Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-833/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: müddətsiz əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “müddətsiz əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixdə iddiaçıya göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməkdən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı olillik vəziyyəti dövlət tibb müəssisəsinin D********TMF nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Bildiririk ki, müraciətiniz əsasında İddiaçı ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda iştirak edib. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır. Azərbaycan Respublikası "xxxx" publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Eyni zamanda bildiririk ki, əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən qəbul edilmiş qərarla razılaşmadığınız təqdirdə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Cavabdeh publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayon sakini İddiaçı əyani müayinə olunması barədə ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndə (bundan sonra – Agentlik) baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2025ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14 Sosial Ekspert Komissiyasının ## ### 2025-ci il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərarında görünür ki, təqdim olunmuş ##.##.2022-ci il **** nömrəli sağlamlıq vəziyyətinin müayinə aktında diaqnoz “Yüngül dərəcəli əqli gerilik. IQ 70” kimi müəyyənləşdirilmişdir. Vətəndaşa dair Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş P********TMF nömrəli göndərişə əsasən əsas diaqnozun anadangəlmə xəstəlik olmasına baxmayaraq ilkin tibbi müraciətlər 2023-cü ilə müvafiq olmuş (22 yaş), həmçinin, qeyd edilmiş IQ balı (57) təqdim olunan sənədlə uyğunsuzluq təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs həkim psixiatr komissiyasının ##.##.2024-cü il tarixli, **/*** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F 70.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, ** nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə (F70.1) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyiI, abstraklaşdırma qabiliyyətinin zəifliyi, əhvali-ruhiyyəsinin dayanaqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışı üzərində nəzarətinin zəifləməsi, emosiyalarınının qeyriadekvatlığı, yaddaş və intelekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmamaması və sair) sübut edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndən iddiaçıya göndərilmiş ##.##.2024-ci il tarixli aktda İddiaçı əlillik dərəcəsi verilməsindən imtina olunması qərarının ləğv edilməsi və İddiaçı əlillik dərəcəsi verilməsinə dair iddia tələbinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona həmin tarixdən ümumi xəstəlik səbəbi ilə əlaqədar orqanizm funlsiyalarının 35-60% müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı “Əqli gerilik davranış pozuntuları ilə” tibbi diaqnozu ilə xəstədir. ## ###### 2024-cü il tarixli Tibbi Rəydən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində iddiaçı İddiaçı hərtərəfli tibbi müayinədən keçmiş və Tibbi Ekspert Komissiyasının qərarı ilə ona “H52.2- Astiqmatiznı” tibbi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmiş **/*** saylı, ##.##.2024-cü il tarixli Həkim- Psixiatr Komissiyasının rəyindən görünür ki, İddiaçı orada tibbi müayinədən keçmiş və ona “F70.1 Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” tibbi diaqnozu qoyulmuşdur. Şamaxı Rayon Mərkəzi Xəstəxanasından verilmiş ##.##.2023-cü il tarixli Çıxarış Epiqrizindən görünür ki, İddiaçı hərtərəfli tibbi müayinədən keçmiş və ona “F70.1 Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” tibbi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X4 verilmiş ##.##.2022-ci il tarixli, ****/**** nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı şikayət təqdim etmir, əməkdaşlıq etmir, laqeyddir, ünsiyyətə daxil olmur, psixofıziki inkişafı ləngdir, anadangəlmə xəstə olmuşdur, verilən sualları çətinliklə başa düşür, mürəkkəb sualları anlamır, söz ehtiyyatı azdır, maraq dairəsi məhddur, təfəkkürü primitivdir, Koqnitiv funksiyaları, o cümlədədn diqqət, yaddaş və intellekti enikdir, tibbi müayinənin mahiyyətini anlamır və sair. Ona orada “Yüngül dərəcəli əqli gerilik” tibbi diaqnozu qoyulmuşdur. İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə o, tibbi ekspert komissiyasından keçirilmiş və onun sağlamlığına və əlillik dərəcəsi verilməsinə dair bütün sənədlər forma-88 göndərişi ilə X11 daxil edilmişdir. Lakin həmin göndəriş natamam doldurulma bəhanəsi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Indiyədək isə bundan bir xəbər, nəticə yoxdur. Ona görə də X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə iddiaçının anası rəsmi ərizələrlə müraciət etmişdir. Azərbaycan Respublikası "xxxx’' X4 bizə göndərilmiş ## ####### 2024-cü il tarixli cavab məktubundan görünür ki, X2 ünvanlanılan ərizə TƏBIB-ə göndərilmiş və onlar da yazmışlar ki, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçı razılaşmadığı halda aidiyyət üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Bu cavab ona ##.##.2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxndən ona göndərilmiş 14,10.2024-cü il tarixli imtina aktından görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Agentlikdə qəbulda iştirak edib və guya təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar olmamışdır yazılıb. Bu imtina aktında həmçinin yazılmışdır ki, tibb müəssisəsinin göndərişi əsasında ##.##.2024-cü il tarixdə İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibbi müəssisəsinə geri qaytarılmışdır. Bu imtina aktının göndərildiyi məktub zərfinin özünü də ərizəyə daxil edilmişdir. Həmin məktub zərfinin arxa hissəsindəki Azərpoçt möhüründən görünür ki, bu sənəd ona ##.##.2024-cü il tarixində verilmişdir. Iddiaçı TSEK-in bu imtina qərarı ilə razılaşmır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, vətəndaşın əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə müraciətinə dair ##.##.2024-cü il tarixli Göndərişin natamam doldurulmasına səbəb odur ki, yaş xüsusiyyətləri nəzərə alındıqda ilkin müraciətin səbəbləri qeyd olunmayıb qərar qəbul edilməklə əlillik təyinatının aparılmasından imtina olunmuşdur. Iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ### 2024cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ## ### 2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 7.2. Əqli gerilik – F70-F73. Qiymətləndirmə: 7.2.1. yüngül dərəcəli əqli gerilik IQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X12-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarının 8-ci səhifəsinin sonuncu cümləsində və 10-cu səhifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə - 7.2. Əqli gerilik - F70-F73. Qiymətləndirmə: 7.2.1. yüngül dərəcəli əqli gerilik IQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affcktiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri - 35-60 faiz, miiddətsiz əlillik təyin olunur yazılmışdır. Cavabdeh apellyasiya şikayətində Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Lakin cavabdehin ona qarşı qanunsuz və əsassız hərəkətləri məhkəmədə tam sübuta yetirildi. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsindən cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. HYPERLINK "https://e-qanun.az/framework/39591" \l "_edn6" Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 7. Psixi və davranış pozuntuları Bənd 7.2. Əqli gerilik XBT kodu F70-F73 Qiymətləndirmə üzrə əlamətləri: 7.2.1. yüngül dərəcəli əqli gerilik IQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri ;7.2.2. orta dərəcəli əqli gerilik IQ 35-49:adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması;7.2.3. ağır dərəcəli əqli gerilik IQ 20-34:özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması;7.2.4.dərin əqli gerilik IQ <20:heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri-mümkünlüyü;7.2.5. 8 yaşına qədər şəxslərdə IQ test aparılmadan:prenatal və ya postnatal dövrdə beynin zədələnmələri, fiziki və ya psixi inkişafdan geriqalma, motor ləngimə və ya motor natarazlıq Qeydlər. Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır:- anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər);- IQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi;- əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ümumi xəstəlik ilə əlaqədar səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində “göndərişin natamam doldurulması” barədə ##.##.2024-cü il tarixli qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Bundan əlavə, kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilməsinin nəticəsinə aid qərar ##.##.2024-cü il tarixdə qəbul edilmiş (sonrakı tarixlərdə qəbul edilmiş qərarlar məhkəmə araşdırmasının gedişatı zamanı qəbul edilməklə, tibbi göndərişlə bağlı imtina qərarı kimi çıxış etməmişdir), iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü müəyyən edildiyindən, iddia müddətinin bərpa edilməsi qərara alınmışdır. Nəticə etibarilə hazırki iş üzrə iddianın mümkünlük şərti kimi iddia müddətinə aid şərt ödənilmiş, digər əsasların mövcudluğu isə müəyyən edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2024-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,yüngül əqli gerilik (IQ 57), davranış pozuntuları ilə (XBT kodu F70.1)”, yanaşı xəstəlikləri “Astiomatizm (XBT kodu H52.2)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında “göndərişin natamam doldurulması” barədə ##.##.2024-cü il tarixli imtina qərarı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması və əlilliyinin qiymətləndirilməsi üçün müddət təyin edilmiş, nəticədə cavabdeh iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarını qəbul etmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş həkim-psixiatr rəyi, ambulator kartadan çıxarışlar və digər tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçıda yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə IQ 57 XBT kodu F70.1 olan diaqnoz xəstəlik əlamətləri aşkar olunur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə IQ 57 XBT kodu F70.1 olan diaqnoz xəstəlik əlamətlərinin aşkar olunduğu təsdiq olunur. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçıda XBT kodu F70.1 olan diaqnoz xəstəliyin (IQ 57) aşkar olunması iş materiallarında olan həkim-psxiatrın rəyi, ekspert rəyi və digər tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Hansı ki, XBT kodu F70.1 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Belə ki, müvafiq Meyarların 7.2.1-ci bəndində XBT kodu F70.1 olan dianoz xəstəliyin əlilliyin müəyyən eidlməsi üçün “yüngül dərəcəli əqli gerilik IQ 50-69:davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri” qiymətləndirmə əlamətləri ehtiva edilmiş və həmin əlamətlərin orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Indiki halda isə iddiaçıda XBT kodu F70.1 olan diaqnoz xəstəlik və onun müvafiq Meyarların 7.2.1-ci bəndində əks olunmuş əlamətlərinin mövcudluğu tədqiq edilmiş iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, ambulator kartadan çıxarış, müayinə və müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi,həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir tibbi sənəd təqdim edilməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və qiymətləndirmə üzrə əlamətlərinin öz təsdiqini tapmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçıda aşkarlığı müəyyən edilmiş və əlliyin müəyyən edilməsi üçün əsas olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlamətlərini əsas götürdükdə, orqanizmin funskiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə müddətsiz əlilliyin təyin edilməsi üçün əsasın olduğu aşkar olunduğundan, iddianın bu hissədə əsaslılığı müəyyən edildiyindən, cavabdehin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2024-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik XBT kodu F70.1 olan xəstəliklə bağlı müvafiq Qaydaların * nömrəli Əlavəsində (37-ci bənddə) müddət gözlənilmədən tibbi göndərişin tərtib edilməsi halı qeyd edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.