Məhkəmə qərarları › İş №2-1(3-8)-840/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-840/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-840/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Camələddin oğlu iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Camələddin oğlunun iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması, həmin çıxarışın verilməsinə qədər aparılmış bütün texniki uçot, planlaşdırma, kadastr qeydiyyatı və reyestrə daxiletmə proseslərinin (inzibati aktların) qanunsuz hesab edilərək ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətinə həmin torpaq sahəsinin onun adına yenidən dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayon Aqrar islahat Komissiyasının ##.##.1997-ci ıl tarixli, * nömrəli qərarı və ##.##.1997-ci il tarixli, JN-**** nömrəli Dövlət Aktı əsasında Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən 0,48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmin çıxarışın verilməsinə qədər aparılmış bütün texniki uçot, planlaşdırma, kadastr qeydiyyatı və reyestrə daxiletmə proseslərinin (inzibati aktların) qanunsuz hesab edilərək ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətinə həmin torpaq sahəsinin onun adına yenidən dövlət qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il ## ###### tarixli, * nömrəli qərarı əsasında Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən 0,48 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi və yetişdirilməsi məqsədilə mülkiyyət hüququ ilə almışdır. Bu hüququ təsdiqləyən ## ###### 1997-ci il tarixli, JN-0018, KOD ******** nömrəli Dövlət Aktı onun adına tərtib olunmuşdur. Torpaq sahəsindən bu günədək təyinatı üzrə, fasiləsiz və qanuni şəkildə istifadə etmişdir. 2021-ci ildə torpaq sahəsi üzrə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Lakin ona bildirilib ki, həmin torpaq sahəsinə islahat Komissiyasının siyahısına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına çıxarış verilib. Onun torpağı üzərində aparılan bu qeydiyyat əməliyyatları mülkiyyət hüququnun pozulmasına, qanunsuz ikili qeydiyyatın yaranmasına səbəb olub. Belə ki, Dövlət Aktım qüvvədə qalmaqla yanaşı, heç bir məhkəmə qərarı ilə ləğv edilməyib. Buna baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsini xəbəri olmadan başqa şəxs adına rəsmiləşdirib. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Leyla mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, iddiaçının tələbi aydınlaşdırılmış, məlum olmuşdur ki, iddiaçının ilkin növbədə hüquqi marağı Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, * nömrəli qərarı və qərara əlavə edilmiş subyektlərin adlı siyahısının etibarsız sayılmasından, daha sonra isə JN-**** nömrəli Dövlət Aktı əsasında Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən 0,48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsindən ibarətdir. Lakin belə olan halda da iddia tələbinə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, * nömrəli qərarı mübahisələndirilməsi məsələsinə münasibətdə bildirilir ki, müvafiq aqrar islahat komissiyalarının qərarlarının ləğvi və ya etibarsız sayılmasına dair qanunvericiliyə əsasən hazırki cavabdehə hər hansı səlahiyyət verilməmişdir. Bundan əlavə iddiaçıya izah olunmalıdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, * nömrəli qərarının mübahisələndirilməsinə dair müvafiq icra hakimiyyəti orqanına (Quba Rayon Icra Hakimiyyətinə) qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçı Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, * nömrəli qərarını mübahisələndirdiyi halda, iddia Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid olacaqdır. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Bununla yanaşı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən hüquqi yardım edilərək, iddia tələbi dəqiqləşdirildiyi halda məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Hazırki işdə iddiaçı həmçinin “##.##.1997-ci il tarixli, JN-**** nömrəli Dövlət Aktı əsasında Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən 0,48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestri xidmətinə həmin torpaq sahəsinin iddiaçı İddiaçı adına yenidən dövlət qeydiyyatına alınması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Iddiaçıya izah olunmalıdır ki, iddiaçının yalnız mübahisələndirdiyi torpaq sahəsinə dair digər şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirdiyi və buna nail olduğu halda yuxarıda qeyd edilən tələblə bağlı inzibati orqana müraciət etmək, inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edildiyi halda isə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında qeyd edir ki, Quba rayon Aqrar Islahat Komissiyası ləğv edildiyindən və hazırkı cavabdeh onun hüquqi varisi olmadığından iddia bu cavabdehə qarşı yönəldilə bilməz. Bu yanaşma kökündən yanlışdır. Hüquqi əsas: "Torpaq islahatı haqqında" AR Qanununun icrasını təmin edən Aqrar Islahat Komissiyalarının ləğvindən sonra, torpaq üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin (Dövlət Aktlarının və şəhadətnamələrin) qeydiyyatı, arxivləşdirilməsi və hüquqi nəticələrinin idarə edilməsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (və onun tabeliyindəki Reyestr strukturuna) keçmişdir. Iddiaçının tələbi sadəcə tarixi bir komissiyanın qərarının ləğvi deyil, həmin qərar əsasında hazırda dövlət reyestrində mövcud olan qeydiyyatın (inzibati aktın) ləğv edilməsidir. IPM-in 35-ci maddəsinə əsasən, inzibati aktı ləğv etmək səlahiyyəti və ya onun hüquqi nəticələrini aradan qaldırmaq öhdəliyi hazırda dövlət reyestrini aparan orqana – cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə mülki xarakter daşıyır və müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətinə) qarşı qaldırılmalıdır. Hüquqi əsas: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati və mülki məhkəmələrin aidiyyətinə dair" formalaşmış hüquqi mövqeyinə əsasən, dövlət orqanının (o cümlədən ləğv edilmiş Aqrar Islahat Komissiyasının) publik hüquq sahəsində qəbul etdiyi və mülkiyyət hüququ yaradan aktların (Dövlət Aktının) mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Çünki burada dövlət bərabərhüquqlu mülki tərəf kimi deyil, hakimiyyət səlahiyyətlərini tətbiq edən publik orqan kimi çıxış etmişdir. Sənədin qanunsuzluğunun müəyyən edilməsi bilavasitə IPM-in 34-cü (Tanınma haqqında iddia) və ya 32-ci (Mübahisələndirmə haqqında iddia) maddələrinin predmetidir.Qərardadda IPM-in 38.1-ci maddəsinə (2 aylıq iddia müddəti) istinad edilərək müddətin ötürüldüyü eyham vurulur. Lakin məhkəmə nəzərə almamışdır ki, söhbət saxta və ya qanunsuz əsaslarla dövlət reyestrinə daxil edilmiş və iddiaçının mülkiyyət hüququnu pozan qeydiyyatdan gedir. Iddiaçı bu pozuntudan və saxta sənədlərin mövcudluğundan gec xəbər tutmuşdur. IPM-in 38-ci maddəsinə görə iddia müddəti şəxsin aktdan xəbər tutduğu andan hesablanır. Birinci instansiya məhkəməsi isə bu faktiki halları araşdırmadan, sadəcə aktın 1997-ci ilə aid olmasını əsas gətirərək iddiaya baxmaqdan imtina etmişdir.Məhkəmə özü qərardadın mətni boyu qeyd edir ki, iddiaçı tərəfindən "cavabdehin səhv seçilməsi", "iddia tələbinin qeyri-dəqiqliyi" kimi hallar mövcuddur. X4 13cü maddəsi məhkəməyə birbaşa "proses iştirakçılarına yardım etmək vəzifəsi" qoyur. Əgər məhkəmə hesab edirdisə ki, ləğv edilmiş Komissiyanın yerinə yerli Icra Hakimiyyəti orqanı və ya digər qurum cavabdeh qismində cəlb edilməli idi, o, iddianı birbaşa rədd etməməli, IPM-in 13 və 46.3-cü maddələrinə əsasən iddiaçıya müddət verməli, cavabdehin əvəzlənməsi və ya müvafiq dövlət orqanının işə cəlb olunmasını təklif etməli idi. Məhkəmə bu prosessual vəzifəsini icra etməyərək formal əsaslarla iddianı rədd etmiş və iddiaçının məhkəmə müdafiəsi hüququnu (AR Konstitusiyasının 60-cı maddəsi) məhdudlaşdırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Camələddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına qeydiyyatın aparılmasına dair sənədlərin etibarsız hesab edilməsi, Quba rayonu AIK-nin ##.##.1997-ci il tarixli * nömrəli qərarı və onun əsasında tərtib edilmiş JN-**** nömrəli Dövlət Aktı əsasında 0,48 ha torpaq sahəsi üzərində öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmiş, gəldiyi qənaətini isə iddia müddəti şərtinə əməl edilməməsi halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, iddiaçı Quba rayonu AIK-nin ##.##.1997-ci il tarixli * nömrəli qərarı və onun əsasında tərtib edilmiş JN-**** nömrəli Dövlət Aktı əsasında 0,48 ha torpaq sahəsi üzərində öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaq istəyir. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxsin adına mülkiyyət hüququ qeydə alınaraq, onun adına çIxarış verilmiş, habelə üçüncü şəxsin adına çıxarışın verilməsinə əsas olmuş sənədlərin arxiv əsasları mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına qeydiyyatın aparılması halının və onun adının əks olunduğu subyektlərin adlı siyahısının mübahisələndiriməsinə, habelə öz adına mülkiyyət hüququnun qeydiyyata alınmasına, öz adının həmin siyahıda yazılmasına dair bir neçə dəfə müxtəlif vaxtlarda inzibati məhkəmə icraatı qaydasında ayrı-ayrı iddia tələbləri irəli sürülmüşdür. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qərarı ilə iddiaçının “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması”na dair iddia tələbinin təmin edilməməsi qərara alınmış, həmin məhkəmə qərarı qnauni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə iddiaçının “Üçüncü şəxsin adına veirlmiş çıxarışın ləğv edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi qərara alınmış, həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarili qərardadı ilə iddiaçının “Üçüncü şəxsin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinin mümkün sayılmaması qərara alınmış, həmin məhkəmə qərardadı qüvvəyə minmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçının “adlı siyahıdan üçüncü şəxsin adının yazılmasının etibarsız hesab edilməsi, onun adının yazılması və mülkiyyt hüququnun onun adına qeydə alınması ” tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmış, həmin məhkəmə qərardadı qnauni qüvvəyə minmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, qərardadı ilə iddiaçının “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizəsinin təmin edilməməsi qərara alınmış, həmin məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü eyni tələblərə dəfələrlə inzibati məhkəmə icraatı qaydasında baxılmış, məhkəmə aktları ilə həmin tələblərə hüquqi qiymət verilmiş, həmin tələblər üzrə qəbul edilmiş yekun məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Indiki halda da iddiaçının tələbi “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” ilə bağlı olmaqla, ona nail olmağa yönəldiyindən, mahiyyət etibarilə qanuni qüvvəyə minmiş məhkəmə qərarı (Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qərarı) ilə baxılmış tələblə eynilik təşkil etmişdir. Hətta iddiaçının bu məqsədə çatmaq üçün qanunla yol verilən digər iddia tələblərinə də ayrı-ayrı iddia icraatlarında məhkəmə qaydasında baxılmış, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki,indiki halda prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququ mövcud olmamış, bu hal isə özlüyündə iddianın mümkün sayılmaması üçün müstəqil əsas kimi çıxış etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddiaçının eyni tələblə yenidən iddia irəli sürməsini istisna etdiyindən, prosessual qanunvericiliyin və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbləri baxımından hazırki iddia tələbi bu əsasla mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hətta iddiaçının tələbini hüquqi marağına uyğun olaraq “üçüncü şəxsin adına verilmiş Çıxarışın verilməsinə əsas olmuş müvafiq Aqrar Islahat Komissiyasının qərarının etibarsız hesab edilməsi” kimi qəbul etsək belə, bu halda da qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, bu əsasla iddia tələbi mümkün sayılmacaqdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə iddianın mümükn sayılmamasının qanuni əsasları və işin faktiki halları ətraflı qeyd edildiyindən, təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olduğundan, iddiaçının şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda işin yuxarıda müəyyən edilmiş faktiki və hüquqi halları əsasında prosessual qaunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya hüquqi yardım göstərilməsinin əsasları mövcud olmadığından, şikayətin dəlilləri “IPM-in 13 və 46.3-cü maddəsinə əsasən hüquqi yardım göstrilməsi, müddət veirlməsi və s.” kimi hissədə də əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar