Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-850/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinin koordinatlarının DWGyə uyğunlaşdırılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində yerləşən 1,28 ha torpaq sahəsinə X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsindən imtinasını əsassız hesab etməklə, Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində yerləşən 1,28 ha torpaq sahəsinə X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi öhdəliyini cavabdeh DƏDKR publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının DWG-yə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərində qoyulmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-M-****-**/**** saylı imtina məktubu ilə Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində yerləşən 1,28 ha torpaq sahəsinə X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi barədə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin məktubunda göstərilir ki, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsində azalma mövcuddur və həmçinin sözügüedən torpaq sahəsinin şimal hissəsindən qonşu torpaq mülkiyyətçiləri tərəfindən yol kimi istifadə olunması və ya yerində mübahisə halı olması səbəbindən X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəlişin aparılması mümkün olmamışdır. Cavabdehin əvvəlki ##.##.2024-cü il tarixli, *-**-*-**/*****/**** saylı məktubunda göstərilir ki, vətəndaş İddiaçı xüsusi mülkiyyətinə verilmiş, faktiki istifadəsində olan 1.28 ha torpaq sahəsinə baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. X2 Uçotu İnformasiya Sistemində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi iki parsel olmaqla daxilindən bələdiyyə mülkiyyəti yol işlənmişdir. Vətəndaşın ********** nömrəli elektron uçot xəritələrində düzəlişlərin aparılması müraciəti əsasında çöl-ölçmə işləri aparılmış, hal-hazırda kameral araşdırma işləri aparılır. Araşdırma işləri aparıldıqdan sonra akt hazırlanıb nümayəndələr tərəfindən təsdiqləndikdən sonra MDB faylı hazırlanaraq düzəliş edilməsi üçün “xxxx” MMC-nə göndəriləcəkdir. Lakin cavabdehin hazırda mübahisələndirilən ##.##.2025-ci il tarixli, *- **-*-**/*-M-****-**/*Q** saylı imtina məktubu ilə Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində yerləşən 1,28 ha torpaq sahəsinə X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi barədə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də, cavabdehin üzərinə Xaçmaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,28 ha torpaq sahəsinə X2ı uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində iddiaçının xüsusi mülkiyyətində 1,2866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəmdə meyvə bağı salaraq uzun müddətdir ki, istifadə edərək ailəsini dolandırır. 2023-cü ilin yaz aylarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik huquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin Mübariz adlı işçisi və Xaçmaz rayonu Uzunoba Bələdiyyəsinin sədri İsmayıl Yaqubov xüsusi mülkiyyətimdə olan bağ altındakı torpaq sahəsinə gələrək bildirdilər ki, güya iddiaçıya məxsus torpaq sahəsinin içərisindən yol keçir. Halbuki heç vaxt iddiaçının bağının içindən yol olmamış və torpaq sahəsinin planı və ölçüsündə də yol yoxdur və təbii ki olada bilməzdi. İddiaçı etiraz etmiş və bildirmişdir ki, xüsusi mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyətçinin icazəsi olmasa oraya giriş belə qadağandır. İddiaçı torpaq sahəsinin cizgilərinin bir daha göstərilməsi üçün ##.##.2023-cü il tarixdə * saylı Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmiş və müraciəti 2334105201 say ilə ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra nə qədər gözləsə də, əraziyə heç bir mütəxəssis gəlməmiş və məcbur olub dəfələrlə * saylı Ərazi İdarəsinə şəxsən gedib müraciət etmişdir. Çoxsaylı müraciətlərdən sonra nəhayət iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*-**/*-M****/**** saylı cavabda göstərilir ki, xüsusi mülkiyyətinə verilmiş, faktiki istifadəsində olan 1,28 ha torpaq sahəsinə baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. X2 Uçotu İnformasiya Sistemində faktiki istifadəsində olan torpaq sahəsi iki parsel olmaqla daxilindən bələdiyyə mülkiyyəti yol işlənmişdir. ********** nömrəli elektron uçot xəritələrində düzəlişlərin aparılması müraciəti əsasında çöl-ölçmə işləri aparılmış, halhazırda kameral araşdırma işləri aparılır. Araşdırma işləri aparıldıqdan sonra akt hazırlanıb nümayəndələr tərəfindən təsdiqləndikdən sonra MDB faylı hazırlanaraq düzəliş edilməsi üçün “xxxx” MMC-nə göndəriləcəkdir. İddiaçı dəfələrlə müraciət etməyinə baxmayaraq, xüsusi mülkiyyətində olan torpaq sahəsinə əsassız və qanunsuz olaraq * saylı Ərazi İdarəsinin işlədiyi bələdiyyə mülkiyyəti yol mülkiyyətində olan torpaq sahəsindən çıxarılmamış və tam olaraq 1,28 ha torpaq sahəsi X2 Uçotu İnformasiya Sistemində yerləşdirilməmişdir. Bunun nəticəsidir ki, mülkiyyət hüququ pozulmaqda davam edir və bağının içərisindən özbaşına olaraq vətəndaşlar və onların mal-qarası keçirlər, iddiaçıya küllü miqdarda maddi ziyan dəyir. Qonşuların iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktla da torpaq sahəmin içərisindən əsassız olaraq yol açılması qeyd olunur. Torpaq sahəsində qanunsuz və əsassız olaraq “yol düzəldən” Uzunoba Bələdiyyəsinin sədri hətta iddiaçıya rəsmi olaraq hədə-qorxu gəlir. ##.##.2023-cü il tarixli, *** nömrəli məktubda iddiaçını cərimə etdirəcəyini və cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə hədələyir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Xaçmaz rayonu, Şərifoba kəndi ərazində yerləşən 1.28 ha torpaq sahəsinə dair məlumatların X2ı uçotu informasiya sistemində düzəliş edilməsi barədə müraciətə Cavabdeh publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Müraciətlə cavab olaraq bildirilmişdir ki, faktiki istifadədə olan torpaq sahəsində azalma mövcuddur və həmçinin sözügedən torpaq sahəsinin şimal hissəsindən qonşu torpaq mülkiyyətçiləri tərəfindən yol kimi istifadə olunması və yerində mübahisə halı olması səbəbindən X2 uçotu informasiya sistemində (TEKUİS) düzəlişlərin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından ##.##.2024-ci il tarixli, *-**-*-**/*-M-****-**/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xamaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,2866 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 14.##.##.2022-ci il tarixli, A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı məxsus 1,2866 ha torpaq sahəsinə dair tərtib edilmişdir. 15.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Şərifoba kəndində yerləşən yerləşər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tam mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına verilən 1,28 ha torpaq sahələrinə gedən gediş-gəliş yol və su arxı ilə bağlıdır. Sozügedən gedişgəliş yolu və su arxı, elektron baza (DWG) məlumatlannda (xəritələrdə) nəzərdə tutulmamışdır, lakin torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən gedis-gəliş yolu və su arxı nəzərə alınmışdır (sxemlər əlavə olunur). Torpaq sahəsi X2 informasiya sistemində iddiaçının faktiki naturada istifadəsində olan torpaq sahəsi JN-002 və JN-042 (alqı-satqı əsasında ************ reyestr nömrəli çıxarış) dövlət aktları ilə kəsişir. Lakin faktiki naturada istifadə vəziyyətində kəsişmir (sxem əlvə olunur). 16.Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinin 12.##.##.2025-ci il tarixli və ##.##.2026-cı il tarixli məktublarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayonu, Şərifoba kəndində yerləşən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tam mülkiyyət hüququ ilə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına verilən 1.28 ha torpaq sahəsinin X2ı uçotu informasiya (TEKUİS) sisteminə əsasən gediş-gəliş yolu və su arxı qeyd edilməsi ərazidə mülkiyyətçilərin faktiki naturada istifadəyə görə işlənmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** saylı Fərmanının 2.3-cü bəndinə əsasən, X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq, yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən həyata keçirilir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışa, torpaq sahəsinin planı və ölçüsü sənədinə, iş materiallarında olan dövlət aktlarına, cavabdehin öz məktublarına və mütəxəssis rəyinə düzgün hüquqi qiymət verməmişdir. Şikayətçinin bildirdiyinə görə, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla Xaçmaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,2866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. ##.##.2022-ci il tarixli, A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində də həmin sahə vahid torpaq sahəsi kimi göstərilmiş, həmin sənəddə torpaq sahəsinin ortasından hər hansı bələdiyyə yolu keçməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd etmişdir ki, 2023-cü ilin yay aylarında cavabdeh inzibati orqanın əməkdaşı və Xaçmaz rayonu Uzunoba Bələdiyyəsinin sədri torpaq sahəsinə gələrək guya sahənin içərisindən yol keçdiyini bildirmiş, halbuki həmin vaxtadək iddiaçının bağının içərisindən yol olmamış, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində və plan-ölçüsündə də belə yol göstərilməmişdir. İddiaçı ##.##.2023-cü il tarixdə torpaq sahəsinin cizgilərinin bir daha göstərilməsi və elektron uçot xəritələrində düzəliş edilməsi üçün müraciət etmiş, müraciət 2334105201 nömrə ilə qeydə alınmışdır. Cavabdehin ##.##.2024-cü il tarixli cavabında baxış və ölçmə işlərinin aparıldığı, TEKUİS-də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin iki parsel kimi göstərildiyi və daxilindən bələdiyyə mülkiyyəti yol işlənildiyi qeyd edilmiş, sonradan MDB faylının hazırlanaraq düzəliş üçün göndəriləcəyi bildirilmişdir. Buna baxmayaraq, ##.##.2025-ci il tarixli məktubla düzəliş edilməsindən imtina olunmuşdur. Qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ortasından yolun TEKUİS-də işlənməsi onun mülkiyyət hüququna qanunsuz müdaxilədir. Həmin yolun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd, məhkəmə qərarı, servitut, özgəninkiləşdirmə və ya bələdiyyə mülkiyyətinə aid akt işdə yoxdur. Şikayətçiyə görə, su arxı və ərazinin digər faktiki elementləri torpaq sahəsinin daxilində uçot məlumatı kimi nəzərə alına bilsə də, bu hal mülkiyyətçinin sahəsinin ortasından ayrıca bələdiyyə yolu ayrılması və torpaq sahəsinin iki hissəyə bölünməsi üçün hüquqi əsas yaratmır. Qonşuların iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda da sahənin içərisindən əsassız yol açılması qeyd edilmiş, Uzunoba Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, *** nömrəli məktubu ilə iddiaçıya qarşı məsuliyyətə cəlb etmə hədəsi ifadə olunmuşdur. Hesab edir ki, məhkəmə Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində nəzərdə tutulan reyestr məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır. Reyestrdən çıxarış və planölçü sənədi qüvvədə olduğu, onların qeyri-dəqiqliyi və ya etibarsızlığı qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi halda, cavabdehin TEKUİS-də sonradan formalaşdırdığı faktiki istifadə məlumatları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməzdi. Bu səbəbdən, şikayətçi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını və mülkiyyətində olan 1,2866 ha torpaq sahəsinin koordinatlarının elektron baza (DWG) məlumatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq . Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İlk növbədə, məhkəmə kollegiyası iddia tələbinin məzmunu və iddiaçının hüquqi marağı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin normanın mənasına görə, məhkəmə iddiaçının müraciətində istifadə etdiyi sözləri formal şəkildə deyil, onun irəli sürdüyü tələbin faktiki məzmununu, qorunmasını istədiyi subyektiv hüququ və əldə etmək istədiyi hüquqi nəticəni nəzərə almaqla qiymətləndirməlidir. Hazırkı işdə iddiaçının tələbi yeni torpaq sahəsinin ayrılması, yeni hüququn tanınması və ya daşınmaz əmlakın dövlət reyestrində mövcud olmayan hüququn yaradılması ilə bağlı deyildir. İddiaçı tələbi əsasən torpaq sahəsinin koordinatlarının elektron baza (DWG) məlumatlarına uyğunlaşdırılması kimi ifadə etsə də, işin faktiki hallarından və iddiaçının mübahisələndirdiyi imtinanın məzmunundan görünür ki, onun hüquqi marağı yalnız DWG məlumatlarına istinadla texniki dəyişiklik aparılması ilə məhdudlaşmır. İddiaçının əsl hüquqi marağı ondan ibarətdir ki, artıq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış torpaq sahəsi X2 uçotu informasiya sistemində həmin reyestr məlumatlarına, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən məkan göstəricilərinə və elektron baza (DWG) məlumatlarına uyğun şəkildə əks etdirilsin. Bu baxımdan iddia tələbinin ayrı-ayrı mərhələlərdə “DWG-yə uyğunlaşdırılma”, “TEKUİS-də düzəliş” və ya “koordinatların uyğunlaşdırılması” kimi ifadə edilməsi tələbin mahiyyətini dəyişdirmir. Mahiyyət etibarilə iddiaçı ona məxsus torpaq sahəsi barədə elektron kadastr uçotunda yaranmış uyğunsuzluğun aradan qaldırılmasını, yəni TEKUİS məlumatlarının daşınmaz əmlakın dövlət reyestrində, ************ reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və elektron baza (DWG) məlumatlarında əks olunmuş göstəricilərə uyğunlaşdırılmasını istəyir. Bu, iddia tələbindən kənara çıxma kimi deyil, İPM-in 52-ci maddəsinə uyğun olaraq iddiaçının ifadə etdiyi tələbin onun faktiki hüquqi marağına uyğun qiymətləndirilməsi kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla Xaçmaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,2866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. ##.##.2022-ci il tarixli, A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin torpaq sahəsinə dair tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi vahid sahə kimi göstərilmişdir. Plan və ölçü sənədindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin daxilindən ayrıca bələdiyyə yolunun ayrılması və ya torpaq sahəsinin iki hissəyə bölünməsi nəzərdə tutulmamışdır. Başqa sözlə, hüquqmüəyyənedici sənədlərin məzmununa görə iddiaçının torpaq sahəsi bütöv torpaq sahəsi kimi rəsmiləşdirilmiş, mübahisə isə həmin hüququn elektron kadastr uçotu sistemində bu sənədlərə və DWG məlumatlarına uyğun əks etdirilməməsindən yaranmışdır. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən sənədlərin hər hansı hissədə etibarsız hesab edilməsi, ləğv olunması, dəyişdirilməsi, yaxud iddiaçının mülkiyyət hüququnun məhkəmə qərarı əsasında məhdudlaşdırılması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu mübahisələndirməmiş, imtinanı əsasən faktiki istifadədə azalma olması, torpaq sahəsinin şimal hissəsindən qonşu torpaq mülkiyyətçiləri tərəfindən yol kimi istifadə edilməsi və yerində mübahisə halının mövcudluğu ilə əsaslandırmışdır. Qeyd edilən hallar reyestrdə təsdiq olunmuş xüsusi mülkiyyət hüququnun məzmununun elektron kadastr sistemində fərqli formada göstərilməsi, iddiaçıya məxsus torpaq sahəsinin tərkibində ayrıca yol sahəsinin əks etdirilməsi və bunun nəticəsində mülkiyyət hüququnun faktiki həyata keçirilməsinə maneə yaradılması üçün müstəqil hüquqi əsas sayıla bilməz. Belə ki, cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında ərazidə baxış və ölçmə işləri aparılmış, X2 uçotu informasiya sistemində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin iki parsel kimi göstərildiyi və həmin sahənin daxilindən bələdiyyə mülkiyyəti yol işlənildiyi müəyyən edilmişdir. Həmin məktubda araşdırma işləri başa çatdıqdan sonra akt tərtib ediləcəyi, MDB faylı hazırlanaraq düzəliş üçün “xxxx” MMC-yə göndəriləcəyi bildirilmişdir. Bu məzmun cavabdehin özünün də hüquqi sənədlərlə TEKUİS məlumatları arasında uyğunsuzluğun mövcudluğunu qəbul etdiyini göstərir. O da nəzərə alınmalıdır ki, ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də həmin uyğunsuzluq daha konkret şəkildə təsdiq edilmişdir. Belə ki, rəydə göstərilmişdir ki, iddiaçıya məxsus 1,28 ha torpaq sahəsi üzrə mübahisə qonşu torpaq sahələrinə gedən gediş-gəliş yolu və su arxı ilə bağlıdır. Sözügedən gediş-gəliş yolu və su arxı elektron baza — DWG məlumatlarında nəzərdə tutulmamış, lakin TEKUİS məlumatlarında nəzərə alınmışdır. Rəydə həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsi TEKUİS məlumatlarında iddiaçının faktiki naturada istifadəsində olan sahə kimi JN-002 və JN-042 dövlət aktları ilə kəsişir, lakin faktiki naturada istifadə vəziyyətində belə kəsişmə mövcud deyildir. Məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş ##.##.2025-ci il və ##.##.2026cı il tarixli arayışlarda cavabdeh inzibati orqan bildirmişdir ki, TEKUİS-də gediş-gəliş yolu və su arxının qeyd edilməsi ərazidə mülkiyyətçilərin faktiki naturada istifadəsinə görə işlənmişdir. Eyni arayışlarda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanının 2.3-cü bəndinə istinad edilərək hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılmalı olduğu qeyd edilmişdir. Bu arayışların məzmunu da cavabdehin imtinasını deyil, əksinə, uyğunsuzluğun aradan qaldırılması zərurətini təsdiq edir. Apellyasiya baxışı zamanı həmin rəyi tərtib etmiş mütəxəssis Salman Abbasov məhkəmə kollegiyası tərəfindən dinlənilmişdir. Mütəxəssis məhkəmə iclasında izahında qeyd etmişdir ki, DWG xəritələrində iddiaçının mülkiyyətində olan torpaq sahəsi tam və bütöv şəkildə əks olunmuş, həmin xəritələrdə torpaq sahəsinin ortasından yol keçməsi nəzərdə tutulmamışdır. Həmçinin bildirmişdir ki, TEKUİS-də yolun nəzərə alınması digər torpaq sahələrinə ayrı-ayrı şəxslərin faktiki olaraq iddiaçının sahəsindən keçib getməsi ilə əlaqədar olmuşdur. Lakin mütəxəssis eyni zamanda həmin digər torpaq sahələrinə hazırda başqa istiqamətdən yolun mövcud olduğunu, yəni iddiaçının sahəsinin ortasından keçidin saxlanılmasının həmin sahələr üçün yeganə çıxış imkanı olmadığını bildirmişdir. Kollegiya apellyasiya məhkəməsində dinlənilmiş mütəxəssis Salman Abbasovun izahatını iş materiallarında olan mütəxəssis rəyi və cavabdeh inzibati orqanın arayışları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin TEKUİS-də daxilindən yol keçən torpaq sahəsi kimi işlənməsi hər hansı hüquqmüəyyənedici sənədə, mülkiyyətçinin razılığına, servitutun dövlət qeydiyyatına, məhkəmə qərarına və ya səlahiyyətli orqanın qanuni aktına əsaslanmamışdır. İş üzrə müəyyən olunur ki, həmin yol TEKUİS-də yalnız qonşu torpaq sahələrinə müəyyən şəxslərin faktiki gediş-gəlişi nəzərə alınmaqla əks etdirilmişdir. Halbuki faktiki gediş-gəlişin mövcudluğu özlüyündə həmin hissənin ümumi istifadədə olan yol, bələdiyyə yolu və ya iddiaçının mülkiyyətindən kənar sahə kimi uçota alınması üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin hüquqi statusunu müəyyən edən əsasdır. Reyestrdə qeydiyyata alınmış mülkiyyət hüququ qüvvədə olduğu müddətdə inzibati orqan həmin hüququn həcminə və sərhədlərinə təsir edən texniki dəyişiklikləri yalnız qanunla müəyyən edilmiş hüquqi əsas olduqda apara bilər. Başqa şəxslərin iddiaçıya məxsus torpaq sahəsindən keçməsi, belə keçidin müəyyən müddət faktiki olaraq həyata keçirilməsi və ya yerində mübahisə halının mövcudluğu reyestrdə təsdiqlənmiş xüsusi mülkiyyət hüququnun məzmununu dəyişdirmək, torpaq sahəsini iki hissəyə ayırmaq və onun bir hissəsini yol kimi göstərmək üçün kifayət edən hal deyildir. Nəzərə alınmalıdır ki, əgər qonşu torpaq sahələrinə gediş-gəlişin iddiaçıya məxsus torpaq sahəsindən həyata keçirilməsi zərurəti mövcud olmuşdursa, bu məsələ qanunvericilikdə nəzərdə tutulmuş qaydada, mülkiyyətçinin razılığı, servitutun müəyyən edilməsi, məhkəmə qərarı və ya digər qanuni mexanizm vasitəsilə həll edilməli idi. Lakin iş materiallarında iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin yol kimi ayrılması, həmin hissə üzərində üçüncü şəxslərin keçid imkanının hüquqi qaydada müəyyən edilməsi və ya həmin sahənin bələdiyyə mülkiyyətinə aid edilməsi barədə hər hansı sənəd mövcud deyildir. Bu baxımdan cavabdehin yalnız faktiki istifadə vəziyyətinə istinad etməklə iddiaçının torpaq sahəsini TEKUİS-də daxilindən yol keçən sahə kimi əks etdirməsi qanuni və əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, su arxı ilə bağlı hal da iddia tələbinin rədd edilməsini şərtləndirmir. Belə ki, su arxının ərazidə faktiki mövcudluğu və ya texniki uçot məlumatlarında göstərilməsi torpaq sahəsinin hüquqi mənsubluğunu dəyişdirmir. Arx, kanal, keçid xətti və oxşar texniki elementlər mülkiyyət hüququ saxlanılmaqla torpaq sahəsinin faktiki istifadə xüsusiyyəti kimi nəzərə alına bilər. Lakin torpaq sahəsinin daxilindən keçən hissənin yol kimi ayrıca göstərilməsi və bunun nəticəsində həmin hissənin iddiaçının mülkiyyət sahəsindən kənarlaşdırılmış kimi təqdim edilməsi fərqli hüquqi nəticə doğurur. Belə halda torpaq sahəsinin vahidliyi pozulur, mülkiyyətçinin həmin hissə üzərində sahiblik və istifadə imkanları məhdudlaşdırılır, üçüncü şəxslərin xüsusi mülkiyyət sahəsinə müdaxiləsi üçün faktiki əsas yaradılır. Bu nəticə isə yalnız TEKUİS-də aparılmış texniki işləmə və ya yerində formalaşmış faktiki istifadə vəziyyəti ilə əsaslandırıla bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquq, həmin hüquqa dair çıxarış, torpaq sahəsinin planı və ölçüsü, eləcə də iş materiallarında olan digər hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu müddətdə inzibati orqan TEKUİS məlumatlarını həmin sənədlərə uyğunlaşdırmalı, elektron kadastr uçotu məlumatlarını reyestrdə təsdiq edilmiş mülkiyyət hüququnun əvəzedicisi kimi tətbiq etməməlidir. TEKUİS torpaqların uçotu, məkan göstəricilərinin işlənməsi və kadastr məlumatlarının idarə edilməsi üçün informasiya sistemidir. Həmin sistemdə aparılan texniki əməliyyatlar reyestrdə təsdiqlənmiş mülkiyyət hüququnun həcmini dəyişdirmək, mülkiyyətçini torpaq sahəsinin bir hissəsindən faktiki istifadə imkanından məhrum etmək və ya həmin hissəni yol kimi ayrıca uçota almaq səlahiyyəti yaratmır. Əks yanaşma daşınmaz əmlakın dövlət reyestri məlumatlarının sabitliyi, hüquqi müəyyənlik və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmazdı. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən torpaq sahəsinin ayrılması, sərhədlərinin naturada və xəritədə müəyyən edilməsi, plan və ölçü sənədinin hazırlanması ilə bağlı ümumi hüquqi normalara istinad etmişdir. Lakin məhkəmə hazırkı mübahisənin mahiyyətini düzgün müəyyən etməmişdir. Hazırkı işdə əsas məsələ torpaq sahəsinin ilkin ayrılması və ya yeni hüququn qeydiyyata alınması deyil, iddiaçının artıq dövlət reyestrində qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə TEKUİS-də sonradan işlənmiş yol məlumatı arasındakı uyğunsuzluğun aradan qaldırılmasıdır. Birinci instansiya məhkəməsi mütəxəssis rəyində və cavabdehin arayışlarında göstərilən “DWG məlumatlarında yolun nəzərdə tutulmaması, TEKUİS-də isə faktiki istifadəyə görə yolun işlənməsi” hallarının hüquqi əhəmiyyətini qiymətləndirməmiş, iddiaçıya məxsus torpaq sahəsinin daxilində yol kimi göstərilən hissənin hansı hüquqi əsasla həmin torpaq sahəsindən ayrılmış hesab edildiyini araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh imtina məktubunda “yerində mübahisə halı”na və qonşu torpaq mülkiyyətçiləri tərəfindən həmin hissədən yol kimi istifadə edilməsinə istinad etmişdir. Lakin bu hallar inzibati orqanın TEKUİS-də mövcud uyğunsuzluğu iddiaçının ziyanına saxlamaq səlahiyyətini yaratmır. Əksinə, belə vəziyyətdə inzibati orqan hüquqmüəyyənedici sənədləri, texniki sənədləri, DWG məlumatlarını, ortofoto materiallarını və faktiki istifadə vəziyyətini birlikdə araşdırmalı, mövcud uyğunsuzluğu yerquruluşu qaydasında aradan qaldırmalı və reyestrdə təsdiqlənmiş mülkiyyət hüququnu pozmayan həll yolu seçməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış, torpaq sahəsinin planı və ölçüsü, iş materiallarında olan dövlət aktları, cavabdehin ##.##.2024-cü il tarixli məktubu, ##.##.2025-ci il tarixli mütəxəssis rəyi, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli arayışlar birlikdə qiymətləndirildikdə, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının X2 uçotu informasiya sistemində daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına, o cümlədən ************ reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən məlumatlara uyğunlaşdırılması üçün kifayət qədər faktiki və hüquqi əsas mövcuddur. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsinin daxilində yol kimi işlənmiş hissənin həmin torpaq sahəsindən kənarlaşdırılmasını və ya ümumi istifadədə olan yol kimi uçota alınmasını əsaslandıran hər hansı hüquqi sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını tam və düzgün qiymətləndirməmiş, TEKUİS məlumatları ilə reyestrdə təsdiqlənmiş mülkiyyət hüququ arasındakı uyğunsuzluğun hüquqi nəticələrini düzgün müəyyən etməmiş və nəticədə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı İddiaçı məxsus Xaçmaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,2866 ha torpaq sahəsinin koordinatlarının X2 uçotu informasiya sistemində (TEKUİSdə) daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına (************ reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki məlumatlara) və elektron baza (DWG) məlumatlarına uyğunlaşdırılmaqla müvafiq düzəlişin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı məxsus Xaçmaz rayonu, Şərifoba kəndi ərazisində yerləşən 1,2866 ha torpaq sahəsinin koordinatlarının X2 uçotu informasiya sistemində (TEKUİS-də) daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına (************ reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki məlumatlara) və elektron baza (DWG) məlumatlarına uyğunlaşdırılmaqla müvafiq düzəlişin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-850/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-850/2026
30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver