Məhkəmə qərarları › İş №2-1(3-8)-847/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-847/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-847/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (“xxxx”Kiçik Müəssisəsi iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qimsində işə cəlb edilmişdir) (Açar sözlər: örüş torpaqları üzərində hüquqların qeydə alınması, icarə müddəti) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh inzibati orqan tərəfindən verilmiş ## #### 2022-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli 169155 və ****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərində qeyd edilən koordinatlardan 240 metr kənar məsafədə yerləşir və konfiqurasiya fərqi mövcuddur, torpaq sahəsinin kadastr məlumat bazasına əsasən JN-**** nömrəli Şəhadətnamə və JN-*** nömrəli dövlət aktı ilə üst-üstə düşür, 33,9 ha əkin torpaq sahəsinin daxilindən Taxtakörpü-Ceyranbatan su kanalı keçir, torpaq sahəsini iki hissəyə bölür, torpaq sahəsinin 3,672 ha hissəsi su mühafizəsi zonası daxilindədir, bundan əlavə, ərizəyə əlavə edilmiş Siyəzən rayonu Beşdam bələdiyyəsi ilə bağlanmış ##.##.2006-cı il tarixli ** nömrəli torpaq icarə müqaviləsində müqavilənin əlli il müddətinə bağlandığı qeyd olunmuşdur, məlumat üçün bildiririk ki, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ## ##### 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ##.##.2006-cı il tarixli,** saylı qərarı ilə vətəndaş İddiaçı icarəsinə verilmiş 72 ha örüş torpaq sahəsi üzərində icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınaraq, çıxarış və texniki pasportun hazırlanmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Torpaq sahəsinin icarəyə verilməsi haqqında ## ####### 2006-cı il tarixli ** nömrəli icarə müqaviləsinin məzmunundan görünür ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ## ####### 2006cı il tarixli ** saylı qərarı ilə 105,9 ha torpaq sahəsi sahibkarlıq kənd təsərrüfatı üçün 50 il müddətinə icarəyə verilir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında ## ######## 2017-ci il tarixli 01nömrəli icarə müqaviləsinin məzmunundan görünür ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ## ####### 2006cı il tarixli ** saylı qərarı əsasında 105,9 ha torpaq sahəsi sahibkarlıq kənd təsərrüfatı üçün 40 il müddətinə icarəyə verilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş rəyin məzmunundan görünür ki, İddiaçı Beşdam bələdiyyəsinin ehtiyat fonduna aid 70 ha örüş və 33,9 ha əkin torpaq sahəsinin icarəyə verilməsinə etiraz etmir. A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin məzmunundan görünür ki, İddiaçı adına Beşdam Bələdiyyəsinin ## ####### 2006-cı il tarixli qərarı ilə 50 il müddətinə 720000 kv.m. torpaq sahəsi sahibkarlıq və kənd təsərrüfatının inkişafı üçün icarəyə verilmişdir (bonitet balı 60, keyfiyyət qrupu 3) A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin məzmunundan görünür ki, İddiaçı adına Beşdam Bələdiyyəsinin ## ####### 2006-cı il tarixli qərarı ilə 50 il müddətinə 339000 kv.m. torpaq sahəsi sahibkarlıq və kənd təsərrüfatının inkişafı üçün icarəyə verilmişdir (bonitet balı 54, keyfiyyət qrupu 3) JN-**** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin məzmunundan görünür ki, Beşdam bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarı və ##.##.2002-ci il tarixli ** saylı icarə müqaviləsi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 10 il müddətinə 105,9 ha torpaq sahəsi, o cümlədən 43,9 ha əkin, 62 ha örüş müvəqqəti istfadəsinə verilmişdir. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** nömrəli qərarının məzmunundan görünür ki, Beşdam təsərrüfatının ehtiyat fonduna aid torpaqlardan heyvandarlığı inkişaf etdirmək məqsədilə 72 ha örüş və 33,9 ha əkin torpaq sahəsi müvəqqəti icarəyə verilmişdir. xxxx MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, A№****** nömrəli və A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin işlənilməsinə əsas olmuş sənədlər aşkar edilməmiş,arxivdə saxlanılan sənədlərin təsdiq olunmuş surəti təqdim edilir. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ## ##### 2002-ci il tarixli qərarının məzmunundan görünür ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin əkin ehtiyat fondu torpaqlarından 43,9 ha və örüş torpaqlardan 62 ha olmaqla, cəmi 105,9 ha 10 il müddətinə Imprateks Karvan şirkətinə müvəqqəti icarəyə verilmişdir, ## ##### 2002-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktının məzmunundan görünür ki, 72 ha torpaq sahəsi faktiki ölçüdə naturada mövcuddur, torpaq sahəsinin faktiki koordinatları ****** nömrəli plan və ölçü sənədində olan koordinatlardan 240 metr aralı məsafədə fərqlidir,torpaq sahəsi DVG faylardaJn-**** nömrəli torpaq sahəsi ilə özünə məxsus olan reyestr nömrəli əmlakla üst-üstə düşür,torpaq sahəsi üzərindən kommunikasiya xəttləri keçmir, ortofoto görüntüsü əlavə edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan 105,9 ha torpaq sahəsi ## ### 2009-cu il tarixdə 591 nömrə ilə uçota alınmış A№****** nömrəli və 592 nömrə ilə uçota alınmış A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahələrinin koordinatları ilə qismən üst-üstə düşür, plan və ölçü sənədində göstərilmiş 105.9 ha torpaq sahəsi 33,9 ha və 72 ha olmaqla, iki hissədən ibarətdir, 33,9 ha torpaq sahəsinin faktiki torpaq sahəsinə ən yaxın məsafəsi 200,41 metr,ən uzaq məsafəsi 262,94 metr təşkil edir, 72 ha torpaq sahəsininə ən yaxın məsafəsi 240,3 metr, ən uzaq məsafəsi 387,65 metr təşkil edir, plan ölçü sənədində göstərilən 33,9 ha torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var, plan=ölçü sənədində göstəriln 72 ha torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar olunmadı, JN-**** saylı Şəhadətnamədə və JN-*** saylı Dövlət aktında torpaq sahələrinin döngə koordinatları olmadığı üçün elektron kadastr uçot bazasında mövcud olan torpaq sahəsinin koordinatları faktiki vəziyyətə uyğunlaşdırılmış və A№****** nömrəli plan=ölçü sənədində olan torpaq sahəsi ilə qismən üst-üstə düşməsi müəyyən edilmişdir, iddiaçınn icarəsində olan torpaq sahəsini yalnız 33,9 ha hissəsinin daxilindən Taxtakörpü-Ceyranbatan su kanalı keçir, torpaq sahəsini iki hissəyə bölür, su kanalı torpaq sahəsinn 3,68 ha azalmasına səbəb olmuşdur, plan-ölçü sənədində göstərilmiş 33,9 ha torpaq sahəsinin daxilindən keçən su kanalının tikintialtı sahəsi 1,79 ha,mühafizə zonası 1,89 ha təşkil edir, plan-ölçü sənədində göstərilmiş 33,9 ha torpaq sahəsi faktiki istifadə edilən torpaq sahəsi ilə uyğunsuzluq tşkil etməkləJN-**** nömrəli və JN-*** nömrəli dövlət Aktında göstərilən torpaq sahəsi ilə qismən üst-üstə düşür. Beşdam Bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Beşdam bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarı ilə İddiaçı icarəsinə verilmiş 72 ha örüş, 33,9 ha əkin torpaq sahələrinin bələdiyyə xəritəsindən çıxarışları mövqe planı göndərilir. Cavabdeh inzibati orqanın ## ###### 2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, torpaq sahəsi kadstr məlumat bazasına əsasən N-**** nömrəli şəhadətnamə və JN-*** saylı dövlət aktı ilə üst-üstə düşür,lakin vətəndaşın təqdim etdiyi alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini aldığı müəyyən edilmişdir, torpaq sahəsinin həm faktiki, həm də plan-ölçü sənədlərindən kənara çıxan hissəsi bələdiyyə mülkiyyətindədir. Siyəzən Rayon Dövlət Arxivi Idarəsinin ## #### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, Beşdam kənd bələdiyyəsinin 2006-cı ili əhatə edən alqı-satqı sənədlərində vətəndaş İddiaçı aid hər hansı bir torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir təsdiqləyici məlumat aşkar edilməmişdir, 2006-cı ili əhatə edən sənədlərində protokollar,qərarlar və qərarlarla bağlı digər tələb olunan sənədlər təhvil verilməmişdir. Cavabdeh inzibati orqanın ## #### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, A№****** nömrəli plan ölçü sənədində olan koordinatlar JN-**** nömrəli Şəhadətnamə üzrə 27.35 ha hissəsində üst-üstə düşür. JN-0653 və JN**** nömrəli dövlət aktları üzrə üst-üstə düşmə halı yoxdur. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi A№****** nömrəli plan ölçü sənədi üzrə 20.53 ha hissədə üst-üstə düşür. A№****** nömrəli planı ölçü sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edildiyindən həmin ərazinin üst-üstə düşməməsinin səbəbini müəyyən etmək mümkün olmamışdır. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN-**** nömrəli şəhadətnamə üzrə 51.10 ha, JN-**** nömrəli dövlət aktı üzrə 0.061 ha, JN-**** nömrəli dövlət aktı üzrə isə 0.82 ha hissədə üst-üstə düşür. X2 Xidməti PHŞ tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin Taxtakörpü-Ceyranbatan kanalının 241+00-cı piketində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 12-ci maddəsinə əsasən, Taxtakörpü-Ceyranbatan kanalının 241+00-cı piketində su mühafizə zonasının minimum eni 60 m təşkil edir. Müraciətdə qeyd edilmiş torpaq sahəsinin kanalın hər iki tərəfədən 60 m məsasəfdə mühafizə zolağının daxilində yerləşdiyi məlum olmuşdur. Cavabdeh inzibati orqanın ## #### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, A№****** nömrəli plan ölçü sənədi üzrə göstərilən torpaq sahəsi TEKUIS məlumatlarında 0.67 ha hissəsi örüş, 0.45 ha hissəsi tikinti altı, 0.38 ha hissəsi digər, 32.4 ha hissəsi isə əkin təyinatlı kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. A№****** nömrəli plan ölçü sənədi üzrə göstərilən torpaq sahəsi DWG məlumatlarında 2.0 ha hissəsi örüş, 31.9 ha hissəsi isə əkin təyinatlı torpaqlarda yerləşir. JN-*** nömrəli dövlət aktı və verilməsinə əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı cavabdeh1 publik hüquqi şəxsinin tabeliyində olan “xxxx” MMC-yə müraciət olunmalıdır. Siyəzən rayonu Həmzə Bələdiyyəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki, keçmiş siyəzən rayonu Beşdam bələdiyyəsi tərəfindən İddiaçı ilə 06ş10.2006-cı il tarixli ** saylı qərar ilə icarəsinə verilmiş 72 ha və 33,9 ha torpaq sahəsinin icarəsi müqaviləsi qüvvədədir, vətəndaş tərəfindən həmin torpaq sahəsi istifadə olunur, vaxtlı-vaxtında torpaq vergisi və icarə haqqını ödəyir, keçmiş Beşdam bələdiyyəsi 2025-ci ildə ləğv edilərək Həmzə bələdiyyəsinə birləşdirilmişdir, sorğuda qeyd edilən “xxxx” şirkəti ilə keçmiş Beşdam bələdiyyəsi arasında icarə müqaviləsinə xitam verilib-verilməməsi barədə heç bir məlumatımız yoxdur, keçmiş Beşdam bələdiyyəsinin 2019-cu ilə kimi sənədləri arxiv idarəsinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən ümumi sahəsi 105.9 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Siyəzən rayonu, Beşdam kənd ərazisində yerləşən ümumi sahəsi 102.22 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Beşdam Bələdiyyəsi tərəfindən Həmin Bələdiyyənin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə iddaçının icarəsinə verilmiş 72 ha örüş torpaq sahəsi və 33.9 ha əkin torpaq sahəsi, ümumilikdə 105.9 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi barədə cavabdehə müraciət olunmuşdur. Lakin qeyd olunan ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli 169155 və ****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərində qeyd edilən koordinatlardan 240 metr kənar məsafədə yerləşir və konfiqurasiya fərqi mövcuddur. Həmçinin, torpaq sahəsinin kadastr məlumat bazasına əsasən JN-**** nömrəli şəhadətnamə və JN-*** nömrəli dövlət aktı ilə üst- üstə düşür, torpaq sahəsinin 3.672 ha hissəsi su mühafizəsi zonası daxilindədir, torpaq sahəsinə dair müqavilə 15 il deyil, 50 il müddətinə bağlanıbdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Siyəzən rayonu, Beşdam kənd ərazisində yerləşən ümumi sahəsi 102.22 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə İddiaçı Siyəzən rayonu Beşdam kəndi ərazisindən 105.9 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və icarəsində olmuşdur. Buna dair onun adına A № ****** saylı və A № ****** saylı “Torpaq sahəsinin planölçüsü” sənədləri tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam, o cümlədən ** saylı, ##.##.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” ilə də təsdiq edilir. Iddiaçı 105.9 ha torpaq sahəsi üzərində icarə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin ## #### 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. çının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi torpaq sahəsinin 169155 və ****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərində qeyd edilən koordinatlardan 240 metr kənar məsafədə yerləşdiyini və konfiqurasiya fərqinin mövcud olduğunu, həmçinin torpaq sahəsinin kadastr məlumat bazasına əsasən JN-**** nömrəli şəhadətnamə və JN-*** nömrəli dövlət aktı ilə üst-üstə düşdüyünü, 33.9 ha əkin torpaq sahəsinin daxilindən Taxtakörpü-Ceyranbatan su kanalı keçdiyini və torpaq sahəsini iki hissəyə bölündüyünü, 3.672 ha hissəsinin su mühafizəsi zonası daxilində yerləşdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Mübahisəli torpaq sahəsi Siyəzən rayon Beşdam bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən İddiaçı ayrılmışdır. Buna dair tərəflər arasında ** saylı, ##.##.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” də bağlanmışdır. Beləliklə, torpaq sahəsi Siyəzən rayon Beşdam bələdiyyəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının icarəsinə verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Həmin Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Məhkəmə cavabdeh orqanın imtinanın əsaslarından biri olan icarə müqaviləsinin müddətinin bitməsi məsələsinə münasibətdə bildirir ki, torpaq sahəsinin iddiaçının 50 il müddətinə icarəsinə ayrılmasına dair bələdiyyə tərəfindən ## ####### 2006-cı il tarixli, ** saylı qərar qəbul edilmiş və bunun əsasında bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsinə dair ## ####### 2006-cı il tarixli müqavilə bağlanmışdır. Iddiaçıya torpaq sahəsinin icarəyə verilməsinə hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və icarəyə verilmişdir. Həmin qərarın və icarə müqaviləsinin hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Eyni zamanda tərəflər arasında yeni ##.##.2017-ci il tarixli, ** saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, 105.9 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir və hal-hazırda torpaq sahəsi onun istifadəsindədir, icarə haqqını vaxtı-vaxtında ödəyir. Qeyd edilən hal ## ####### 2006cı il tarixdən iddiaçı ilə bələdiyyə arasında yaranmış icarə hüquq münasibətlərinin davamlılığını sübut edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinə əsasən: 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Iddiaçı İddiaçı faktiki istifadəsində olan 105.9 ha torpaq sahəsi ## ### 2009-cu il tarixdə 591 nömrə ilə uçota alınmış A ****** saylı və ## ### 2009-cu il tarixdə 592 nömrə ilə uçota alınmış ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahələrinin koordinatları ilə qismən üst-üstə düşür. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 105.9 ha torpaq sahəsi 33.9 ha və 72.0 ha olmaqla iki hissədən Ibarətdir. 33.9 ha torpaq sahəsinin faktiki torpaq sahəsinə ən yaxın məsafəsi 200.41 metr, ən uzaq məsafəsi 262.94 metr təşkil edir. 72.0 ha torpaq sahəsinin faktiki torpaq sahəsinə ən yaxın məsafəsi 240.3 metr, ən uzaq məsafəsi isə 387.65 metr təşkil edir. paq sahəsinə ən yaxın məsafəsi 240.3 metr, ən uzaq məsafəsi isə 387.65 metr təşkil edir. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 33.9 ha torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 72.0 ha torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluq aşkar olunmadı. JN-1937 KOD ******** saylı “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə” və JN-0693 KOD ******** saylı dövlət aktında torpaq sahələrinin döngə nöqtələrinin koordinatları olmadığı üçün elektron kadastr məlumat bazasında mövcud olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları faktiki vəziyyətə uyğunlaşdırılmış və ## ### 2009-cu il tarixdə 591 nömrə ilə uçota alınmış A ****** saylı və ## ### 2009-cu il tarixdə 592 nömrə ilə uçota alınmış ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahələrinin koordinatları ilə qismən üst-üstə düşməsi müəyyən edilmişdir. Iddiaçının icarəsində olan torpaq sahəsinin yalnız 33.9 ha hissəsinin daxilindən Taxtakörpü-Ceyranbatan su kanalı keçir və torpaq sahəsini Iki hissəyə bölür. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 33.9 ha torpaq sahəsinin daxilindən keçən Taxtakörpü-Ceyranbatan su kanalı torpaq sahəsinin ümumilikdə 3.68 ha azalmasına səbəb olmuşdur. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 33.9 ha torpaq sahəsinin daxilindən keçən Taxtakörpü-Ceyranbatan su kanalının tikintialtı sahəsi 1.79 ha, mühafizə zonası isə 1.89 ha təşkil edir. “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 33.9 ha torpaq sahəsi faktiki istifadə edilən torpaq sahəsi ilə uyğusuzluq təşkil etməklə (ölçülər birinci sualın cavabında verilmişdir) JN-**** nömrəli “Müvəqqəti istifadə hüququna dair şəhadətnamə” və JN-**** nömrəli “Daimi istifadə hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahələri ilə qismən üst-üstə düşür. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi üst-üstə düşmə məsələsinə münasibətdə bildirir ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda - mübahisə predmeti olan torpaq sahəsi ilə üstüstə düşdüyü qeyd edilmiş JN 1937 və JN *** saylı dövlət aktında qeyd edilən torpaq sahələrini iddiaçı İddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı məlum olur. Beləliklə, araşdırma nəticəsində aydın olur ki, torpaq sahəsinin faktiki koordinatlarının A ****** saylı və A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlardan 240 metr aralıda yerləşdiyi qeyd edilsə də, həmin torpaq sahəsinə dair ilkin sənədlərdəki, yəni, JN 1937 və JN *** saylı dövlət aktında olan koordinatlara uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Siyəzən rayon Beşdam bələdiyyəsinin məktubundan aydın olur ki, İddiaçı Beşdam bələdiyyəsinin ehtiyat fonduna aid 70 ha örüş və 33.9 ha əkin torpaq sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla yanaşı bələdiyyənin ** saylı, ##.##.2022- ci il tarixli məktubunda da ümumilikdə 105.9 ha torpaq sahəsi üzərində icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etdiyi qeyd edilmişdir. Cavabdeh orqanın etirazda qeyd etdiyi digər dəlilinə münasibətdə isə, iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, Siyəzən rayonu, Beşdam kənd ərazisində yerləşən ümumi sahəsi 102.22 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məhkəmədən xahiş etmişdir. Yəni, iddia tələbi, torpaq sahəsinin Taxtakörpü-Ceyranbatan su kanalına (tikintialtı sahəsi 1.79 ha və mühafizə zonası 1.89 ha) düşən hissədə 3.68 ha (105.9ha - (1.79ha + 1.89ha) = 3.68ha) azaldılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsası iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). (## ###### 2023-cü il tarixli ***- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin şərh edilməsinə dair” qərardadı Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi (72 ha torpaq sahəsi ilə bağlı hissədə) təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 102,22 hektar torpaq sahəsi üzərində icarə hüququnun onun adına dövlət qeydiyyatına alınmağa nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyi və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olması, electron kadastr baz məlumatına əsasən başq aşəxsin adına olan Şəhadətnamə və dövlət aktı ilə üst-üstə düşməsi, su mühafizə zonasında (bir hissədə) yelrəşməsi, örüş torpaq sahələrinin 15 il icarəyə verilməsinin mümkün olması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə onu qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi 30,22 ha torpaq sahəsi ilə bağlı hissədə mümkün sayılmadığından,hazırda məhz iddia tələbinin “72 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması” hissəsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılır. Kollegiya bu hissədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə bu hissədə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya bu hissədə iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, ##.##.2006-cı il ** saylı bələdiyyə qərarı və icarə müqaviləsi əsasında 72 ha örüş torpaq sahəsi 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş, ona dair sənədlər mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, 72 ha torpaq sahəsi naturada mövcud olmaqla, başqa şəxslərə məxsus torpaq sahəsi və kommunikasiya xəttlərinin mühafizə zonası ilə üst-üstə düşmür, sənəd və faktiki yerləşə vəziyyət arasında uyğunsuzluq mövcud deyildir. Işin müəyyən edilmiş hallarından görünür ki, 72 ha torpaq sahəsinin təyinatı electron kadastr baza məlumatında, habelə həmin vaxtda mövcud olan DVG məlumatında örüş torpaq sahəsi kimi qeyd edilmiş, iddiaçıya da məhz örüş torpaq sahəsi kimi icarəyə verilmişdir (bu hal işin mübahisəsiz halıdır). Kollegiya hesab edir ki, iddianın əsaslılığı baxımından məhz əmlak üzərində iddiaçının icarə hüququnun yaranması əsasının mövcud olub-olmaması ilə bağlı halın araşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsinin icarəyə verildiyi vaxtda qüvvədə olan torpaq haqqında qanunvericiliyin tələbinə əsasən örüş torpaq sahələri məhz 10 ildən 15 ilədək icarəyə verilə bilər. Həmçinin, hazırda qüvvədə olan torpaq haqqında qanunvericiliyin tələbinə əsasən örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməsi əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların II və III bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların II və III bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, III bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Başqa sözlə desək, örüş sahələri hazırkı qanunvericiliyə görə də bir qayda olaraq 10 ildən 15 ilədək icarəyə verilə bilər. Buna baxmayaraq, müvafiq bələdiyyə tərəfindən iddiaçı ilə bağlanan icarə müqaviləsi, o cümlədən müvafiq qərarın məzmununda sözügedən torpaq sahəsinin 50 il müddətinə iddiaçının icarəsinə verilməsi müəyyən edildiyindən, həmin müqavilə və qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, sözügedən müqavilə 15 il müddətinə bağlana bilərdi, eləcə də 15 il müddət tamam olduqdan sonra isə yeni müqavilə bağlanmaqla icarə müddəti uzadıla bilərdi. Indiki halda müvafiq bələdiyyə ilə iddiaçı arasında ##.##.2006-ci il tarixli icarə müqaviləsi bağlanılmış, qanunla müəyyən edilmiş 15 il müddət bitdikdən sonra isə qanunla müəyyən edilmiş qaydada yeni icarə müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının sözügedən əmlak üzərində icarə hüququnun yaranması əsası müəyyən edilmədiyindən (icarə müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət 2021-ci ildə bitdiyindən, qanunauyğun yeni icarə müqaviləsi isə bağlanmadığından), iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bunda əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı tərəfindən ## ######## 2017-ci il tarixli icarə müqaviləsinin surəti təqdim edilsə də, icarə müqaviləsinin qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməklə bağlanılması və həmin qaydaya uyğun müqavilənin müddətinin uzadılmasına dair hər hansı sənəd (ona dair hərracın keçirilməsi və onun yekun nəticəsinə dair sənədlər) təqdim edilməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı həmin müqavilənin məhz hərracın keçirilməsi nəticəsində bağlanılması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra, icarə müddətinin uzadılması yalnız qanuni prosedurlarla mümkündür. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən isə, icarə müqaviləsinin müddəti başa çatdıqda (2021-ci ildə), müqavilənin uzadılması yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə həyata keçirilməli idi. Belə ki, qanunvericiliyin başqa bir mühüm tələbi bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun düzgün aparılması ilə bağlıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və digər əlaqəli normativ aktlara əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi yalnız bələdiyyə qərarına və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həyata keçirilə bilər. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələbinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2021-ci ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3 və 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi. Indiki halda isə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş icarə müqaviləsinin uzadılmasına dair prosedur qaydalarla bağlı sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının 72 ha torpaq sahəsi üzərində icarə hüququnun yaranması və bu hüququn qeydə alınması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, hazırki işin halları ilə oxşar xüsusiyyətlərə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “...nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2019-cu ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi...” Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın (72 ha torpaq sahəsi ilə bağlı hissədə) əsaslılığını təkzib etdiyindən iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və şikayətinin dəlilləri əsaslı omuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin məzmununda “birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini” xahiş etdiyindən, indiki halda iddia tələbi bir hissədə mümkün sayılmadığından, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “72 ha torpaq sahəsi üzərində iddiaçının adına icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsinə dair" təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı iddia tələbinin “Siyəzən rayonu, Beşdam kənd ərazisində yerləşən A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunmuş 72 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, ona dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına” dair təmin edilmiş hissəsində ləğv edilsin, ləğv edilən həmin hissədə yeni qərar qəbul edilərək, həmin hissədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar