Məhkəmə qərarları › İş №2-1(3-8)-825/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-825/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-825/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Abşeron rayonu, X5 ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə fərdi ev tikmək məqsədilə 0.0350 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2013-cü il tarixli *** saylı rəyində qeyd edilmişdir ki, fərdi ev tikmək məqsədilə satılmış qanunamüvafiqdir, torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmir. Torpaq sahəsinin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində ##.##.2013-cü il tarixdə 732/13 nömrə ilə qeydə alınmışdır. “Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qobu bələdiyyəsi ilə İddiaçı arasında 0.0350 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı bağlanmışdır. Qəbzin surətindən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin hesabına 300 manat pul köçürmüşdür. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan görünür ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən sizə 0.035 ha torpaq sahəsinin ##.##.2007-ci il tarixdə ** nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının ## #### 2013-cü il tarixində verilməklə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 1997-ci ıl tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin mühürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə “X2” qızı kimi göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” qızı kimi qeyd olunduğu aşkar edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyəti ilə təqdim edilmiş eskiz layihə arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində ona ayrılmış 0.0350 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, X5 ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə fərdi ev tikmək məqsədilə 0.0350 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi istifadə və sahibliyindədir. cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində istifadəsinə və sahibliynə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ## ### 2024- cü il tarixli ərizə ilə müraciət etmişəm, lakin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Imtina məktubunda qeyd edilmişdir ki, Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən sizə 0.035 ha torpaq sahəsinin ##.##.2007-ci il tarixdə ** nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının ## #### 2013-cü il tarixində verilməklə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 1997-ci ıl tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin mühürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə “X2” qızı kimi göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” qızı kimi qeyd olunduğu aşkar edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyəti ilə təqdim edilmiş eskiz layihə arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyesri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Cavabdeh qurumun imtina üçün istinad etdiyi hallar tamamilə əsassızdır. Belə ki, Birinci imtina əsası ilə bağlı bildirir ki, Qobu Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə qərarının tarixi ilə alqı-satqı aktının verildiyi tarixin fərqli olması imtina üçün əsas ola bilməz. Qobu Bələdiyyəsinin ##.##.2007-ci il tarixdə, ** saylı qərarı ilə ayrılmış torpaq sahəsinin dəyərini ödəmiş və torpaq sahəsi ona təhvil verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Ikinci imtina əsası ilə bağlı bildirir ki, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada tərtib ediməməsi iddiaçının deyil, Qobu Bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla, mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud olmadığı halda cavabdeh orqanın oz mülahizəsinə görə bu hala istinad etməsi əsassızdır. Üçüncü imtina əsası ilə bağlı bildirir ki, adına münasibətdə mövcud olan uyğunsuzluq yalnız texniki səhvdən ibarətdir. Dördüncü imtina əsası ilə bağlı bildirir ki, vətəndaşın ona verilən torpaq sahəsinin təyinatını bilməsi onun vəzifəsi deyildir. Belə ki, torpaq sahəsi fərdi evin tikilməsi məqsədilə verilmişdir və torpaq sahəsinin dəyərini ödəmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi faktiki sahibliyi və istifadəsindədir. Təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqları kimi qeydə alınan torpaq sahələrinin verilməsi qanunla inzibati orqan hesab edilən Abşeron rayonu Qobu Bələdiyyəsinin nöqsanıdır. Həmçinin qeyd edilən torpaq sahəsinin ətrafında olan torpaq sahələri yaşayış məntəqələri torpaqları kimi başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beşinci imtina əsası ilə bağlı bildirir ki, qeyd olunan hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi; Sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə “X2 ” qızı kimi göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” qızı kimi qeyd olunduğu; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi; Sözügedən torpaq sahəsi sənəd üzrə 0.035 ha olduğu halda, yerquruluşu planından çıxarışda torpaq sahəsinin 0.04 ha olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində ayrılmış 0.035 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Abşeron rayonu, X5 ## ###### 2007-ci il tarixli ** saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə sorğusuna əsasən mübahisə predmeti olan torpaq sahəsinə bitişik, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş bitişik torpaq sahəsinin çıxarışından görünür ki, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5- ci hissəsinə ziddir. Sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğutəqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə “X2” qızı kimi göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” qızı kimi qeyd olunmasına münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** saylı arayışına əsasən İddiaçı Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.035 ha torpaq sahəsi ayrılmış, torpaqayırma sənədlərində, bələdiyyə qərarında, DTXK-nin rəyində texniki səhv olaraq X2 (əslində İddiaçı) yazılmışdır. Sözügedən torpaq sahəsi sənəd üzrə 0.035 ha olduğu halda, yerquruluşu planından çıxarışda torpaq sahəsinin 0.04 ha olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi 0.035 ha torpaq sahəsi ilə bağlı olduğundan qeyd edilən hissədə də mübahisə qalmır. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidlərinin hüdudlarında olan bəzi torpaq sahələrinin inzibati ərazi aidiyyəti ilə bağlı mövcud mübahisələrin həlli və inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsi Bakı və Abşeron rayonunun mübahisəli əraziləri daxilində yerləşir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 0.035 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq bələdiyyə qərarının tarixi ilə alqı-satqı aktının tarixinin fərqli olduğu, qanunamüvafiq təsdiq edilmədiyi, arxiv arayışının əlavə edilmədiyi, hüquq sahibinin adına uyğunsuzluq olması, yeruqurluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsi, sənəd üzrə ölçüsünün 0,04 ha olduğu halda, faktiki ölçüsünün 0,0350 ha olduğu,təyinatının kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlar olduğu, inzibati ərazi vahidi olaraq Bakı və ya Abşeron ərazisinə aid olması baxımından mübahisəli ərazidə yerləşməsi kimi hallara istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcuddur. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruqruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirərək, bu barədə rəy tərtib edilmiş və təsdiq edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,0350 ha, faktiki ölçüsü 0,0351 ha təşkil edir, üzərində ümumi sahəsi 235 kv.m.olan fərdi yaşayış evi vardır, yol ilə sərhəddir. Kollegiya torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Indiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələri mövcud olmuşdur. Cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində özü həmin sənədləri əldə etmək imkanına malik olduğu halda, formal olaraq arxiv arayışının təqdim edilməməsi əsasına istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, müvafiq bələdiyyə qərarı ilə alqı-satqı aktının tarixinin fərqli olması, qanunamüvafiq qaydada tərtib edilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Həmin sənədlərin lazimi qaydada tərtib edilməsi məhz müvafiq bələdiyyə qurumunun öhdəliyi kimi ortaya çıxmışdır. Belə olan halda, bələdiyyənin öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinin nəticələrinə istinad etməklə, iddiaçının mövcud olan hüququnun məhdudlaşdıırlması ilk növbədə mütənasiblik prinsipinin tələbinə zidddir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumentləri də əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, indiki halda torpaqayıran qurum torpaq sahəsinin məhz iddiaçıya ayrılması halını təsdiq edərək, ad hissəsində texniki səhvə yol verildiyini, habelə 0,0350 ha torpaq sahəsi ayrıldığını bildirmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar iddiaçının təqsiri ilə bağlı olmamaqla, məhz müvafiq qurumun sənədləşdirmə işlərini apararkən texniki səhvə yol verməsi nəticəsində ortaya çıxmışdır. Bu halda kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi uyğunsuzluqlarla bağlı halın texniki səhv olaraq ortaya çıxdığı aşkar olduğundan, torpaqayıran qurum tərəfindən idiaçıya torpaq sahəsinin ayrılması halı təsdiq edildiyindən, hüquqmüəyyənedici sənədlər qüvvədə olmaqla, arxiv nüsxələri aşkar olunduğundan, həmin hal mülkiyyət hüququnun qeydə alınmasndan imtina üçün əsas qimsində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumentləri də əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər əsaslarla bağlı qeyd edir ki, indiki halda cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı hal da mübahisələndirilmişdir. Kollegiya cavabdehin istinad etdiyi həmin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə cavabdehin arqumentinin əsassızlığına dair formalaşdırılmış vahid məhkəmə təcrübəsi və qanunvericiliyin tələblərinə uyğun dəyərləndirilmə aparılmaqla, bu hallar ətraflı qeyd edildiyindən, təkrarən həmin halın qeyd edilməsi zərurəti mövcud olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki,müvafiq bələdiyyə qərarının məzmununda sözügedən torpaq sahəsinin təyinatı və kateqoriyası perspektiv inkişaf fonduna aid olan torpaq sahəsi kimi qeyd edilmiş, həmin qərar hazırda qüvvədədir. Bundan əlavə, həmin torpaq sahəsinin satılmasının, alqı-satqı predmeti olmasına dair müvafiq rəy məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin Komitə çıxış etmişdir. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqı-satqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və eyni hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi inzibati ərazi vahidi olaraq Abşeron rayonu ərazisi hüdudları daxilində yerləşdiyindən, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir rəsmi məlumat təqdim edilmədiyindən, həmin hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ yarandığından və bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar