Məhkəmə qərarları › İş №2-1(3-8)-85/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-85/2026

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-85/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025ci il tarixli, 3-17-1/2-Y-106288/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən cəmi sığorta stajı 7 ay təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 352,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, əmək kitabçanın surətində qeyd olunmuş Sumqayıt Kompressorlar zavodunda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli arayışına əsasən Sumqayıt Kompressorlar zavodunun sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə əmək haqqı alıbalmadığınızı araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, əmək kitabçasının surətində xx.xx.1978-ci il tarixindən 02.11,2009-cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyəti olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009- cu il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən sözügedən dövrdə əmək fəaliyyəti olubolmaması, eyni zamanda həmin dövr üzrə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə araşdırmanın aparılması məqsədiiə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğunun nəticəsinə əsasən Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildiririk ki, "xxxx" ASC (bundan sonra - sığortaedən) tərəfindən 2006-2009-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xeyrinizə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün fərdi şəxsi hesabında əks olunmamışdır. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə ödənişlərin sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional qaydada bölüşdürülməsi təmin edilir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025ci il tarixli, 3-17-1/2-Y-62717/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş Sumqayıt Kompressorlar zavodunda mötəbərliyinə əsaslı şübhələr olan 01,09.1978-ci il tarixindən bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Eyni zamanda əmək kitabçasının surətində xx.xx.1978-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyətinizin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən sözügedən dövrdə əmək fəaliyyəti olub-olmaması, eyni zamanda həmin dövr üzrə xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə araşdırmanın aparılması məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququnuza qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025ci il tarixli, 3-17-1/2-Y-135690/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya yaşa görə aylıq 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-i il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt Kompressorlar Zavodunda işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 iyul 2025-ci il tarixli, 3-21-2-1/2-117211/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə D-3384 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Çinar” İstehsalat Birliyinin Sumqayıt Kompressorlar Zavodunun bazasında yaradılıb və onun hüquqi varisidir. Bildiririk ki, mövcud məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixdən güzəştli pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt Kompressorlar Zavodunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17- 1/2-Y- 62717/2025 nömrəli sığorta stajının araşdırılması haqqında imtina məktubu aşağıdakı məzmundadır: Azərbaycan Respubublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelioyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixindən xx.xx.2025- ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş Sumqayıt Kompressorlarzavodunda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Eyni zamanda bildirilir ki, əmək kitabçasının surətində xx.xx.1978-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyətinin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən sözügedən dövrdə əmək fəaliyyətinin olub-olmaması, eyni zamanda həmin dövr üzrə iddiaçının xeyirinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə araşdırmanın aparılması məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası iddiaçının hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 07 may 2025-ci il, 3-17-1/2-Y-106288/2025 №-li, Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında imtina məktubu aşağıdakı məzmundadır: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Abşeron-Xızı regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə yenidən baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya taminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Həmin Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dəıı etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il. 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən cəmi sığorta stajı 7 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 352,06 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş Sumqayıt Kompressorlar zavodunda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli arayışına əsasən Sumqayıt Kompressorlar zavodunun sənədləri Arxivə təhvil verilmədiyindən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə iddiaçının əmək haqqı alıbalmadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, əmək kitabçasının surətində xx.xx.1978-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda iddiaçının əmək fəaliyyətinin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən sözügedən dövrdə əmək fəaliyyətinin olubolmaması, eyni zamanda həmin dövr üzrə iddiaçının xeyirinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə araşdırmanın aparılması məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğunun nəticəsinə əsasən Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildirilir ki, "xxxx" ASC (bundan sonra sığortaedən) tərəfindən 2006-2009-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarla iddiaçının xeyirinə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə planmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün fərdi şəxsi hesabda əks olunmamışdır.Qeyd edilir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta xtqları üzrə yaranmış debitor borc ödənildikcə ödənişlərin sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional qaydada bölüşdürülməsi təmin edilir. Cavabdehin “Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli arayışına əsasən Sumqayıt Kompressorlar zavodunun sənədləri Arxivə təhvil verilmədiyindən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə iddiaçının əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməməsi, əmək kitabçasının surətində xx.xx.1978-ci il tarixindən xx.xx.2009cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyəti olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması tamamilə əsassızdır. İddiaçı tələb edilən ümumi iş stajına malikdir. Sumqayıt Kompressorlar zavodunun sənədləri arxivə təhvil verilməməsinə görə heç bir cavabdehlik daşımır, həmin sənədlərin mühafizə edilməsi iddiaçının üzərinə düşür. xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə iddiaçının əməkhaqqı alıbalmadığını araşdırmaq mümkün olmaması absurddur, iddiaçı zavodda əmək haqqı almadan işləyə bilməzdi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin olunmamalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Y- 106288/2025 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müraciət üzrə xx.xx.2025-ci il tarixli 3-17-1/2-Y-106288/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Nazirliyinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı cəmi sığorta stajı 7 ay təşkil edir. Eyni zamanda onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 352,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyinin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasınn surətində qeyd olunmuş Sumqayıt Kompressorlar zavodunda zavodunda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün hesablanması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli arayışına əsasən Sumqayıt Kompressorlar zavodunun sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə iddiaçının əmək haqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün onunsığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda bildirilir ki, iddiaçı əmək kitabçasının surətində xx.xx.1978-ci ol tarixindən xx.xx.2009-cu il tarixinədək Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyətinin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən sözügedən dövrdə onun əmək fəaliyyətinin olub-olmaması, eyni zamanda həmin dövr üzrə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barəddə araşdırmanın aparılması məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilməmişdir. Sözügedən sorğununn nəticəsinə əsasən bildirilir ki, Nazirliyinin elketron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildirilir ki, Sumqayıt Kompressorları ASC tərəfindən 2006-2009-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün onun fərdi şəxsi hesabında əks olunmamışdır. İddiaçının ümumi sığorta stajı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, hazırda X2 ilə İddiaçı qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinatın təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixində yaşa görə sosial müavinətin təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi filial tərəfindən İddiaçı müraciət üzrə xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Y-135690/2025 nömrəli məktub ilə bildirilmişdir ki, 220 manat sosial müavinat təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2487/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçının həmin Qaydanın 4.1.2-ci bəndində nəzərdə tutulan və 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək fəaliyyətini və bundan irəli sığorta stajını təsdiq edən sübut işdə yoxdur. 2006-cı il yanvarın 1-dək olan dövrdə ididaçının fərdi sahibkarlıqla məşğul olduğunu bəyan etdiyi 1997-2005-ci illər üzrə sığorta haqqlarının ödənilmədiyinə dair dəlilə gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə bağlıdır.Həmin normaya görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixədən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğuna üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt Kompressorlar Zavodunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2025-ci il tarixli məktubda imtina edilmişdir. İnzibati orqan imtinanın əsası kimi xx.xx.1978-i il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt Kompressorlar Zavodunda işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələrin olduğunu və həmin dövrlərin sığorta stajına daxil edilmədiyini bildirmişdir. Qeyd olunan dövrlər istisna olmaqla iddiaçının 7 ay sığorta stajının olması işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan xx.xx.1978-i il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt Kompressorlar Zavodunda işlədiyi həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 7 ay ümumi iş stajı olduğu göstərilmişdir. İddiaçının əmək kitabçasında olan həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir. İddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. xx.xx.2006-cı il tarixdən sonra müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmasa da, bu hal onun xx.xx.2006-cı il tarixədək olan dövrün də qəbul edilməməsinə əsas olmamalıdır. Bundan başqa cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya pensiya təyin edilməsindən imtinası əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İdiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: .... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halına istinad edərək, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 64 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının cəmi 7 ay ümumi iş stajına malik olduğunu, iddiaçının işlədiyi dövrlərdən əmək kitabçasında əks olunmuş xx.xx.1978-ci ildən xx.xx.2006-ci ilədək olan dövrləri əmək haqqı cədvəlləri aşkar edilmədiyindən və əmək haqqı alıb-almadığını araşdırmaq mümkün olmadığından, həmin dövrləri xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlər üzrə məcburi sosial sığorta haqqı ödənilmədiyindən, həmin dövrləri iş stajı kimi əbul etməmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının Sumqayıt Kompressorlar zavodunda xx.xx.1978-ci ildə işə qəbul olunması, xx.xx.2009-cu ildən işdən azad olunması barədə əmrlər və işdənçıxma barədə qedylər aparılmışdır. İndiki halda cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndiriməmiş, buna dair hər hansı hala istinad edilməmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı əmək kitabçasında aparılmış qeydlər əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Hansı ki, həmin dövrün qanunvericiliyinin tələbinə əsasən əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd qismində çıxış etməklə, işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrə aid məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərti qanunvericilik normasının dispoztiv şərti kimi nəzərdə tutulmamışdır. Başqa sözlə desək, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən şəxsin işlədiyi dövrü iş stajı kimi nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi məcburi şərt kimi ehtiva olunmamış, qanunveriiclikdə belə bir tələb mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövrləri, xx.xx.2006-xx.xx.2009-cu il tarixədək olan dövr üzrə məcburi social sığorta haqqının ödənilməməsi halına istinad etməklə mübahisələndirməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin imtina və şikayətin dəlili kimi istinad etdiyi digər əsaslarla bağlı qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi müvafiq arxiv idarəsinin məktubunun məzmununda iddiaçının işlədiyi "xxxx" zavodunun arxiv sənədlrinin mühafizə üçün təhvil verilməməsi səbəbindən iddiaçının iş stajı və əmək haqqı barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işçinin işə qəbulu, əmək haqqı alması və s. bağlı sənədləri arxivləşdirmək işəgötürən müəssisənin səlahiyyətinə aid olmaqla, onun məsuliyyə daşıdığı vəzifə kimi çıxış edir. İndiki halda əmək haqqı cədvəllərinin arxiv sənədlərinin mövcud olmaması iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət sferasına aid deyil, habelə işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsində ortaya çıxmışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin həmin hala istinad etməklə iddiaçının işlədiyi dövrləri mübahisələndirməsi ilə bağlı hərəkətləri ilk növbədə mütənasiblik prinspinin tələblərinə zidd olmaqla, iddiaçının hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər dəlili ilə bağlı qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi məlumatında "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olması, Nizamnaməsinin 1.1-ci bəndinə əsasən ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Çinar” İstehsalat Birliyinin Sumqayıt Kompressorlar Zavodunun bazasında yaradıldığı və onun hüquqi varisi olduğu, AScnin xx.xx.2000-ci ildən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə fəaliyyətinin olması barədə məlumatın mövcud olduğu qeyd edilmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının Sumqayıt Kompressorlar zavodunda işləməsi, daha sonra müəssisənin ASC-yə çevrilməsi barədə də qeydlər aparılmışdır. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özülüyündə cavabdehin istinad etdiyi həmin arqumentinin də formal olduğunu deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1978-xx.xx.2006-cı il tarixədək olan dövrləri iş stajı kimi nəzərə almamaqda haqlı olmadığından, həmin dövrlər iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin dövrlər iş stajı kimi nəzərə alındıqda iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il iş stajına aid şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar