Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-844/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr saylı alqısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin tərəfindən Quba şəhərinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsinə dair İddiaçı adına ##.##.2006-cı il tarixdə JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. DƏDKR-in * saylı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli imtina məktubu, etirazı, JN-375 Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, AR Ədliyyə Nazirliyini Dövlət Notariat Arxivinin ##.##.2025-ci il tarixli məktubu, * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Azərbaycan Respublkası Iqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli 3-21-3-34/2- ***/**** saylı məktubu ilə Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Imtina onunla əsaslandırılır ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bildiririk ki, ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilir ki, İddiaçı adına rəsmiləşdirilmiş JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəşyolu yaşayış massivi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi faktiki yerində mövcuddur. İddiaçı adına rəsmiləşdirilmiş JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə koordinatlar olmadığı üçün həmin torpaq sahəsinin iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki koordinatları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı adına rəsmiləşdirilmiş JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu Qəçrəşyolu yaşayış massivi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin faktiki koordinatları digər hər hansı şəxsin torpaq sahələrinin koordinatları üst-üstə düşmür. İddiaçı adına rəsmiləşdirilmiş JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəşyolu yaşayış massivi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi TEKUIS-də yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış olaraq qeyd olunmuşdur. İddiaçı adına rəsmiləşdirilmiş JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəşyolu yaşayış massivi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin faktiki koordinatları hər hansı kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Torpaq sahəsi faktiki olan Quba rayonu, Qəçrəşyolu yaşayış massivində yerləşir. Ortofoto və koordinatlar rəyə əlavə olunub. Dövlət Notariat Arxivi ##.##.2025-ci il tarixli məktubla məhkəmənin ##.##.2025-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, İddiaçı barəsində Quba rayon Dövlət Notariat Ofisində 4-Ə-*** reyestr sayı ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətinin göndərilməsinə dair müraciətə baxılmışdır. Bildirilmişdir ki, həmin notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, arxivə təhvil verilmiş 4-Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə digər şəxslər bərəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmin müqaviləyə dair notariat işinin kserosurəti məlumat üçün məhkəməyə göndərilmişdir. 4-Ə-*** reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Quba rayon Dövlət Notariat Ofisində tərtib edilmiş ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi satıcı X1 və alıcı X4 arasında fərdi yaşayış evinə dair bağlanmışdır. DƏDKR-in * saylı Ərazi Idarəsi ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edir ki, məhkəmənin 0.05 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi hər hansı şəxsin adına qeydiyyata alınıb-alınmamasına dair məlumatın verilməsi ilə bağlı ## ###### 2026-ci il tarixli *-*/*-****/**** nömrəli sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsində baxılmışdır. Bildirilir ki, mübahisələndiriliən 0.05 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi hər hansı şəxsin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edir ki, inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi barədə məhkəmənin ## ###### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli məktubuna “xxxx” publik hüquqi şəxsinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin arxivində aparılmış araşdırma zamanı iddiaçı İddiaçı adına verilmiş JN-375 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər (Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *-ə-*** nömrəli alqı-satqı müqaviləsi daxil olmaqla) aşkar edilməmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublkası Iqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli 3-21-3-34/2- ***/**** saylı məktubu ilə Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Imtina məktubu qanunvericiliyə ziddir və hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4-cü maddəsi "Əvvəllər yaranmış hüquqların tanınması" adlanır. Həmin maddənin 4.1-ci bəndinə əsasən 2006-cı il ####un #dək daşınmaz əmlaka hüquqların ayrı- ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, qanunvericiliyə əsasən, iddiaçıya məxsus olan mülkiyyət hüquqları artıq dövlət qeydiyyatından keçmiş hüquqlardır. Bu səbəbdən əvvəllər yaranmış hüquq olaraq iddiaçıya məxsus olan artıq dövlət qeydiyyatına alınmış hüquqlar cavabdeh tərəfindən təftiş edilməli deyil, əvvəllər yaranmış hüquq olaraq qeydiyyata alınmalı idi. Səbəblərə gəldikdə isə, verilmiş sənədin dövlət təşkilatı tərəfindən arxivinin saxlanması, elektron məlumatların saxlanması vətəndaşın məsuliyyəti deyil. Iddiaçı vətəndaş olaraq hüquqlarının qeydiyyatı üçün tələb olunan hərəkətləri etmiş və nəticə olaraq mülkiyyət hüququnu təsdiq edən sənədi almışdır. Bu baxımdan hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunsuz hesab edir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bildiririk ki, ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli ##.##.2025- ci il tarixli məktubuna göstərilir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Bu səbəbdən birinci instansiya məhkəməsi hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tanınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-375 Kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinə dair JN-375 Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsinə dair hər hansı sübut məhkəməyə daxil olmamışdır, yəni şəhadətnamə qüvvədədir və pryedusiyal əhəmiyyətə malikdir. Belə olan halda iddiaçının tələbinin təmin edilməməsində hər hansı maneə mövcud deyildir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən fərdi yaşayış evi və 0.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-*** nömrəli (KOD 30301004) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı JN-375 Kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçının hüququnun qeydə alınmasında imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin tərəfindən İddiaçı adına ##.##.2006-cı il tarixdə verildiyi qeyd olunan JN-375 Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olduğu qeyd olunan Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr saylı alqı-satqı müqaviləsi mövcud deyildir. Həmin notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4-Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə digər şəxslər bərəsində rəsmiləşdirildiyi müəyyən edilir. 4-Ə-*** reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Quba rayon Dövlət Notariat Ofisində tərtib edilmiş ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi satıcı X1 və alıcı X4 arasında fərdi yaşayış evinə dair bağlanmışdır. Həmçinin iddiaçı İddiaçı adına verilmiş JN-375 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər (Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *-ə-*** nömrəli alqı-satqı müqaviləsi daxil olmaqla) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli baxımından yalnız JN-375 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin iddiaçıda mövcud olması yetərli deyil, həmin şəhadətnamənin verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi mövcud deyildir. Mübahisəli torpaq sahəsi ilkin olaraq hər hansı bir şəxsin adına mülkiyyət kimi qeydiyyata alınmamışdır. Belə olan halda, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması da hüquqi cəhətdən mümkün deyildir. Iddiaçı məhkəməyə torpaq sahəsini satın almasına dair notariat qaydasında təsdiq edilmiş müqaviləni məhkəməyə təqdim edə bilməmiş və həmin əmlakın kimdən almasına dair sübutları təqdim etməmişdir. Bu səbəbdən JN-375 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə etibarlı sənəd hesab edilmir və iddiaçının hüquqlarının dövlət qeydiyyatına əsas olan sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, iddianı təmin edərkən yalnız şəhadətnamənin mövcud olması ilə kifayətlənmiş, həmin şəhadətnamənin özünün arxiv nüsxəsinin olmamasına və şəhadətnamənin verilməsinə əsas kimi qeyd edilmiş müqavilənin mövcud olmamasına və iddiaçının 2006-cı ildə daşınmaz əmlak almasına dair müqavilənin mövcud olmamasına əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-844/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-844/2026
14.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver