması” hissəsində ləğv edilsin. Cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli, ***** saylı “Sosial müavinətin dayandırılması haqqında” qərarının “artıqödəmə məbləğinin müəyyən edilməsi” hissəsində ləğv edilməsinə dair hissədə iddia tələbi təmin edilməsin. Qərar apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar