Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-831/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçılar iddiaçı2 və iddiaçı1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş *** nömrəli qeydiyyat vəsiqəsinin, texniki pasportu və həmin sənədlər əsasında işlənilən dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış və texniki pasportun iddiaçılara çatan miras əmlakın 24 kv.metr sahəsi olan ** nömrəli mağaza hissəsində ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026- cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri 29 məhəllə ünvanında 1.5 ha torpaq sahəsində yerləşən “xxxx” KM MMC-yə məxsus ümumi sahəsi 2454.4 kv.m olan əmlak kompleksindən (çıxaırşın) sahəsi 24 kv.m olan mağaza hissəsində mülkiyyət hüquqlarımızın tanınması, həmin hissədə çıxarışın etibarsız hesab edilməsi, üçüncü şəxs "xxxx” KM MMC-dən vurmuş olduğu zərərin 75 000 (yetmiş beş min ) manat məbləğində pulun alınıb verilməsi və həmin 24 kv.m sahəsi olan mağaza binasından çıxarılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən “xxxx” Kiçik Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş *** nömrəli qeydiyyat vəsiqəsinin, texniki pasportu və həmin sənədlər əsasında işlənilən dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış və texniki pasportun iddiaçılara çatan miras əmlakın 24 kv.metr sahəsi olan ** nömrəli mağaza hissəsində ləğv edilməsi” nə dair qərar qəbul edilməsini Sumqayıt Inzibati Məhkəməsindən dən xahiş etmişlər. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 olduğu “Quba Nəqliyyat” ATSCnin (keçmiş Quba avtobazası) Paz markalı avtobusunda Quba-Dərbənd (Rusiya Fedarasiyası) marşurutunda işləmişdir. Işlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə Dərband şəhərindən ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla “xxxx” KM-də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. Həmin vaxtı iddiaçı KM-nin sədri ilə tanış olmuş, onun da sifarişlərini icra etmişdir. 1999-cu ildə Paşa Ağayev iddiaçılara müraciət edərək oğlu Fərruxun bir türk vətəndaşına küllü miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtarışa verilməsini, məsuliyyətindən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin iddiaçılar ehtiyacları olmadığını bildirərək təklifi qəbul etməmişdirlər. Lakin sonradan mərhum Paşa Ağayev yaşadıqları evə gələrək oğlunun borcunun qaytarılmasına heç bir adamın köməklik etmədiyini bildirərək bu məsələdə ona köməklik edilməsini xahiş etmişdir. Xahişlərini nəzərə alıb yarımçıq tikili olan 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün iddiaçılar ilə razılığa gəlmişdirlər. Beləliklə iddiaçılar notariat kontoruna müraciət etmiş və yarımçıq tikilinin dəyərini 800 min AZN məbləğində pulu ödəməklə ##.##.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda “xxxx” KM-nin sədri mərhum Paşa Ağayevlə mərhum X2 arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Bununla yanaşı ## ###### 1999-cu il tarixdə mərhum Paşa Ağayevlə aralarında əlavə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “xxxx” KM-nin ərazisində inşa ediləcək yarımçıq tikintinin X2 şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında oturması səbəbi ilə bölünməz olaraq qalması, mağzanın yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisi nağd yolla iddiaçı tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə edildiyi halda sayğac üzrə sərfiyyatın məbləğinin müəsisənin hesabına köçürülməsi, torpaq sahəsindən istəfədə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilədə tikinti sahibi kimi Hacıverdiyev Xankişiyə məxsus olmaqla obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və “xxxx” KM-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli 2(105)- ****/**** saylı qətnamə və qərardadı qanuni qüvvəsini almışdır. Qərardadla “çıxarışın etibarsız hesab edilməsi və ziyan” tələbi hissəsində mülki icraat qaydasında baxılmalı olmadığından həmin hissə üzrə də icraata xitam verilmiş, inzibati icraat qaydasında baxılmalı olduğu qərara alınmışdır. Ona görə də inzibati icraat qaydasında məhkəməyə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri 29 məhllə ünvanında 1.5 ha torpaq sahəndə yerləşən “xxxx” KM MMC-yə məxsus ümumi sahəsi 2454.4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına mülkiyyət hüquqlarının tanınması və “xxxx” KM MMC-dən vurmuş olduğu zərərin 75 000 (yetmiş beş min ) manat məbləğində pulun alınıb verilməsi mağaza binasından çıxarılması barədə məcburetmə haqqında iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edirlər. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, iddiaçının atası Xankişi Hacıverdiyev əvvəllər üçüncü şəxsə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- ****/**** saylı, ##.##.2020-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin vaxtı iddiaçı alqı-atqı müqaviləsinə əsasən mülkiyyət hüququnun tanınmasını xahiş edirdi. Məhkəmə müəyyən etmişdir ki, “Iddiaçı ##.##.1999-cu il tarixli müqaviləyə istinad edərək 24 kv.m-lik yarımçıq tikiliyə hüququn qeydə alınmasını xahiş edir. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin 1992-ci il tarixli, *** saylı qərarına əsasən, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “xxxx” Kiçik Müəssisəsinə ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai iaşə binaları, həmçinin iddiaçının ##.##.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kv.metrlik yarımçıq tikili ## ###### 2000-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Sonradan həmin ticarət yarmarkası “xxxx” Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, ## ###### 1999-cu il tarixli müqavilə bağlanan vaxt əmlak “xxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri ## ###### 1999-cu il tarixli alqı-satqı müqaviləsindən sonra, yəni ## ###### 2000-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmışdır. Lakin yuxarıda bəhs olunduğu kimi alqısatqı müqaviləsinin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sübuta yetməmişdir. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz tikili barəsində müqavilə də notariat qaydasında təsdiqlənə bilməzdi. Göründüyü kimi iş üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı olduğundan, onun alqı-satqı müqaviləsinin heç bir hüquqi əhəmiyyəti olmadığından, həmin alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə məxsus çıxarışın ləğvini tələb edə bilməz. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026- cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, 2014-cü il tarixli , RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri 29 məhəllə ünvanında 1.5 ha torpaq sahəsində yerləşən “xxxx” KM MMC-yə məxsus ümumi sahəsi 2454.4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Iddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişlər ki, "xxxx" km-nin iddiası qismən təmin olunmaqla Hacıverdiyevin öz mülkiyyətində olan mağazadan çıxarılması təmin olundu. Həmin qətnamədən verilmiş apellyasiya şikayətləri təmin edilməməsi barədə qətnamə qəbul edildi. Ali Məhkəmənin MK-nın qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək yenədən baxılması üçün Sumqayıt apellyasiya məhkəməsinə qaytarıldı. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mağaza binasından cavabdehin çıxarılması barədə qanunsuz qərarını ləğv etdi, lakin yeni qətnaməsi ilə yenidən mağaza binasından cavabdeh X2 çıxarılması barədə məhkəmə praktikasında hələ mövcud olmayan anormal qətnamə qəbul etdi. Hətta iddiaçının hərəkətlərində əsaslı cinayət əməlinin - dələduzluq yolu ilə qanunsuz çıxarış əldə etməsini xüsusilə qeyd edərək qarşılıqlı iddianın isə inzibati məhkəmə icraatında baxılmalı olması barədə ayrıca qərardad qəbul etdi. Sonradan məlum oldu ki, möhtərəm hakim bu aktları qəbul etməkdə məqsədi - niyyəti iddiaçıya qarşı iddianın təmin edilməməsi olmuşdur. Səyyad Qafariyə arxalanan iddiaçı qətnamə qüvvəsini almadan məsələnin artıq birbaşa Ali Məhkəmənin yeni sədri Inam Kərimovla razılaşdırıldığını bldirərək mağazanın qifılını sındırıb mağazaya girərək satılmamış qalmış əşyaları , hətta Xankişiyə aid olan kassa aparatını alıb mənimsədi və mağazanı başqa şəxslərə icarəyə verdi. Bu vəziyyətə dözməyən həyat yoldaşı qan təzyiqinin qalxması səbəbindən vəfat etdi. Bu gündə əşyaları Fərrux Ağayevdədir. Ayına təqribən 100.000 icarə haqqlarından qazanan və artıq Səyyad Qafari vasitəsi ilə özünə məhkəmə hakimiyyətinin rəhbərinə yol tapan Fərrux Ağayevin xeyrinə çıxarılan qətnamədən təbii ki kassasiya şikayətinin qanuni və ədalətli baxılıb öncəki qərara uyğun ədalətli qərar qəbul ediləcəyinə ümidləri olsa da məhkəmə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etdi...Çarəsiz qalıb yenidən inzibati məhkəməyə müraciət etmişlər. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-l(118)-1012/2025-ci il tarixli qərarı ilə iddia təmin edilmədi. Ona görə də heç bir ümid olmasa da yenidən inzibati məhkəməyə "xxxx" km-ə işlənilmiş qanunsuz 24 kv.m onlara məxsus hissədə çıxarışın ləğvi barədə cavabdeh Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKvəR-nin * saylı xaçmaz ərazi idarəsi phş-ə qarşı iddia ərizəsi üzrə 3-cü şəxs "xxxx” km-nin sədrinin atıq məhkəmə hakimiyyətinin rəhbəri ilə razılığının əldə olunmasını qabaqcadan bildiklərindən və sonunda iddia tələbinin təmin edilməməsi barədə qərarı məhkəmə hüquq şurasına şikayətdən sonra sifarişli məktubla ## ##### 2026-cı il tarixində poçt vasitəsi ilə onlara çatdırılmışdır. Məhkəmə qərarında qeyd edir ki, guya 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər sonuncunun mülkiyyətində olmasıni sübuta yetirməmişdir və qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarı olduğundan həmin alqı-satqı müqaviləsi əsasında 3-cü şəxsə məxsus çıxarışın ləğvini tələb edə bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz- ilkin müqavilə notariat kontorunda bağlanılmış , iddiaçı ilə müqavilə dövlətin ən etibarl və dövlətin tanıdığı orqan tərəfindən təsdiq edilmişdir. Iddiaçılar hardan bilərdi ki, notariat qaydasında təsdiq edilmiş müqavilə dövlət reyestrinda qeydə alınmamış, qanunsuzdur. Cavabdehlə müqavilə MMnin 334.1 maddəsinə əsasən Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilmişdir. Belə ki həm notarius , həm də alıcı yarımçıq tikili kimi satılan mağazanın dövlət qeydiyyatında olmaması , həməin əmlaka müvafiq arayış olmadan bilə bilə dələduzluq yolu ilə qanunsuz müqavilə tərtib edərək iddiaçı aldatmaqla sonra da şəxsi vasaiti hesabına tikintini başa çatdırıb 16 ildən sonra dələduzluqla vicdanlı alıcıdan xəbər olmadan dələduzluq yolu ilə əldə etdiyi çıxarışa əsasən (uzun illər gizli saxladıqdan sonra) iddiası necə təmin oluna bilərdi? Məhkəmə tətbiq edilən hüquq mövqeyidə yalnız iddaçının 2018-ci il tarixli notariat qaydasında aparılmış müqavilə üzrə məhkəmə aktlarına əsaslanmışdır ki, bu sonrakı məhkəmə aktlarına münasibəti isə bildirmədən saxlamaqla əslində qərarını saxtalaşdırmışdır. Belə ki, xxxx KM-i ilə notariat qaydasında 30 .12.1999-cu il tarixdə bağlanılan müqavilədir. Lakin həmin müqavilənin bağlanılması zamanı iddiaçı qanunsuz olmasını bilməmiş, satıcı və notarius isə bilə bilə bağlanılmasını bilmişdir. Yəni əməldə cinayətin əlamətlərini hüququ qiymət vermədən vicdanlı alıcı olduqlarına münasibətini bildirmədən saxlamaqla qərarının ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə cavabdehin və notariat kontorunun alqı-satqı hüququ olmadan bilə bilə qanunsuz müqavilə bağlayaraq iddiaçının aldatma yolu ilə xeyli miqdarda pulunun mənimsənilməsi, sonra isə vicdanlı alıcı olmaqla mağazanın tikinsinə xərclədiyi vasaitin mənimsənilməsi üçün nəticə etibarı ilə həmin vəsaitin mənimsənilməsinə şəraitin yaradılmasını - qərarla mülkiyyət hiiquqnun tanınmasından məhruum edilməklə vurulucaq zərəri həmçinin cinayət əməlinə hüquqi qiymət verməmiş mühüm əhəmiyyəti olan bu halı aydınlaşdırmamışdır. Məhkəmə işdə olan əmlak və digər vergilərin mağazanın mülkiyyətçisi kimi aralarında kmnin sədrinin imzası, möhürü ilə təsdiqlnən müqaviləyə, həmin müqavilənin şərtlərinə əsasən "xxxx” km-ə əmlak və digər xidmətlərə ödənilməsi barədə qəbzərə münasibətini bildirmədən saxlamışdır. Belə ki, məhkəmə iclasında 3-cü şəxsin mağazanın satılma vaxtı axtarışda , həbsdə olma səbəbi ilə dolayısı satılmış mağazaya aldığı vəsatdən qismən 7000- 9000 manat qaytarmaq istəməsini hakimin həmən vəsaitin qəbul etməsi təklifinə münasibət bildirməmişdir. Xususilə qeyd etmək istəyirik ki, Quba rayon notariusu olmuş Mehriban xanım Quliyeva Azərbaycan Respublikasının cənub, şimal şərq, qərbində yaşayan vətəndaşlara qanunsuz əqdlər bağlaması faktını bilməyən dövlət qürumu qalmayıb , lakin bu günə kimi bu qanunsuz müqavilərlə yüz min manatdan cox dövlət rüsumlarından dövlətimiz , vətəndaşlar isə ödədiklərin rüsumların mənimsənilməsinə hələdə heç bir hüququ qiymət verilmədiyi halda vicdanlı alıçı - biz iddiaçıların təqsiri nədə ki, halal zəhmətimizlə qazandığımız əmlakımızı məhkəmə "xxxx” km-ə hədiyyə edir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görsənir ki, hazırkı mübahisə iddiaçıların vərəsəsi olduqları X2 ilə "xxxx” Kiçik Müəssisəsi arasında yaranmış mülki mübahisədən qaynaqlanmışdır və iddiaçı tərəf həmin əmlak üzərində hüquqlarının əldə edilməsi ilə bağlı müxtəlif iddialar qaldırmış və hazırkı işlə əlaqəli həm inzibati qaydada, həmdə mülki qaydada baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Işdən görsənir ki, X2 mübahisəli 24 kv.m tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmiş, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *-(***)-****/**** saylı qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasının əsaslı olması fikrinə gəlmiş və qərarını aşagıdakı kimi əsaslandırmışdır: “Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*Q**)-****/**** saylı qərarında aşağıdakılar qeyd edilmişdir: "Quba şəhəri, 29-cu məhəllədə, 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkası "xxxx” Kiçik Müəssisəsinin adına 2814007893 qeydiyyat nömrəsi ilə ##.##.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba şəhəri, 29-cu məhəllədə, 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454.4 kv.m olan ticarət yarmarkası "xxxx” Kiçik Müəssisəsinin adına 2814010413 qeydiyyat nömrəsi ilə ##.##.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikilini 240.000 manata B.H.Ağayevdən satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi idarəsinin ##.##.2018-ci il tarixli etiraz məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir, imtinanın əsası kimi sözügedən daşınmaz əmlaka dair yalnız alqı-satqı müqaviləsinin olduğu, lakin həmin alqı- satqı müqaviləsinə əsas olmuş sənədlərin olmadığı müəyyən edildiyi göstərilmişdir. Iddiaçı ## ###### 2018-ci il tarixdə cavabdehə qarşı Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinə - müraciət edərək, Quba şəhəri, 22-ci məhəllədə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması və həmin mağaza binasına çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2018-ci il tarixli qərardadı ilə iddia Quba şəhəri, 22-ci məhəllədə 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması hissəsində mümkün sayılmamışdır. Sumqayıt inzibati-iqtisadi Məhkəməsinin # ###### 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlaka dair yarımçıq tikilinin alqı- satqı müqaviləsi mövcud olsa da, həmin əmlaka dair mülkiyyət sənədi və ya rəsmi qurumlarından verilmiş hər hansı digər hüquqmüəyyənedici sənəd mövcud deyil. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanan dövrdə əmlak "xxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri ## ###### 2000-ci il tarixdən "xxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmışdır. Belə olan halda dövlət qeydiyyatından keçməmiş əmlak alqı- satqı yolu ilə iddiaçıya satıla bilməz. Iddiaçı qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmişdir. Lakin yuxarıda bəhs olunduğu kimi alqı-satqı müqaviləsinin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sübuta yetməmişdir. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz tikili barəsində müqavilə də notariat qaydasında təsdiqlənə bilməzdi”. Göründüyü kimi yuxarıda qeyd edilən məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak mərhum X2 tərəfindən müvafiq müqaviləyə əsasən satın alındığı zaman satıcının mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Göründüyü kimi birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarını əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, istinad edilən Ali Məhkəmə qərarında eyni zamanda qeyd edilir ki: “O da qeyd edilməlidir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə olunur. Iddiaçı həm də tikilinin yerləşdiyi torpaq sahəsinin planı və ölçüsünü də təqdim edə bilməmişdir.” Göründüyü kimi X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı zəruri ilkin sənədləri olmamışdır və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Hazırkı iddia üzrə iddiaçılar X2 vərəsələri olaraq üçüncü şəxsin mülkiyyət sənədlərini mübahisələndirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı əsasları olmadığına görə, hazırkı iddia əsaslı hesab edilə bilməz, eyni zamanda hazırkı iş üzrə iddiaçı tərəfin inzibati məhkəmə icraatı qaydasında əldə edə biləcəyi uğurlu hüquq müdafiə imkanı mövcud deyil. Iddiaçı tərəfin ancaq mülki məhkəmə icraatı qaydasında üçüncü şəxsdən tələbləri uğurlu ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsi iddanı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-831/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-831/2026
25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver