Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-832/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X10 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı iddiaçı3 iştirakı ilə, Iddiaçılar iddiaçı5, iddiaçı1, X2, X3 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx” X4rşı Quba rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış Quba rayonu Qam-qam kəndi ərazisində yerləşən JN-0060 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının **** nömrəli planşetində göstərilən 1.61 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN 0060, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən 2.03 ha torpaq sahəsi Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına əsasən X5 və ailə üzvləri X7, iddiaçı5, iddiaçı1, X2, X3 və iddiaçı3 ayrılmışdır . AZ-İ №****** saylı və AZ № ****** saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 isə ##.##.2001-ci il, X8 isə ##.##.2007-ci il tarixdə vəfat etmişlər. Dövlət aktında göstərilən torpaq sahəsinin 0.42 ha hissəsinə dair daçınmaz əmlak dövlət reyestrindən çıxarış verilmişdir. Iddiaçılar yerdə qalan 1.61 ha hissəsinə dair çıxarış almaq üçün müraciət etdikdə onlara cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi elektron kadastr uçotu informasiya sistemində 1.61 ha torpaq sahəsinin daxilindən qonşu torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş 2 metr enliyində yol göstərilməklə 2 hissədə öz əksini tapdığını göstərmişdir. Torpaq sahəsi iki hissəsiə bölündüyündən və ərizəçilər torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etdiklərindən torpaq sahəsinin qeydiyyayta alınması və plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, “Iddiaçı JN 0060 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X5 və onun ailə üzvlərinə ayrılmış ünvan 1ndə yerləşən 2.03 ha torpaq sahəsinin faktiki və sənəd üzrə (dövlət aktında qeyd edilən) koordinatları müəyyən edilmişdir. JN 0060 KOD ******** saylı dövlət aktında göstərilən 2.03 ha torpaq sahəsinin 1.61 ha hissəsi (** nömrəli planşetində göstərilən hissə) mübahisəlidir. Həmin planşetdə torpaq sahəsi bir hissədən ibarət olsa da, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) torpaq sahəsi iki hissədən ibarət olaraq həmin yol kimi istifadə olunan hissə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı olub uqodiyası kolluq kimi göstərilmişdir (sxem tərtib edilmişdir və mütəxəssis rəyinə əlavə edilmişdir). Mübahisəli torpaq sahəsinin daxilindən faktiki olaraq yol mövcuddur və yol kimi istifadə olunan hissəsi torpaq sahəsini iki hissəyə bölür. Həmin hissənin (yol kimi istifadə olunan torpaq sahəsi) 0.0256 ha təşkil edir (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Torpaq sahəsinin daxilindən faktiki olaraq yol kimi istifadə olunan torpaq sahəsinin çəkilmə tarixi və həmin yol barəsində layihənin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsində heç bir məlumat mövcud deyildir. Baza məlumatlarında olan DWJ xəritələrində mübahisəli torpaq sahəsi bir hissədən ibarətdir və həmin torpaq sahəsinin daxilində yol nəzərdə tutulmamışdır. Mübahisəli torpaq sahəsinə çıxarış verilən zaman Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında tərtib olunmuş torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsaslanılacaqdır. Mübahisəli torpaq sahəsinin müayinəsi zamanı digər mülkiyyətçilər ilə heç bir mübahisə qeydə alınmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X9 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, Quba rayon Aqrar Islahat Komissiyasının “## #### 1999-cu il tarixli ** saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış Quba rayonu Qam-qam kəndi ərazisində yerləşən, JN-0060 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının **** nömrəli planşetində göstərilən 1.61 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” X9 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” X9 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Adları dövlət aktında göstərilən iddiaçının ailə üzvləri iddiaçı1, X2, X3 və iddiaçı3 Sumqayıt Inzibati Məhkəməsinə ərizə təqdim edərək birgə iddiaçı qismində cəlb edilmələrini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli protokol qərardadı ilə iddiaçı1, X2, X3 və iddiaçı3 birgə iddiaçı kismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 2.03 ha torpaq sahəsi iddiaçının 7 nəfərlik ailə üzvlərinə - anası X5 (vəfat edib), bacısı X8 (vəfat edib), iddiaçı iddiaçı5, həyat yoldaşı iddiaçı1, qızları X2 və X1 və oğlu iddiaçı3 ## #### 1999cu il tarixdə Quba rayon Aqrar Islahatı Komissiyası tərəfindən ** saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Həmin torpaq sahəsinin **** nömrəli planşetində göstərilən 1.61 ha hissəsi də daxil olmaqla uzun illərdir ki, iddiaçı istifadə etmişdir. Lakin bir neçə ildir ki, bu torpaq sahəsindən Qam-qam kəndi ərazisindəki Azcrcell, Bakcell və Nar Mobile operatorlarının ötürücü antenlərinə (vışka) gedən yol iddiaçının sözügedən sahəsinin içindən salınaraq, iddiaçının torpaq sahəsi zəbt olunmuşdur. Torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdiyi zaman cavabdeh orqan tərəfindən imtina ilə cavab verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı5 Quba rayonu, Rustov kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmıaktn Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2022- ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, JN-**** nömrəli (KOD 30321098) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n **** nömrəli planşetində göstərilən 1.61 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsinin daxilindən qonşu torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş 2 metr enliyində yol göstərilməklə 2 hissədə öz əksini tapmışdır. Torpaq sahəsi 2 hissəyə bölündüyündən və tərəfinizdən torpaq sahəsinin qeydiyyata alınmasına etiraz edildiyindən torpaq sahəsinin qeydiyyata alınması və planı və ölçünün hazırlanması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2022-ci il tarixli ************ nömrəli məktubla imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, ## #### 1999-cu il tarixdə Quba rayon Aqrar Islahatı Komissiyasının ** saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçıların ailə üzvlərinə ayrılmış Quba rayonu Qam-qam kəndi ərazisində yerləşən, JN-0060 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının **** nömrəli planşetində göstərilən 1.61 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 və X8 məxsus olması barədə arayışın verilməsi, eyni zamanda iddiaçı5, iddiaçı1, X2, X3 və iddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adlarına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər hal-hazırda qüvvədədir, hər hansı qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi, həmçinin Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ##.##.1998- ci il tarixli, ** saylı qərarına əsasən vətəndaşa ayrılmış torpaq sahəsi ilə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən edilmir. Köhnə xəritələrdə cavabdeh orqanın istinad etdiyi yol olmamışdır, iddiaçı iddiaçı5 özü tərəfidən çəkilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd üdilmişdir ki, “JN 0060 KOD ******** saylı dövlət aktında göstərilən 2.03 ha torpaq sahəsinin 1.61 ha hissəsi (** nömrəli planşetində göstərilən hissə) mübahisəlidir. Mübahisəli torpaq sahəsinin daxilindən faktiki olaraq yol mövcuddur və yol kimi istifadə olunan hissəsi torpaq sahəsini iki hissəyə bölür. Həmin hissənin (yol kimi istifadə olunan torpaq sahəsi) 0.0256 ha təşkil edir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı3 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Iddiaçı izahatında əlavə olaraq bildirdi ki, sözügedən yol onun özü tərəfindən çəkilmiş, torpaq sahəsinin digər hissəsinə gedib gəlmək üçün isitfadə edilmiş, bundan başqa qonşusu onun icazəsi ilə həmin yoldan istifadə etmiş, lakin sonradan "Azercell", "Bakcell" və "Nar Mobile" əməkdaşları onun torpaq sahəsindən sonra aralıda yerləşən qurğulara gedib-gəlmək üçün istiadə etmişlər. Həmin sahə heç vaxt ümumi istifadədə olan yol olmamış, onun torpaq sahəsinin içərisindən keçən özü tərəfindən çəkilən yoldur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Quba rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış Quba rayonu Qam-qam kəndi ərazisində yerləşən, JN-0060 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının **** nömrəli planşetində göstərilən 1.61 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Cavabdeh orqanın mövqeyinə əsasən, elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsinin daxilindən qonşu torpaq sahələrinə, gediş-gəliş üçün nəzərdə tutulmuş 2 metr enliyində yol göstərilməklə 2 hissədə öz əksini tapdığını göstərmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 0060 KOD ******** saylı dövlət aktında göstərilən 2.03 ha torpaq sahəsinin 1.61 ha hissəsi (** nömrəli planşetində göstərilən hissə) mübahisəlidir. Mübahisəli torpaq sahəsinin daxilindən faktiki olaraq yol mövcuddur və yol kimi istifadə olunan hissəsi torpaq sahəsini iki hissəyə bölür. Həmin hissənin (yol kimi istifadə olunan torpaq sahəsi) 0.0256 ha təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçılara Quba rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** nömrəli qərarı əsasında JN-0060 KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" verilmişdir. Həmin dövlət aktının hüquqi qüvvəsinin ləğv edilməsini, etibarsız hesab olunmasını və ya qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi nəticələrinin aradan qalxmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu baxımdan həmin sənəd iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd kimi hüquqi qüvvəsini saxlayır. Cavabdeh inzibati orqan qeydiyyatdan imtinanı torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində iki hissədə əks olunması və həmin hissələrin arasından 2 metr enində yolun keçməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar, o cümlədən cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, dövlət aktında və ilkin kartoqrafik materiallarda (DVJ) mübahisəli torpaq sahəsi vahid kontur şəklində göstərilmiş, onun daxilindən hər hansı yolun keçməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdeh orqan tərəfindən həmin yolun hansı hüquqi əsasla salınması, hansı layihə və ya səlahiyyətli dövlət orqanının qərarına əsaslanması barədə hər hansı sənəd təqdim edilməmiş, əksinə bu barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Kollegiya hesab edir ki, elektron kadastr uçotu informasiya sistemində sonradan əsası bilinmədən əks etdirilmiş məlumat hüququn yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır və həmin məlumatın mövcudluğu, özlüyündə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün kifayət edən hüquqi əsas hesab oluna bilməz. Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı digər şəxslər tərəfindən hər hansı iddia irəli sürülməmiş, sərhəd və ya istifadə hüququna dair mübahisənin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin etibarlılığı şübhə altına alınmamışdır. Belə olan halda, cavabdehin yalnız elektron kadastr sistemindəki məlumatlara istinad etməklə dövlət qeydiyyatını həyata keçirməkdən imtina etməsi qanunvericiliyin məqsədinə və mülkiyyət hüququnun təminatına uyğun hesab edilə bilməz. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-832/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-832/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver