Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-830/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin 09 aprel 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli qərarında nəzərdə tutulmuş müharibə əlilləri üçün fərdi evin ayrılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1993-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. ##.##.2012-ci il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini DQ-nin N nömrəli hərbi hissədə xidmət etmişdir. 2017-ci il ## ###### tarixindən ##.##.2017-ci il tarixədək DQ-rın tərkibində “X8 təlim” kursunu bitirmişdir. Kursu bitirdikdən sonra DQ-rın N nömrəli hərbi hissədə XTD-də xidmətə başlamışdır. Xidməti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq əmrləri ilə müxtəlif medallarla təltif edilmişdir: Şücaət medalı, Cəbrayıl rayonu medalı, Müharibə iştirakçısı medalı, Müharibə veteranı statusu. ##.##.2020-ci il tarixdə Fizuli və Xocavənd rayonları uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində travma almış, göstərilmiş ilkin tibbi yardım zamanı “Mina partlayışı, Barotravma Qapalı kəllə beyin travması” diaqnozu qoyulub. Səhhətində ciddi problemlər var. Iddiaçı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Agentliyinə müraciətlər etmiş, hətta agentin sədrinin qəbulunda olmuşdur. Lakin ona heç bir köməklik göstərilməyib. Agentlik sədri iddiaçıya balansda ev olduğunun, lakin bir neçə gün keçdikdən sonra hərbi qulluqçulara, qazi və şəhid ailələrinə evlər paylanılmışdır. Müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hal-hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında ##.##.2019-cu il tarixli Sərəncamı, Bakı, Sumqayıt, Abşeron, Gəncə kimi iri şəhərlərdə Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binalarında mənzillər verilmiş, lakin onun əlillik dərəcəsinin təyin olunmasından artıq 5 (beş) il ötməsinə baxmayaraq, hətta bütün tələb olunan sənədləri vaxtında versə belə, evlə təmin edilməmişdir. Iddiaçı ilə eyni vaxta əlillik dərəcəsi almış döyüş yoldaşları mənzillə təmin edilib. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## #### tarixli *** nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2021ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli ***s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı Siyəzən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli ** nömrəli Sərəncamı ilə bir nəfər (özü) olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində 2-ci Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüşdür. Qüvvədə olan Sərəncama İddiaçı anası X5 əlavə edilməsi üçün imtiyazlı şəxs ##.##.2024-cü il tarixində Siyəzən Rayon Icra Hakimiyyətinə müraciət etmiş və vətəndaşın müraciəti əsasında Siyəzən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli Sərəncamı ilə ** nömrəli Sərəncama dəyişiklik edilərək, İddiaçı mənzil uçotuna anası X5 əlavə edilmişdir. Hazırda Nazirliyin balansında Siyəzən və digər ətraf rayonlar üzrə iki otaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Həmçinin onu da qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Sərəncamına əsasən imtiyazlı şəxslərin 2021-2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı “mənzil tələbinə” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-sosial ekspert komissiyasının ##.##.2021-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ilkin 5 (iki) il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ##.##.2026cı il tarixli və ##.##.2026-cı il tarixli məktublardan görünür ki, Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş vətən müharibəsi əlili qismində mənzil uçotuna alınmış imtiyazlı şəxslərin siyahısı üzrə İddiaçı 8-ci yerdədir. Həmçinin bildirilir ki, sözügedən siyahı üzrə Agentlik tərəfindən İddiaçı ilə eyni imtiyaza malik olan X1, X2 və X10 yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi 3 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**/*-**/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş İddiaçı ərizəsinə əsasən Siyəzən Rayon Icra Hakimiyyəti başçısının "İddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülməsi haqqında” 2024-cü il ## #### tarixli ** nömrəli Sərəncamı verilmiş və iki nəfər (özü və anası) olmaqla mənzil uçotuna götürülmüşlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin 09 aprel 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyi olması ilə bağlı ona mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri b) Iddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, o mənzil təminatı hüququna malik olan şəxsdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməsin. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X11 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X11 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin. 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası Prezidentinin ## ### 2025-ci il tarixli Sərəncamı ilə ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamın 1-ci və 3-cü hissələrində “2025ci” sözləri “2030-cu” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16cı yarımbəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1 və 24.2. Inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı onun qanunvericilikdə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında nəzərdə tutulan imtiyazlı mənzil təminatı mexanizmi çərçivəsində mənzil və ya fərdi evlə təmin olunması öhdəliyinin icrasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının ##.##.2021-ci il tarixli qərarı bu halı təsdiq edir. Iddiaçının əlilliyinin səbəbi məhz ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəli olduğundan o, xüsusi mənzil təminatı tədbirlərinin şamil edildiyi sosial müdafiə kateqoriyasına daxildir. Kollegiya qeyd edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi yalnız 2024-cü il tarixli sənədlərlə deyil, daha əvvəlki dövrə aid rəsmi sənədlə də təsdiq olunur. Belə ki, Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının aparatının ##.##.2022-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, ** nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Bu hal iddiaçının mənzil təminatı ilə bağlı hüquqi statusunun yalnız 2024-cü ildən formalaşmadığını, əksinə, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi hüquqi vəziyyətinin hələ 2022-ci ildə səlahiyyətli dövlət orqanı tərəfindən tanındığını və rəsmiləşdirildiyini təsdiq edir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq təqdim edilmiş digər sənədlərdən görünür ki, iddiaçı İddiaçı sonrakı mərhələdə Siyəzən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi, 2-ci Qarabağ müharibəsi əlili qismində mənzil növbəsinə götürülmüşdür. Daha sonra onun müraciəti əsasında Siyəzən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli Sərəncamı ilə ##.##.2024-cü il tarixli, ** nömrəli Sərəncama dəyişiklik edilmiş, iddiaçının anası X5 da ailə tərkibinə əlavə olunmuşdur. Beləliklə, iddiaçının mənzil uçotu iki nəfərlik ailə tərkibi üzrə rəsmiləşdirilmişdir. Göstərilən sənədlər birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının mənzil təminatı hüququ formal və ya sonradan yaradılmış tələb kimi deyil, ardıcıl olaraq müxtəlif dövrlərdə səlahiyyətli yerli icra hakimiyyəti orqanları tərəfindən tanınmış sosial təminat hüququ kimi çıxış edir. Iddiaçı əvvəlcə 2022-ci ildə ünvan 1 növbəsinə götürülmüş, qeydiyyat (yaşayış) ünvanı dəyişdiyi üçün sonradan isə Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotu rəsmiləşdirilmiş və müvafiq siyahılar üzrə cavabdeh Agentliyə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, Sosial Xidmətlər Agentliyinin ##.##.2026-cı il və ##.##.2026cı il tarixli məktubları ilə Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş Vətən müharibəsi əlili qismində mənzil uçotuna alınmış imtiyazlı şəxslərin siyahısında İddiaçı olması, həmin siyahıda onun 8-ci yerdə göstərilməsi müəyyən edilir. Həmin məktublarda, həmçinin iddiaçı ilə eyni imtiyaza malik olan X1, X2 və X10 yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi 3 otaqlı mənzillə təmin edildiyi bildirilmişdir. Bu faktlar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, hazırkı mübahisədə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi məsələsi mübahisəli deyil. O, artıq səlahiyyətli yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil növbəsinə götürülmüş, sonrakı mərhələdə isə Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən müvafiq siyahı üzrə cavabdeh Agentliyə təqdim edilmişdir. Mübahisə iddiaçının həmin uçot və imtiyazlı status əsasında mənzil təminatı hüququnun cavabdeh tərəfindən icra edilib-edilməməsi ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək onu da qeyd edir ki, cavabdehin iddianın mümkünsüz sayılması barədə dəlili əsaslı sayıla bilməz. Belə ki, iddiaçının cavabdehə qarşı maddi-hüquqi tələbi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamından, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 27 və 31-ci maddələrindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçotu ilə bağlı normalarından və Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndindən irəli gəlir. Ona görə də iddia tələbi subyektiv hüquqa və cavabdehin qanunla müəyyən edilmiş səlahiyyətinə aid olduğundsn mümkün hesab edilməlidir. Kollegiya xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı mənzil və ya fərdi evlə təmin edilməli olan şəxsləri müxtəlif kateqoriyalar üzrə müəyyən edir. Həmin Sərəncamın 1.1-ci bəndində 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri nəzərdə tutulmuşdur. Iş materiallarında olan Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının aparatının ##.##.2022-ci il tarixli məktubu isə iddiaçının artıq ##.##.2022-ci il tarixdə mənzil növbəsinə götürüldüyünü təsdiq etdiyindən, onun ümumiyyətlə 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanında mənzil növbəsində olmaması barədə mövqe iş materialları ilə təkzib olunur. Bununla yanaşı, **** nömrəli Sərəncamın 1.2-ci bəndi ayrıca və xüsusi kateqoriyanı əhatə edir. Həmin bənd yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Bu bəndin məzmunundan görünür ki, qanunverici 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün ayrıca təminat mexanizmi müəyyən etmişdir. Kollegiya qeyd edir ki, həmin bənddə 1.1-ci bənddən fərqli olaraq “2023-cü il ######ın #-dək uçota alınmış” məhdudiyyəti ayrıca nəzərdə tutulmamışdır. Buna görə də hətta iddiaçının sonrakı mərhələdə Siyəzən Rayon Icra Hakimiyyətində ##.##.2024cü il tarixdə uçota alınması da onun **** nömrəli Sərəncamın 1.2-ci bəndinin təsiri altına düşməsini istisna etmir. Əksinə, iddiaçının əlilliyinin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilməsi, onun yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil növbəsinə götürülməsi və sonradan cavabdeh Agentliyə təqdim edilmiş siyahıda yer alması həmin Sərəncamın məqsəd və məzmununa uyğun gəlir. Başqa sözlə, **** nömrəli Sərəncamın 1.2-ci bəndi üzrə həlledici meyarlar şəxsin yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onun əlilliyinin 2020–2023-cü illərdə aparılmış hərbi əməliyyatlarla əlaqədar müəyyən edilməsidir. Hazırkı işdə bu meyarların hər ikisi mövcuddur. Yəni, iddiaçı səlahiyyətli orqanlar tərəfindən mənzil növbəsinə götürülmüş, onun üçüncü dərəcəli əlilliyi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ## ### 2025-ci il tarixli Sərəncamı ilə **** nömrəli Sərəncamın 1-ci və 3-cü hissələrində “2025-ci” sözləri “2030cu” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik Sərəncam üzrə mərhələli mənzil təminatı tədbirlərinin 2021-2030-cu illər ərzində həyata keçirilməsini təsbit edir. Deməli, cavabdehin mənzil təminatının mərhələli xarakter daşımasına istinadı iddiaçının hüququnu aradan qaldırmır, yalnız həmin hüququn icrasının qanunvericilikdə nəzərdə tutulmuş plan və növbəlilik mexanizmi daxilində həyata keçirilməli olduğunu göstərir. Cavabdehin “Nazirliyin balansında Siyəzən və digər ətraf rayonlar üzrə iki otaqlı mənzil yoxdur” dəlili də iddianın rədd edilməsi üçün yetərli hüquqi əsas kimi qəbul edilə bilməz. Mənzil təminatı üzrə dövlət proqramının icrası cavabdeh orqanın təşkilati və funksional vəzifəsidir. Hazırda konkret ölçüdə və ya otaq sayında mənzilin balansda olmaması iddiaçının imtiyazlı təminat hüququnun mövcudluğunu aradan qaldırmır, bu hal yalnız məhkəmə qərarının icrası zamanı təminatın mərhələlilik və növbəlilik qaydasına uyğun təşkilinə aid məsələ kimi qiymətləndirilə bilər. Kollegiya nəzərə alır ki, iş materiallarında iddiaçı ilə eyni imtiyazlı kateqoriyaya daxil olan şəxslərin mənzillə təmin edilməsi faktı da əksini tapmışdır. Cavabdeh isə iddiaçının siyahıda 8-ci yerdə olmasına, ailə tərkibinə və eyni imtiyazlı şəxslərlə müqayisədə hüquqi vəziyyətinə münasibətdə onun təminatının niyə həyata keçirilmədiyini düzgün şəkildə əsaslandırmamışdır. Bir sözlə, cavabdehin balansında müvafiq otaq sayına malik mənzilin olmaması barədə ümumi xarakterli istinad iddiaçının qanunvericiliklə tanınan imtiyazlı mənzil təminatı hüququnun mövcudluğunu aradan qaldırmır. Belə hal, yalnız təminatın təşkili və icra mexanizmi ilə bağlı məsələ kimi qiymətləndirilə bilər və inzibati orqanı iddiaçının hüquqi vəziyyətini, növbəlilik ardıcıllığını və eyni imtiyazlı kateqoriyaya aid şəxslərin təminat vəziyyətini araşdırmaq vəzifəsindən azad etmir. Kollegiya qeyd edir ki, mənzil təminatının mərhələli və növbəlilik əsasında həyata keçirilməsi iddiaçının qanunvericiliklə tanınan hüququnun mövcudluğunu istisna etmir. Həmin prinsiplər imtiyazlı şəxslərin mənzil təminatında ardıcıllığın və bərabər yanaşmanın təmin edilməsinə xidmət edir. Lakin mərhələlilik və növbəlilik qaydaları cavabdeh inzibati orqanın üzərinə düşən öhdəliyin icrasından yayınması və ya həmin öhdəliyin qeyri-müəyyən müddətə təxirə salınması üçün əsas kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının üçüncü dərəcəli əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilməsi, onun ##.##.2022-ci il tarixdə Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə mənzil növbəsinə götürülməsi, sonradan Siyəzən Rayon Icra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotunun rəsmiləşdirilməsi, müvafiq siyahı üzrə cavabdeh Agentliyə təqdim edilməsi, habelə Sosial Xidmətlər Agentliyinin bu sahədə funksional səlahiyyətə malik olması birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin 09 aprel 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.